Məhkəmə qərarları › İş №2-1(102)-1743/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1743/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1743/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublik asının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-246/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, 10/2 nömrəli yaşayış mənzili Mingəçevir şəhəri, XDS İK-nin 29 iyul 1983-cü il tarixli 248 nömrəli qərarına əsasən vətəndaş İddiaçı istifadəsinə verilməsi barədə 02 avqust 1983-cü il tarixli 702 nömrəli order verilmişdir. Həmin orderə əsasən dövlət mülkiyyətinə aid mənzil fondunun tərkibində ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin İddiaçı daimi istifadəsində olmasını nəzərə alaraq Mingəçevir şəhər TİMHQİ-nin 73 saylı 22 sentyabr 1997-ci il tarixli qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə keçirilməsi barədə Mingəçevir şəhər TİB-su tərəfindən 2435 qeydiyyat nömrəli, 25 sentyabr 1997-ci il tarixli mülkiyyət hüquqlarını təsdiq edən vəsiqə verilmişdir. Daha sonra iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən 17 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

2. Həmin çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 305.19 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 3. “Daşınmaz Əmlakın K adastrı və Reyestri” PHŞ "Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddia edilən 783 kv.m torpaq sahəsi tam hasara alınmışdır. Üzərində yaşayış evi olmaqla iddiaçı tərəfindən istifadə edilir. Mingəçevir bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu layihəsində həmin torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir.

4. Azərbaycan Resbublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi tərəfindən verilmiş fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin 1997-ci il tarixli texniki pasportundan görünür ki, mənzilin sahibi İddiaçı Məhəmməd oğlu, binanın tikildiyi il - 1997-ci il, mərtəbələrin sayı - 1, mənzilin yerləşdiyi mərtəbə - 1, mənzillərin s ayı - 1, torpağın sahəsi - 784 kv.m qeyd edilmişdir.

5. İddiaçı ünvan 3 ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

6. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən evin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsa sında həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada və sənədlər əlavə edilməklə ərizə ilə Xidmətin 17 saylı Yevlax Ərazi İdarəsinə və ya idarənin Mingəçevir şəhər şöbəsinə müraciət ediləcəyi təqdirdə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırı lmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən özəlləşdirilmiş və həmin yaşayış evinə çıxarış alınmışdır. Belə ki, Mingəçevir şəhər DTİ MHQİ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 2435 saylı qeydiyyat vəsiqəsinə əsasən həmin yaşayış evi onun adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportuna əsasən yerləşdiyi torpaq sahəsi 784 kv.m göstərilmişdir. Lakin həmin torpaq sahəsinə dair başqa hüquq müəyyənedici sənədlər müəyyən edilməmişdir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, həmin torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir.

9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sənədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasını bildirmişdir. 10.Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, 2001-ci il tarixədək tərtib olunmuş texniki pasportdan göründüyü kimi 1997-ci ildə tikilmiş binada 1 mərtəb ə və 1 mənzil mövcuddur və həmin mənzilin də mülkiyyətçisi iddiaçıdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. İddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olduğundan və Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri baxımından Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınm asından imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) zəruri sənədlər olaraq qeyd edilmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(107)-253/2022 nömrəli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin birinci instansiy a məhkəməsinin qərarında öz əksini tapmış mütəxəssis rəyindən görünür ki, iddiaçının tələbində göstərilən 783 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Belə olan halda birinci instansiya məhkəməsi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını əsaslı hesab etmiş və buna dair hər hansı hüquq müəyyənedici sənədinin olmamasını nəzərə almadan iddia tələbini təmin etmişdir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(102)-191/2023 nömrəli qərarı ilə (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseyno v və K.N.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-253/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(107)-246/2023 nömrəli qərarı ilə (hakimlər: İ.H.Şükürov /sədrlik edən və məruzəçi/, A.M.Eyvazov və X.H.Səmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Ca vabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. Bundan başqa, cavabdeh şikayətdə qeyd etmişdir ki, məhkəmə kollegiyası bir tərəfdən qərarını əsaslandırarkən MM-in 227.1-ci maddəsinə istinad etmişdir, digər tərəfdən isə əsaslandırma hissəsində məhkəmə kollegiyasının özü göstərmişdir ki, iş materiallarında olan texniki pasportdan göründüyü kimi 1997-ci ildə tikilmiş binada 1 mərtəbə və 1 mənzil mövcuddur və həmin mənzilin də mülkiyyətçisi iddiaçıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.4-cü bəndi düzgün tətbiq edilməmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli daşınmaz əmlak yaşayış evi devil, mənzildir. Deməli, həmin maddi hüquq norması yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu nəzərdə tutur, buna görə də mənzilə aid ola bilmədiyindən həmin norma tətbiq edilə bilməzdi. Məhkəmə kollegiyası onu da nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranması nı deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquq müəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir. Bundan əlavə, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər h ansı sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(107)-246/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzə rində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).

23. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və dig ər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). (-).

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə g örə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətd ə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edildiyindən kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi ünvan 4 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərin də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

29. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı təsdiq edilmişdir. Həmin Siyahının 2.4-cü bəndinin tələblərinə görə torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən texniki pasportlar bu xüsusiyyətlərə malik olmalıdırlar: 1) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evi olmalıdır; 2) həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməlidir; 3) texniki inventarlaşdırma orqanları tə rəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmalıdır.

30. Məhkəmə kollegiyası birinci şərtə münasibətdə qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində yerləşən yaşayış evi onun xüsusi mülkiyyətindədir.

31. Siyahının digər iki şərtinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin yaşayış evinin texniki pasportunda iddia olunan torpaq sahəsinin ölçüsü göstərilmişdir və texniki pasport 1997-ci ildə, yəni xx.xx.2001-ci il tarixədək tərtib edilmişdir. Belə olan halda, iddiaçının yuxarıda istinad olunan Qanunun və Fərmanın tələbləri baxımından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ olmuşdur.

32. Məhkəmə kollegiyası kassas iya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iş materiallarında olan texniki pasportdan göründüyü kimi 1997-ci ildə tikilmiş binada 1 mərtəbə və 1 mənzil mövcuddur və həmin mənzilin də mülkiyyətçisi iddiaçıdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ "Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan da görünür ki, iddia edilən 783 kv.m torpaq sahəsi tam hasara alınmışdır. Üzərində yaşayış evi olmaqla iddiaçı tərəfindən istifadə edilir.

33. Beləliklə, iddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olduğundan, cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüqu qunun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-246/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar