Məhkəmə qərarları › İş №2-1(102)-1746/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1746/2019

03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1746/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X3 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1746/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı X6 və onun vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə iddiaçı X3 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1 (103)-2628/2018 saylı qərarından iddiaçı X6 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X6 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xxxx 2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xxxx 2012-ci il tarixli qətnaməsinin ləğv edilərək, ünvan 1 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin cavabdeh X8 hesabına sökülməsinin qət edildiyini, qətnamənin icrası məqsədlə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən xxxx 20 13-cü ildə icra vərəqəsi verilib, icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilsə də bu müddət ərzində müxtəlif bəhanələrlə qətnamənin icrasının təmin edilmədiyini göstərərək, cavabdehdən maddi və mənəvi ziyan olaraq 100000 (yüz min) manat məbləğində tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-2406/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (K.Abiyeva sədrlik edən və məruzəçi, hakimlər M.Tağızadə və Ü.Mayılov) xxxx 2018-ci il tarixli, 2-1(103)2628/2018 saylı qərarı ilə iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qə rarı dəyişdirilmədən saxlanılmışır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından iddiaçı X6 və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsasladırılmışdır ki, xxxx 2013-cü il tarixli iş № 2(103)39/2013 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra 5 ilən artıq müddətdir ki, həmin məhkəmə aktı icra olunmamışdır. Məhkəmə aktının icrası məqsədilə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamış, icra sənədi ilə bağlı müxtəlif məhkəmə mübahisələri yaranmışdır. Ona görə də, hesab edir ki, cavabdehin ona vurduğu maddi və mənəvi ziyanı 100000 (yüz min) manat məbləğində tutulmalıdır. İddiaçı X6 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclsında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, idddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə d air işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini iddiaçı X3 və onun vəkili Vəkil oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2628/2018 saylı qərarı ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xxxx 2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsinə əsasən, iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin cavabdeh X8 hesabına sökülməsi qət edilmiş, qətnamənin icrası məqsədlə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən xxxx 2013-cü ildə icra vərəqəsi verilmiş və Bakı şəh əri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi üzrə Suraxanı rayon İcra Şöbəsi tərəfindən xxxx 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmış, ünvan 2rləşən ərazidə tələbkar X4 məxsus ticarət obyektinin yaxınlığında iki otaqdan ibarət bir mərtəbəli tikili X7 adına qeydiyyata alınmış «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış»a əsasən ünvan 3 ünvanda 50 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 39,6 kv.m olan bir mərtəbədən ibarət tikili ilə eyni tikili olub-olmamasının müəyyən edilməsi məqsədi ilə mütəxəssis dəvət edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xxxx 2015-ci il tarixli mütəxəssis rəyində (icra işi i.v 55), yoxlamaölçü işləri zamanı başqa ünvanlar göstərildiyinə baxmayaraq, eyni tikili olduğu, texniki pasporta əsasən əlavə qapı açıldığı məlum olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli qərarı ilə X2 iddiası təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 xxxx 2016-cı il tarixli «icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında» qərarı ləğv edilmiş, cavabdeh tərəfindən borclu X15 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ilə X8 əmə lində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ilə X8 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə 10 avqust 2018-ci il tarixli, 3(010)-473/18 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbini təmin etməyən məhkəmələr ona istinad etmişlər ki, iddia ərizəsində, eləcə də apellyasiya şikayətində iddiaçının əsas dəlili ondan ibarətdir ki, Suraxanı rayon İcra Şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icrası məqsədi ilə q anunla müəyyən edilmiş icra tədbirləri həyata keçirilməmiş, qətnamənin icrası təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmış 1/1707 saylı, xxxx 2014-cü il tarixli məktubda, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Mərkəzi küçədə ticarət obyektinin fəaliyyət göstərməsinə dair RİH tərəfindən vətəndaş X10 heç bir sənəd verilmədiyi, qanunsuz fəaliyyət göstərən ticarət obyektinin RİH yanında «Qanunsuz tikililərə qarşı mübarizə və torpaq mübahisələrinin həlli üzrə komissiya»nın üzvləri tərəfindən söküldüyü və tikinti materiallarının vətəndaş X15 tərəfindən ərazidən yığışdırıldığı göstərilmiş, bundan sonra cavabdehin xxxx 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-39/14 saylı, xxxx 2013-cü il ta rixli icra sənədi icrası mümkün olmadığından Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, icra işinin materiallarına əsasən aparılmış araşdırma ilə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasına səbəb olan hər hansı qanunsuz hərəkətə (hərəkətsizliyə) yol verilməsi müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların v əzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1. maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Apellyasiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi, iddiaçının əsas dəlili ondan ibarətdir ki, Suraxanı rayon İcra Şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icra sı məqsədi ilə qanunla müəyyən edilmiş icra tədbirləri həyata keçirilməmiş, qətnamənin icrası təmin edilməmişdir və məhkəmələrin işə baxarkən müəyyən etməli olduqları hal, ünvan 1 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin cavabdeh X8 hesabına sökülməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsinin icra edilib-edilməməsindən ibarət olmuşdur. İş materiallarından isə bu məsələnin hərtərəfli araşdırılaraq, dəqiq müəyyən edildiyi aydın olmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xxxx 2015-ci il tarixli mütəxəssis rəyində, yoxlama-ölçü işləri zamanı başqa ünvanlar göstərildiyinə baxmayaraq, bu tikililər in eyni tikili olduğu, texniki pasporta əsasən əlavə qapı açıldığı məlum olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X13rşı, xxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2008-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi işin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən dəlillərinə müf əssəl hüquqi qiymət verməməklə, həmçinin qeyd olunan qərarlarda vurğulanmış hüquqi mövqeyə riayət etməmişlər. İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, mübahisənin obyektiv həlli təmin edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən mad di və prosessual hüquq normalarının pozuntusuna, iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2628/2018 saylı qərarı ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2628/2018 saylı qərarı ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar