Məhkəmə qərarları › İş №2-1(102)-1742/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1742/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1742/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli 2-1(105)- 160/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 01.06.2020-ci il tarixli 2-1(118)-796/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli 2-1(105)-160/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01.06.2020-ci il tarixli 2-1(118)-796/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmə qərarı iddiaçıya 07.04.2021-ci il tarixində təqdim olunmuşdur.

6. İddiaçı 07.06.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli 2-1(105)-160/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

7. Məhkəmə qərardadı 09.07.2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir.

8. İddiaçı 22.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli 2-1(105)-160/2021 saylı qərardadının ləğv edilməsi, iddiaçı X kassasiya şikayətinin tərtib edilib məhkəməyə təqdim edilməsi üçün ona dövlət hesabına vəkil təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

9. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və cavabdehin vəkili X3 izahat verərək kassasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

13. Həmin Məcəllənin 96.3- cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

14. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. İş materialları ilə müəyy ən edilir ki, iddiaçıya həmin qərardad 09.07.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı isə 22.07.2021-ci il tarixində kassasiya şikayəti vermiş, bununla da məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 gün müddətini ötürmüşdür.

17. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 19.08.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə iclasının təyin olunduğu vaxtadək (19.10.2021-ci il saat 10:35) həmin nöqsanların aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur.

18. Buna baxmayaraq, i ddiaçı məhkəmə iclasınadək nə prosessual müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları, nə də müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli 21(105)-160/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar