Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1742/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(103)-213/2024 nömrəli qəra rından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 30 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, iddiaçıya “Bel-oma fəqərələrinin osteoxondrozu L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət, kökcük ağrı sindromu ilə, neyrosirkulyator distropiya, asteno-nevrotik vəziyyət” diaqnozu təyin olunmuş və həmin diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçıya ilkin olaraq 2009-cu ildə “L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı və ziyyət (2008). Bel-oma fəqərələrinin osteoxondrozu, güclü kökcük ağrıları ilə, sağ aşağı ətrafın funksiya pozğunluğu. Hipertoniya xəstəliyi İİ dərəcə. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə 1 il müddətinə (xx.xx.2010-cu il tarixədək) ikinci dərəcə əlillik təyin edilmiş, sonradan ona müvafiq göndərişlər əsasında xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti növbəti dəfə Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0278003AAHT1 nömrəli göndərişi əsasında “Əsas diaqnoz: Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008), L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0 mm), L5 fəqərəsinin retrolistezi (3,0mm). Ağırlaşmalar: G55.1* - Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və kələflərinin zədələnməsi, L1-S1 səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri və protruziyaları, C6-C7 sol uncovertebral birləşməsinin artrozu. G83 - Digər paralitik sindromlar, sağ aşağı ətrafın funksiya pozğunluğu, sağ pəncənin parezi, yerişin pozulması.” diaqnozu üzrə qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması (sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicə yetərli deyil, Neyrocərahiyyə xəstəxanasında ixtisaslaşmış müayinə və reabilitasiya müalicəsi məsləhət görülür)” səbəbi lə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur.
4. İddiaçının əlillik vəziyyəti Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli, 0278003AAJVU nömrəli göndərişi əsasında “Əsas diaqnoz: Z98.8 - Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008), L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm). L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0 mm), bu səviyyədə hemilaminoektomiya deffekti, L5 fəqərəsinin retrolistezi (3,0 mm), diskogen radikulopatiya. Ağırlaşmalar: R26 - Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması. G83 - Digər paralitik sindromlar, sağ aşağı ətrafın funksiya pozğunluğu, sağ pəncənin parezi. M42 - Onurğanın osteoxondrozu, onurğa sütun un yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə daima kökcük ağrıları ilə. G45 - Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və C6-C7 sol uncovertebral birləşməsinin artrozu, vertebrobazilyar qan dövranı çatmamazlığı. M51.4 - Şmorle düyünləri (yırtıqları). Yanaşı xəstəliklər: İ25 - Ürəyin xroniki işemik xəstəliyi, gərginlik stenokardiyası f.s İİİ, aorta və tac damarlarının aterosklerozu. İ15 - İkincili hipertenziya, hipertoniya xəstəliyi İİ dərəcə. H52.4 - Presbiopiya, OU-Presbiopiya +1,75D. VisOU=0,8 k/etmir. H10.5 - Blefarokonyuktivit, OUXroniki blefarokonyuktivit. Z98 - Digər cərrahi müdaxilədən sonrakı vəziyyət, iki tərəfli hernioplastika ə/s vəziyyət (xx.xx.2019)” diaqnozu üzrə yenidən qiymətləndirilmiş və ona “Diaqnozun əlillik əlaməti təyin etməməsi (diaqnozun təsdiqini tapmaması)” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ilin mart ayından xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis şöbəsində polis nəfəri kimi işləmiş, xx.xx.2009-cu il tarixdə onurğa sütununda kəskin ağrılar (xəstəliklə əlaqədar) səbəbindən polis orqanlarından işdən azad olunm uş və həmin gündən ona ikinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Lakin 2021-ci ilin fevral ayında cavabdeh tərəfindən ona bildirilmişdir ki, stasionar müalicədən sonra yenidən TSEK-də müayinədən keçməlidir. Məhz buna görə o, 2021-ci ilin iyun ayında əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasında, sonra isə Bakı şəhərindəki Neyrocərrahiyyə Xəstəxanasında 10 gün stasionarda, 5 gün isə ambulator şəraitdə müalicə olunmuşdur. Bütün bunlara baxmayaraq, o, özünü narahat və xəstə hiss etdiyi halda, TSEK-dən ona sağlam olduğu bildirilmişdir. Hesab edir ki, onun barəsində cavabdehin imtinası əsassız və ədalətsiz olmuşdur.
7. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməmiş, iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu vurğulayaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
8. Bi rinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T483/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün Goranboy rayon Mərkəzi Xəstəxanası tərəfindən 0278003AAJVU nömrəli göndəriş (Forma-88) tam doldurulmuş və göndərişdə qeyd edilən “Z98.8 - Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2008), L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0 mm), bu səviyyədə hemilaminoektomiya defekti, L5 fəqərəsinin retrolistezi (3,0 mm), di skogen radikulopatiya” diaqnozu şəxsin stasionarda ixtisaslaşmış, tam müayinə və müalicəsi zamanı müəyyən edilmiş və təyin edilmiş diaqnoza uyğun düzgün müalicələr aparıldığından vəziyyəti qənaətbəxş olmuşdur. O, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. İddiaçının düçar olduğu yuxarıda qeyd edilən xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb edilə bilər.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 17 aprel 2023-cü il tarixli, 2-1(112)-423/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, əlilliyin qiymətləndirilməsi istiqamətində yeni Qaydalar qəbul edilməmiş, qiymətləndirmə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə aparılırdı. Göstərilən bu hal isə iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərinin məhz yuxarıda adıçəkilən Qaydaların qüvvədə olduğu dövrdə yarandığının göstəricisidir ki, bu zaman iddiaçıya münasibətdə qiymətləndirmə də məhz həmin Qaydalara uyğun həyata keçirilməlidir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi Z98.8 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından onun ağırlaşması kimi G45 (keçici tranzitor serebr al işemik tutmalar (həmlələr) və C6-C7 sol uncovertebral birləşməsinin artrozu. Vertebrobazılyar qan dövranı çatmamazlığı), yanaşı xəstəlik kimi isə İ25 (Ürəyin xroniki işemik xəstəliyi, gərginlik stenokardiyası f.s İİİ, aorta və tac damarlarının aterosklerozu) diaqnozu öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, Forma-88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyində də öz əksini tapmışdır. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir.
11. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və y a ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bu kontekstdə məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarının əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/ 2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir.
12. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (əsasən də Z98.8 - Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyət, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008), L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0 mm), bu səviyyədə hemilaminoektomiya deffekti, L5 fəqərəsinin retrolistezi (3,0 mm), diskogen radikulopatiya) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azınd an xx.xx.2015-cı il tarixdə bir il müddətinə, daha sonra xx.xx.2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və Forma-88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Belə olan halda, 2015-cı ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndir ilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə 30 gün müddətində əyani müayinə olunmaqla, iddiaçının əlillik vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq yenidən qiymətləndirilməsi və nəticəsi barədə məhkəməyə məlumat verilməsi cavabdehə həvalə edilmişdir.
15. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarın da qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli, 30 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bel-oma fəqərələrinin osteoxondrozu L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət, kökcük ağrı sindromu ilə, neyrosirkulyator distropiya, asteno-nevrotik vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı iddiaçı müayinə otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafda, bel nahiyəsində olan ağrılardan, hərəkət məhdudluğundan, sinir sıxılması səbəbindən, bəzən yıxılmasından şikayət etmişdir. Müayinə zamanı 2 tərəfli qası q yırtığının ləğvindən sonrakı çapıqlar və onurğanın bel hissəsində, təxminən 4 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, dəri örtüyü adi rəngli olmuş, tük örtüyü saxlanılmışdır. Nevroloji statusda simulyativ davranış nümayiş etdirsə də, əlillik təyinatına əsas verə biləcək defisit aşkarlanmamış, reflekslər canlı və bərabər alınmış, parez, hipotrofiya müəyyən edilməmişdir. İddiaçı ekspertiza üçün əhəmiyyətli son illərə dair heç bir instrumental müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 22 fevral 2024-cü il tarixli, 2-1(103)-213/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin olunmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, T483/2023 nömrəli ekspert rəyindən göründüyü kimi, Goranboy rayon Mərkəzi Xəstəxanasının sonuncu göndərişində təsbit olunan xəstəlik diaqnozu iddiaçının ekspert tədqiqatı zamanı əyani müayinə olunarkən tam təsdiqini tapmamış, müalicələr nəticəsində onun vəziyyətinin qənaətbəxş olduğu müəyyən olunmuşdur. Həmçinin iş üzrə apel lyasiya instansiya məhkəməsinin qərardadına əsasən TSEK tərəfindən də iddiaçının canlı müayinəsi zamanı onda əlillik təyinatına əsas verə biləcək defisit aşkarlanmamış, reflekslər canlı və bərabər alınmış, parez, hipotrofiya müəyyən edilməmiş, son nəticədə qərar verilmişdir ki, onun xəstəlik diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik əlaməti təyin etmir. Konkret halda işin halları onu göstərir ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda nəzərdə tutulan əlillik təyinatına əsas o lan hallar tamlığı ilə iddiaçıda aşkar olunmamışdır ki, belə olan halda da ona əlillik təyinatı aparılması mümkünsüzdür. İş üzrə müəyyən edilən hallardan isə göründüyü kimi, iddiaçı tərəfindən ona əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, belə şərtləri istisna edən halların mövcudluğu təsdiqlənir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyinatından imtina olunması əsaslıdır.
18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasi ya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının sağlıq vəziyyəti pisdir və özünü yaxşı hiss etmir. Belə ki, hazırda onun belində - onurğa sütununda, sağ ayağında kəskin ağrılar, boynunda sağ tərəfli yırtıq var, sərbəst hərəkət edə bilmir, sağ ayağının taqətsizliyindən, baş ağrılarından, yuxu pozğunluğundan, təzyiqinin yuxarı olmasından əziyyət çəkir. Onda olan xəstəliklər ona ikinci dərəcə əlilliyin təyininə əsas versə də, cavabdehin bu halları nəzərə almaması, ciddi-cəhdlə müraciətinin təmin edilməsindən imtina etməsi tam qərəzlilik, ədalətsizlik, qanunsuzluq və insafsızlıqdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qa nunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyini n sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərba ycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıd akılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün mü raciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 24. 01.07.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Ə lilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyə n edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutul ur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, or qanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şik ayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, h abelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərind ən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hü quq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(103)-213/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.