Məhkəmə qərarları › İş №2-1(102)-1744/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1744/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1744/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi və daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “şəhadətnamənin və çıxarışın ləğv edil məsi, bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2024-cü il tarixli, 2-1(103)-705/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 744 nömrəli Sərəncamı ilə Ləhicdəki 248 №li BTK tərkibində 5931 №li bağ iddiaçının adına keçirilmiş və iddiaçıya 12 nömrəli order verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 nömrəli Sərəncamı ilə Ləhicdəki 248 №li BTK tərkibində 5976 №li bağ üçüncü şəxsin adına keçirilmiş və üçüncü şəxsə 82 nömrəli order verilmişdir.

3. Bununla bağlı üçüncü şəxsə DT və XK Bakı şəhər şöbəsi tərəfindən JN 2 6766D KOD 00500003 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir.

4. Həmin şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5976 saylı bağ sahəsi 0.12 ha ölçüdə üçüncü şəxsin və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və buna dair plan-ölçü tərtib edilmişdir.

5. İddiaçı (hazırkı iddiaçı) cavabdeh Adil Hacıyevə (hazırkı üçüncü şəxs) qarşı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmələrin mövqeyinə görə iddiaçıya 5931 nömrəli bağ sahəsi ayrılsa da, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmamış, cavabdehin isə mülkiyyət hüququ qeydə alınmışdır. Həmin qeydiyyat ləğv edilmədən iddianın təmin edilməsi üçün əsas yoxdur.

6. Bundan sonra İddiaçı (hazırkı iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 5931 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(82)-20/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı cavabdehə müraciət edərək üçüncü şəxsin adına verilmiş çi xarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, "Daşınmaz Əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası qanununun 2.3 və 2.4-cü maddələrinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adına verilmiş 5976 saylı bağ sahəsi kimi reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, İddiaçı oğlunun adına Bağ Təsərrüfatı İdarəsinin Ləhic bağlar sahəsindəki 248 №-li BTK-nın n əzdində 0,12 ha ölçüdə 5931 №-li bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi əlili kimi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli 744 saylı (bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə) sərəncama görə Ləhişdəki 5931 № li bağ 248 № li BTK tərkibində İddiaçı oğlunun adına keçirilmişdir. Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №li kooperativinə 12 №li order verilmişdir. Order Bakı şəhəri İcra hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 №li qərarına əsasən İddiaçı oğluna Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi verilmişdir. Üçüncü şəxs X9, İddiaçı oğlunun razılığı olmadan İddiaçı oğluna məxsus Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 №li bağ sahəsini qanunsuz olaraq zəbt etmiş, hasarlamış və saxta sənədlərlə öz adına rəsmiləşdirmişdir. Eyni zamanda üçüncü şəxs 15.04 1994-cü il tarixli 882 saylı qərar və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi ilə 0,12 ha ölçülü Ləhiş bağ massivində 6976 saylı bağ sahəsi cavabdeh X5 mülkiyyətinə verilmişdir. Bundan sonra cavabdeh Bakı şəhəri 1 saylı reyestr xidmətindən öz adına çıxarış almışdır. Göründüyü kimi üçüncü şəxsə verilən bağ sahəsi ilə İddiaçı oğluna verilən bağ sahələrinin sənədləri ayrı-ayrıdır. İddiaçı oğlunun adına verilən Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 № li kooperativinə 12 № li order Bakı şəhəri İcr a hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi İddiaçı oğlunun istifadəsinə verilmişdir. Göstərilənlər ona dəlalət edir ki, üçüncü şəxs X9 İddiaçı oğlunun adına verilən torpaq sahəsinə qanunsuz sahiblik edir. Bundan başqa cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 22 dekabr 2020-ci il tarixli arayışına görə iddiaçının müraciəti əsasında "əraziyə texniki baxış keçirilmiş, göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 26766D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında 5976 n ömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı məxsus torpaq sahəsi saxtakarlıq edilərək iddiaçının adına olan 5931 № li bağ sahəsi olduğu halda yanlış olaraq üçüncü şəxs X5 mülkiyyətinə verilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.3 və 2.4-cü maddələrinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bir sözlə cavabdeh 3-cü şəxs X5 adına qanunsuz olaraq verilmiş çıxarışı ləğv etməkdən imtina etmişdir.

10. Cavabdeh iddiaya yazılı edərək iddianın rədd edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxsi iddiaya yazılı etiraz etmiş və etirazda bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında JN-26766D (kod 0050003) Şəhadatnamə ilə mülkiyyətimə hər iki təşkilat (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Bağlar təsərrüfatı idarəsi) tərəfindən yerində göstərilməklə 5976 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsinin sərhədlərini Dövlət Reyestri Xidmətinin Sabunçu rayon Ərazi idarəsinin nümayəndəsi tərəfindən müasir texniki vasitələrlə bir daha yerində göstərilməklə Dövlət Reyestr Xidməti tərəfindən mənə 5976 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış verilmişdir (Seriya RX № 0749395). x x.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi 2-1(82)-129/2017 saylı iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edərkən məlum olmuşdur ki, İddiaçı oğlu adlı şəxs Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə etdiyi müraciətinə imtina cavabı aldığı üçün həmin idarəyə qarşı iddia ərizəsi ilə qeyd olunmuş məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-20/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin qərarla İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “iddiaçının bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan tərəflər yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyindən adı çəkilən qərar qanuni qüvvəyə minmişdir. İddiaçı oğlunun torpaq üzərində istifadə hüququnun bərpa edilməsinə dair iddia ərizəsi ilə bağlı 2019-cu ilin fevralında Sabunçu Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuş, məhkəmə prosesində məlum olmuşdur ki, iddiaçının bağ sahəsi ilə bağlı məhkəməyə təqdim etdiyi orderinə mütləq əlavə edilməli olan torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi yoxdur. Belə sxemin olmadığı halda orderdə qeyd olunmuş torpaq sahəsinin yerində göstərmək qeyri mümkündür. Bütün bu və digər dəlillərini nəzərə alaraq, iddiaçının tələbi rədd edilmişdir. 2(008)-931/2019 nömrəli mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarından İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 10 iyun 2019-cu il tarixdə baxılaraq (iş 2 (103)-8201/19) apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olaraq İddiaçı oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6290/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdiril mədən saxlanılmışdır. İddia üzrə məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarlardan narazı olaraq, İddiaçı oğlu iddia ərizəsinin məzmununu dəyişərək, “AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6(yəni, mənə) verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin məhkəmə tərəfindən bu iddia 2(008)-452/2020 saylı, xx.xx.2020- ci il tarixli qərardadla rədd edilmişdir Sabunçu Rayon Məhkəməsinin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardaddan narazı olaraq İddiaçı oğlu iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9186/2020 qərardadı ilə Sabunçu Rayon Məhkəməsini n 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9186/2020 qərardadından İddiaçı oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməmişdir. Göründüyü kimi, İddiaçı oğlu ona məxsus 5976 saylı bağ sahəsinə dair dövlət tərəfindən verilmiş mülkiyyət hüququma dair müxtəlif məhkəmə instansiyalarına 1995-ci il tarixli, torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi olmayan orderi təqdim etməklə və praktiki olaraq eyni tərəflər arasında, eyni predmet üzrə eyni məzmunlu iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciət edərək və öz iddia ərizələrində ona dövlət orqanları tərəfindən verilmiş sənədlərin saxta olmasını əsassız olaraq qeyd edərək, hüquqi baxımdan qanunsuz olan məqsədinə nail olmaq niyyətindədi r.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmətikinti ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4596 nömrəli məktubu ilə göndərilmiş Ekspert rəyində qeyd olunmuşdur ki: - İddiaçı tərəfindən naturada göstərilən faktiki sahə 248 nömrəli BTK nəzdində bağların sxematik xəritəsində qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəlir. - Üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X4 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçü sü verilmiş faktiki sahənin qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyini nəzərə alaraq həmin şəhadətnamə və “Torpaq sahəsinin planı və ölçüsü”nün bağlar sahəsinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi müəyyən edilir.

14. Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(112)-285/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5976 saylı bağ sahəsinə dair X4 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, X9, X2, X7, X3, X1 adlarına ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı xx.xx.2015-ci il tarixli ** ******** nömrəli qeydlərin ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5931 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli bağ sahələri eyni BTK nəzdində yerləşsə də ayrı-ayrı bağ sahələrinə, ayrı-ayrı qərar və orderlər əsasında verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş Ləhiş bağ massivində bağların ümumi sxematik xəritəsində 5931 və 5976 nömrəli bağ sahələri öz əksini tapmışdır. 5931 nömrəli bağ sahəsinin bir tərəfi yol olmaqla qonşuları 5930, 5932 və 5953 nömrəli bağlardır, 597 6 nömrəli bağ sahəsinin də bir tərəfi yol olmaqla qonşu bağ nömrələri 5975, 5977, 5996 nömrəli bağlardır. Deməli, mübahisəli bağ sahələrinin ilkin torpaqayırma sənədləri fərqli olmaqla yanaşı sxematik xəritədə yerləşmə vəziyyətləri də fərqlidir. Başqa sözlə, Ləhiş bağ massivində 2 eyni olmayan 5931 və 5976 nömrəli bağ sahələrinin olduğu mübahisəsizdir. Cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto görüntüsündə 5976 kimi qeydiyyata alınmış, sxematik xəritəyə əsasən 5931 nömrəli bağ olan sahənin yeri göstərilmiş, həmin bağ sahəsinin bir tərəfi yol olmaqla 5930, 5932, 5933 nömrəli bağlarla qonşu olduğu öz əksini tapmışdır. Başqa sözlə, sxematik xəritə ilə ortofoto görüntünün müqayisəli təhlili nəticəsində müəyyən olunur ki, hər iki bağ sahəsinin faktiki yeri ilə sxematik xəritə üzrə ye rləşməli olduğu yerlər fərqlidir, bu yerlər hər iki bağ sahəsinin qonşu bağ nömrələrinin ardıcıllığı və yerləşmə istiqamətlərinə əsasən müəyyən edilmişdir. 5976 nömrəli bağ sahəsinin koordinatları naturada yerləşməli vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestr məlumatlarına düzgün işlənilməmişdir. Beləliklə, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi kimi qeydiyyatdan keçmiş faktiki sahə qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəlir və bu halda X4 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün bağ sahələrinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib e dilmədiyi öz təsdiqini tapmışdır.

16. Məhkəmə eyni zamanda izah etmişdir ki, üçüncü şəxsin ilkin hüquqmüəyyənedici sənədləri olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 862 nömrəli sərəncamı və həmin sərəncamla verilmiş 248 nömrəli BTK-ya aid 82 nömrəli order əsasında hazırkı iş üzrə koordinatları müəyyən olunmuş, sxematik xəritəyə əsasən 5976 nömrəli bağ sahəsinin yerləşməli olduğu bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmək hüququnu saxlanılır.

17. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2024-cü il tarixli, 21(103)-705/2024 nömrəli qəra rı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq üçüncü şəxsin apellyasiya şikayətinin əvvəllər eyni əsaslarla, eyni cavabdehə qarşı və eyni tələb üzrə iddianın rədd edilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbində iddiaçı mübahisəli bağ sahəsinə hüquqlarının qeydiyyata alınması ilə yanaşı, X5 adına verilmiş 5976 saylı bağ sahəsi kimi reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini tələbi ilə çıxış etmişd ir.

20. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 10.1, 10.2, 11.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarına istinad etmişdir.

21. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxsin kassasiya şikayətinin əsas dəlilləri aşağıdakılardan ibarətdir:

1. İddianın rədd edilməsi ilə bağlı məhkəmə qərarının mövcudluğu.

2. Üçüncü şəxsin qüvvədə olan hüquqmüəyyənedici sənədə etimad hüququ

3. Qeydin ləğvi hə min qeydin aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədin ləğv edilməsindən sonra mümkündür.

23. Kassator !İnzibati İcraat haqqında” Qanunun 12, 13, 18, 67.5-ci, İPM-in 1.2, 13cü, MPM-in 82.3-cü maddələrinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ciil tarixli 5 saylı qərarına istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2024-cü il tarixli, 2-1(103)-705/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdır ılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına k eçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qe ydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldı rılmadıqda.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üz ərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin mat eriallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kolleg iyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırılması yetərli hesab olunmalıdır.

34. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

35. İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 744 nömrəli Sərəncamı ilə Ləhicdəki 248 №li BTK tərkibində 5931 №li bağ iddiaçının adına keçirilmiş və iddiaçıya 12 nömrəli order verilmişdir.

36. Eyni z amanda Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 nömrəli Sərəncamı ilə Ləhicdəki 248 №li BTK tərkibində 5976 №li bağ üçüncü şəxsin adına keçirilmiş və üçüncü şəxsə 82 nömrəli order verilmiş, bununla bağlı üçüncü şəxsə DT və XK Bakı şəhər şöbəsi tərəfindən JN 26766D KOD 00500003 nömrəli xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və həmin şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5976 saylı bağ sahəsi 0.12 ha ölçüdə üçüncü şəxsin və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və buna dair plan-ölçü tərtib edilmişdir.

37. Hazırkı işin hallarına münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahələrinin yerləşdiyi ərazinin sxematik xəritəsində (İ cild, i.v. 26-27) həm 5931, həm də 5976 nömrəli bağ sahələri öz əksini tapmışdır.

38. Bundan əlavə mütəxəssis və ekspert rəylərindən, eləcə də işə əlavə edilmiş ərazinin ortofoto görüntüsündən məlum olur ki, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X4 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsü verilmiş faktiki sahə, qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 5931 saylı bağın ərazisinə uyğun gəlir.

39. Belə olan halda, üçüncü şəxsin adına verilmiş həmin xx.xx.2005-ci il tarixli JN26766D nömrəli şəhadətnamən in və “Torpaq sahəsinin planı və ölçüsü”nün bağlar sahəsinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi müəyyən edilir.

40. Göründüyü kimi, cavabdeh tərəfindən səhvə yol verilərək digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının üzərinə işlənilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan kimi iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli və aradan qaldırmalı olduğu halda, əksinə olaraq, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də digər şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaratmışdır.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazır kı maddi və prosessual hüquq normalarının tələbləri baxımından qanuni və əsaslı olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2024-cü il tarixli, 21(103)-705/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar