Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1743/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmasından imtina; inzibati orqanın qiymətləndirmə azadlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili (nümayəndəsi) X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “xx xxx 2018-ci il və xx xx x 2018-ci il tarixli protokolların iddiaçıya aid hissədə ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli 2-1(103)-1069/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2016-cı ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzvlüklə bağlı verilmiş qəbul elanı üzrə kollegiyaya sənədlərini təqdim etmişdir. xx xxxxxx 2018-ci il tarixdə vəkilliyə qəbulun birinci – test mərhələsindən keçərək növbəti mərhələyə buraxılmışdır. x xxx 2018-ci il tarixdə vəkilliyə qəbulun ikinci – şifahi mərhələsinə dəvət edilmişdir. Vəkillərin İxtisas Komissiyasının müsahibənin nəticələrinə dair x xxx 2018-ci il tarixli qərarına əsasən şifahi müsahibə mərhələsində iştirak edən 99 nəfər vəkilliyə namizəddən 10 nəfərin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir. Qərara əsasən barəsində rəy verilməyən şəxslərdən biri də iddiaçıdır.
2. İddiaçı xx xxx 2018-ci il tarixdə vəkilliyə qəbulun şifahi müsahibə mərhələsinin x xxx 2018-ci il tarixdə elan edilən nəticələrinin ona aid hissəsindən Azərbaycan Respublikası Vəkillər X3 şikayət vermişdir. Şikayətlə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin x xxxx 2018-ci il tarixli 204 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Vəkillərin İxtisas Komissiyasının şifahi müsahibənin nəticələrinə dair qərarının Sizə aid hissəsinin yenidən araşdırılıb köməklik göstərilməsi ilə bağlı Vəkillər X3 daxil olmuş müraciətinizə Rəyasət Heyəti nin xx xxx 2018-ci il tarixli iclasında baxılmışdır. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına uyğun olaraq hüquqi əsas müəyyən edilmədiyindən, müraciətiniz təmin edilməmişdir.”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx xxxx 2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun Kollegiyaya üzv qəbul olunmasından imtina barədə qərarın ləğv edilməsi, şifahi müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Kollegiyaya üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı xx xxxx 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə t əqdim edərək cavabdehin müvafiq qurumu olan Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair x xxx 2018-ci il tarixli 5 saylı iclas protokolunun (qərarının) iddiaçıya aid hissədə ləğv edilməsi, cavabdehin iddiaçının Vəkillər Kollegiyasına üzv qəbul olunmasından imtina barədə xx xxx 2018-ci il tarixli 12 saylı iclas protokolunun (qərarının) iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008 – 2009-cu illərdən, yəni təhsil aldığı Azərbaycan Universitetinin 4-cü kursundan etibarən Universitetdə yaradılan Hüquq kli nikasının tərkibində vətəndaşlara hüquqi yardım göstərmişdir. Həmçinin, nümayəndə qismində vətəndaşları müxtəlif mülki mübahisələr üzrə məhkəmələrdə təmsil etmişdir. 2009 – 2014-cü illərdə müxtəlif təşkilatlarda çalışdığı dövrdə həm Bakı şəhərində, həm də regionlarda 500-dən artıq vətəndaşa ərizə və şikayətlərin yazılması, vətəndaşların müxtəlif mülki və inzibati mübahisələr üzrə məhkəmələrdə təmsil edilməsi, hüququn müxtəlif sahələri üzrə pulsuz hüquqi məsləhətlərin verilməsi və s. xarakterli hüquqi xidmətlər göstərmişdir. Bu illər ərzində nümayəndə qismində iştirak edərək mülki və inzibati mübahisələr üzrə onlarla vətəndaşın pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsinə nail olmuşdur. 6. 2016-cı ildə Vəkillər Kollegiyasına üzvlüklə bağlı verilmiş qəbul elanı üzrə kollegiyaya sənədlərini təqdim etmişdir. xx xxxxxx 2018-ci il tarixdə vəkilliyə qəbulun birinci – test mərhələsindən 66 bal toplayaraq növbəti mərhələyə buraxılmışdır. x xxx 2018-ci il tarixdə vəkilliyə qəbulun ikinci – şifahi mərhələsinə dəvət edilmişdir. Vəkillərin İxtisas Komissiyasının müsahibənin nəticələrinə dair x xxx 2018-ci il tarixli qərarına əsasən şifahi müsahibə mərhələsində iştirak edən 99 nəfər vəkilliyə namizəddən 10 nəfərin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir. Qərara əsasən barəsində rəy verilməyən şəxslərdən biri də iddiaçıdır. 7. xx xxx 2018-ci il tarixdə vəkilliyə qəbulun şifahi müsahibə mərhələsinin x xxx 2018ci il tarixdə elan edilən nəticələrinin ona aid hissəsindən Azərbaycan Respublikası Vəkillər X3 şikayət vermişdir. Şikayətlə bağlı Vəkillə r Kollegiyasının Rəyasət Heyətinin x xxxx 2018-ci il tarixli 204 nömrəli imtina cavabını o, rəsmi şəkildə x xxxx 2018-ci il tarixdə almışdır. Cavab məktubunda qeyd edilmişdir ki, “Vəkillərin İxtisas Komissiyasının şifahi müsahibənin nəticələrinə dair qərarının Sizə aid hissəsinin yenidən araşdırılıb köməklik göstərilməsi ilə bağlı Vəkillər X3 daxil olmuş müraciətinizə Rəyasət Heyətinin xx xxx 2018ci il tarixli iclasında baxılmışdır. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına uyğun olaraq hüquqi əsas müəyyən edilmədiyindən, müraciətiniz təmin edilməmişdir.”.
8. Aşağıdakılara əsasən hesab olunur ki, Vəkillərin İxtisas Komissiyasının müsahibənin nəticələrinə dair elan edilmiş x xxx 2018-ci il tarixli qərarının ona aid hissəsi və həmin qərardan verilən şikayət üzrə Vəkillər Kollegiyası Rə yasət Heyətinin imtina qərarı ədalətsiz və tamamilə qanunsuzdur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin İX bəndinə əsasən ixtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin x xxxx 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.
9. Qaydalardan da göründüyü kimi, vəkilliyə qəbulun şifah i müsahibə mərhələsində namizədlərə hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Qaydaların bu şəkildə müəyyən edilməsində məqsəd namizədi faktiki imtahana çəkmək yox, onun ümumi bilik və bacarıqlarını, dünyagörüşünü yoxlamaq, bir fərd kimi məntiqi nəticələr çıxarmaq qabiliyyətinin olub-olmamasını, əvvəlki iş fəaliyyətində qazandığı təcrübənin onun gələcəkdə vəkil kimi fəaliyyət göstərməsi üçün kifayət edib-etməməsini yoxlamaq məqsədi daşıyır. Ən azı vəkilliyə son qəbulun şifahi mərhələsindən fərqli olaraq, əvvəlki illərdə qaydaların məhz bu formada tətbiq edilməsi bunu təsdiq edir.
10. Həmçinin, qaydalarda vək illiyə namizədin bilik səviyyəsinin yoxlanılması üçün birinci mərhələ kimi test imtahanı nəzərdə tutulmuşdur. Son aylar vəkilliyə namizədlərə şifahi müsahibə mərhələsində yalnız qanunvericiliyin müxtəlif sahələrindən, ümumilikdə beş sual verilir və namizədlərin həmin suallara verdiyi cavablarla onun növbəti mərhələyə keçib-keçməməsi müəyyən edilir. Həmin suallarsa, verilən məlumata əsasən əvvəlcədən elan edilən vəkilliyə qəbul proqramı üzrə müəyyən edilir. Bu proqramda isə, 14 məcəllənin, 2 konstitusiya aktının, 14 qanunun, 1 konvensiyanın (həmçinin konvensiyaya əlavə protokollar) və 1 konstitusiya qanununun adı keçir ki, bu qanunvericilik aktlarında olan maddələrin sayı 6.150-dir. Yəni, 6.150 maddəni bilmək və təsadüfi seçimlə bu maddələrin hər hansı birindən verilən suala maddədə olduğ u kimi əzbər cavab vermək faktiki olaraq mümkün deyil.
11. Son aylar vəkilliyə qəbulun şifahi müsahibə mərhələsində bu şəkildə, yəni yuxarıda qeyd edilən qaydaların tamam fərqli şəkildə tətbiq edilməsi həmin qaydaların özünə, həm də hüququn, hüquqi müdafiənin mahiyyətinə ziddir. Ən azı ona görə ki, şifahi müsahibənin bu şəkildə keçirilməsi ilə nə namizədin məntiqi nəticələr çıxarmaq bacarığı, nə onun praktik bacarıqlarının səviyyəsi, nə onun dünyagörüşü, nə onun bu vaxta qədər fəaliyyəti, nə vəkilliyə qəbulun birinci mərhələsində topladığı bal, nə onun müsahibə mərhələsində iştirak edərkən psixoloji vəziyyəti, nə də ümumiyyətlə vəkil olmaq istəyən namizədin ərizə, şikayət və s. sənədləri tərtib etmək qabiliyyətinin olub-olmaması, iş üzrə müdafiə taktikası qura bilib-bilməməsi aydınlaşdırıl mır və namizədin növbəti mərhələyə keçməsi üçün bütün bu zəruri bacarıqlarının olub-olmaması heç bir rol oynamır. Faktiki olaraq, namizədin əzbərləmə qabiliyyəti əsasında o, növbəti mərhələyə keçmək imkanı əldə edir. Vəkillər Kollegiyası qarşısına peşəkar vəkillərin sayını artırmaq, vətəndaşlara göstərilən hüquqa xidmətin səviyyəsini artırmaq məqsədi qoyması barədə kollegiya rəhbərliyi dəfələrlə çıxışlar etmişdir. Həqiqətən belə bir məqsəd varsa, Vəkillərin İxtisas Komissiyasının namizədlərə yalnız əzbərləmə qabiliyyəti əsasında rəy verməsi bu məqsədlərə nail olma perspektivini faktiki olaraq mümkünsüz edir. x xxxx 2018-ci il tarixdən, yəni vəkilliyə qəbulun şifahi müsahibə mərhələsi başlanan gündən o, namizədlərə verilən suallarla maraqlanmış və onları toplamışdır. Müsahibənin bu formada keçirilməsi qaydalara tamamilə zidd olsa da, onun şifahi müsahibəyə çağırıldığı günədək və həmin vaxtdan sonra namizədlərə verilən suallar vəkilin praktikada tez-tez rastlaşa biləcəyi qanunvericiliyin müxtəlif sahələri ilə bağlı ümumi normalar olduğundan, təcrübəsi olan hüquqşünasın həmin suallara cavab verməsi o qədər də çətin deyildir. Lakin, onun şifahi müsahibəyə çağırıldığı gün verilən suallar başqa günlərdəki suallarla müqayisədə həddən artıq çətin, praktikada nadir rastlanan xüsusi maddələrlə bağlı olmuşdur. Ona verilən suallardan biri Mənzil Məcəlləsində xüsusi təyinatlı mənzillərin növləri ilə bağlı olmuşdur. Maraqlıdır ki, xüsusi təyinatlı mənzillərin növləri ilə bağlı indiyədək məhkəmələrdə nə qədər mübahisəyə baxılıb və belə bir mübahisə ilə bağlı müraciət edən müştəriyə neçə v əkil hüquqi məsləhət vermək üçün Mənzil Məcəlləsinin həmin maddələrinə baxmağı vacib saymadan və maddəyə baxmadan bu mübahisə üzrə vətəndaşa dəqiq və keyfiyyətli məsləhət verə bilib. Ümumiyyətlə, vəkilin hər hansı peşəkar və keyfiyyətli hüquqi yardım göstərməsi üçün onun 6.150 maddəni və ya qanunvericiliyi əzbər bilməsi şərtdirmi? Şərtdirsə, nə üçün vəkil məhz proqramda adları qeyd edilən qanunvericilik aktlarındakı maddələri əzbər bilməlidir? Axı proqramda adı çəkilməsə də, Ticarət Gəmiçiliyi Məcəlləsi, Gömrük Məcəlləsi, Miqrasiya Məcəlləsi, Su Məcəlləsi, Meşə Məcəlləsi və ya adı proqramda olmayan hər hansı başqa qanunvericilik aktı ilə tənzimlənən hüquq münasibəti ilə bağlı vəkilə hüquqi məsləhət almaq üçün müraciət edilə bilər. Məhz bu səbəbdən vəkilliyə namizədə yalnız əzbərləmə qabili yyəti əsasında rəy verilməsi tamamilə absurddur. Bir namizədə Mülki Prosessual Məcəllədə nümayəndəliklə, başqa namizədə Mənzil Məcəlləsində xüsusi təyinatlı mənzillərin növləri ilə bağlı sualların verilməsi, bir namizədə Cinayət Prosessual Məcəllədə preyudisiallıqla bağlı verilən suala namizədin yalnız “məhkəmənin qanuni qüvvəyə minmiş və ləğv edilməmiş qərar və hökmü təhqiqat, istintaq, prokurorluq və məhkəmələr üçün məcburidir” şəkilində verdiyi cavab məqbul sayıldığı halda, ona (iddiaçıya) verilən sual üzrə ondan maddədə olduğu kimi dəqiq cavab verilməsinin tələb olunması hansı ədalət, bərabərlik prinsiplərinə cavab verir. Namizədlərə verilən suallarla və onların verdikləri cavablarla bağlı onlara qarşı yol verilən bu qeyri-bərabərlik nəyə əsaslanır? Nə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda, nə də vəkilin hüquq və vəzifələrini müəyyən edən başqa qanunvericilik aktlarında vəkilin hüquqi xidmət göstərərkən, hüquqi məsləhət verərkən, şəxsin hüquqlarını məhkəmədə müdafiə edərkən keyfiyyətli hüquqi yardım göstərmək üçün yaranmış mübahisəni tənzimləyən hüquq norması ilə bağlı qanunvericiliyə, onun hər hansı konkret normasına baxmaqla qeyd edilən xidmətləri göstərməsi qadağan edilməyibsə, vəkilin və ya vəkilliyə namizədin hansısa qanunvericilik normasını əzbər bilməsinin əhəmiyyəti yoxdur.
12. Şifahi müsahibə mərhələsində ona verilən 5 sualdan 2-sinə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsindən və “Konstitusiya Məhkəməsi haqqında” Qanundan verilən suallara tam cavab vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsindən verilən sua la əzbər cavab verməsə də, maddənin mahiyyəti barədə ətraflı danışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsindən verilən sual həddən artıq xüsusi maddə ilə bağlı olsa da, praktikada az tətbiq edilsə də, maddəni əzbər bilməsə də, məntiqlə və mümkün qədər cavablandırmağa çalışmışdır. Buna baxmayaraq, Vəkillərin İxtisas Komissiyası tərəfindən Vəkillər Kollegiyasına onun üzvlüyü üçün rəy verilməyib.
13. Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının 6.5-ci bəndinə əsasən, müsahibənin nəticələrinə dair Komissiyanın qərarından narazı olan namizədlər qərarın elan olunduğu gündən 5 (beş) gün müddətində Vəkillər X3 şikayət verə bilərlər. O da həmin Qaydalarda nəzərdə tutulmuş müddət ərzində Vəkillər X3 şikayət vermişdir. Nə şikayətinə baxılacağı va xt və yer barədə qabaqcadan məlumatlandırılmış, nə də şikayətin araşdırılması ilə bağlı keçirilən iclasda iştirakı təmin edilib. Hətta imtina cavabında qeyd edilən şikayətlə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı bu günə qədər ona təqdim edilməyib. Bunun nəticəsində onun “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş dinlənilmə hüququ kobud şəkildə pozulub. Onun dörd səhifəlik şikayətinə dair Vəkillər Kollegiyasının Rəyasət Heyətinin şikayətdə göstərdiyi ciddi araşdırma tələb edən arqumentlərlə bağlı iki cümləlik imtina məktubu, iclasda iştirakının təmin edilməməsi, iclasda şikayəti ilə bağlı qəbul edilmiş qərarın bu günə qədər ona təqdim edilməməsi tam sübut edir ki, şikayət üzrə heç bir araşdırma aparılmayıb və bütün şikayətlərlə bağlı qabaqcadan haz ır şablonda cüzi texniki dəyişikliklər aparılaraq ona təqdim edilib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin imtina cavabında nəyə əsasən, şikayətdə qeyd etdiyi arqumentlərin, faktların və dəlillərin Vəkillərin İxtisas Komissiyasının qərarına münasibətdə əsaslı hesab edilməməsi izah edilməyib. Nəticədə Vəkillərin İxtisas Komissiyasının və Vəkillər X1 bağlı qərarları “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə zidd olaraq əsaslandırılmayıb, həmçinin mənim həmin Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan mötəbərlik prezumpsiyası hüququm pozulub. Qərarın qəbulu zamanı iclasda onun iştirakının təmin edilməməsi, qərarın bu günə qədər ona təqdim edilməməsi nəticəsində Vəkillər X2 hazırki iddia ərizəsində qərarı mübahisələndirmək imkanını və onun qərarın qanunsuz olması ilə bağlı əlavə arqumentlərə məhkəməyə müraciət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırıb. Məhz iclasda onun iştirakı təmin edilmədiyindən, şikayəti ilə bağlı qəbul edilmiş qərarın surəti bu günə qədər rəsmi qaydada ona təqdim edilmədiyindən, iclasın səlahiyyətli olub-olmaması, şikayəti ilə bağlı aparılan araşdırmanın hansı formada, kimlərin iştirakı ilə, hansı sübutlar və faktlar əsasında aparılması, qərarın qəbulu zamanı verilən səslərin sayı və s. barədə heç bir məlumat olmadığından, bu hissədə də hər hansı hüququ pozulubsa, bununla bağlı nə hüququnu müdafiə edə bilməmiş, hüquqlarının pozulması ilə bağlı şikayət edə bilməmişdir. Bütün bunların nəticəsində o, vəkillik fəaliyyəti ilə məşğul olmaq və vəkillik üzrə yeganə peşə birliyi olan Vəkillər Kollegiyasında üzv olmaq hüququndan məhrum edilmişdir.
14. O, hüquqşünas və nümayəndə qismində fəaliyyət göstərdiyi müddətdə siyasi motivlə işdən azad edilən şəxslərə, siyasi motivlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət qeydiyyatına almadığı ictimai birlikləri təsis edən şəxslərə və başqalarına həm ölkədaxili məhkəmələrdə, həm də beynəlxalq məhkəmələrdə hüquqi yardım göstərmişdir. Məhz bu fəaliyyəti nəticəsində həmin şəxslərin bir çoxunun pozulmuş hüquqlarının məhkəmələrdə bərpa edilməsinə və beynəlxalq məhkəmələrdə şikayətlərin icraata götürülməsinə nail olmuşdur. O, 2017-ci ilin oktyabr ayında nümayəndəlik institutunun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsinə, həmin layihən in qəbul edilməsinə açıq etiraz edən və bu məqsədlə yaradılan X5 üzv olan şəxslərdən biri olmuşdur. Etirazlarda nümayəndəlik institutunun ləğv edilməsi nəticəsində Avropada ən az vəkilin olduğu Azərbaycanda şəxslərin hüquqi müdafiəsiz qalacağını, 900-ə yaxın üzvü olan Vəkillər Kollegiyasının şəxslərin hüquqlarının müdafiəsini öz üzərinə götürməsinin, məhkəmələrdə olan 370.000-dən çox mübahisə üzrə həmin şəxslərə keyfiyyətli hüquqi yardım göstərməsinin praktik olaraq mümkün olmamasını, nümayəndə qismində fəaliyyət göstərən hüquqşünasların Vəkillər Kollegiyasına üzv olması təşviq edilmədən, həmin şəxslərin vəkilliyə qəbul edilməsi üçün konkret addımlar atılmadan bu institutun ləğvinin xeyli ziyanlı olacağını və s. məsələləri qeyd edilmişdir. Bütün bunların əksinə olaraq Vəkillər Kollegiyasın ın Rəyasət heyətinin sədri və bir sıra başqa üzvləri həmin etirazları və etirazçıları sərt tənqid edən çıxışlar ediblər. Onları vətəndaşların, keyfiyyətli hüquqi müdafiənin təmin edilməsinin, Azərbaycanda vəkillik institutunun inkişafının xeyrinə atılan bu addıma qərəzli münasibətdə ittiham ediblər. Hətta Vəkillər Kollegiyasının bəzi səlahiyyətli şəxsləri bu hərəkətlərin Kollegiyaya üzv olmaq imkanlara mənfi təsir göstərəcəyini bildiriblər. Nəticədə nümayəndəlik institutunun ləğvinə etiraz edən və X4 üzvü olan vəkilliyə namizədlərin hamısı test mərhələsindən keçsə də müsahibə mərhələsində qanunsuz və qərəzli olaraq “kəsiliblər”. Bunun nəticəsində başqa şəxslər kimi onun da Azərbaycan Respublikasının Konstitusiyasının 47 və 58-ci, həmçinin Konvensiyanın 10 və 11-ci maddələrində nəzərdə tutu lan ifadə azadlığı və birləşmək hüququ pozulub.
15. Vəkilliyə qəbulun müsahibə mərhələsində “kəsilməyinin” başqa əsas səbəblərindən biri də onun uzun illər Ədliyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında vətəndaşlara yüzlərlə hüquq mübahisəsi üzrə hüquqi yardım göstərmiş, lakin fərqli mövqeyinə, Vəkillər Kollegiyasının fəaliyyətini əsaslı tənqid etdiyi üçün Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməyən Ənnağı Hacıbəylinin oğlu olmasıdır. 2005-ci ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun qəbul edilməsindən sonra X8 nəzərdə tutulmuş hüququndan istifadə edərək ixtisas imtahanlarını vermədən və icbari təlimlərə cəlb edilmədən Vəkillər Kollegiyasına üzv qəbul edilməli olan Ə.Hacıbəyli bunun üçün zəruri olan sənədləri kollegiyaya təqdim etsə də imtina cavabı alıb. Bununla bağlı ölkədaxili məhkəmələrə etdiyi şikayətlər isə ədalətli araşdırılmayıb və qanunsuz olaraq təmin edilməyib. Nəticədə X9 Məhkəməsinə edilən şikayət üzrə beynəlxalq məhkəmə xx xxxxx 2018-ci il qərarı ilə Ə.Hacıbəylinin kollegiyanın fəaliyyətinə dair tənqidi mövqeyinə görə üzvlüyə qəbul edilməməsini təsdiqləyib və onun “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığının pozulduğunu tanıyıb. Bütün bunlara baxmayaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri müsahibələrində qeyd edir ki, beynəlxalq məhkəmənin qərarında Vəkillər Kollegiyasının icra etməli olduğu hər hansı məsələ qeyd edilmədiyindən və ölkədaxili məhkəmə qərarları qüvvədə olduğundan Ə.Hacıbəyli Vəkillər Kollegiyasına üzv olmaq istəyirsə, başqa vətəndaşl ar kimi kollegiyaya sənəd versin və ixtisas imtahanlarında iştirak etsin. Kollegiya sədrinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” X8 nəzərdə tutulan müddəaların tələblərinə və beynəlxalq məhkəmənin qərarında göstərdiyi məhkəmə araşdırması nəticələrinə baxmayaraq, bu şəkildə münasibəti Ə.Hacıbəyliyə olan qərəzindən və hətta Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu yeni tərkibinin rəhbərliyi dönəmində də vəkil olmaq şansının olmamasını açıq göstərir. Bu faktların fonunda Ə.Hacıbəylinin oğlunun da kollegiyaya üzv qəbul edilməməsi təəccüblü görünmür.
16. Hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33-cü maddəsinin tələbləri baxımından məcburetmə haqqında iddiadır. Həmçinin həmin Məcəllənin 35-ci maddəsinin tələbləri üzrə iddia mü mkün sayılmalıdır. Vəkillər Kollegiyası ilə bağlı mübahisələrə hansı məhkəmədə baxılmalı olması barədə fikir ayrılığı olsa da qanunvericiliyin tələbləri ilə bərabər son vaxtlar yaranmış praktika da hazırki mübahisənin məhz inzibati-iqtisadi məhkəmədə baxılmalı olması arqumentinin qanuni olduğunu tam təsdiq edir. Misal olaraq, son vaxtlar vəkillərin vəkillik fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyasının müraciəti əsasında həmin məhkəmə mübahisələrinə məhz inzibati-iqtisadi məhkəmələrdə baxılır. Hətta vəkillik fəaliyyətinə xitam verilməsi tələb edilən vəkillərin məhkəmə aidiyyətinə dair vəsatətləri təmin edilmir və işlərə inzibati-iqtisadi məhkəmələrdə baxılmağa davam etdirilir. Qeyd edilənləri, Vəkillər Kollegiyasının ünvanının Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 100 olmasını n əzərə alaraq həm məhkəmə aidiyyəti, həm də ərazi aidiyyəti üzrə işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 47, 58-ci maddələrinə, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 8.1, 10.1, 11.1, 14, 18-ci maddələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9, 13-cü maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 21, 45, 46, 61-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları:
17. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, iddiaçı xx xxxxxx 2018-ci il tarixində ixtisas imtahanının yazılı (test) mərhələsində iştirak etmiş və yazı lı imtahanın yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizəd kimi imtahanın ikinci mərhələsinə - şifahi müsahibəyə buraxılmışdır. İddiaçı x xxx 2018-ci il tarixində peşə yararlılığının müəyyən edilməsi məqsədilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, x xxx 2018-ci il tarixli 22 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir. Qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olduğu üçün x xxx 2018-ci il tarixli 5 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “qeyriməqbul” qiymətləndirdiy indən x xxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində dərc edilmiş şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısında yer almamış, ona Kollegiya üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir.
18. İddia əsassızdır. Hesab olunur ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün iddiaçının belə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu, icbari təlimə buraxılmaq üçün labüd (“olmazsa olmaz”) şərtdir. Belə olan halda, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsin i müvəffəqiyyətlə verməsi və müvafiq rəy faktiki və həqiqi olaraq mövcud olmadığı halda, vəkilliyə namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə keçirilən icbari təlimə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürülə bilməz. İddiaçının ilkin yazılı icbari təlimə buraxılma deyil, onun imtahana buraxılması ilə bağlıdır və o, imtahana buraxılmışdır. İcbari təlimə buraxılma ilə bağlı yazılı müraciət mövcud olmadığından məcburetmə iddiası çərçivəsində cavabdehin üzərinə vəzifə qoyulması həm də bu əsasla mümkün deyil və “icbari təlimə buraxılmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin əsassızlığının əlavə sübutudur.
19. İddiaçının bu tələblər üzrə subyektiv hüququ yoxdur. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində özünün hüquqlarının və qanun la qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İxtisas imtahanının şifahi mərhələsində müvəffəqiyyət qazanmamış və barəsində müvafiq rəy verilməmiş şəxsin “icbari təlimə buraxılmaq” tələbi mümkün hesab edilə bilməz. İddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın ifadə tərzi və həcmi ilə nail olmaq mümkün olmadığından, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyindən iddiaçının hüquqi marağı mövcud deyildir, iddia tələbi bu hissədə mümkün sayılmamalıdır.
20. Hazırkı iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə və iddia həmin hissədə mümkün hesab edilməklə mahiyyəti üzrə baxıla bilər. İddiaçının Vəkillərin İxtisas Komissiyasının mahiyyəti üzrə gəldiyi nəticəni təftiş etmək tələbi özü-özlüy ündə vəkilliyin əsaslarından birini təşkil edən - özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi – prinsipi ilə bir araya sığmır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 13-cü maddəsinin İX hissəsinə müvafiq olaraq Vəkillər Kollegiyası Rəyasət Heyətinin x xxxx 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydaların 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Qaydaların 5.4cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Qaydaların 6.3-cü bəndinə əsasən Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər X3 təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris elm müəs sisəsində icbari təlimə buraxılırlar. Qaydaların 6.4-cü bəndinə əsasən namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər X3 təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir.
21. İddiaçı məhkəmənin təftiş zaman özünü bütünlüklə Vəkillərin İxtisas Komissiyasının üzvlərinin yerinə qoymaqla, öz qərarı ilə Vəkillərin İxtisas Komissiyasının qərarını əvəz etməsini tələb edə bilməz. İddiaçının tələbi Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni, Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoymamalıdır. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur. Vəkillərin İxtisas Komissiyası diskresion səlahiyyətləri həyata keçirdiyindən hər-hansı bir səhvə yol verməsi, hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Vəkillərin İxtisas Komissiyası müstəsna diskresion səlahiyyətini təşkil edir.
22. M əhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşdığından, hüququn icrasını (namizədin cavabının qiymətləndirilərək “məqbul” və ya “qeyri-məqbul” hesab edilməsi) əhatə etmir və məhkəmə yalnız Vəkillərin İxtisas Komissiyasının öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. İPM-in 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul ed ilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
23. Qeyd etmək lazımdır ki, X9 Məhkəməsi də öz presedent hüququnda oxşar mövqedən çıxış edir.
24. İddiaçının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 13-cü maddəsinin Vİİ hissəsinə istinad etməklə onun barəsində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərarın mövcud olması barədə dəlili yanlış mülahizə üzərində qurulmuşdur. Qeyd edilməlidir ki, iddiaçı barəsində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında hər hansı qərar mövcud deyildir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”n və “Vəkillərin İxtisas Komissiyası haqqında Əsasnamə”nin müddəalarının müqayisəli təhlili birmənalı olaraq göstərir ki, Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədi nə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etmək nə də ki, qəbul etməkdən imtina haqqında qərar vermək səlahiyyəti yoxdur. Bu səlahiyyət müvafiq prosedurlardan sonra yalnız Vəkillər Kollegiyası Rəyasət Heyətinin kompetensiyasına aiddir. Vəkillərin İxtisas Komissiyası yalnız vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3 müvafiq rəy təqdim edir və ya belə rəy verməkdən imtina edir. Rəy verilməsindən imtina edilməsi vəkill iyə namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərar hesab edilə bilməz. Digər tərəfdən iddiaçının istinad etdiyi normanın “vəkilliyə namizəd... məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər” müddəası hazırkı iş üzrə irəli sürülmüş iddia tələblərinin “icbari təlimə buraxılma” hissəsində mümkün hesab edilməməli olmasını əlavə olaraq təsdiq edir. Belə ki, iddia tələblərinin ixtisas imtahanından kənar olan hissələrini mümkün hesab edilməməli, məcburetmə haqqında iddia çərçivəsində Vəkillərin İxtisas Komissiyasının, o cümlədən Vəkillər Kollegiyası Rəyasət Heyətinin yerinə və əvəzinə qərar qəbul edilməsindən çəkinilməlidir.
25. İddiaçının “xx xxx 2018-ci il tarixli 12 saylı protokolun (qərarın) ona ai d hissədə ləğv edilməsi” tələbi də əsassızdır. “xx xxx 2018-ci il tarixli 12 saylı protokolun (qərarın) ona aid hissədə ləğv edilməsi” tələbi də mümkün sayılmamalıdır. Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, iddiaçıya x xxx 2018 tarixində Konstitusiya Məhkəməsinin qərarlarının hüquqi qüvvəsi, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi, işçilərin ixtisarı, lazımi keyfiyyətdə olmayan əşyaların verilməsinin nəticələri və Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsi və onun növləri məzmununda suallar verilmiş, Vəkillərin İxtisas Komissiyasının iclasda iştirak edən 9 üzvünün hər biri tərəfindən hər bir suala cavab ayrıayrılıqda yazılı qiymətləndirilməklə iddiaçıya ümumilikdə 6 məqbul və 39 qeyri-məqbul qiym əti verilmiş, bu qiymətlər hər bir üzvə bir nüsxədə verilmiş və onun tərəfindən imzalanmaqla təsdiq edilən “Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəli” adlı sənəddə əks etdirilmiş, qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olmuşdur. Bu səbəbdən x xxx 2018-ci il tarixli 5 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir.
26. Göründüyü kimi, iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir, iddiaçının onun verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinin faktiki əsasının olmaması barədə heç bir əsası olmayan dəlilləri uydurma və mülahizə xarakterlidir, iddiaçı bu dəlilləri sübuta yetirən hər hansı bir sübutu təqdim etməmişdir. İddiaçının hazırkı iş üzrə mötəbərlik prinsipinə istinadı da bu prinsipin mahiyyətinə uyğun olmamaqla, tamamilə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 27. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(81)3266/2018 nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 28. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli 2-1(82)572/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
29. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi dörd hissədən ibarət olsa da, “x xxx 2018ci il tarixli 5 saylı protokolun ləğv edilməsi” tələbi hazırda əsas tələb kimi çıxış edir, digər tələblər isə ondan törəmədir. Nə qədər ki, onun müvafiq mərhələdə qiymətləndirilməsinin nəticəsi növbəti mərhələyə, yəni müvafiq tədris-elm müəssisəsində icbari təlimə buraxıla bilməz, eləcə də üzvlüyə qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, Vəkillərin İxtisas Komissiyasının həm iddiaçının peşə yararlılığını müəyyən etməsi, həm də mühasibədə iddiaçının qiymətləndirilməsi qurumun diskresion səlahiyyətləri çərçivəsində həll olunan məsələlərdir. Odur ki, məhkəmə hər iki məsələnin həllində inzibati orqanın hərəkətlərinə yalnız İPM-in 74-cü maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinin tələbləri baxımından qiymət verərək vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın öz səlahiyyətlərinin məqsədlərindən kənar hərəkət etdiyi və qanunla müəyyən olun muş hədlərə əməl etmədiyi müəyyən olunmur. Məhkəmənin qənaətinə görə, qaldırılan məsələlər cavabdehin diskresion səlahiyyətləri daxilində həll olunduğundan, məhkəmə iddiaçının arzuladığı qərarın qəbulunu, qəbul olunmuş imtina qərarının ləğvini və arzulanan hərəkətin edilməsini təmin edə bilməz. Odur ki, iddiaçının «x xxx 2018-ci il tarixli və xx xxx 2018-ci il tarixli protokolların iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının icbari təlimə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi əsaslı sayılmamalıdır.
30. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli 21(103 )-1069/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
32. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
33. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
34. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, birinci instansiya məhkəməsi “diskresion səlahiyyətlərə” dair qanunvericilik normalarını səhv təfsir etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin səhvi təkrarlamışdır.
35. Bir neçə qanunvericilik aktlarında “diskresion səlahiyyətlər” ifadəsinin anlayışı verilib. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində və başqa qanunvericilik aktlarında da identik anlayışlar təsbit edilib. Diskresion səlahiyyətlərə verilən anlayışdan belə çıxır ki, inzibati orqanın və ya vəzifəli şəxsin qərar qəbul edərkən konkret hansı qərarın qəbul edilməsiylə bağlı seçim etmək hüququ var. Lakin inzibati orqanın seçim hüququ o vaxt qanuni sayılır ki, hansı qərarı verməsindən asılı olmayaraq, həmin qərar qanuni olacaq. Məsələn, cavabdehin Azərbaycanın hər hansı şə hərində hüquq məsləhətxanası açmaq səlahiyyəti diskresion səlahiyyətdir. Amma konkret şəxsin Vəkillər Kollegiyasına qəbul edilməsi ilə bağlı cavabdehin diskresion səlahiyyəti yoxdur. 36. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ bəndində Vəkillər Kollegiyasına üzvlüyə qəbulun kriteriyaları, həmin maddənin İİ bəndində üzvlüyə qəbula dair məhdudiyyətlər, 13-cü maddənin V bəndində isə üzvlüyə qəbulun proseduru təsbit edilib. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.4-cü bəndində şifahi müsahibəyə münasibətdə eyni prosedur qaydaları müəyyən edilib. Deməli, qanunvericilikdə Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı konkret şərtlər, məhdudiyyətlər və prosedurlar təsbit edilib. Hər hansı fiziki şəxs bu şərt lərə cavab verirsə, prosedurlardan keçibsə, o, Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməlidir və bu zaman cavabdehin bunun əksinə qərar qəbul etmək hüququ qanunda nəzərdə tutulmayıb. Məsələn, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Lakin məhkəmələrin hazırki iş üzrə mövqeyindən belə çıxır ki, şəxs hətta hüquq elmləri doktoru olsa da Cavabdeh vəkil olması üçün ondan yazılı test imtahanı verməsini tələb edə bilər.
37. Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı cavabdehin hərəkətləri onun diskresion səlahiyyəti hesab edilsəydi belə, məhkəmələrin həmin hərəkətlərin diskresion səlahiyyət olması səbəbin dən iddianı təmin etməməsi tamamilə qanunsuzdur. Çünki məhkəmə şəxsin hərəkətlərinin diskresion səlahiyyət olub-olmamasını müəyyən etməkdə; hərəkət diskresion səlahiyyətlər çərçivəsində edilibsə, həmin hərəkətlərin edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulub-pozulmamasının, hədlərin aşılıb-aşılmamasının yoxlanmasında; diskresion səlahiyyətlərin icrasının demokratik cəmiyyətdə zəruri olubolmamasını müəyyən etməkdə tam səlahiyyətlidir. Məhkəmə həmin hərəkətlərin bütün şəxslərə (indiki halda namizədlərə) eyni üsulla və eyni qaydada tətbiq edilib-edilməməsini (“İnzibati icraat haqqında” Qanunun 12.4-cü maddəsi), diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudlar daxilində həyata keçirilib-keçirilmədiyini (“İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsi), diskresion səlahi yyətlər əsasında qəbul edilən qərarların həmin səlahiyyətlərin məqsədinə uyğun olub-olmamasını (“İnzibati icraat haqqında” Qanunun 14.2-ci maddəsi), diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul edilib-edilmədiyini (“İnzibati icraat haqqında” Qanunun 14.3-cü maddəsi) və s. halları yoxlamalı idi. Lakin məhkəmələr bütün bu hərəkətləri etməməklə faktiki olaraq İddiaçını effektiv hüquqi müdafiə vasitələrindən məhrum edib.
38. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iddiaçı ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və işin obyektiv, hərtərəfli araşdırılması üçün məhkəməyə bir neçə vəsatət təqdim edib. Həmin vəsatətlər Vəkillər Kollegiyasının İxtisas Komissiyasının üzvlərinin şahid qismində məhkəmə iclasına dəvət edilməsi, iş üçün əhəmiyyətli olan və İddiaçıya təqdim edilməmiş bəzi sənədlərin cavabdehdən tələb edilməsi və Vəkillər Kollegiyasına üzv qəbul olunmasıyla bağlı iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində verdiyi cavablarla bağlı Vəkillərin İxtisas Komissiyasının üzvlərinin apardıqları qiymətləndirməyə dair müvafiq sənədlərin (təlimatlar, qiymətləndirmə standartları, metodologiyalar və s.) tələb edilməsi, iş materiallarına əlavə edilməsi və iş üzrə toplanmış başqa sübutlarla birlikdə araşdırılmasının təmin edilməsi ilə bağlı olub. Bəzi sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilsə də iddiaçının 2019-cu ilin 21 fevral və 14 mart tarixlərində təqdim etdiyi həmin vəsatətlərə məhkəmə son məhkəmə iclasında m ünasibət bildirərək vəsatətlərin təmin edilmədiyini bildirib. İddiaçı apellyasiya şikayətində qeyd edib ki, vəsatətlərinin təmin edilməməsi qətiyyən əsaslandırılmayıb. İddiaçı apellyasiya instansiyası məhkəməsində həmin vəsatətlərin təmin edilməsini xahiş edib. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilini və İddiaçının qeyd edilən vəsatətlərini görməzdən gələrək məhkəmə iclasında və qəbul etdiyi qərarda buna heç bir hüquqi qiymət verməyib.
39. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdır ılması hüququna malikdir.
40. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. H əmin Məcəllənin 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
41. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
42. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarını iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. Bundan başqa, etirazda qeyd edilir ki, iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir, iddiaçının onun verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinin faktiki əsasının olmaması barədə dəlilləri uydurma və mülahizə xarakterlidir, iddiaçı bu dəlilləri sübuta yetirən hər hansı bir sübutu təqdim etməmişdir.
43. İddiaçının hazırkı iş üzrə mötəbə rlik prinsipinə istinadı da bu prinsipin mahiyyətinə uyğun olmamaqla, tamamilə əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun mötəbərlik prinsipini müəyyən edən 19.1-ci maddəsinə hərfi istinad ixtisas imtahanının şifahi müsahibə mərhələsində namizədin verdiyi cavabın mötəbər hesab edilməsi kimi şərh edilə bilməz. Belə yanaşma ümumilikdə ixtisas imtahanının mahiyyətini heçə endirir və onun təbiətinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. İxtisas imtahanının keçirilməsi ilə bağlı qaydalar isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” ilə müəyyən edilmişdir və mötəbərlik prinsipinin belə sərbəst və ixtiyari şəkildə şərhi onun mahiyyətinə və ixtisas imtahanının keçirilməsi ilə bağlı xüsusi qaydalara ziddir. 44. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özü nüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir.
45. Şübhəsizdir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Göründüyü kimi, namizədin şifahi müsahibə edilməsi yuxarıda istinad edilən Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komiss iyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. x xxxx 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Həm əvvəlki Vəkillərin İxtisas Komissiyasının praktikasından, həm də Vəkillərin İxtisas Komissiyasının yeni tərkibinin x xxxx 2018-ci il tarixindən etibarən keçirdiyi imtahan praktikasından ixtisas imtahanının şifahi müsahibə mərhələsinin hansı qaydada keçməsi və burada 5 ədəd yalnız hüquqa aid sualın verilməsi bütün namizədlər üçün, o cümlədən iddiaçı üçün açıq məlumat idi və iddiaçı bunu bilməli idi.
46. Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir sual a mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması bizə Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir. 47. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü bəndi mütləq qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən hər bir namizədə ayrıca hüquq sahəsinə aid sualların verilməsini, habelə ayrıca məntiqi nəticəl ər çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün və bilik səviyyəsinin müəyyən edilməsi üçün sualların, o cümlədən də ayrıca iş fəaliyyəti ilə bağlı sualların verilməli olmasını müəyyən etmir. Həmin müddəa özü-özlüyündə diskresion səlahiyyətlər müəyyən edən normaların dispozisiyası üçün səciyyəvi olan “bilər” sözü ilə bitir və Vəkillərin İxtisas Komissiyasına seçim sərbəstliyi və qiymətləndirmə azadlığı təqdim edir ki, bu da diskresion səlahiyyətin icra edilməsi üçün əsas və səciyyəvidir.
48. Həmçinin nəzərə alınmalıdır ki, şifahi müsahibə mərhələsində cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan hüquqa aid şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Bu cavablar namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində hüquqşünas kimi məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizəd haqqında ümumi məlumat verməklə, hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Hər bir namizədə ayrılmış vaxtın məhdudluğu və namizədlərin sayının çoxluğu şəraitində isə belə həll imtahanların inzibatçılığı baxımından məqbul və zəruri idi.
49. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz m ülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bir müddəasını pozmamışdır.
50. Vəkillərin İxtisas Komissiyasının iddiaçının dinlənilmə hüququnu pozması ilə bağlı qeyd edilməlidir ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsində namizədin iştirak şərtləri “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”n 5.1-5.4-cü və 6.1-ci bəndləri ilə tənzimlənir. Belə ki, Qaydaların 5.2-ci maddəsinə əsasən müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. Həmin Qaydaların 6.1-ci bəndinə əsa sən şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. İddiaçı Qaydalarda nəzərdə tutulmuş qaydada şifahi imtahana dəvət edilmiş, orda həqiqi olaraq iştirak etmiş, onun cavabları yazılı qiymətləndirilmiş və yazılı qiymətlərin riyazi hesablanması nəticəsində Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını qeyri-məqbul qiymətləndirmişdir.
51. İddiaçının iddiasının söykəndiyi əsas faktlar, xüsusən Vəkillər Kollegiyasının iddiaçıya münasibətdə qərəzli və pis niyyətli davranışını nümayiş etdirən hallar və sübutların nədən ibarət olması qeyri-müəyyəndir, bu iddialar işin halları i lə təsdiq edilmir. Belə ki, iddiaçı hazırkı iş üzrə öz dəlillərini ümumi şəkildə irəli sürmüş, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyini ümumi şəkildə bütövlükdə hər bir üzv barəsində və ümumilikdə Vəkillər Kollegiyası barəsində iddia etmiş və öz dəlillərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla möhkəmləndirməmişdir. İddiaçının tələbinin əsasları mülahizə və faktiki əsası olmayan, ehtimal xarakterli olduğundan, orada irəli sürülmüş fərziyyələr əsasında Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlmək mümkün deyil.
52. İddiaçı dəlillərini əsaslandırmamaqla yanaşı, irəli sürülmüş dəlillərinin araşdırılması üçün Vəkillərin İxtisas Komissiyasının üzvü olan və imtahanda iştirak etmiş cavabdehin nümayəndəsinin prosesdə iştirakına baxmayaraq, müb ahisələndirilən hallar barədə hər hansı bir konkret məsələni qaldırmamış, ona heç bir sual ünvanlamamışdır. İddiaçının istisnasız olaraq “hamı və hər kəs” qərəzlidir mövqeyi ümumilikdə Rəyasət Heyətinin və Vəkillərin İxtisas Komissiyasının ayrı-ayrılıqda bütün üzvlərinin total qərəzli olmasına əsaslanmaqla ifrat spekulyativ xarakter daşıyır və ciddi qəbul edilə bilməz. İddiaçının istinad etdiyi kontekstli natamam məlumatlar ümumilikdə hazırkı iş üzrə “hamı və hər kəs”in qərəzli olması üçün əminlik yaratmağa imkan verməməklə işin predmeti baxımından əhəmiyyətsiz və yararsızdır.
53. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə qarşı etirazı müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş et di. TƏTBİQ EDİLƏN HÜQUQ 54. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Maddə
11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti (...) İİİ. Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; (...) İxtisas Komissiyasına üzvlər təyin edir; (...) ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (i ldə bir dəfədən az olmayaraq) müəyyən edir; (...) vəkillər haqqında intizam icraatı başlayır; (...) Maddə
13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3 müvaf iq rəy təqdim edir. (...) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. 55. “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”: (...) 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməs i yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 56. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: (...) Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;...
57. İPM: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. (...) Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. (...) Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (...) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
58. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
59. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
60. Məhkəmə iddiaçının “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə istinadını əsaslı hesab edir. Həmin normaya görə, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya və zifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
61. Normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır.
62. Məhkəmə kollegiyası razılaşır ki, həmin normanın iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3 müvafiq rəy təqdim edir.
63. Normanın məzmunundan göründüyü kimi, namizədin peşə yararlılığını müəyyən etdiyi halda, İxtisas Komissiyası namizədin zərərinə qərar qəbul edə bilməz (rəy verməkdən imtina edə bilməz).
64. Bununla yanaşı, məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qa nunun 2.0.7-ci maddəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə tətbiqini onun qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 96.7-ci maddəsinin tələbinə görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.
65. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının qərarının yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 66. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir.
67. Məhkəmə kollegiyası həmin normaların tələblərini nəzərə alaraq cavabdehin belə bir dəlili ilə razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yard ım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. 68. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi).
69. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır.
70. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir.
71. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir.
72. Digər t ərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir.
73. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
74. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin etirazında bu dəlillərlə bağlı göstərilənlərlə razılaşaraq qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir.
75. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir. 76. “İddiaçının müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmunda təl əbə gəldikdə, həmin tələb digər tələblərin müsbət həllindən asılı olduğundan, həmin məzmunda tələbin təmin olunması istisna edilir.
77. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
78. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli 21(103)-1069/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov