Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1743/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci qrup əlil kimi ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə əlillik müddətinin 1 il növbəti müayinəyədək uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazi rliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “diaqnozu nəzərə alınmaqla qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi və ikinci qrup əlil kimi ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə əlillik müddətinin 1 (bir) il-növbəti müayinəyədək uzadılması və bu müddətdə mövcud/lazımi reabilitasiya tədbirlərinə cəlb olunmağı vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-915/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 5 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d...; Diaqnozun mətni: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2766003AABMO saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 lltihabi poliartropatiyalar => M 05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabı poliartropatiyalar => M05 Seropozitiv revmatoid artrit => M05.0 - Sero....; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid art rit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADWB saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, Revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dər aktivlik İİİ mərh. hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. İkincili osteoparoz pataloji sınıq olmadan.Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər.; M ərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər son 5(beş) ildə stasionar müalicə yetərli deyil.İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir
5. İddiaçının müraciətinə imtina cavabı olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik müəssisəsi dövlət tibb müəssisəsinin 2766003AADWB nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona tam reabilitasiya qərarı verilmişdir. Gələcəkdə səhhətində ağırlaşma əmələ gələrsə, tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyət ini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun qiymətləndiriləcəkdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 0437 nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa edildikdən sonra xəstəliyi barədə Bakı Kliniki Hərbi Hospitalında ixtisaslı müayinə və müayinə edilməsini xahiş etmişdir
7. Bundan sonra iddiaçı iddia tələbini dəyişdirilməsi barədə ərizə verərək, 2766003AAPWB (TQS-088) - saylı göndəriş üzrə olan diaqnozu/xəstəlikləri nəzərə alınmaqla adı gedən - xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi, 2-ci dərəcəli (qrup) əlilin ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə, cavabdehin üzərinə əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması və bu müddətdə mövcud/lazimi reabilitasiya tədbirlərinə cəlb olunmağı vəzifəsinin qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əlillik müddətinin xx.xx.2021-ci ildə başa çatması ilə bağlı növbəti müayinəsi üçün 5№-li şəhər poliklinikasının həkim məsləhət komissiyası, buna əsas olduğundan “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə” müvafiq qaydada 2766003AADWB (TQS № 088) nömrəli Göndəriş daxil etmişdir, (məlum olduğu kimi şəffaflığın/aşkarlığın təmin edilməsi üçün müayinələr birbaşa təmas olmadan elektron qaydada keçirilir). Bununla belə, 1 (bir) aydan sonra müayinəsinə a id www.e-gov.az vasitəsilə xx.xx.2021-ci il tarixdə əldə etdiyi çıxarışdan göründüyü kimi, onun 2-ci dərəcəli əlillik müddətinin uzadılmasından xx.xx.2021-ci il tarixdə keçirilmiş qiymətləndirmə üzrə olan Qərarla imtina edilmişdir. Cavabdehlərin (TSEK-in) sonuncu www.e- gov.az səhifəsindən bu məlumatından göründüyü kimi, imtinanın səbəbi: əlilliyi müəyyən edilmiş 2012-ci ildən bəri səhhətimdə kəskin pisləşmənin olmasına baxmayaraq, “Tam reabilitasiya olmağı və eyni zaman 5 (beş) ildə stasionar müalicəsinin yetərli olmaması ilə bağlı ona müalicəmin davam etdirilməsi” məsləhət görülmüşdür. Halbuki, hələ uşaqlıqdan onda olan və təxminən 2007-2008-ci illərdə kəskinləşən 2012-ci ildən isə 2-ci dərəcəli əlilliyimə səbəb olmuş “seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormonda n asılı” diaqnozundan/xəstəlikdən 10 (on) il müddətində nəinki sağalmayıb, hətta bu xəstəliyi/diaqnozu kəskinləşməklə, əlavə yeni - səhhətimin daha da pisləşməsilə müşahidə olunan xəstəliklərə düçar olub. TSEK-in sonuncu müayinəsinə görə, hazırda diaqozu: “Seropozitiv revmatoid artrit, revmatoid artrit, seropozitiv forma İİ dərəcə aktivlik İİİ mərhələ hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə İkinsili osteoparoz pataloji sınıq olmadan. Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, dayaqhərəkət aparatının funksional pozğunluğu İİ dərəcə” xəstəlikləridir. Səhhətində ağırlaşma olduğuna görə səhiyyə müəssisəsi tərəfindən müayinə edildikdən sonra rəsmiləşdirilmiş 2766003AADWB (TQS № 088) saylı göndərişdə onun səhhətini əks etdirən bütün funksional diaqnostik, laboratorlar rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi təsdiqlənmişdir və ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətlər qeyd edilmişdir. Belə olan halda müvafiq qaydada əlillik vəziyyəti tələb olunduğu kimi iştirakı olmadan qiymətləndirilib, əlillik müddətinin 1 (bir) il də - növbəti müayinəyədək uzadılması barədə müvafiq qərar verilməli idi. Bununla bağlı iddiaçı şikayətlərlə müraciət edərək, əlillik müddətinin uzadılması barədə xx.xx.2021-ci il tarixli imtina Qərarının ləğv edilməsini və müvafiq tibbi sənədlər, hallar əsasında əlillik müddətimin 1 (bir) il - növbəti müayinəyədək uzadı lmasını xahiş edib, 30 gündən çox müddətin keçməsinə baxmayaraq, heç bir cavab alınmamışdır. Hesab edir ki, cavabdehlərin hərəkətsizliyi əsassızdır. Reabilitasiya anlayışı “Xəstəlik keçirmiş şəxslərin sağlamlığının və əmək fəaliyyətinin bərpası üçün tədbirlər kompleksidir" X3 (ÜST) isə reabilitasiyanı məhz bu cür izah edir: “Reabilitasiya - xəstəlik... nəticəsində qazanılmış qüsurları olan şəxslərin həyat şəraitinə sağlam şəkildə uyğunlaşmalarını təmin edən kompleks tədbirləri müəyyənləşdirir... Reabilitasiya prosesi hər bir mərhələdən asıh olaraq dəyişir, sağlamlıq imkanları mövcud olan hər hansı şəxslə reabilitasiya işi aparılarsa, ilk mərhələdə məqsəd mövcud qüsurun, əlilliyin profilaktikası, aradan qaldırılmasıdır ki, bu məhz tibbi reabilitasiyadır... Reabilitasiya həmçinin əlilliyi və sağlamlıq imkanları məhdud şəxslərə xəstəlikdən əziyyət çəkən insanlara hərtərəfli baxımdan göstərilən dəstəkdir...” Cavabdeh tərəfindən o hər hansı bir tibbi və s. reabilitasiya tədbirlərinə dəvət olunmayıb, heç bir reabilitasiya prosedurlarından keçməmişdir. 2012-ci ildən bəri isə (10 ildə) sağlamlığının və əmək fəaliyyətinin bərpası nəinki mümkün olmamış, hətta xəstəlikləri/diaqnozu kəskin pisləşmiş, ağır nəticələr vermişdir. 2012-ci ildən ona təyin edilmiş 2-ci qrup/dərəcəli əlilliyin əsasını onun ilkin - 10 (on) il bundan əvvəl olan diaqnozu: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı xəstəliyi olmuş və hamıya, xüsusən də bütün həkimlərə, ekspertlərə məlum olduğu kimi, bu sağalmayan xəstəliklərə aiddir və belə statusda da X2 da siyahısındadır. İll ərlə ambulator, stasionar və s. qaydada müalicələri isə heç bir müsbət nəticə vermir. (2020-ci ildə isə, stasionarda müalicəyə ehtiyacı olduğuma baxmayaraq, COVİD-19 ilə bağlı heç bir stasionara qəbul edilməyib. Səhiyyə müəssisəsinin göndərişi üzrə ətraflı, mötəbər/kifayət edən, təsdiqlənmiş tibbi məlumatların, sənədlərin mövcudluğu nəzərə alınmaqla, barəsində səhiyyə müəssisəsinə əlavə məlumat və s. üçün heç bir sorğu-müraciət etməmiş, 2766003AADWB-saylı göndəriş isə geri qaytarılmamışdır. 2012-ci ildən Azərbaycan Respublikası Nazilər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413-saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnaməyə əsasən 2-ci qrup əlilliyin təyin edilməsinə əsas, qeyd etdiyi ilkin diaqnoz/xəstəlik: “ Seropozitiv revmatoid artrit. poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” olmuşdur və 10 (on) il ərzində səhhətindəki bu xəstəliyi heç bir zaman mübahisələndirilməmişdir. Eyni zamanda son dövrə aid qeyd olunan e-gov.az çıxarışına görə, cavabdeh ilkin əlilliyə səbəb olmuş diaqnozu təsdiqləmiş, hətta tam obyektiv - 10 (on) il ərzində “qazandığı” digər xəstəlikləri də diaqnozlaşdırmış, bununla belə, imtina qərarı çıxarılmışdır, baxmayaraq ki, göndəriş № 2766003AADWB (TQS № 088) üzrə məlumatların qiymətləndirilməsi üçün göstəricilərin kifayət etdiyi, ətraflı göstərilməsi faktiki təsdiq edilmişdir. Əks təqdirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi - sosial ekspert komissiyaları haqqında" Əsasnamənin 4.2-ci bəndi ndə nəzərdə tutulduğu kimi göndərişdə məlumatlar ətraflı göstərilməmiş olsaydı, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun tələbinə müvafiq səhiyyə müəssisəsindən həmin məlumatları tələb edərək qiymətləndirilməni aparardı. Hətta həmin Əsasnamənin 3.1.15-ci bəndinə görə əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək cavabdehin vəzifələrinə daxildir.
9. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyal ar => M06 Digər revmatoid artritlər=> M06.8- Digər d...; Diaqnozun mətni: Revmatoid artrit, poliartrit.ş İİİ aktivlik dərəcəsi, hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoid artrit, poliartrit.ş İİİ aktivlik dərəcəsi, hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d...; Diaqnozun mətni: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2766003AABMO saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabı poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero....; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AADWB saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05. 0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, Revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dər aktivlik İİİ mərh. hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. İkincili osteoparoz pataloji sınıq olmadan. Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5(beş) ildə stasionar müalicə yetərli deyil. İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətl əndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan s onra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sa bit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olm asına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edirik.
6. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik müəssisəsi dövlət tibb müəssisəsinin 2766003AADWB nömrəli göndərişi əsasında x x.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona tam reabilitasiya qərarı verilmişdir. Gələcəkdə səhhətində ağırlaşma əmələ gələrsə, tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun qiymətləndiriləcəkdir
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9970/2021 saylı iş 28 oktyabr 2021-ci il tarixli (hakim G.Sevdimalıyeva) qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, səhiyyə müəssisəsi tərəfindən TSEK-ə olan göndərişə əsasən əsas diaqnoz (M05) və onun ağırlaşmaları (M95.8 və M81) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsinə əsasən, hər hansı dərəcədə (İ, İİ və İİİ) əlillik təyin etmir. Bu səbəbdən əlilliyin təyin edilməsindən imtinada iddiaçının “tam reabilitasiya olunması - səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 ildə stasionar müalicə yetərli deyil. İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” əsasının göstərilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, əsas diaqnoz və onun ağırlaşması əlillik təyin etmədiyindən inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, cavabdeh qurumun imtinasının məzmununun məhkəmənin qənəatindən fərqli olması səbəbindən aparılmış qiymətləndirmənin nəticəsinin etibarsız hesab edilməsini həddən artıq formallıq hesab edir.
22. Göndərişdə göstərilən “yanaşı xəstəliklər” qrafasında XBT 10-a əsasən, əlillik müəyyən edən xəstəlik və kodu göstərilməsinə baxmayaraq (İ11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi İİ mərh), məhkəmə qeyd edir ki, əlillik göndərişdə qeyd olunmuş məlumatlar əsasında qiymətləndirildiyindən əlilliyin təyin edilməsi üçün əsas qismində məhz əsas diaqnoz və onun ağırlaşması nəzərə alınmalıdır.
23. İddiaçı revmatoid artrit xəstəliyindən və onun ağırlaşmasından əziyyət çəkdiyini iddia edir və həmin xəstəlik üzrə ona əlillik dərəcəsi təyin edilməli olduğunu bildirir. Məhkəmə müəyyən edir ki, tibbi-sosial ekspertiza müayinəsinə göndəriş qeyd edilən xəstəliyə uyğun tərtib edilməklə göndərildiyindən göndərişin natamam və ya yanlış doldurulması və ya əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edilməsi halı mövcud deyildir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd edilən qərara uyğun olaraq konkret halda iddiaçının şəxsi əyani müayinəyə cəlb edilməsinə dair cavabdehin öhdəliyinin olduğu qənaətinə gəlmir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-915/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri hüquq münasibətlərinin yarandığı/davam etdiyi zaman qüvvədə olmuş maddi hüquq normalarının yox, qanuna zidd olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413-saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imk anlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin müddəalarını tətbiq etmişdir. Halbuki, "Normativ hüquqi aktlar haqqında" Qanunun 87.1 və 87.2. maddələrinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsi ilə tənzimlənir, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və va onun qüvvəyə minməsi halında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bu və digər prosessual pozuntuları, eynilikdə digər-maddi hüquq normalarının da pozuntuları (hüququn tətbiqində səhv buraxılması) təbii ki iş üzrə düzgün olmayan- qərarla nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, apellyaisya instansiyası məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 1.2 Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 2.2 İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci də rəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35J37.1J41.0- J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73- İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Maddə 2.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bunda n sonra -Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Maddə 3.7 Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ap ellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağ lamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
27. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 2012-ci ildən ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu təyinatın xx.xx.2021-ci ildə bitməsindən sonra, əlillik müddətinin növbəti 1 il üçün uzadılmasından cavabdeh orqan tərəfindən imtina edilmişdir
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
29. TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, hər iki pəncənin “Axilles” daban mahmızı sol pəncədə “Hallux valqus” revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dərəcə aktivlik İİİ mərhələ hormondan asılı. Dayaqhərəkət aparatının funksional pozğunluğu İ İ dərəcə. İkincili osteoparoz pataloloji sınıq olmadan. 2012-ci ildən İİ qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-ə göndərilir.
30. İnzibati orqan tərəfindən qeyd edilən göndəriş əsasında iddiaçının əlilliyinin növbəti 1 il uzadılmasına dair xx.xx.2021-ci il tarixli imtinasının əsası kimi isə “tam reabilitasiya olunması - səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 ildə stasionar müalicə yetərli deyil. İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” qeyd edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı cavabdehin imtina əsaslarının düzgünlüyünün yoxlanılması və işin hallarının obyektiv araşdırılması məqsədilə hazırki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “1 -3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2766003AADWB saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan diaqnoz “seropozitiv revmatoid artrit, revmatoid artrit, poliartrit, seropazitiv forma İ dərəcə, aktivlik İİİ mərhələ, hormondan asılı, dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə, ikincili osteoparoz patoloji sınıq olmadan, sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə” kliniki, laborator-instrumental müayinələr əsasında düzgün müəyyən olunmuşdur. Qeyd edilən diaqnoz əyani müayinədə anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmadığın dan “Diaqnoz” əlillik əlaməti təyin etmir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmür.
4. Vətəndaş İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəlik xronikidir, xroniki xəstəliklər tam reabilitasiya olunmurlar, lakin ilin yaz və payız fəslində nəmişli havada xəstəlik kəskinləşə bilər və bu zaman səhhətinə uyğun müvafiq müalicə təyin edilir.”
32. Göründüyü kimi, iddiaçının sağlamlıq vəziyyətinə uyğun olan diaqnozu qanunvericilikdə müəyyən edilmiş ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan diaqnozlar sırasına daxil deyildir. Həmin diaqnoz üzrə sağlamlıq vəziyyətinin pisləşməsi isə xroni ki nasazlıq olduğundan cavabdehin imtinasında qeyd edildiyi kimi ixtisaslaşmış müalicə tətbiq edilməlidir.
33. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya ikinci qrup əlilliyin növbəti 1 il üçün təyin edilməsinə dair xx.xx.2021ci il tarixli imtina cavabı əsaslı olmuş, iddiaçının xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi və 2-ci dərəcəli (qrup) əlilin ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə, cavabdehin üzərinə əlillik müddətinin 1 (bir) il növbəti müayinəyədək uzadılmasına dair iddia tələblərinin isə əsassız olduğu barədə gəlinən nəticə iş materiallarına uyğundur.
34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instans iyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-915/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.