Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1742/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2rşı “əmək pensiyasının yenidən h esablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-ci il tarixli, 2-1(103)-1351/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Ədliyyə Nazirliyinin Maliyyətəsərrüfat idarəsinin rəisi vəzifəsində işləmiş, ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 27 iyun 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 122,50 manat olmaqla, orta aylıq əmək haqqısı 2113,50 əsas götürülmüş və “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2113,50 manat) 80 faizi - 1690,80 manat məbləğində pensiya müəyyən edilmişdir. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 169,08 manat maddi yardım ödənilir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bild irmişdir ki, 1 sentyabr 2017-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 267 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 74,16 manat olmaqla, orta aylıq əmək haqqı 1311,16 manat təşkil etmişdir. Bununla əlaqədar, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3-cü maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1311,16 manat) 80 faizi -1048,93 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2017 - xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 984,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdə n də həmin dövr ərzində 384,06 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 mart 2018-ci il tarixindən vaxtilə onun qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 294,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 81,66 manat olmaqla, orta aylıq əmək haqqı 1435,66 manat təşkil etmişdir. Bununla əlaqədar, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1.435,66 manat) 80 faizi – 1.148,53 manat məbləğində müəyyən edilmişdi r. Lakin xx.xx.2018- xx.xx.2019cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1083,53 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr ərzində 1.170,00 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə onun qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.470,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 441,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 122,50 manat olmaqla, orta aylıq əmək haqqı 2.113,50 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2113,50 manat) 80 faizi 1690,80 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə ona 1626,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr ərzində iddiaçıya 900,20 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2.454,26 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 2020-ci ilin noyabr ayından etibarən hissə-hissə (hər ay 64,59 manat) pensiyasının (1690,50 manat) üzərinə əlavə olunmaqla (64,59 +1 690,50 = 1.755,09 manat) müvafiq kart hesabına köçürülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən «Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmçinin həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövr də almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müraciət edərək, idarə rəisi vəzifəsinə görə əlavə, bir aylıq vəzifə maaşı həcmində məzuniyyətə çıxarkən verilən müavinət və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2020-ci il tarixli pensiyanın hesablanması üçün arayışda göstərilən mükafat və maddi yardım nəzərə alınmaqla, pensiyanın yenidən hesablanmasını və yaranacaq pensiya məbləği fərqinin pensiya hüququnun yarandığı 01 iyun 2005-ci il tarixdən ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tələbləri ilkin ərizədə öz əksini tapmışdır. Hazırkı ərizəni verməkdə məqsədi DSMF-nin Xüsusi Şərtlərlə X1 göndərdiyi 27 may 2021-ci il tarixli **********4 saylı məktubunda göstərilənlərə əlavə etməkdən ibarətdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunlarına əsasən 05 iyun 2005-ci il tarixdən dövlət qulluqçularına şamil edilən imtiyazlara uyğun ona pensiya məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09 iyun 2005-ci il tarixli 8/234 saylı pensiyanın hesablanması üçün əmək haqqı barədə arayışına əsasən hesablanmışdır. Göstərilən tarixdən ona vəzifə maaşı, mükafat və qulluq illərinə görə pensiya məbləği hesablanıb verilməsinə baxmay araq, idarə rəisi vəzifəsinə, ixtisas dərəcəsinə görə əlavə, bir aylıq əmək haqqı həcmində məzuniyyətə çıxarkən verilən müavinət və pensiyanın hesablanması üçün əmək haqqı barədə arayışda göstərilən mükafat və müavinət düzgün nəzərə alınmamış və aldığı pensiya düzgün hesablanmamışdır.
1. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% həcmində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusuna hər ay vəzifə maaşına əlavə olunur: hər aya görə: 1470 x 15% = 220 manat 50 qəpik, Vİİ.2008 - 31.Xİİ.2008 = 6 ay, xx.xx.2009 - 31.Xİİ.2020 = 12 il x 12 ay = 144 ay, xx.xx.2021- 31.Vİİİ.2021 = 8 ay, Cəmi: 158 ay x 220,50 = 34.839, 50 x 80% = 27.871,20 manat.
2. Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2001-ci il tarixli 569 nömrəli Fərmanının 12-ci bəndinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq ödənilir. Vİ.2005 - 31.Xİİ.2005 = 7 ay, 1.2006 - 31.Xİİ.2020 = 15 il x 12 ay = 180 ay, 01.1.202131.Vİİİ.2021 = 8 ay, 195 ay x 130 manat = 25.350 manat, 25.350 x 80% = 20.280 manat.
3. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23 oktyabr 2003-cü il tarixdən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinət ödənilir: 1470: 12 ay =122 manat 50 qəpik, 01.Vİ.2005 - 31.Xİİ.2005 = 7 ay, xx.xx.2006 - xx.xx.2020 = 15 il x 12 a y = 180 ay, xx.xx.2021 - 31.Vİİİ.2021 = 8 ay, Cəmi: 195 ay x 122,50 = 23887.50, 23887.50 manat x 80% = 19.110 manat. Cəmi: 195 ay x 122,50 = 23.887,50 manat, 23887.50 manat x 80% = 19.110 manat.
4. O, iyun 2005-ci il tarixdən dövlət qulluqçusu kimi 01 noyabr 2020-ci il tarixədək olan dövrdə aldığı pensiya məbləğinə daxil olan vəzifə maaşı, qulluq stajı və həmin dövrdə hesablanmış mükafat və müavinət olmaqla, hər ay 1.626 manat 50 qəpik pensiya müəyyən edilmişdir. Lakin pensiyanın hesablanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən əmək haqqı barədə arayışda Xİ-1998 - X-2020-ci illərdə, yəni 2 il ərzində ona 480.000 manat mükafat və 160.0 manat müavinət ödənilməsi göstərilmişdir. Həmin məbləğlərin cəmi 640 manat edir ki, bu da həmin dövrdə onun aylıq vəzifə maaşın ın 2 misli həcmində olmuşdur. 1470 x 2=2940 manat. Həmin illərdə, yəni 1998-2000-ci illərdə onun aylıq vəzifə maaşı 320.000 manat olmuşdur. Lakin göstərilən məbləğ, yəni 320.000 manat hal-hazırda 1.470 manat həcmindədir. 1470 x 2 = 2.940 x 80% = 2.352:12 ay = 196 manat olduğu halda, Fond bunu 122 manat 50 qəpik kimi qəbul etmişdir. Beləliklə, Fond tərəfindən ona hər ay 196 - 122.50 = 73 manat 50 qəpik az ödənilmişdir. Pensiya almağa başladığı iyun 2005-ci ildən noyabr 2020-ci ilədək, yəni 195 x 73.50 = 14.332 manat 50 qəpik az ödənilmişdir. Beləliklə, Vİ-2005-ci ildən yəni pensiya aldığı dövrdə:
1. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15%-i həcmində əlavə haqq 26.989 manat 20 qəpik.
2. Dövlət qulluqçusunun ixtisas dərəcəsi nə görə - 19.760 manat.
3. Dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda verilən 1 aylıq müavinət 18.620 manat.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2020-ci il tarixli pensiyanın hesablanması üçün arayışda göstərilən mükafat və maddi yardımın verilməsinə görə 14.430 manat, cəmi 79.992 manat 20 qəpik az hesablanaraq ona ödənilməmişdir. Bundan əlavə, onun aylıq pensiya məbləği aşağıdakılardan ibarət olmalıdır:
1. Vəzifə maaşı – 1470 x 80% = 1.176 manat,
2. Qulluq stajına görə - 441 x 80% = 352.80,
3. Vəzifəyə görə - 1470 x 15% = 220.50 x 80% = 176.40,
4. İxtisas dərəcəsinə görə - 130 x 80% = 104 manat,
5. Mükafat və müavinət – 1470 x 2= 2.940 x 80% = 2.352:12 = 196 manat 6.1 aylıq müavinət – 1.470 x 80% = 1.176:12 = 98 manat. Cəmi: 2103.2 manat olmalıdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: X4) xx.xx.2021-ci il tarixli, 2-1(112)4393/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli 8/914 nömrəli pensiyanın hesablanması barədə məlumatda göstərilən mükafat, maddi yardım nəzərə alınmaqla, iddiaçı X5 təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və iddiaçıya müraciət edilən tarixdən əvvəlki üç il üçün yenidən hesablanmış əmək pensiyası fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv ed ilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X10 və X8) xx.xx.2022-ci il tarixli, 2-1(103)-336/2022 saylı qərardadı ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X13 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2rşı “24 avqust 2002-ci il tarixdə qəbul edilmiş, 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, 23 oktyabr 2003- cü il tarixdə qəbul edilmiş, 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, 3 sentyabr 2001- ci il tarixdə qəbul edilmiş, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, 20 iyun 2008ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət q ulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, dövlət qulluqçusu pensiyası hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi, iyun 2005-ci il tarixdən 01 noyabr 2020- ci il tarixinədək olan dövrdə ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. c. birinci instansiya məhkəməsində ikinci icraat
12. Bakı İnzibati Məhkəməsinin (hakim: X12) xx.xx.2022-ci il tarixli, 2-1(112)7631/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını tələb etdiyi ödənclər - vəzifə səlahiyy ətlərinə görə 15% (1470x15%=220,50 manat); ixtisas dərəcəsinə görə 130 manat; vəzifə maaşının üç misli həcmində mükafat 367,50 manat (1470x3/12); bir aylıq müavinət 122,50 manat (1470/12) iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək) onun əmək haqqına daxil olmamışdır. Həmin ödəncləri iddiaçı almamışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumumun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab etmişdir. Qərarda göstərilmişdir ki,... pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensi ya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki,... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafi q vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı o halda hazırda həmin vəzifədə işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (ödənclərin) onu n pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alınmasını tələb edə bilər ki, təyinat (status) baxımından həmin növ əlavəni (ödənci) işlədiyi dövrdə almış olsun. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını tələb etdiyi ödənclər - vəzifə səlahiyyətlərinə görə 15% (1470x15%=220,50 manat); ixtisas dərəcəsinə görə 130 manat; vəzifə maaşının üç misli həcmində mükafat 367,50 manat (1470x3/12); bir aylıq müavinət 122,50 manat (1470/12) iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək) onun əmək haqqına daxil olmamışdır. Həmin ödəncləri iddiaçı almadığından onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alına bilməz.
14. İddiaçı həmin qərardan apellyasiya şikayə ti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X9) 4 aprel 2023-cü il tarixli, 2-1(103)-1351/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ona dövlət qulluqçusu kimi aylıq pensiya məbləğinin 2607 manat təyin edilməsi və məktubda göstərdiyi cədvəl üzrə hesabladığı, ödənilm əmiş 150.064,08 manat məbləğin birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 07 dekabr 2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Nəhayət, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində özü tərəfindən pensiyanın hesablanmasına dair cədvəl tərtib etdiyinə istinad etsə də, həmin dəlillər iş üzrə hər hansı faktiki və hüquqi əsasa söykənmir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaç ı 1975-ci ildən 2000-ci ilin noyabr ayınadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində baş müfəttiş, idarə rəisi vəzifəsində və 2001-ci ilin aprel ayından 2007-ci ilin mart ayının 27-dək Məhkəmə Ekspertiza mərkəzində məhkəmə iqtisad ekspertiza ETİ-nin böyük elmi işçisi vəzifəsində işləmişdir. Lakin təqaüdə çıxarkən iddiaçıdan tələb olunan bütün sənədləri DSMF-nin xüsusi şərtlərlə təyinat idarəsinə verilməsinə baxmayaraq, pensiya məbləği düzgün hesablanmamışdır. Yəni, qüvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulduğundan xeyli aşağı məbləğ təyin edilmişdir. Belə ki, “Dövlət qulluqçuları haqqında” qanunun 22.1 və 22.2-ci maddələrinin tələbləri cavabdeh tərəfindən bilərəkdən kobud şəkildə pozulmuşdur. İstinad edilən qanunun tələblərinə müvafiq olaraq vəzifə maaşı, qulluq illəri nə görə maddi yardım və mükafat məbləğləri hesablanmasına baxmayaraq, ixtisas dərəcəsinə, vəzifə səlahiyyətinə, idarə rəisi vəzifəsinə görə əlavə, məzuniyyətə çıxarkən verilən 1 aylıq əmək haqqı həcmində müavinət və 3 aylıq mükafat pensiya hesablanarkən cavabdeh tərəfindən qəsdən nəzərə alınmamış, bununla qanunvericiliyin tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərar ına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil e dərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlər in hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının 1 saylı Əlavəsi...
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin v ə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 312-ci bəndlərinə müvafiq olaraq hesablanır. Bənd
11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. 21. “Əmək pensiyaları haqqında” Qanun: (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət q ulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.11. 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.3. Dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə
29. Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi 29.3. Bu Qanunun 20.1.1-20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yen idən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 22. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiya) Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1. 0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlər in kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta h aqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə u yğun deyildir.... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdi yi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi iddiaçın ın əmək pensiyasının yenidən hesablanmasının əsaslarının mövcudluğu ilə bağlı məsələ də işə baxan məhkəmə tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı o halda hazırda həmin vəzifədə işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (ödənclərin) onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alınmasını tələb edə bilər ki, təyinat (status) baxımından həmin növ əlavəni (ödənci) işlədiyi dövrdə almış olsun.
33. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını tələb etdiyi ödənclər - vəzifə səlahiyyətlərinə görə 15% (1470x15%=220,50 manat); ixtisas dərəcəsinə görə 130 manat; vəzifə maaşının üç misli həcmində mükafat 367,50 manat (1470x3/12); bir aylıq müavinət 122,50 manat (1470/12) iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək) onun əmək haqqına daxil olmamışdır. Həmin ödəncləri iddiaçı almadığından onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alına bilməz. 34.İddiaçının pensiyası hesablanarkən vəzifə maaşı - 1470 manat; qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 441; ixtisas dərəcəsinə görə əlavəsi - 80 manat; mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 122,50 manat əsas götürülməklə, “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq, orta aylıq əmək haqqının ( 2113,50 manat) 80 faizi - 1690, 80 manat məbləğində pensiya müəyyən edilmişdir. Beləliklə də, iddiaçının əmək pensiyası hesablanarkən cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilmir.
35. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi mükafatlarla müavinətlərin cəminə görə əlavə barəsində qeyd edir ki, iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək) 1999-cu ilin dekabr ayı üzrə 288.000 manat, 2000-ci ilin mart ayı üzrə 192.000 manat mükafat, 2000-ci ilin iyul ayı üzrə 160.000 maddi yardım almışdır. Ümumilikdə 640.000 manat olmaqla, aylıq vəzifə maaşı (320.000 manat) 200% olduğundan, iddiaçının əmək pensiyasının məbləği hesablanarkən dövlət məvacibinə mükafatlarla müavinətlərin cəminə görə əlavə 200% hesabı ilə, y əni (vəzifə maaşı x 200%) / 24 ay şəklində doğru olaraq hesablanmışdır.
36. Yuxarıda qeyd edildiyi kimi, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla hazrkı vaxtadək iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 169,08 manat maddi yardım ödənilir. Lakin iddiaçı özünün hesabladığı pensiya məbləğinə əlavə olaraq da 12 ay müddətinə 10% maddi yardım tələb edir ki, iddianın əvvəlki hissələrinin əsassızlığı, hazırkı tələbin də təmin edilməməsini şərtləndirir.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-ci il tarixli, 21(103)-1351/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.