Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1746/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-1746/2022) (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin DSMF-yə göndərilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(103)-612/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 10/135 saylı imtina məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və xx.xx.2017-ci il tarixdən hazırkı vaxta qədər vəzifə maaşının düzgün hesablanaraq ona ödənilməsi barədə maliyyə sənədinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təy inat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5256/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-612/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-5256/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış və iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-612/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısını n təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.
2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qərarı cavabdehə 20 iyun 2022-ci il tarixində təqdim edilmişdir. Cavabdeh həmin tarixdən 1 ay keçdikdən sonra 21 iyul 2022-ci il tarixində kassasiya şikayəti verərək qanunvericilikdə məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tut ulmuş 1 aylıq prosessual müddəti ötürmüşdür.
8. Məhkəmə tərəfindən cavabdehə göndərilmiş bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 05 sentyabr 2022-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur.
9. Lakin cavabdeh göstərilən vaxtadək müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları, nə də müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.
10. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, cavabdehin kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-612/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilsin.