Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1744/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayət vermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxslər: X2, X5 və X4 və X7 Xidmət Mərkəzində Notariat Ofisi) qarşı “Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarına əsasən Vladimirovka kəndində 0.20 ha torpaq sahəsinə dair X1 adına Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı şəhadətnamənin və onun əsasında X1 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-268/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü nə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarına əsasən Vladimirovka kəndində 0.20 ha torpaq sahəsinə dair X1 adına Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X1 adına verilmiş RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2, X5 və X4 zəruri cəlbetmə qaydasında, X7 Xidmət Mərkəzində Notariat Ofisi isə adi cəlbetmə qaydasında hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişlər.
3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim:C.B.Məmmədov) 2-1(118)-1978/2022 nömrəli, 7 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X1 adına verilmiş **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdu r.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
5. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 2-1(105)268/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq pros essual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mü mkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. Belə ki, bu qərarın 8-ci bəndində istinad olunan prosessual hüquq normalarında kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
11. Həmin normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından yalnız onların müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verilə bilər. Həmçinin, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin edilmədiyi təqdirdə şikayət vermək hü ququna malikdirlər.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üçün əhəmiyyəti olan sübutların toplanması ilə əlaqədar əlavə araşdırma aparılmasına zərurət olduğundan, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardad qəbul edilməsi inzibati məhkəmə icraatının iştirakçılarının, hazırkı halda iddiaçının tələblərinin təmin olunmaması nəticəsini doğurmur. Odur ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermək hüququ istisna edilir.
14. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(105)-268/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.