Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1743/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsi ilə bağlı prosessual təsir tədbirlərinin görülməsinə dair ərizə üzrə icraat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təminatının bərpa edilməsi” barədə Bakı Apellyasiy a Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1489/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icra edilməməsi ilə bağlı prosessual təsir tədbirlərinin görülməsinə dair tələbkar İddiaçı ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-926/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx/xx/2021-ci il tarixdə cavabdehə qarşı “pensiya təminatının bərpa edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6703/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının pensiya təminatının bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1489/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6703/2021 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 saylı qərarının ləğv edilməsi, iddiaçının pensiya təminatı bərpa edilərək, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsi ni xx.xx.2021ci il tarixdən bərpa etmək öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1507/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)1489/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1489/2022 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün borclu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir.
8. Borclunun Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/283802/2023 nömrəli “iddiaçıya dair məhkəmə qərarının icrası haqqında” məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1489/2022 nömrəli qərarının icrası məqsədilə tərəfimizdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 327,21 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 3.023,10 manat pensiya məbləği hesablanmışdır. Həmin məbləğ xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 302,31 manat olmaqla hissə-hissə adıçəkilən şəxsin əmək p ensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat 9. 19.07.2023-cü il tarixdə tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, borclu inzibati orqan tərəfindən pensiya ödənişinin icrası 3 ay sonra dayandırıldığını bildirərək, tədbir görülməsini məhkəmədən xahiş etmişdir.
10. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən borcluya məhkəmə aktı icra edilmədiyi halda cərimə tətbiq ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq ünvanlanmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1489/2022 saylı işi üzrə qəbul edilmiş qərarının icrası barədə sübutların məhkəməyə təqdim edilm əsi tələb edilmişdir.
11. Borclu Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2190684/2023 nömrəli “iddiaçıya dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubunda bildirilmişdir ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, adıçəkilən şəxsin müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanıb, inzibati icraatın gedişində iddiaçı xx.xx.2023-cü il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olub. Qəbul zamanı, ona vaxtilə pensiya hüququnun olmadığı hal da pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin olunmuş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilib. Daha sonra iddiaçının yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib və bu barədə akt tərtib edilib. Daha sonra, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və pensiya ödənişinin cari ilin iyul ayından dayandırılmas ı haqqında inzibati akt qəbul edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona artıq ödənilmiş pul vəsaiti 8894,71 manat təşkil edir. Bu barədə tərəfimizdən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-189154/2023 nömrəli məktubla iddiaçıya məlumat verilərək həmin artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunub.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6703/2021 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmi şdir.
13. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən məhkəmə qərarının bir müddət icra edildiyini və daha sonra icrasının dayandırıldığı bildirmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın ödənişi dayandırıldığı, iddiaçının pensiya işi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərildiyini, iddiaçının hal hazırda yaşa görə pensiya aldığını və keçmiş dövr üçün 2.393,61 manat məbləğində vəsaitin iddiaçıya ödəniləcəyini bildirmişdir.
15. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, məhkəmə qərarının icrası ilə bağlı aparılmış araşdırma nəticələrini tədqiq edərək hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-14 89/2022 saylı işi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı, onun icrası üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində heç bir üzrlü səbəb olmadan icra edilməmişdir.
16. Borclu qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 500 manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-926/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6703/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi m övqeyi ilə razılaşmışdır.
19. Borclu kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və məhkəmə qərarının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər
20. Apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.
21. İddiaçıya xx.xx.2013-cü il tarixdən Fondun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma zamanı ona qanunvericiliyə zidd olaraq pensiya təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır.
22. Eyni zamanda, iddiaçı əmək pensiyasının bərpa edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (102)-1507/2022 nömrəli qərarına əsasən əmək pensiyasının bərpa edilməsi cavabdehə həvalə olunmuşdur. Bununla əlaqədar iddiaçının güzəştli şərtlərlə ya şa görə əmək pensiyası cari ilin aprel ayından 327,21 manat olmaqla bərpa edilmiş, həmçinin xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 2.393,61 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsaitin 531,92 manat hissəsi tərəfimizdən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçının müvafiq kart hesabına köçürülmüşdür.
23. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, iddiaçının müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanmışdır. İnzibati icra atın gedişində iddiaçı xx.xx.2023-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olmuşdur. Qəbul zamanı, ona vaxtilə pensiya hüququnun olmadığı halda pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin olunmuş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra iddiaçının yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə akt tərtib edilmişdir.
24. Daha sonra, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qəbul olunmuş qərar ləğv olunmuş və pensiya ödənişinin cari ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilmişdir.
25. Eyni zamanda, iddiaçıya Qanunun 7-ci maddəsinə əsasən ümumi əsaslarla yaşa görə əmək pensiyasının ödənilməsi üçün ona dair sənədlər aidiyyəti üzrə cavabdehə göndərilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixli 2-1 (103)-1489/2022 nömrəli məhkəmə qərarına əsasən ödənilməli olan keçmiş dövr üçün hesablanmış 2393,61 manatdan qalıq 1.861,69 manat vəsaitin həmin Mərkəzi Filial tərəfindən cari aydan etibarən ödənilməsi nəzərdə tutulmuşdur.
26. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq inziba ti orqanı 500 manat məbləğində cərimə edilməsi qanunsuz və əsassız olmuşdur. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər
27. Yuxarıda qeyd olunanlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-926/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət əsassız olaraq təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6703/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası müvafiq Qərarında qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1489/2022 nömrəli iş üzrə qəbul edilmiş qərarı, onun icrası üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində heç bir üzrlü səbəb olma dan icra edilməmişdir.
29. İşin hallarından görünür ki, müvafiq məhkəmə Qərarı artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 500 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
31. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
35. Yuxarıda qeyd olunduğu kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6703/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının pensiya təminatının bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
36. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1489/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6703/2021 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 saylı qərarının ləğv edilməsi, iddiaçının pensiya təminatı bərpa edilərək, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsini xx.xx.2021ci il tarixdən bərpa etmək öhdəliyi cavabdehin üzərinə qoy ulması qərara alınmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasının əsası kimi qeyd etmişdir ki, pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
38. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun din lənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə iddiaçının iştirakı olmadan xx.xx.2021-ci il tarixli inzibati aktı qəbul edərək, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı, həmçinin qeyd etmişdir ki, id diaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedur lara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəb ul etməyə borcludur.
40. Qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1489/2022 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün borcluya göndərilmişdir.
41. Borclunun Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-171/2-83802/2023 nömrəli “iddiaçıya dair məhkəmə qərarının icrası haqqında” məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1489/2022 nömrəli qərarının icrası məqsədilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 327,21 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 3.023,10 manat pensiya məbləği hesab lanmışdır. Həmin məbləğ xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 302,31 manat olmaqla hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır.
42. Borclunun Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-171/2-190684/2023 nömrəli “iddiaçıya dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubunda isə bildirilmişdir ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, adıçəkilən şəxsin müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməs i üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanıb, inzibati icraatın gedişində iddiaçı xx.xx.2023-cü il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olub. Qəbul zamanı, ona vaxtilə pensiya hüququnun olmadığı halda pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin olunmuş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilib. Daha sonr a iddiaçının yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib və bu barədə akt tərtib edilib. İddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qəbul olunmuş qərar ləğv olunub və pensiya ödənişinin cari ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilib.
43. Göründüyü kimi, borclu məhkəmə qərarının icrasına başlamaqla yanaşı, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1489/2022 saylı qərarında və həmin qərarı dəyişdirilmədən saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1507/2022 saylı qərarında ifadə olunmuş hüquqi mövqeni (o cümlədən, oxşar vəziyyətlərdə inzibati orqanın hansı qaydada davranmalı olduğuna dair əsaslandırmaları) nəzərə alaraq inzibati icraat a parmış, icraat yeni inzibati aktın qəbul edilməsi ilə nəticələnmiş, inzibati orqanının özü tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qəbul etdiyi inzibati akt ləğv edilmişdir. Başqa sözlə, inzibati orqanın özü tərəfindən təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması yeni inzibati akta əsaslanmışdır. İnzibati aktla razılaşmayan maraqlı şəxs tərəfindən də məhz həmin aktı mübahisələndirilə bilər.
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin məhkəmə qərarının borclu inzibati orqan tərəfindən icra olunmadığına, buradan, həmin orqan barəsində cərimə tətbiq edilməli olduğuna dair gəldiyi nəticə əsaslı, işin faktiki hallarına uyğun hesab edilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-926/2024 saylı qərardadı ləğv edilir. Tələbkar İddiaçı “məhkəmə qərarının icra edilməməsi ilə bağlı prosessual təsir tədbirlərinin görülməsinə” dair ərizəsi rədd edilir. Qərar qətidir.