Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1746/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-958/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 xx.xx.1960-cı il tarixdə Ermənistanın Krasnoselo rayonunun Toxluca kəndində şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildən bu günədək Heydər Əliyev adına X3 Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiya və su təchizatı sahəsi üzrə 9 saylı sahəsinin və neft məhsullarının və tullantı qarışığının qəbulu üzrə xidmət sahəsinin texnoloji nasosların maşinisti vəzifəsində çalışır. Ona güzəştli şərtlərlə pensiya təyi n edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-4888/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, Zəhra Yunis qızı Məmmədovanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2012-cu il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələ binin isə təmin edilməməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-958/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün, o xx.xx.2006-cı il tarixədək müvafiq ümumi və güzəştli iş stajını toplamış olmalı idi. İddiaçı isə qeyd olunan tələbə cavab vermir.Əv vəla, hesab edir ki, məhkəmə tərəfindən ciddi prosessual pozuntuya yol verilərək Qərarda ümumiyyətlə aydınlıq gətirilməmişdir ki, Məhkəmə iddiaçının peşəsini siyahıda nəzərdə tutulmuş konkret olaraq hansı peşəyə uyğun hesab edir. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilən güzəştli arayışa istinad etmişdir. Həmin arayışda isə konkret hər hansı peşəyə deyil, ümumi bölməyə (10.5-ci bölməyə - Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə) istinad var. Məhkəmə tərəfindən Ali Məhkəmənin göstərişinə riayət olunsa idi, məhkəmə Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya istinad etməli və konkret kodu göstərməli olardı. Bu isə mümkün deyildi, çünki iddiaçının peşəsi həmin siyahıda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan peşəsinin adı “buxar su təchizatı və təmizlənməsi qurğusunda texnoloji nasos maşinisti”dir. Həmin peşə isə müvafiq siyahıda nəzərdə tutulmamışdır. İddiaçının peşəsi isə qeyd olunanlardan heç birinə uyğun gəlmir. İddiaçının peşəsi heç Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda da nəzərdə tutulmamışdır. Orada yuxarıda qeyd olunanlardan əlavə “qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinistləri” peşəsi olsa da, iddiaçı qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə işləmiş olmadığından qeyd olunan peşə də onun peşəsi ilə uyğunluq təşkil etmir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bak ı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-958/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən ş əxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün, o xx.xx.2006-cı il tarixədək müvafiq ümumi və güzəştli iş stajını toplamış olmalı idi. İddiaçı isə qeyd olunan tələbə cavab vermir.Əvvəla, hesab edir ki, məhkəmə tərəfindən ciddi prosessual pozuntuya yol verilərək Qərarda ümumiyyətlə aydınlıq gətirilməmişdir ki, Məhkəmə iddiaçının peşəsini siyahıda nəzərdə tutulmuş konkret olaraq hansı peşəyə uyğun hesab edir. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilən güzəştli arayışa istinad etmişdir. Həmin arayışda isə konkret hər hansı peşəyə deyil, ümumi bölməyə (10.5-ci bölməyə - Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə) istinad var. Məhkəmə tərəfindən Ali Məhkəmənin göstərişinə riayət olunsa idi, məhkəmə Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya istinad etməli və konkret kodu göstərməli olardı. Bu isə mümkün deyil di, çünki iddiaçının peşəsi həmin siyahıda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan peşəsinin adı “buxar su təchizatı və təmizlənməsi qurğusunda texnoloji nasos maşinisti”dir. Həmin peşə isə müvafiq siyahıda nəzərdə tutulmamışdır. İddiaçının peşəsi isə qeyd olunanlardan heç birinə uyğun gəlmir. İddiaçının peşəsi heç Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda da nəzərdə tutulmamışdır. Orada yuxarıda qeyd olunanlardan əlavə “qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinistləri” peşəsi olsa da, iddiaçı qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə işləmiş olmadığından qeyd olunan peşə də onun peşəsi ilə uyğunluq təşkil etmir. Ali Məhkəmənin İnzi bati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 20 ildən çox ümumi, 10 ildən çox xüsusi əmək stajı vardır və onun işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahı”da göstərilən vəzifələrə daxil olduğundan və o, 20 ildən çox ümumi və 10 ildən çox xüsusi iş stajına malik olmaqla xüsusilə zərərli və ağır olan işlərdə işlədiyindən iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 1 0 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanununun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanununun 1-ci hissəsinin 1-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmi n Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırıldığından onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmi ş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-958/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1746/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1746/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver