Məhkəmə qərarları › İş №2-1(102)-1742/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1742/2022

25.10.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1742/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintiyə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iş üzrə “tikintiyə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması və tikintiyə icazə verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(103)-1024/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 10L saylı sahədə yerləşən 0,0788 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına 19 avqust 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 894 nömrəli reyestr kitabının 84718 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. "xxxx" MMC tərəfindən Bakı Dövlət Layihə İnstitutuna ünvanlanmış 30 oktyabr 2019-cu il tarixli 149 nömrəli məktubla ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus anbar binasının layihələndirilməsinə şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur

3. Azərbaycan Respublikasının Dövlət Şəh ərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 16 iyun 2020-ci il tarixli 02/2282№li məktubundan müəyyən olunur ki, iddiaçının ünvan 3 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması barədə 3 iyun 2020-ci il tarixli müraciətinə baxılmış, təqdim olunmuş şəhərsalma əsaslandırılmasına dair aşağıdakı iradlar bildirilmişdir: şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyğun işlənməmişdir; istinad planı topoqrafiq əsas üzərində işlənməmişdir; ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi göstərilməmişdir; şəhərsalma əsaslandırılmasının cizgilərindəki mətnlərdə səhvlərə yol verilmişdir; sifarişçi "xxxx " məhdud məsuliyyətli cəmiyyəti ilə tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X3 arasında bağlanmış müvafiq müqavilə təqdim edilməmişdir.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 26 avqust 2020-ci il tarixli 02/3203 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçının ünvan 3 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması barədə 12 avqust 2020-ci il tarixli müraciətinə baxılmış, təqdim olunmuş şəhərsalma əsaslandırılmasına dair aşağıdakı iradlar bildirilmişdir: şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyğun işlənməmişdir; istinad planı topoqrafiq əsas üzərində işlənməmişd ir; ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi göstərilməmişdir; şəhərsalma əsaslandırılmasının cizgilərindəki mətinlərdə səhvlərə yol verilmişdir; sifarişçi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X3 arasında bağlanmış müvafiq müqavilə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılmışdır.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 oktyabr 2020-ci il tarixli 09/08-PA/4-77-4817 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında anbar binasının tikintisinə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanı lması və xidmət haqqının məbləği barədə müraciətə dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd olunan ünvanda Bakı şəhərində tətbiq olunmuş ərazi planlaşdırma sənədlərinə, o cümlədən hazırlanan baş plan layihəsinə əsasən mərhələli şəkildə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və memarlıq həlli baxımından irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulduğundan təklif olunan ərazi-planlaşdırılması sənədinin tətbiqini məqsədəuyğun hesab etmirlər. Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən göstərilən xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 3 nömrəli Qərarına əsasən müəyyən olunur və yalnız bu sənəd əsasında sifarişçilər tərəfindən müvafiq ödəni şlər həyata keçirilir.

6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 27 noyabr 2020-ci il tarixli ******* nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhərinin baş planının bir nüsxəsinin və həmin planın təsdiqlənməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarının surətinin verilməsi barədə 9 noyabr 2020-ci il tarixli ərizəyə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bakı şəhərinin baş planının hazırlanması prosesinə başlanılmış və həmin planın hazırlanmasının iki mərhələdə təşkil edilməsi nəzərdə tutulmuşdur. Belə ki, sonuncu mərhələdə mövcud qanunvericiliyin tələbinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırı ldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planı təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaqdır.

7. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 24 dekabr 2020-ci il tarixli 0215196a nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə 11 dekabr 2020-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda Bakı şəhərində tətbiq oluna n ünvanda Bakı şəhərində tətbiq olunmuş ərazi-planlaşdırma sənədlərinə, o cümlədən hazırlanan Baş plan layihəsinə əsasən mərhələli şəkildə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və memarlıq həlli baxımından iri miqyaslı layihələrin həyata keçirilməməsi nəzərdə tutulduğundan, təklif olunan əraziplanlaşdırılması sənədinin tətbiqini məqsədəuyğun hesab etmirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması öhdəliyinin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin və tikintiyə icazə verilməsi öhdəliyinin isə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılmasına dair müraciətinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmış və razılaşdırmadan 16 iyun 2020-ci il tarixli, 02/2282 saylı məktubla imtina olunmuşdur. Sənədlərdə olan xırda çatışmazlıqlar aradan qaldırıldıqdan sonra etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən razılaşdırılma ilə bağlı yenidən müraciət olunmuş, bu dəfə də sənədlərə baxılıb yoxlama aparılmadan eyni məzmunlu 26 avqust 2020 -ci il tarixli, 02/3203 nömrəli imtina məktubu göndərilmişdir. İddiaçı həmin imtinaları əsassız hesab edir.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında göstərmişdir ki, tikintiyə icazə verilməsinin cavabdehin üzərinə qoyulması qeyri-mümkündür. Belə ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Ərazi Tikinti Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərilən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Yəni Mərkəzin tikintiyə icazə vermək səlahiyyəti mövcud deyil. Bakı şəhərində t ikintiyə icazə vermək səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət etməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı ti kinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur.

11. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1787/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə qismən təmin edilmiş, məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin üzərinə iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə iddia qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırması zamanı iddiaçının cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciəti ilə bağlı sonuncunun imtinasında qeyd olunan əsasların iş materialları və ekspert rəyi ilə təkzib olunduğu müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılarkən ziddiyyətli məqamlar aydınlaşdırılmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri olarsa digər fiziki və hüquqi şəxslərin iştirakı təmin edilməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərilməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaradılmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul edilməli idi.

13. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1787/2021 nömrəli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia tələbi “tik intiyə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması və tikintiyə icazə verilməsi” tələbinə dair iddia tikintiyə icazə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə, yəni mübahisəli tikintiyə icazə verilməsi ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunmamışdır. İddiaçının hazırkı tələbi, yəni tikintiyə icazə verilməsi, onun digər tələbindən, yəni tikintiyə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılmasından asılı olduğundan və sonuncu tələblə bağlı müvafiq icra hakimiyyəti tərəfindən hazırda qərar qəbul olun madığından, qeyd olunan tələbə hazırda baxıla bilməz.

15. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1787/2021 nömrəli qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli 2-1(103)-1024/2022 nömrəli qərarına əsasən (sədrlik edən A.Ə.Hüseyn, hakimlər İ.Ə.Kərimli və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1787/2021 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə birinci ins tansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli 2-1(103)1024/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh tərəfindən İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinin tələbinin pozulması qeyri-mümkündür. Çünki, cavabdeh inzibati orqan deyildir və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Cavabdeh, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında “İnzib ati orqanların təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qanunvericiliyin tələblərini düzgün nəzərə almamışdır.

20. Məhkəmənin qərarından aydın olmur ki, Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı dedikdə nə başa düşülür, həmin planın hüquqi qüvvəsi hansı sənədlə müəyyən edilmişdir və funksional istifadəsinə görə ərazinin “Ticarət Əraziləri” kateqoriyasına aid edilməsi necə müəyyən edilmişdir. Halbuki, onun müəyyən edilməsi zəruridir. Məhkəmə isə həmin Qaydaların tələblərini nəzərə almamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələblərini pozmuş, cavabdehin dəlillərini araşdırmamış, onlara qiymət verməmişdir. İPM-in 92.0.6-cı maddəsinə əsasən də həmin Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar 6 nömrəli qərarı ilə təsdiq olunmuş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydaları Bənd 1.4. Şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. Bə nd 2.4. Şəhərsalma əsaslandırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə, layihələndirilən ərazinin ölçülərindən asılı olaraq müəyyən olunan miqyasda, topoqrafik planda işlənilir və tərkibində aşağıdakılar göstərilir: 2.4.1. şəhərsalma əsaslandırılması işlənilən ərazinin sərhədləri; 2.4.2. şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri daxilindəki tikintilərin mövcud vəziyyəti və yerləşdirilməsi nəzərdə tutulan obyektlər; 2.4.3. istifadə olunan torpaqların təyinatı göstərilməklə sərhədləri; 2.4.4. mərtəbəlilik göstərilməklə şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı; 2.4.5. qırmızı xətlər; 2.4.6. yerləşdirilməsi nəzərdə tutulan obyektlərin tikinti əraziləri və tikinti sahələri; 2.4.7. tar ixi landşaft, mədəni irs obyektləri və tarixi-memarlıq abidələri, onların əraziləri və mühafizə zonaları; 2.4.8. mövcud su, kanalizasiya, elektrik, istilik və qaz təchizatı xətləri; 2.4.9. estetik gözəlliyin, müasirliyin, milli, tarixi-mədəni irsin qorunmasına nail olunması üçün tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubu Bənd 2.5. Şəhərsalma əsaslandırılmasının tərkibi aşağıdakılardan ibarətdir: 2.5.1. şəhərsalma əsaslandırılmasının əsas göstəriciləri barədə qısa izahat; 2.5.2. topoqrafik planda ərazinin 1:500 miqyasında Baş planı; 2.5.3. torpaqdan istifadə növü (mövcud və layihələndirilən); 2.5.4. küçə və məhəllədaxili yolların açılışı. Bənd 2.6. Bu Qaydalar üzrə tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 2.6.1. tikilməsi nəzərdə tutulan obyekt Baş plana zidd olduqda; 2.6.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda; 2.6.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturunun yaradılması, təhlükəsizliyin və sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etdikdə; 2.6.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları və yaxud landşaftın təbii xüsusiyyətlərini pozduqda; 2.6.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatından və ya təbiət hadisələrindən (daşqından) qorunmağa təhlükə yaratdıqda. Bənd 3.2. Şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işl ənilərək dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və tabeliyindəki dövlət qoruqlarının ərazisinə münasibətdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə yerli icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin, Bakı şəhərinin və digər şəhərlərin, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş rayonlarının inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq edilir.

24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin t abeliyində Ərazi Tikinti-X1 (Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, 597 №-li Fərmanı ilə təsdiq edilmişdir) Bənd 1.1. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (bundan sonra – müvafiq sahədə) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin vəzifələri aşağıdakılardır: (-) 3.1.6. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir görmək; (-) 3.1. 15. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək; (-) 3.1.17. Komitənin tapşırığı əsasında, sifarişçinin tikinti ap armaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) əks etdirən yazılı məlumat hazırlamaq; 3.1.18. Komitənin tapşırığı əsasında, müəyyən olunmuş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin, onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olub-olmaması barədə rəy hazırlamaq; (-) 3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin aşağıdakı hüquqları vardır: (-) 3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunver iciliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək; (-) 25. “İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclud ur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

26. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və y a ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən m ahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 24-cü bəndində göstərilən normalara uyğun olaraq sifarişçinin tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə icazə verilən parametrlərini əks etdirən yazılı məlumat hazırlamaq, müəyyən olunmuş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin, onun həyata keçiriləcəyi ərazinin pla nlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olub-olmaması barədə rəy hazırlamaq cavabdehin vəzifəsidir.

33. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəz onun fəaliyyəti ilə əlaqədar daxil olmuş müraciətlərə digər qanunvericilik aktları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir görmək vəzifəsi daşıyır. Cavabdeh bu məqsədlə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edə bilər. Lakin iş materialları və cavabdehin imtina məktubundan onun bu istiqamətdə araşdırma apardığı müəyyən olunmur.

34. Cavabdehin Azərbaycan Respublikası N azirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilmədiyinə dair şikayətin dəlili də əsaslı deyil. Belə ki, həmin Təsnifatın 22-ci bəndində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təsbit olunmuşdur və bu, həmin Komitənin publik funksiyanı həyata keçirən bütün qurumlarına aiddir. Bu qənaət, həmçinin Təsnifatın V bölməsinin tələbindən irəli gəlir. Həmin bölməyə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi təsnif olunur.

35. Hazırkı işdə də cavabdeh Mərkəz onun səlahiyyətlərinə aid məsələlərin həlli ilə bağlı müraciətlərə “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq baxmaq və qanunla mü əyyən edilmiş qaydada tədbir görmək (ona həvalə edilmiş publik funksiyanı həyata keçirmək) vəzifəsi daşıyır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

36. Göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(103)-1024/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar