Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1745/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ) Hakimlər: Kərimov Səyyad - sədrlik edən və məruzəçi hakim, Quliyev Zakir, Nəbizadə Rahibdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və çıxarışın veri lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(105)-179/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər bələdiyyəsinin 27.01.2006-cı il tarixli qərarı ilə Sumqayıt şəhəri, 13cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. olan torpaq sahəsi vətəndaş X1 adına rəsmiləşdirilərək icarəyə verilmişdir. 29.12.2015-ci il tarixdə onunla Sumqayıt şəhər bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra 11 oktyabr 2016-cı il tarixdə iddiaçı ilə X2 arasında icarə hüquqlarının alqı-satqısına dair müqavilə bağlanmışdır.
2. İddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında qeyd edilən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi üzərində icarə müddəti 2019-cu ilin sonuna kimi müəyyən edilmişdir.
3. İddiaçının müraciətinə əsasən 25.10.2016-cı il tarixdə cavabdeh tərəfindən onun icarə hüququ qeydiyyata alınmış və iddiaçıya müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda icarə hüququnun yüklülüyü 31.12.2019-cu il tarixədək müəyyən edilmişdir.
4. İddiaçı 2019-cu ilin dekabrında bələdiyyəyə müraciət edərək icarə müddətinin uzadılmasını xahiş etmişdir. Bununla bağlı bələdiyyə ilə onun arasında 16.12.2019-cu il tarixli, 132 saylı icarə müqaviləsi bağlanmış və icarə müddəti 31.12.2044ci il tarixədək müəyyən edilmişdir.
5. İddiaçı icarə hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. C avabdeh 25 dekabr 2019-cu il tarixli, **********01 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.
6. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 01.12.2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətə əlavə edilmiş 25 oktyabr 2016-cı il tarixli, **********46 nömrəli dövlət reyestrindən çıxarışdan göründüyü kimi, torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi yolu ilə mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndəbirinci instansiya məhkəməsi) müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsi tərəfindən ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2016-cı ildə X2 ilə əldə edilmiş razılaşmaya əsasən, onların arasında sonuncunun icarəsində olan, Sumqayıt şəhəri,13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair 11 oktyabr 2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədən sonra onunla torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt şəhər bələdiyyəsi arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmış və icarə müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra, iddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, 25 oktyabr 2016-cı il tarixdə cavabdeh tərəfindən sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ döv lət qeydiyyatına alınmış və bu barədə ona RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun yüklülüyü 31 dekabr 2019-cu il tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. Sumqayıt şəhər bələdiyyəsi həmin torpaq sahəsinə dair onunla 16 dekabr 2019-cu il tarixli, 132 saylı icarə müqaviləsi bağlamış və müqavilədə torpağın icarə müddəti 31 dekabr 2044-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra icarə hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etmiş, lakin bu dəfə cavabdeh hüququn dövlət qeydiyyatından imtina etmişdir.
9. Sumqayıt İnzi bati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(118)-712/2020 saylı qərardadı ilə Sumqayıt şəhər bələdiyyəsi hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaçının mövqeyinə uyğun izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər bələdiyyəsi tərəfindən icarə üçün 27.01.2006-cı il tarixli qərarla ayrıldığından, həmin torpaq sahəsinə münasibətdə 2007-ci ilin dekabr ayinin 1-dən sonra qüvvəyə minmiş qanunvericilik normaları tətbiq oluna bilməz.
10. Sumqayıt İnzibati Məhkəməsinin (sədrlik edən-hakim Vəfa Əzizova) 23.10.2020-ci il tarixli, 2-1(118)-712/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində qeydə alınmış icarə hüququnun müddəti 31.12.2019-c u il tarixdə bitmişdir. Həmin torpaq sahəsi üzərində 16.12.2019cu il tarixli icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqə yolu ilə mümkün olmasına baxmayaraq, bələdiyyə vətəndaşla bilavasitə müqavilə bağlamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
12. İddiaçı və üçüncü şəxs apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Zaur Məmmədov) 02.06.2021-ci il tarixli, 2-1(105)-179/2021 nömrəli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən, bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə, Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi a yrılır. Həmin Əsasnamənin bələdiyyə tərəfindən M.Vəlixanova torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olmuş 10-cu bəndinin mətninə əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü və 16.4-cü maddələrinə uyğun olaraq, fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda, həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, istifadəsinə və y a icarəsinə bu Əsasnamənin 11-ci, 14-23-cü və 25-27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Eyni müddəa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsində də təsbit edilmişdir. Həmin maddənin torpaq sahəsinin M.Vəlixanova ayrıldığı zaman qüvvədə olan mətninə əsasən, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Göründüyü kimi, məhk əmənin sözügedən bələdiyyə qərarının yazılış tərzinə istinad edərək, mübahisələndirilən torpaq sahəsinin guya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı M.Vəlixanova ayrılmadığına dair gəldiyi nəticənin əsassızlığı sadalanan qanunvericilik aktları ilə tam təkzib olunur. Həmçinin, işdə olan torpağa dair icarə müddətinin uzadılması ilə bağlı 16 dekabr 2019-cu il tarixli müqavilənin 1.2-ci bəndində birbaşa qeyd olunmuşdur ki, icarə müqaviləsi çıxarış əsasında icarədə olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kvadrat metr torpaq sahəsinə dair bağlanmışdır. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki,cavabdeh bağlanılmış icarə müqaviləsinin formasına deyil, onun ümumiyyətlə bilavasitə bağlana bilməməsinə əsaslanmış və icarə müqaviləsinin açıq torpaq müsab iqəsi və ya torpaq hərracından kənar bağlandığına görə icarə hüququnun qeydiyyatından imtina etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi lə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
19. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məq sədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
20. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hall arda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv a raşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti vəzifəsinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan məhkəmə hazırkı mübahisəyə münasibətdə işə aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
27. Belə ki, bu qərarın 18-ci bəndində istinad olunan normaya görə, həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
28. İstinad olunan həmin normanın məzmunundan görünür ki, həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlara münasibətdə qanunverici tərəfindən istisna nəzərdə tutulmuş və hə min torpaqlara münasibətdə icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadılmasının mümkünlüyü həmin normada birbaşa təsbit olunmuşdur. Həmin normanın mahiyyətinə görə icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılması qaydası həmin qanun qüvvəyə minənədək qeyd olunan məqsədlərlə icarəyə verilmiş torpaqlara deyil, digər torpaqlara münasibətdə tətbiq oluna bilər.
29. Məhkəmələr tərəfindən “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikası Qanununun 9-cu bəndinə istinad edilməsinə baxmayaraq, konkret mübahisəyə münasibətdə həmin normanın t ətbiqinə imkan yaradan və açıq torpaq hərracını və ya müsabiqəsini istisna edən halların (həmin normada nəzərdə tutulmuş dispozisiya şərtlərinin) iddiaçıya və hazırkı mübahisəyə münasibətdə mövcud olubolmaması araşdırılmamışdır.
30. Bu baxımdan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin məqsədi və istifadə təyinatı, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri tikililərin inşası üçün ayrılıb-ayrılmadığı məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə hərətərəfli araşdırılmalı idi. Bununla bağlı qeyd edilməlidir ki, faktiki istifadədə olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə həmin sahədə zəruri tikililərin inşasını və ya rekonstruksiyasını istisna etmir. Bu zaman həm də nəzərə alınma lıdır ki, işdə olan materiallara görə M. Vəlixanovun adına rəsmiləşdirilərkən həmin torpaq sahəsində köşk olmuş və köşkün yerində layihə əsasında kommersiya obyektinin quraşdırılması ona həvalə edilmişdir. Eyni zamanda iş üzrə materiallardan görünür ki, sonradan həmin ticarət köşkünün rekonstruksiyası nəzərdə tutulmuş və bununla əlaqədar Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma İdarəsi tərəfindən eskiz tərtib edilmişdir. Lakin həmin hallar M. Vəlixanovun adına torpaq sahəsinin ayrılması kontekstində məhkəmələr tərəfindən hərətərəfli araşdırılmamış və iş üzrə qərar qəbul olunarkən nəzərə alınmamışdır. Halbuki qeyd olunan halların yoxlanılması və müəyyən edilməsi yuxarıda istinad olunan normanın hazırkı mübahisəyə tətbiqinin mümkünlüyü və iş üzrə düzgün qərarın qəbulu üçün m ühüm əhəmiyyət kəsb edir.
31. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu qərarın 18-ci bəndində istinad olunan norma digər qanunlara dəyişiklikləri nəzərdə tutmayan və mahiyyətcə keçid müddəaları xarakteri daşıyan müstəqil və ümumi bir normadır. Həmin normanı nəzərdə tutmaqda qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir.
32. Məhkəmələrin qənaətinə görə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında müqavilə uzadılmamış, 16.12.2019-cu il tarixli 132 saylı yeni torpaq icarə müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmələr tərəfindən həmin torpaq sahəsinin Sumqayıt şəhər bələdiyyəsinin 27.01.2006-cı il tari xli qərarı ilə M. Vəlixanova verildiyi nəzərə alınmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, icarə hüququ müqavilə əsasında sonradan iddiaçıya keçmişdir. İcarə müddəti bitdiyindən iddiaçı müddətin uzadılması ilə bağlı bələdiyyəyə müraciət etmiş və tərəflər arasında müvafiq müqavilə bağlanmışdır. Yəni tərəflər arasında yeni müqavilənin bağlanılması, hətta həmin müqavilədə onun icarə müddətinin uzadılması ilə bağlı olduğu qeyd edilməsə belə, həmin müqavilənin uzadılma məqsədi ilə bağlanıldığını istisna etməməlidir. Nəzərə alınmalıdır ki, müqavilənin müddətinin uzadılması ilə bağlı məsələ həll olunarkən, həlledici amil müqaviləni bağlamaqda tərəflərin iradəsi və niyyəti ilə əhatə olunan məqsədin müəyyənləşdirilməsindən ibarətdir. Bundan başqa, həm də qeyd olunmalıdır ki, iş materiallarında Sumqayıt bələdiyyəsi tərəfindən torpağın icarəyə verilməsi barədə yeni qərarın qəbul edilib-edilməməsi haqqında məlumat aşkar edilməmişdir. Məhkəmələr tərəfindən bu hal da yoxlanılmalı və müəyyən edilməli idi. Belə ki, tərəflər arasında müqavilənin bələdiyyənin ilkin qərarı əsasında bağlanıldığı müəyyən olunarsa, həmin hal tərəflərin iradəsinin müqavilənin müddətinin uzadılmasına yönəldiyini bir daha ifadə etmiş olacaqdır. Lakin buna baxmayaraq məhkəmələr tərəfindən həmin halların müəyyən edilməsi təmin olunmamışdır.
33. Məhkəmələr mübahisə üzrə qərar qəbul edərkən həm də şəxsin inzibati orqanın, konkret halda cavabdehin inzibati praktikasına, onun davranışına şəxsin etimad hüququnu və bununla bağlı onun inzibati orqandan qanuni gözləntilərini də nəzərə almalıdırlar. Belə ki, 25.10.2016-c ı il tarixində analoji şərtlər daxilində iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququ cavabdeh tərəfindən qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Bununla əlaqədar cavabdehin yenə uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır və qərar qəbul olunarkən şəxsin bu gözləntisi də diqqətə alınmalıdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2-1(105)-179/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.