Məhkəmə qərarları › İş №2-1(102)-1744/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1744/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1744/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-24/2021 nömrəli iş üzrə 21.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı əldəetmə müddətini nəzərə alaraq torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasını, ona məxsus 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasın da Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və məhkəmə baxışı ilə bağlı xərclərin cavabdeh tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ona Siyəzən Rayon İcra Hakimiyyəti Başçısınin 25 aprel 1995-ci il tarixli 152 nömrəli qərarı ilə Gilgilçay qəsəbə İnzibati Ərazi vahidi üzrə nümayəndəliyinin 10 aprel 1995-ci il tarixli 27 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi və həyətyanı sahə üçün torpaq sahəsi ayrılmışdir. Daha sonra müraciəti əsasında keçirilən islahat vaxtı ailə üzvlərinin əvvəllər Dəvəçi rayonu ərazisində yerləşən Siyəzən sovxozunda işlədiklərini və Siyəzən rayonunun Dəvəçi rayonu tərkibindən çıxdıqdan sonra onlara səhvən sovxozdan pay torpaqları verilmədiyini, onun və qardaşının Vətən torpaqları uğrunda döyüş bölgələrində xidmətlərini nəzərə alaraq Siyəzən rayon İcra Hakimiyyətinin göstərişi ilə ona ayrılmış torpaq sahəsinin qonşuluğunda bağçılıq üçün əlavə 0,50 ha torpaq sahəsi verilmişdir. 1995-ci ildə göstərilən əlli altı sot (faktiki 0,5631 ha) torpaq sahəsi naturad a ayrılandan və mərzləri çəkiləndən sonra öz şəxsi hesablarına və zəhmətləri ilə daşdan, kimyəvi çirklənmələrdən yabanı bitki və kollardan onlar tərəfindən təmizlənib dəmir torla hasarlanmışdır. Torpaq sahəsi bu ilə qədər hər il münbitləşdirilir, istifadə və mühafizə olunur. 2001-2002-ci illərdə torpaq islahatı haqqında qanunvericiliyə uvğun olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri tərəfindən torpaq mülkiyyətçilərinin hüquqlarının tənzimləməsini təmin etmək məqsədi ilə yerqurulusu və ərazi bölgüsü isləri aparılmış, lazımı hüquqtəsdiqləyici sənədlər toplanmış və bunun nəticəsi olaraq mülkiyyətçilərə müvafiq hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair şəhadətnamələr verilmişdir. O cümlədən iddiaçıya 24.06.2002-ci il tarixli t orpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Sumqayıt İnzibati Məhkəməsinin 26.02.2020-ci il tarixli, 21(118)-164/2020 nömrəli qərarı ilə (sədrlik edən İsmayıl Quliyev) iddianın təmin edilməsi, iddiaçı X1 torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Mülki Məcəllənin 139.1, 139.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Qanunun 1.0.1, 2.1, 2.2, 8, 12, 15-ci maddələrinə isti nad etməklə belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26.02.2020-ci il tarixli, 2-1(118)-164/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(105)-24/2021 nömrəli qərarı ilə (hakimlər Hökümə Babayeva - sədrlik edən, məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 26.02.2020-ci il tarixli, 2-1(118)-164/2020 nömrəli qərarının qismən iddiaçı X1 torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,5031 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, bu hissədə yeni qərar qəbul edilməklə iddianın rədd edilməsi, qərarın qalan hissədə, yəni X1 torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı şəhadətnamə əsasında 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-nin 12, 14.3, 34.1, 58.7, 82-ci maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri xidmə ti haqqında” Qanunun 8.0.5, 9.1, 9.1.3, 9.1.4, 15.1.1-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, 0.56 ha torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda işdə olan sənədlərlə aqrar islahat zamanı iddiaçıya 0.06 ha torpaq sahəsinin ayrılması təsdiq edilsə də, 0.5031 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması ilə bağlı iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Lakin birinci instansiya məhkəməsi idd ia tələbinin tam olaraq təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın qismən ləğvi üçün əsasdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 25 aprel 1995-ci il tarixli 152 nömrəli qərarı ilə Gil-Gilçay qəsəbə inzibati Ərazi vahidi üzrə nümayəndəliyinin 10 aprel 1995-ci il tarixli, 27 saylı sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi və həyətyanı sahə üçün torpaq sahəsi ayrılıb. Daha sonra onun müraciəti əsasında Siyəzən rayon İcra Hakimiyyətinin göstərişi ilə ona ayrılmış torpaq sahəsinin qonşuluğunda bağçılıq üçün evə 0.50 ha torpaq sahəsi verilib. 2001-ci ildə göstərilən 56 sot (faktiki 0.5631 ha) torpaq sahəsi naturada ayrılandan və mərzləri çəkildikdən sonra şəxsi hesabına torpaq sahəsi abadlaşdırılıb. Onun vahid daşınmaz əmlak kimi 0,5631 ha torpaq sahəsinə dair mülkiyyət hüququ 24 iyun 2002-ci il tarixində tanınaraq dövlət qeydiyyatına alınmış və bu barədə ona torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas sayılan 011-A saylı “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilib.

10. Beləliklə, onun 0,5631 ha torpaq sahəsinə dair hüququ 24.06.2002-ci il tarixində verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair 011A saylı Şəhadətnamə” əsasında yaranmışdır. Bu ilkin hüquqtəsdiqedici və rəsmil əşdirmə sənədi əsasında torpaq sahəsi Gil-gilçay Bələdiyyəsi tərəfindən, tədiyyə bildirişlərində sahə göstərilməklə, vergiyə cəlb olunmuş və ona sahiblik edilməyə başlanmışdır. Bu tarixə qədər isə onun istifadəsində 0,06 ha torpaq sahəsi olub və bu sahəyə görə torpaq vergisi Siyəzən RİH- nin qəsəbə nümayəndəliyinə ödənilib. Əgər 0,56 ha torpaq sahəsi şəhadətnamədə qeyd edilmiş 23.02.1998-ci ildən ayrılsaydı, onda bu həcmli sahəyə görə torpaq vergisi 1998-ci ildən hesablanardı, faktlar isə sübut edir ki, 0,56 ha əraziyə görə vergi məhz 2002-ci ildən tutulmağa başlanılıb.

11. Sumqayıt Apelyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçıya aqrar islahat zamanı 0.56 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmayıb.

12. İşin hallarından göründüyü kimi, o, 0,06 ha sahəyə 1995-2018ci illər (id dia verilən tarixə qədər müddətdə) - 23 il, vahid 0,5631 ha torpaq sahəsinə isə 2002-2018-2020-ci illər - 16/18 ildən çox müddətdə fasiləsiz və dövlət qurumları tərəfindən etiraz daxil olmadan sahiblik və istifadə edib.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.5-ci maddəsinə görə, “Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır” deyə vurğulanır. Lakin bu norma da tətbiq olunmamışdır.

14. Sumqayıt Apelyasiya Məhkəməsi mübahisəli 0,50 ha torpaq sahəsinin həqiqətən bələdiyyə mülkiyyətində olduğunu təsdiqləyən sübut olmadan, bu faktı araşdırmadan, AR MPM-nin 385.2 maddəsində tənzimlənən pro sessual qanunvericiliyin normalarına zidd olaraq birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini yalnız formal mülahizələrə görə ləğv edib.

15. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, 011-A saylı “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə”ni tərtib edən və mülkiyyət hüququnu dövlət qeydiyyatına alan orqanın (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin) hüquqi varisinin biri cavabdeh, digəri isə ilkin torpaqayırma sənəd və siyahılarını qoruyub saxlamaq vəzifəsi daşıyan, indi isə “ilkin torpaqayırma sənədləri arxivdə aşkar edilmir” deyə sorğulara cavab verən 0,5031 ha torpaq sahəsini sxemdə 1999-cu ildə hələ formalaşmamış, fəaliyyətə başlamamış və ona ayrılacaq torpaq sahələri müəyyən edilməmiş (7 dek abr 1999-cu il tarixli №771-İQ saylı AR Qanunu) bələdiyyənin ehtiyat fondu kimi “göstərən” ƏMDX-nin digər strukturu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətidir.

16. Bundan əlavə, rəqəmsal kadastr xəritəsindən verilən bu çıxarışda 0,5631 ha torpaq sahəsi iki hissədən - 0,06 və 0,5031 ha, ibarətdir. Bu sxemin bu konfiqurasiyada və ölçüdə nəyin əsasında və nə vaxt vahid elektron bazaya daxil edildiyi məlum olmadığından şübhə yaradır, ona görə qərəzlidir və obyektiv sübut kimi birmənalı qəbul edilə bilməzdi.

17. Əksinə, həmin cavaba əlavə edilmiş Siyəzən rayonunun Gilgilçay qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl (imzalandığı tarix-1999-cu il, gün, ay göstərilmir) və onun təqdim etdiyi 011-JN saylı Şəhadətnamə də sübut edir ki, 06.12.2001-ci il tarixinə qədər onun qanuni istifadəsində 0,06 ha həyətyanı torpaq sahəsi olub. Bu tarixdən isə öz hesabına təmizləyib yararlı hala saldığı əlavə 0,50 ha torpaq sahəsi, həyətyanı sahə və fərdi bağ altında olan torpaq təyinatı ilə müvafiq dövlət orqanının arxivə verilmədiyindən və itirildiyindən indi rekvizitləri məlum olmayan, hüquqi aktı və ya əqd əsasında ona ayrılıb. Bu məlumatlar da aidiyyətli dövlət qurumlarının ləğv edilmə, yenidən təşkiledilmə proseslərində səhlənkarlıq və anlaşılmazlıq lazımi qaydada qorunub saxlanılmamış, saxlanılan sənədlər əsasında isə reyestrə tam və ya düzgün daxil edilməsi təmin edilməmişdir.

18. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(105)-24/2015 saylı qərarı-İddiaçı torpağın mülkiyyətə verilməsi nə dair JN-011 saylı şəhadətnamə əsasında 0,5031 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, bu hissədə yeni qərarın qəbul edilməklə iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini, qalan hissədə qırarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Şahin Hasilov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçü n işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

22. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansi yası məhkəməsinin 21.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəm əsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

25. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.

26. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Siyəzən rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 37 saylı protokoluna əsasən, 23 fevral 1998-ci il tarixdə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının iclası keçirilmiş, iclasın nəticələrinə əsasən, “Cıraqqala” yerli aqrar islahatı komissiyasının 09.02.1998-ci il tarixli 21 saylı iclas protokolunun, “Beşdam” yerli aqrar islahatı komissiyasının 05.02.1998-ci il tarixli, 6 saylı, 06.02.1998-ci il tarixli, 7 saylı iclas protokollarının, həmçinin “Nizami” yerli aqrar islahatı komissi yasının 15.02.1998-ci il tarixli 11 saylı iclas protokolunun təsdiq edilməsi qərara alınmışdır.

27. Burada xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının adı, soyadı ayrıca yazılmamaqla yanaşı, ona hansı ölçüdə torpaq sahəsinin ayrılması da təbii ki, göstərilməmişdir.

28. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Siyəzən rayonu X5 X4 ilə Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisindən fərdi mənzil tikintisi üçün 3 ha torpaq sahəsi ayrılması haqqında rayon İcra Hakimiyyəti Başçısının Gilgilçay qəsəbəsi üzrə nümayəndəsinin, rayon torpaq şöbəsinin müdirinin rəyləri, rayon XDS sədrinin 3 may 1994-cü il tarixli 15 saylı sərəncamı ilə yaradılmış komissiyanın aktı nəzərə alınmış, Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisindən fərdi mənzil tikintisi üçün 3 ha torpaq sahəsi ayrı lmış, qərarın icrasına nəzarət rayon torpaq şöbəsinin müdiri Ə.Ələkbərova tapşırılmışdır.

29. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Siyəzən rayon İcra Hakimiyyətinin başçısının fərdi mənzil tikintisi haqqında 25 aprel 1995-ci il tarixli 152 saylı sərəncamın əsasən, Siyəzən rayon İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyin 10 aprel 1995-ci il tarixli, 24 saylı sərəncamı nəzərə alınmış, Siyəzən rayon XDS-nin 10.07.1994-cü il tarixli, 5-11 nömrəli qərarı ilə Gilgilçay qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 3 ha torpaq sahəsində İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır.

30. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Siyəzən rayon İcra Hakimiyyəti Siyəzən rayon Dövlət Arxivinin 29 iyun 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının iclas protokollarında, torpaq islahatı ərzində torpaq sahələrinin ayrılması məsələləri ilə bağlı arxivə vətəndaşlardan çoxlu sayda müraciətlər daxil olur. Araşdırmalar göstərir ki, Arxivə sovxoz torpaqlarından vətəndaşlara ayrılmış pay torpaqlarının sənədləri təhvil verilmişdir. Məhkəmənin sorğusu ilə bağlı bildirilmişdir ki, nəinki İddiaçı, o cümlədən heç bir Gilgilçay qəsəbə sakininin torpaq alan subyektlərin siyahısı tərəflərindən aşkar edilməmişdir.

31. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 12 oktyabr 2020-ci il tarixli, **********50 saylı məktubla məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində aşkar olunmuş arxiv sənədinin təsdiq olunmuş surəti və elektron kadastr bazasından əldə olunan Siyəzən rayonu, Gil-Gil kəndi ərazisində yerləşən 0,56 ha torpaq sahəsinə dair daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsindən çıxarışın surəti təqdim edilmişdir.

32. Həmin mübahisəsi gedən torpaq sahəsinə dair daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsindən çıxarışdan görünür ki, xəritədə İddiaçı məxsus JN011A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydə alınmış torpağın sahəsi 0.06 ha göstərilmişdir.

33. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş Siyəzən rayonu Gi lgil çay qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən çıxarışa görə, İddiaçı aqrar islahat zamanı 11 nömrəli dövlət aktına əsasən 0.06 ha torpaq sahəsi ayrılmışdır.

34. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddiaçıya torpaq sahəsinin verilməsinə əsas olmuş qərarın təqdim edilməsi ilə bağlı sorğuya cavab olaraq, Siyəzən rayonu “Nizami təsərrüfatı yerli Aqrar İslahatı Komissiyasının 15 fevral 1998-ci il tarixli 11 saylı qərarının təsdiq edilməsinə dair Siyəzən rayonu Aqrar İslahatı Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37 saylı qərarını təqdim etmişdir.

35. Bununla yanaşı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının onun mülkiyyətinə məhz 0,56 hektar torpaq sahəsinin verilməsi ilə bağlı istinad etdiyi yeganə sənəd JN-011A KOD 30500017 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədir ki, həmin şəhadətnamə İddiaçı ayrılmış Siyəzən rayonu, Gil-Gil kəndi ərazisində yerləşən 0.56 ha torpaq sahəsinin Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23.02.1998-ci il tarixli, 37 saylı qərarına əsasən verilməsi göstərilmişdir.

36. Siyəzən rayon İcra Hakimiyyəti Siyəzən rayon Dövlət Arxivi 08 may 2021-ci il tarixli məktubla sorğuya cavabda bildirmişdir ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının, eləcə də Çıraqqala, Beşdam, Nizami yerli aqrar islahatı komissiyalarının qərarlarında vətəndaş İddiaçı adına verilmiş hər hansı bir torpaq sahəsinin olması aşkar edilməmişdir.

37. Beləliklə apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1998-ci il tarixdə Siyəzən rayonunda aparılmış aqrar isla hat zamanı Siyəzən rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş Siyəzən rayonu Gil-GİL çay qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvələ əsasən, iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmış, eyni zamanda vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən də, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011A seriyalı şəhadətnamə əsasında iddiaçının adına qeydə alınmış torpağın sahəsi 0.06 ha qeyd edilmişdir, buna baxmayaraq iddiaçıya verilmiş şəhadətnamədə ayrılan torpağın sahəsi 0.56 ha qeyd edilmişdir.

38. Lakin apelyasiya məhkəməsi tərəfindən çoxsaylı sorğular ediməsinə baxmayaraq iddiaçıya aqrar islahat zamanı 0.56 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmamışdır.

39. Halbuki iddiaçı iddia ərizəsində ona ayrılm ış 0,06 torpaq sahəsinə Siyəzən rayon İcra Hakimiyyətinin göstərişi ilə əlavə 0,50 hektar torpaq sahəsinin verilməsini yazmış, lakin bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, işin ikinci cildinin 45-ci səhifəsində olan Siyəzən rayon Aqrar İslahatı Komissiyasının sözügedən 23 fevral 1998-ci il tarixli, 37 saylı qərarında sadəcə yazılmışdır ki, “Siyəzən” rayonu “Nizami” təsərrüfatı yerli aqrar istehsalatı komissiyasının 15 fevral 1998-ci il tarixli, 11 nömrəli qərarı təsdiq edilsin”.

41. Başqa sözlə, həmin qərarda nə kimsənin adı və soyadı, ö cümlədən iddiaçının adı və soyadı mövcuddur, nə də hər hansı bir torpaq sahəsinin, o cümlədən 0,56 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi göstərilir. 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 43. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 44. 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 45................................... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 46. 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 47. 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 48. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

50. Belə olan halda apelyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011A seriyalı şəhadətnamədəki məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara tam olaraq uyğun olmadığından cavabdehin, 0.5031 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur.

51. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin məl umatına əsasən, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 24 iyun 2002-ci il tarixində təsdiq edilmiş JN-011A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın sahəsi 0.56 ha qeyd edilmiş, lakin idarənin xidməti istifadəsində olan elektron kadastr məlumat bazasında sözügedən torpaq sahəsinin İddiaçı mülkiyyətində olan hissəsi 0.06 ha, qalan 0.50 hissəsi isə bələdiyyə torpaqları kimi göstərilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə cavab olaraq ünvanladığı məktubda deyilir ki, arxiv məlumatları əsasında aparılan araşdırma zamanı vətəndaş İddiaçı adına 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. 0.56 ha torpaq sahəsinə verilmiş JN011A nömrəli şəhadətnamənin işlənməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir.

52. İddiaçı kasasiya şikayətində göstərmişdir ki, 0,50 hektar torpaq sahəsinin məhz bələdiyyə torpaqlarına aid edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, apelyasiya məhkəməsi yalnız "xxxx" MMC-nin sözügedən məlumatı ilə kifayətlənmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, həmin MMC-nin adıçəkilən məlumatının mötəbərliliyinin şübhə altına alınması üçün heç bir əsas yoxdur.

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir k, apelyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

55. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab e dir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 21.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(105)-24/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar