Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1743/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil Vəliyəddin oğlunun, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dai r inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 2-1(105)178/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 20N-cu il 4 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Mərkəzi Arxivin 2017-ci il 17 iyul tarixli, 2018ci il 26 sentyabr tarixli, 2018-ci il 18 dekabr tarixli arayışlarına əsasən N nömrəli hərbi hissənin siyahısına daxil olmağı, xidmət etməyi və yaralanmağı barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsəd əuyğun olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 20N-cu il 17 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddianın əsaslarına görə, iddiaçı N91-N92-ci illərdə Minsk və Moskva şəhərlərində həqiqi hərbi xidmətdə olmuşdur. Dəvəçi rayon Hərbi Komissarlığının N nömrəli, N92-ci il 10 iyul tarixli əmri ilə müddətdən artıq hərbi xidmətə könüllü getmiş və Binəqədi rayonunda yerləşən N saylı hərbi hissədə könüllü xidmətə başlamışdır. Həmin ilin payız aylarında Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Orada 1992-1994-cü illər arasında hərbi əməliyyatlarda iştirak etmiş və N94-cü il 17 aprel tarixdə iki güllə yarası almışdır. Birinci dəfə Füzulidə hərbi hospitalda, ikinci dəfə isə Mirqasımov adına Respublika klinik Xəstəxanasında əməliyyat olunmuşdur. 1994-cü il 3 may tarixdə Respublika Xəstəxanasında xəstə sayı çox olduğundan yarımçıq olaraq xəstəxanadan ayrılaraq müalicəyə evdə davam etmişdir. Həmin xəstəxanadan verilmiş 4399 saylı çıxarışda Horadiz istiqamətində gedən döyüşlərdə N94-cü il 17 aprel tarixində güllə yarası aldığı, həmin gün bir dəfə əməliyyat olunduğu, sonra yenidən əməliyyat edildiyi, N94cü il 17 aprel tarixdən N94-cü il 3 may tarixədək həmin müəssisədə müalicə aldığı və iş yerinin N saylı hərbi hissə olduğu göstərilmişdir. Həmin arayışlar və Səfərbərlik və Hərbi Xidmətə Çağı rış üzrə Dövlət Xidmətinin Siyəzən Rayon Bölməsinin 2018-ci il 1 noyabr tarixli, 171 saylı arayışı ona müharibə veteranı adının verilməsi üçün əsasdır. Lakin Müdafiə Nazirliyi qanunun tələblərini pozaraq iş üçün əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmayaraq 20N-cu il 4 noyabr tarixli, x nömrəli məktubu ilə ona müharibə veteran statusunun və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı N73-cü il 15 yanvar tarixdə anadan olmuş, 18 yaşı olduğundan müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Sovet Ordusunda qanunla müəyyən edilmiş 2 il lik xidmətini başa çatdırmadığından, özünün qeyd etdiyi kimi N92ci il 10 iyul tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə göndərilmişdir. O, müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Arxiv məlumatlarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N92-ci il 10 iyul tarixli, N nömrəli əmri ilə hərbi hissəyə qəbul edilmişdir. Həmin hərbi hissə Bakı şəhərində yerləşmiş, bilavasitə döyüş əməliyyatları aparmamışdır. İddiaçının sonrakı xidməti barədə hər hansı məlumat, o cümlədən onun N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi, həmin hərbi hissədə xidməti, döyüşlərdə iştirak etməsi, yaralanması aşkar edilməmişdir. İşdə olan M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 4399 saylı çıxarışa əsasən İddiaçı N nömrəli hərbi hissədə Füzuli rayon unun Horadiz ərazisində N94-cü il 17 aprel tarixdə qəlpə yaraları almış, həmin gün hərbi hospitalda əməliyyat olunmuş, N94-cü il 17 aprel tarixdən N94-cü il 3 may tarixə kimi Respublika Klinik Xəstəxanasında müalicə almış, sonuncu tarixdə kafi vəziyyətdə evə yazılmış, “Salyan kazarmasındakı” hərbi poliklinikaya müraciət etməsi tövsiyə olunmuşdur. Müdafiə Nazirliyi yalnız onun tabeliyində olub döyüş əməliyyatları aparan hərbi hissələrin və orqanların tərkibində xidmət etmiş hərbi qulluqçulara müharibə veteranı adı vermək öhdəliyi daşıyır. Həm də bu öhdəlik o şəxslərə münasibətdə yaranmışdır ki, həmin şəxslər ya hal hazırda xidmət keçsinlər və yaxud hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılsınlar. İddiaçı müddətli həqiqi hərbi xidmətçi olmuş, lakin hərbi xidmətdən ehtiyata və ya istefa ya buraxılmamışdır. Hərbi hissə komandirinin onun ehtiyata və ya istefaya buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə əmri olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 5 fevral tarixli, 2-1(112)-975/2020 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 25 sentyabr tarixli, 2-1(118)981/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyə n edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh, düzgün olaraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələ binin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 2-1(105)-178/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 25 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətd ə qeyd edilmişdir ki, veteran statusunun verilməsini istisna edən halların heç biri hazırda iş üzrə mövcud deyildir. Belə ki, “Veteranlar haqqında” qanunun 3-cü maddəsinin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Lakin nə birinci instansiya, nə apelyasiya instansiyası məhkəməsi, nə də cavabdeh iddiaçının hərbi xidmətdə olduğu dövr ərzində veteran statusunun verilməsini istisna edən halların hər hansı birinin mövcud olduğu barədə nə mülahizə irəli sürmüş, sübut təqdim edilə bilmişdir. Bu da bir daha onu göstərmişdir ki, istisna edən hallar barədə sübutların olmaması veteran vəsiqəsinin alınması üçün əsasdır. Tərxis olunma halının mövcud olub-olmaması veteran adının alınması üçün əsas deyildir. İnzibati Kollegiyanın ifadə etdiyi ikinci məsələ, oxşar işlərdəki təcrübəyə dayanaraq, müharibə veteranı adının yalnız döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tər cibində hərbi xidm ət keçmiş şəxslərə verilməsi və hərbi xidmət keçmiş şəxs statusunun tərxis olunmanı ehtiva etməsi məsələsidir. Halbuki bu təcrübə yuxarıda ifadə edilmiş qanuna və digər normativ aktlara uyğun deyildir. Çünki “Veteranlar haqqında” Qanunun 3-cü maddəsi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməni veteran sayılma üçün yetərli saymışdır və “hərbi xidmət keçmiş olma'’ şərtini tələb etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli qərarının 1.8-ci yarımbəndində də sadəcə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə deyil, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyü ş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara da müharibə veteranı adının veriləcəyi ifadə edilmişdir. Bu səbəblərlə, müharibə veteranı adının verilməsi üçün tərxis olunma şərtinin tələb olunması qanunun tələblərinə cavab vermədiyi, müharibədə İştirakı və yaralanması sübut olunmuş iddiaçının iddiası təmin olunmalı olduğu halda, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tövsif edilməyərək işə tətbiq edilməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilməlidir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstəril ən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. - Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi
16. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd aları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkə sən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarə t (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim e dildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərba ycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
23. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
24. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bən dinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhə d Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
25. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir.
26. İddiaçının hal hazırda hərbi xidmət keçdiyinə (qulluq etdiyinə) və ya hərbi xidmətdən ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur.
27. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İşlər İdarəsi tərəfindən verilən arxiv arayışlarına görə, əsasən, İddiaçı N N-li hərbi hissə komandirinin N92-ci il 10 iyul tarixli, N saylı əmri ilə hərbi hissəyə qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitablarında və komandirin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissəyə qəbul edilməsi və aprel N94-cü il tarixdə sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh-7, sıra-41, məlumatda atasının adı Ağasəfər yazılmışdır) Dəvəçi RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı komandirin N92-ci il 10 iyul tarixli, N saylı əmrilə hərbi hissənin siyahısına daxil olması və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin N93-cü il 14 iyun tarixli, N saylı əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N93-cü il 14 iyun tarixli, N saylı əmrində N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N92-ci il tarixli, aprel N94-cü il tarixli nizami hissə üzrə komandirinin sentyabr-dekabr N92-ci il tarixli, aprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı Ağacəfər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.
28. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 2-1(105)-178/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.