Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1744/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının bərpa olunması və ödənilməmiş əmək pensiyasının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması və ödənilməmiş əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-1737/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 18 may 2015-ci il tarixli, 456 nömrəli qərarı ilə İddiaçı 1 aprel 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı əmək kitabçasına əsasən “Neftqaztikinti” trestinin idarələrində işlədiyi iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş güzəştli pensiya hüququ verən vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 492/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1878/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)492/2018 saylı iş üzrə 24 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubdan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı pensiyanın təyin edilərək ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/18 saylı iş üzrə qərarı tərəflərindən icra olunmuşdur.
6. İddiaçı təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının bərpa olunmasını xahiş etmişdir.
8. Cavabdeh 12 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdi r ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Sizin əmək pensiyanızın bərpa edilməsi məsələsinə araşdırmanın nəticəs i barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Bugünədək araşdırmanın nəticəsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 4 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əmək pensiyasının bərpa olunması və 2020-ci ilin ödənilməmiş 6 ayının və 2021-ci ilin müvafiq aylarının əmək pensiyasının ödənilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxs kimi 2019-cu il fevral ayından 2020-ci il may ayına qədər əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. 30 ildən çox müddətdə müvafiq icra hakimiyy əti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər kateqoriyasına aid olan işlərdə işləmişdir. Lakin 2020-ci ilin may ayından pensiya kartı itdiyinə görə həmin kartı blok edilmişdir. Dəfələrlə Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əlaqə saxlanılmış, vətəndaş qəbulunun olmadığı bildirilmiş, ya da ki əlaqə nömrələrində cavab verən olmamışdır. 31 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müvafiq ərizə ilə müraciət olunmuşdur. 2021-ci ilin yanvar ayında müraciətinə baxılaraq qeyd olunan problem aradan qaldırılmış, əmək pensiyasının alınması üçün yeni kart təqdim olunmuş, müvafiq olaraq 2020-ci ilin iyun ayının və 2021-ci ilin ya nvar ayının (cəmi 2 ayın) əmək pensiyası köçürülmüş, 2020-ci ildən 6 ayın əmək pensiyası isə köçürülməmişdir. 2021-ci ilin fevral ayının əmək pensiyası köçürülməli olduğu zaman məlum olmuşdur ki, əmək pensiyası yenidən ona məlum olmayan səbəblərə görə köçürülməmişdir. Qeyd olunan məsələ ilə bağlı Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət olunmuş, cavab olaraq bildirilmişdir ki, araşdırılma aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsi tərəfindən əmək pensiyasının ödənilməsi dayandırılmışdır. 4 mart 2021-ci il tarixdə cavabdehə yaranmış problemin və bürokratik əngəllərin aradan qaldırılması barədə müvafiq ərizə ilə müraciət olunmuşdur. Qeyd olunan müraciətə nazirlik tərəfindən cavab verilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlə rlə Təyinat İdarəsi tərəfindən müraciətinə baxılmışdır. Cavab məktubunda ödənişin “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırıldığı, əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırıldığı qeyd olunmuşdur. Qeyd olunan problemin həlli ilə bağlı məsələlərə inzibati orqan tərəfindən cavab məktubunda münasibət bildirilməmiş, əmək pensiyasının hansı əsaslarla dayandırıldığına dair məlumat verilməmiş, yalnız “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad olunmuşdur. İnzibati orqan tərəfindən 2020-ci ilin 6 ayının (iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr) və 2021-ci il yanvar ayı istisna olmaqla digər a yların əmək pensiyasını ala bilməmişdir.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, inzibati orqan tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu inzibati orqan tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Bugünədək araşdırmanın nəticəsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır.
12. Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6334/2021 nömrəli qərarı (hakim X1) ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 4 fevral 2021-ci il tarixdən ödənilməsinin bərpa edilməsi və 2020-ci ilin 6 ayının (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, -“İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ödəniş dayandırıla bilər. Cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan 18 may 2015-ci il tarixli qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda, belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq 12 mart 2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Həmçinin cavabdeh pensiya ödənişini dayandırdığı 4 fevral 2021-ci il tarixdən hazırkı məhkəmə qərarı qəbul edildiyi tarixədək pensiya təyinatının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı inzibati icraatı yekunlaşdırmamışdır. Halbuki, inzibati orqanın inzibati icraatı ən geci 90 günün tamamında başa çatdırması tələb olunur. - Həmçinin cavabdeh iddiaçıya pensiya ödənişinin dayandı rılmasının əsası kimi sözügedən Qanunun 37.8.3-cü maddəsinə istinad etsə də, həmin maddəyə uyğun olaraq əmək pensiyasının dayandırılmasına əsas verən pensiyanın verilməsi şərtlərinə uyğun olmayan nə kimi halların müəyyən olunduğu, bu halların araşdırılması gedişində hansı tədbirlərin görüldüyü və yekun olaraq hansı nəticəyə gəlindiyi barədə nə iddiaçıya, nə də məhkəməyə məlumat verməmişdir. - İş üzrə iddiaçıya 2020-ci il üzrə cəmi 6 ay üzrə (yanvar, fevral, mart, aprel, may, iyun ayları) pensiya ödəmələri aparılmış, 2020-ci ilin sonrakı 6 ayı (iyul-dekabr ayları) üzrə pensiya ödənişi aparılmamışdır. Eyni zamanda, 2021-ci il üzrə yalnız yanvar ayı üçün pensiya ödənilmiş, fevral 2021-ci ildən isə pensiya ödənişi dayandırılmışdır. İddiaçı hazırkı iş üzrə pensiya ödənişinin dayandırıldığı 4 fe vral 2021-ci il tarixdən bərpa edilməsi tələbi ilə yanaşı eyni əsasla ödənilməmiş 2020-ci ilin 6 ayı üzrə pensiya ödənişlərinin də ödənilməsini tələb etməkdə haqlıdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-1737/2022 nömrəli qərarı (hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı aparılm asından sonra qanuni qüvvəyə minmiş və hələ də qüvvədə olan məhkəmə qərarları əsasında pensiyanın yenidən hesablanması və ödənilməsi icra edilmişdir. Qanunvericiliyə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı məcburi olaraq hökmən icra olunmalıdır. Hazırkı mübahisə üzrə iddiaçıya ilkin pensiya təyinatı aparılmasına dair qüvvədə olan inzibati aktın mövcudluğundan əlavə, pensiyasının yenidən hesablanması və ödənilməsi icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Cavabdeh orqanın iddiaçıya məhkəmə qərarı əsasında yenidən hesablanmış pensiya ödənişini məhkəmə qərarının icrasının əksinə olaraq dayandırması, Azərbaycan Respublikası Konstitusiyası və digər sadalanan qanunvericiliklə müəyyən edilmiş məhkəmə qərarlarının qanuni qüvvəsini müəyyən edən n ormaların tələblərinə ziddir.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 20.“Əmək pensiyaları haqqında” Qanun Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yara ndığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 21. “İnzibati icraat haqqında” Qanun Maddə
13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda n əzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
22. İnzibati Prosessual Məcəllə Mad də
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və o rada şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələ rinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanun vericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əmək pensiyasının bərpa olunması və ödənilməmiş əmək pensiyasının ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlə rə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borc ludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).
30. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu (məhkəmə qərarı əsasında yenidən hesablandığı), həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu hallarda, inzibati orqan (cavabdeh) tərəfind ən mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu araşdırılmalı, yeni açılmış halların müəyyən edildiyi təqdirdə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə mübahisəyə dair yekun qərarı qəbul etmiş məhkəməyə müraciət olunmalıdır. Belə ki, həmin normanın müddəalarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1472/2 022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).
31. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilən lərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-1737/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.