Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1744/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1744/19 Bakı şəhəri 07 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-414/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İdd iaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Ə-146-032 saylı, 27 dekabr 2017-ci il tarixli və Ə-67-032 saylı, 25 may 2018-ci il tarixli imtinasının əsassız hesab edilməsi və üzərinə ünvan 1 ünvanında yerləşən qarajın və sahənin onun adına rəsmiləşdirilməsinə dair sərəncam vermək vəzifəsinin qoyulmasına dair qərar qəbul olinmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ünvan 2 ünvanda mərhum atası İslam Musayev Bakı şəhər, XDS İK-nin Nəsimi RXDS İK-nin qərarına əsasən 24kv.m-lik daş qaraj yeri verilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 17 mart 2016-cı il tarixli, 869 nömrəli məktuba əsasən həmin qarajın m ərhum atasına verilməsi ilə bağlı məlumatın aşkar edilmədiyi göstərilmişdir. Sonradan həmin qaraj iddiaçının sahibliyinə keçmiş və 1981-ci il tarixdən 2017-ci il tarixədək həmin qarajın istismarı ilə bağlı yığım haqqı tam ödənilmişdir. Bakı şəhəri Cavabdehə müraciət edərək, qarajın onun adına ayrılmasına və sənədləşdirilməsinə sərəncam verməsini xahiş etmiş, lakin müxtəlif əsaslarla onun tələbi təmin edilməmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, qarajlar təyinatı üzrə nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçün nəzərdə tutulmuşdur və onların quraşdırılması yalnız Bakı şəhər X1 İcraiyyə Komitəsinin müvafiq icazə sənədləri əsasında həyata keçirilirdi və həmin qarajlar daşınar əmlak kateqoriyasına aiddir. İddiaçının mü bahisəli qaraja hər hansı bir hüququnun olması öz təsdiqini tapmadığından, iddianın mümkün hesab edilməməsi xahiş olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2-1(82)3258/2018 saylı qərardadı ilə (hakim Rəşid Rzayev) iş ərazi aidiyyatı üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3613/2018 saylı, 16 oktyabr 2018-cı il tarixli qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisə etdiyi qarajın yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədləri cavabdehə təqdim etməmiş, həmçinin həmin qarajın mərhum atasına verilməsini təsdiq edən hər hansı hü quqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-414/19 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı üzərində legitim hüquqa malik olduğunu təsdiq edə bilmədiyi daşınmaz əmlaka dair hüquqlarının rəsmiləşdirilməsi üçün cavabdeh orqanın sərəncam vermək öhdəliyi olduğunu sübut edə bilmədiyindən (tələbin hüquqi əsası olmadığından) iddianın rədd edilm əsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66-cı maddələri və Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinə yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin imtinasının əsaslarına heç bir hüquqi qiymət verilməmiş, cavabdeh tərəfindən verilmiş hər üç imtinada qarajın sən ədləşdirilməsi ilə bağlı hüquqi mövqe etiraf edilir, ancaq vərəsəlik münasibətləri zəminində imtinadan bəhs edilir. Məhkəmə işin həqiqi hallarına və məhkəmə baxışı zamanı təqdim olunmuş sübutlara birtərəfli yanaşaraq düzgün hüquqi qiymət verməmişdir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və Azərbaycan Respublikası İPM-nin 58.6-cı maddələrinə istinad edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər və prosesin digər iştirakçıları məhkəmə ic lasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən, atası İslam Musayevə məxsus olmuş qaraj üzərində hüquqlarının müəyyən edilməsinə dair sərəncam verilməsi üçün 17 noyabr 2017ci il, 13 aprel 2018-ci il tarixlərdə Cavabdehə müraciət etmişdir. Cavabdehin 27 dekabr 2017-ci il tarixli, Ə-146-032 saylı məktubu ilə tələbin təmin edilməsindən imtina edilərək, rayonun mühəndis xidmətləri ilə razılaşdırılmış, qarajın quraşdırılmasınadair ilkin s xem, qarajdan istifadəyə görə borcun ödənilməsi barədə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən arayış, mərhumun digər varislərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri olmadığından tələbin təmin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İcra Hakimiyyətinin 25 may 2018-ci il tarixli məktubunda isə təqdim edilmiş sənədlər siyahısında mərhumun digər varislərinin sənədlərinin olmadığı qeyd edilmişdir. İddiaçı qarajın yerləşdiyi torpaq sahəsinin atasının qanuni istifadəsinə ayrılması barədə məhkəməyə hər hansı hüquq müəyyənedici sənəd (sərəncam, order, texniki pasport və s) təqdim edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMƏK-nın 05 iyul 2005-ci il tarixli, 1mk-3609/2005 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 24 say lı evin həyətində yerləşən avtomaşın qarajı mərhum S.Musayevin miras kütləsinə daxil edilməmiş və onun vərəsələr arasında bölünməmişdir. Qarajın neçənci ildə inşa edilməsi barədə işdə mötəbər sübutlar olmamış (işdəki 14 oktyabr 2018-ci il tarixli akt notarial qaydada təsdiq edilməmiş sənəd olduğu üçün imzaların həqiqiliyi şübhə doğurduğundan, mötəbər sübut kimi qəbul edilmir) və iddiaçının özünün göstərdiyi məlumatlar ziddiyyətlidir (birinci instansiyada 1965-ci ildə inşa edildiyi bildirilən qarajın apellyasiya şikayətində 1981-ci ildən atasının istifadəsində olduğu qeyd olunur). Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini cavabdeh etirazında mübahisələndirmiş, apellyasiya məhkəməsi iddianı məcburetmə iddiasına uyğun olduğunu müəyyən etmişdir. Lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. İddia tələbi qarajın və sahənin iddiaçının adına rəsmiləşdirilməsinə dair sərəncam ve rmək vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Apellyasiya məhkəməsi iddianı məcburetmə haqqında iddia npvünə aid etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu qəbildən olan iddialar məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tut ulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, mü vafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçının tələbinin əsaslandığı hallara görə, iddialı olan qaraj atasına verilmiş, lakin sonra onun sahibliyinə keçmişdir. Sahiblik hüququnun pozulmasını bildiməklə iddiaçı müəyyən vəzifənin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin işdə olan səndlərlə istər iddiaçının atasına həmin qarajın tikilməsi üçün torpaq sahəsinin ayrılmasına və ya onun tikintisinə icazənin verilməsinə dair sənəd, istərsə də həmin qarajın iddiaçının mülkiyyətinə və ya istifadəsinə keçirilməsinə dair hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Halbuki, inzibati icraat qaydasında iddianı qaldırmaqla, iddiaçı qanunla qorununan hüuqularının pozulmasına istinad etdiyi halda o, ən azından müvafiq hüquqa malik olduğunu sübut e tməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtinə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar iddiaçının iddia qaldırılmasında subyektiv hüququnun mövcud olub-olmamasını ehtiva edir. İddiaçının bu hüququ publik hüquqdan irəli gəlməlidir. Qarajlar üçün torpaq sahəsinin ayrılması və onlar üzrə hüquqların rəsmiləşdirilməsi müxtəlif vaxtlarda müxtəlif normativ aktlarla tənzimlədiyindən, iddiaçının iddialı olan hüququnun da hansı publik hüquqdan irəli gəldiyinin müəyyən edilməsi də mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarxili, 5 saylı qərarının 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə əsasən, mümkünlük şərtləri iddiaya mahiy yəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Lakin apellyasiya məhkəməsi iddiaçının qarajın yerləşdiyi torpaq sahəsinin atasının qanuni istifadəsinə ayrılması barədə məhkəməyə hər hansı hüquq müəyyənedici sənədin (sərəncam, order, texniki pasport və s) təqdim edilmədiyini bildirsə də, bununla da iddianın mümkünlük şərtini zəruri edən iddiaçının iddia qaldırılmasında subyektiv hüququnun olubolmamasına qiymət verməmiş, iddianın əsaslığı üzrə qiymətləndirmə aparmaqla nəticəyə gəlmiş və bununla da yuxarıda sadalanmış prosessual qanunveriliyin tələblərini pozmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsinə dair subyektiv hüququ möcud olmadığından, onun həmin qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehə qarşı tələblə məhkəməyə müraciət etmək hüququ da olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı qanunvericiliyin iddianın mümkünlük şərtləri ödənilməmişdir. Bu səbəbdən, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbu l edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-414/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı, cavabdehin Ə-146-032 saylı, 27 dekabr 2017-ci il tarixli və Ə-67-032 saylı, 25 may 2018-ci il tarixli imtinasının əsassız hesab edilməsi və üzərinə ünvan 1 ünvanında yerləşən qarajın və sahənin onun adına rəsmiləşdirilməsinə dair sərəncam vermək vəzifəsinin qoyulmasına dair iddia tələbi mümkün sayılmasın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1744/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1744/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver