Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1746/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: sağlamlıq imkanları məhdud uşağı olan anaya yaşa görə əmək pensiyası təyin edilməsi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq müddətinin sığorta stajına daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İs a qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 saylı regional ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-231/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
2. İddiaçı sağlamlıq imkanları məhdud övladı olan ana kimi ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 10 mart 2020-ci il tarixli, ********** saylı məktubla onun müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1 və 8.2 maddələrinə əsasən, çoxuşaqlı ana və sağlamlıq imkanları məhdud övladı olan ana kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. Məktubda qeyd edilir ki, iddiaçının mart 1982-ci il tarixdən may 1992-ci il tarixə kimi 08 il 09 ay sığorta stajı təsdiq olunur. Onun “Gəndab” üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilməyib. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4 maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 1-ci qrup əlilə qulluq dövrü sığorta stajına daxil edilir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 22.12.2014-cü il tarixli 197 nömrəli əmrindən çıxarışda onun dekabr 2014-cü il tarixdən patron (köməkçi), yəni qəyyum təyin olunaraq qulluq etməsi qeyd olunub. Nəticədə onun 25 il sığorta stajı yığılmır. Beləliklə, “Gəndab” üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı uşağına dekabr 2014-cü il tarixdən əvvəl qulluq etməsi sənəd ilə təsdiq olunmadığı üçün 25 il sığorta stajı yığılmır və şöbənin əmək pensiyaları təyin edən komissiyasının 06.03.2020-ci il tarixli, 5/33 nömrəli qərarı ilə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gəndab” üzümçülük sovxozunda işlədiyi iki ilin stajını və oğlu – 1-ci qrup əlil X4 13.11.1990-cı il tarixdən qulluq etdiyinə görə 30 il sosial sığorta stajının hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək “Gəndab” sovxozunda işlədiyi və oğlu – 1-ci qrup əlil X4 13.11.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 5 uş aq anasıdır. Uşaqlardan biri 13.11.1990-cı il təvəllüdlü X7 anadangəlmə psixi qüsurlu doğulmuşdur. Nurlana müddətsiz əlillik dərəcəsi verilmişdir. O, psixiki qüsuruna görə öz hərəkətlərinin mənasını dərk etmir, özü-özünü idarə edə bilmir və onun daimi kənar qulluğa ehtiyacı vardır. Nurlan anası tərəfindən idarə edilir, iddiaçı onun bütün ehtiyaclarını ödəyir. Bundan başqa, iddiaçı 19821984-cü illərdə “Gəndab” üzümçülük sovxozunda işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nun Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Lakin ona imtina məktubu verilərək bildirilmişdir ki, “Gəndab” üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı uşağına dekabr 2014-cü il tarixdən əvvəl qulluq etməsi sənəd ilə təsdiq olun madığı üçün 25 il sığorta stajı yaranmır. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. 7. 02 sentyabr 2020-ci il tarixli iclas protokolunun qərarına əsasən, cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-1096/2020 saylı qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, iddiaçının 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək “Gəndab” sovxozunda işlədiyi və oğlu – 1-ci qrup əlil X4 13.11.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi və həmçinin sağlamlıq imkanları məhdud, yetkinlik yaşına çatdıqdan sonra isə İ qrup əlil övladına qulluq etdiyi müddət də sığorta stajı kimi nəzərə alındıqda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin (yeni redaksiyada) 25 il sosial sığorta stajı ilə bağlı şərti ona münasibətdə tam ödənilmiş olduğundan iddiaçının mövqeyi qanuni və əsaslıdır.
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilmə si barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-231/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-1096/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən qanunamüvafiq şəkildə araşdırılmamışdır. İddiaçı 1982-ci ilin mart ayından 1992-ci ilin may ayınadək 08 il 09 ay sığorta stajı barədə sənəd təqdim etmişdir. Eyni zamanda, “Gəndab” üzümçülük sovxozunda işlədiyi 19821984-cü illər əmək kitabçasında qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və İ qrup əlilə qulluq dövrü qanunla müəyyən olunmuş qaydada təyin olunmuş qəyyumun sığorta stajına daxil edilir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 22.12.2014-cü il tarixli 197 nömrəli əmrindən çıxarışda iddiaçının 2014-cü ilin dekabr ayından patron (köməkçi), yəni qəyyum təyin olunaraq əlil övladı X4 qulluq etməsi qeyd edilib. Nəticədə, vətəndaşın əmək kitabçasına qeyd edilməyən 01.03.1982 - 30.04.1984-cü illər daxil olmaqla 18.09.1985 - 10.04.1987, 04.05.1987-13.05.1992-ci illərdə sığorta stajı və patron təyin olunduğu 2014-cü il tarixdən 01.02.2020-ci il tarixə kimi İ qrup əlilə xidmət dövrü nəzərə alınmaqla cəmi 13 il 2 ay sığorta stajı toplanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə ed ərək onun təmin olunmasını xahiş etdi.
18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum m əbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə
8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şər tlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənə də əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qa ydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar g östərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
24. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydaları: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 25 il sığorta stajının olmadığı nı əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir.
30. Bundan sonra iddiaçı eyni tələblə məhkəmə müraciət etmiş, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
31. Cavabdeh etirazında olduğu kimi kassasiya şikayətində də qeyd edir ki, iddiaçı 25 il sığorta stajını tamamlamadığından ona pensiya təyin edilə bilməz.
32. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaş ınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi. - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdır. Belə ki, qüvvədə olan qanunvericiliyə görə, 01.07.2017-ci il tarixdən qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, sağlamlıq imkanları məhdud uşağı olan analar 01.07.2017 - 01.07.2018-ci il müddətində 55 il 6 ay yaş həd dində, 01.07.2018-ci il tarixdən 01.07.2019-cu il tarixə kimi 56 yaşda, 01.07.2019-cu il tarixdən 01.07.2020-ci il tarixə kimi 56 il 6 ay yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğu üçün 56 il 6 ay yaşda, yəni 11.02.2020-ci il tarixdən əmək pensiyası hüququ qazanmışdır.
34. Cavabdeh qeyd edir ki, iddiaçının xəstə övladına 2014-cü ilin dekabr ayından əvvəl qulluq etməsi sənəd ilə təsdiq olunmur.
35. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Şabran rayon İHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2020-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, 13.11.1990-cı il təvəllüdlü X3 atası X6, anası X1r.
36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dəvəçi rayon Həkim Ekspert Komissiyas ı tərəfindən verilmiş 16 yaşınadək uşağın müayinə aktından çıxarışdan görünür ki, iddiaçının oğlu - 13.11.1990-cı il təvəllüdlü X7 14.06.1996cı il tarixdə tibbi müayinədən keçmiş, onda müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.04.1994-cü il tarixdə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən göstərişlərin əsas meyarlarının 3.1-ci bəndinə uyğun olması qeyd edilmişdir. Qərarın müddəti 16 yaşın tamamınadək müəyyən edilmişdir. Daha sonra, X7 ikinci dəfə 16.04.2007-ci il tarixdə, yəni 16 yaşına çatdıqdan sonra təkrar müayinədən keçmiş və ƏƏSMN-nin 12 saylı TSEK tərəfindən verilmiş 303346 saylı arayışa əsasən, ona uşaqlıqdan xəstəlik səbəbindən müddətsiz olaraq İ qrup əlillik verilmişdir.
37. Həmçinin, Şab ran rayon İHB-nın Ağalıq İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 568 saylı 20.08.2020-ci il tarixli arayışda qeyd edilir ki, iddiaçı 1990-1997-ci illərdə Şabran rayonu, Ağalıq kəndində yaşamışdır. Ağalıq kəndində yaşadığı müddətdə oğlu X7 ilə birlikdə yaşayaraq ona qulluq etmiş, eyni zamanda bütün məişət ehtiyaclarını ödəmişdir. Eləcə də, Xaçmaz rayon İHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 3197 saylı 20.08.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı 1997-ci ildən hazıradək ünvan 1 ünvanda 1-ci qrup əlil (hərəkətsiz) olan xəstə oğlu X7 ilə birlikdə yaşayır və ona qulluq edir.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, 13.11.1990-cı il təvəllüdlü Nurlanın uşaqlıqdan sağlamlıq imkanlarının məhdud olduğu və iddiaçının oğlunu səkkiz yaşına kimi tərbiyə etməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq edilir.
39. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də bir tərəfdən iddiaçının Xaçmaz rayonuna köçdükdən sonra oğlunun İ qrup əlilliyi müəyyən edilən 16.04.2007-ci il tarixdən 2014-cü ilin dekabr ayına kimi olan müddət sığorta stajına əlavə olunduğu halda iddiaçının 20 il 10 ay sığorta stajının təsdiq edildiyini, digər tərəfdən isə iddiaçının oğlunun üzərində patron təyin olunduğu 2014-cü il tarixdən 01.02.2020-ci il tarixə kimi İ qrup əlilə xidmət dövrü nəzərə alınmaqla, cəmi 13 il 2 ay sığorta stajı topladığını qeyd edir. Eyni zamanda, cavabdeh şikayətində iddiaçının 2007-ci ilin aprel ayına kimi Şabran rayonunda yaşadığını və xəstə uşağı üçün müavinəti 2006-cı ilin noyabr ayına kimi həmin rayondan aldığını bildirərək, hə min illər üzrə uşağa qulluq etməsi barədə Şabran rayonunda yaşadığı ərazi üzrə İcra Hakimiyyəti nümayəndəliyi tərəfindən arayış verilmədiyini bildirmişdir.
40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən dəlilə münasibəti ilə tam razılaşaraq bildirir ki, iddiaçı sağlamlıq imkanları məhdud uşağı üçün müavinəti 2006-cı ilin noyabr ayına kimi Şabran rayonundan almış olsa da, yuxarıda qeyd edilən yaşayış yeri üzrə verilmiş arayışlardan göründüyü kimi, iddiaçı 2006cı il tarixədək deyil, 1997-ci il tarixədək Şabran rayonu, Ağalıq kəndində yaşamış, daha sonra Xaçmaz rayonuna köçmüşdür. Hər iki rayonda iddiaçının yaşadığı ərazi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışlarda iddiaçının sağlamlıq imkanları məhdud uşağına, həmçinin hazırda İ qrup əlil olan oğluna doğulduğu gündən hazırkı vaxtadək qulluq etməsi öz təsdiqini tapmışdır.
41. Patron təyin edilməsi barədə sərəncamla bağlı cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqeyə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, 22.12.2014-cü il tarixdə İcra Hakimiyyətinin 197 saylı sərəncamı ilə Xaçmaz şəhəri Xətai küçəsi 5 nömrəli evdə yaşayan İ qrup əlil X7 üzərində həmin ünvanda yaşayan anasının (iddiaçının) patron təyin edilməsi, 2014-cü il tarixədək Nurlana anası tərəfindən qulluq etməsini inkar edən fakt kimi qəbul edilə bilməz. Əksinə, iddiaçı oğluna uşaqlıqdan quluq etdiyi üçün yetkinlik yaşına çatdıqdan sonra da İcra Hakimiyyəti tərəfindən oğlunun üzərində patron təyin edilmişdir.
42. Beləliklə, yuxarıda sadalanan sənədlərlə iddiaçının 1990-cı ildən pensiya yaşına çatanadək sağlamlıq imka nları məhdud 18 yaşınadək uşağına, eləcə də, daha sonra İ dərəcə əlilliyi olan şəxsə qulluq etməsi öz təsdiqini tapmışdır. Odur ki, kollegiya hesab edir ki, məhkəmələr düzgün olaraq həmin müddəti iddiaçının sosial sığorta stajına daxil etmişdir.
43. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 18.09.1985-ci il tarixdən 10.04.1987-ci il tarixədək Bryansk mebel fabrikində (01 il 06 ay 23 gün), 04.05.1987-ci il tarixdən 11.12.1996-cı il tarixədək (09 il 07 ay 07 gün) Dəvəçi rayon Sovet Konstitusiyası adına sovxozda fəhlə işləmişdir.
44. Həmçinin, Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Şabran (keçmiş Dəvəçi) rayon “Gəndab” üzümçülük sovxozu üzrə əmək haqqı cədvəllərindən görünür ki, X2 1982ci ilin mart ayından 1984-cü ilin may ayınadək həmin sovxozun 1 saylı üzümç ülük briqadasında fəhlə işləmiş və əmək haqqı almışdır. Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Şabran (keçmiş Dəvəçi) rayon “Gəndab” üzümçülük sovxozunun əmrlər kitabından görünür ki, X2 23.08.1982-ci il tarixdə 233 saylı əmrlə həmin tarixdən şərab emalı zavodunda işləmək üçün 11 saylı səyyar mexanikləşdirmə dəstənin hesabına köçürülmüş, 10.09.1984-cü il tarixli 361 saylı əmrlə işdən azad edilmişdir.
45. Eyni zamanda, Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Sovet Konstitusiyası adlı tərəvəzçilik südçülük sovxozunun əmrlər kitabının arxıv çıxarışından görünür ki, X2 04.05.1987-ci il tarixdə 141 saylı əmrlə 5 saylı təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, 28.08.1990-cı il tarixdə 171 saylı əmrə əsasən, maddi həvəsləndirmə fondu hesabına mükafatlandırılmış, 01.03.1991-ci il tarixli 43/1 saylı əmrə əsasən, uşağının körpə olması nəzərə alınaraq qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. Vətəndaşın işdən azad olunması barədə əmrə təsadüf edilməmişdir.
46. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1982-1984-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə sovxozda işlədiyi arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş lədiyi və həmçinin sağlamlıq imkanları məhdud, yetkinlik yaşına çatdıqdan sonra isə İ qrup əlil övladına qulluq etdiyi müddət də sığorta stajı kimi nəzərə alındıqda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin (yeni redaksiyada) 25 il sosial sığorta stajı ilə bağlı şərti ona münasibətdə tam ödənilmiş olur.
48. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiya sı məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
49. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
50. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-231/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.