Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1746/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik ilə bağlı pensiyanın ödənilməsi; “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-di maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və R eabilitasiya Agentliyi) “pensiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(105)-249/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2012-ci il tarixdən “Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma fazasında. VMB (-) Ağ ciyər ürək çatışmamazlığı 1-2 dərəcə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlildir. 2012-ci il tarixdən etibarən əlillik müddəti hər dəfə 1 il müddətinə olmaqla xx.xx.2016-cı il tarixədək uzadılmış, xx.xx.2016-cı il tarixdə isə əlilliyin müddəti 5 il olmaqla xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.
2. Əlillik müddəti bitdikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixində TSEK-də müayinədən keçərkən “Əlavə müalicəyə ehtiyacı olması – ixtisaslaşdırılmış müalicə davam etdirilməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt Vərəm Əleyhinə Dispanserdə stasionar müalicədə olmuş, əlilliyin təkrar qiymətləndirilməsi məqsədilə 04 oktyabr 2021 və 26 oktyabr 2021-ci il tarixlərdə TSEK-də müayinədən keçsə də, hər iki halda “göndərişin natamam doldurulması – aparılan diaqnostik müayinələrin nəticələrinin diaqnoz və ağırlaşmanı təsdiqləməsi, ətraflı müayinə olunaraq dəqiqləşdirilməsi” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. 4. 24.11.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı ET Ağ ciyər Xəstəlikləri İnstitutunda stasionar müalic ədə olduqdan sonra iddiaçı barəsində Sumqayıt Vərəm Əleyhinə Dispanser tərəfindən xx.xx.2022-ci il tarixli 0524003AABUG nömrəli göndəriş tərtib edilmiş və əlilliyin təyini məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. 5. xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyəti növbəti dəfə qiymətləndirilərkən iddiaçıya “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı böyük qalıq əlaməti fibroz və bərc ocaqlar şəklində VMB (-) mənfi Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək, ona 2021-ci ilin mart ayından xx.xx.2022-ci il tarixinədək olan dövr üçün İİ dərəcə əlilliyə gö rə sosial müavinətin ödənilməsini xahiş etmişdir.
7. Cavabdeh 28 iyun 2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Müraciətində qeyd etdiyi dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildən tənəffüs orqanlarının vərəmi diaqnozlu xəstəlikdən əziyyət çəkir və həmin vaxtdan ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci ilin mart ayında əlillik müddətinin bitməsinə baxmayaraq, 2020-ci ilin yanvar ayınadək müxtəlif səbəblərlə əlilliyin uzadılmasından imtina edilmişdir. Bildirir ki, əmək qabiliyyəti yoxdur, işləyə bilmir, 2-ci qrup əlil kimi başqa gəlir mənbəyi yoxdur. Həmin dövrdə o, borc almaqla özünü müalicə etdirmiş və yaşamışdır. Dəfələrlə cavabdehə rəsmi qaydada müraciətlər etsə də müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
10. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya 2012-ci il tarixdə 2- dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı ildə keçirilən növbəti müayinədə əlillik 5 il müddətinə yenidən qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə iddiaçının əlillik müddəti bitdiyinə görə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən növbəti müayinədə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən ona əlillik təyin olunmasından imtina edildiyi bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla belə iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna Müraciət edərək ona mart 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir, iddiaçıya imtina cavabı verilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli, 356 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də dax il olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli, 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021-ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçının tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. İddiaçının əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2022) qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir
11. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)-2459/2022 nömrəli qərarı ilə (haki m İ.Quliyev) iddia təmin edilmiş, iddiaçıya mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi (əllik müddətinin bitdiyi vaxtdan əllik müddətinin bərpa edildiyi vaxtadək ödənilməmiş olan dövrlər nəzərə alınaraq hesablama və ödəmə aparılmalıdır) cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununun normasında qanunvericinin iradəsi, əlil şəxsə 6 ay ötürülmüş müddətin güzəşt edilməsi kimi başa düşülməlidir. Əlilliklə bağlı təyinat 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla həyata keçirildiyinə görə, 6 aylıq müddətin keçirilməsi inzibati orqanların imtina əsası o zaman ola bilər ki, əlillik müddəti bitmiş olan şəxsin təkrar əlillik qiymətləndirilməsi ilə bağlı müraciəti 6 ayı keçmiş olsun. Lakin hazırkı halda iddiaçı tərəfindən hər hansı bir müddətin ötürülməsindən söhbət gedə bilməz. İddiaçı onun əlillik müddəti bitəndən sonra səlahiyyətli orqanlara müraciət etmiş, nəticədə onun əlilliyinin davam etməsi onun iradəsindən və hərəkətlərindən asılı olmadan inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində öz təsdiqini gec tapmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 2-1(105)-249/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F. Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətində qeyd edir ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. Bu baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci ma ddəsinə əsasən şəxsin əlilliyi 6 ay ərzində bərpa edilərsə, bu zaman ona əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin dayandırıldığı tarixdən həyata keçirilərək əlillik dayandırıldığı tarixdən bərpa olunmuş sayılır. Bununla belə iddiaçının əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2022) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 41 Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müd dəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
1. Ümumi müddəalar... 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir): 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasi ya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 710) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir: 3.3 -1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddət ində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. İlk öncə, iddianın mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçının hüquqi marağı ona ikinci dərəcəli əlilliyə görə 2021-ci ilin mart ayından xx.xx.2022-ci il tarixinədək ödənilməyən pensiya məbləğinin ödənilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.
28. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən hazırkı qərarın 7-ci bəndində qeyd olunan məzmunda müraciətin icrasından imtina edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsin ə istinad edərək hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinin uzanması onun təqsiri ucbatından olmamışdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşmır. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
32. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
33. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. 34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfin dən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.
36. Həmin Əsas namənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətim\ səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.
37. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş m üddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
39. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik müddəti 03.02.21ci ildə başa çatmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixində TSEK-də müayinədən keçərkən “Əlavə müalicəyə ehtiyacı olması – İxtisaslaşdırılmış müalicə davam etdirilməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
40. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt Vərəm Əleyhinə Dispanserdə stasionar müalicədə olmuş, əlilliyin təkrar qiymətləndirilməsi məqsədilə 04 oktyabr 2021 və 26 oktyabr 2021-ci il tarixlərdə TSEK-də müayinədən keçsə də, hər iki halda “göndərişin natamam doldurulması – aparılan diaqnostik müayinələrin nəticələrinin diaqnoz və ağırlaşmanı təsdiqləməsi, ətraflı m üayinə olunaraq dəqiqləşdirilməsi” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. 41. 24.11.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı ET Ağ ciyər Xəstəlikləri İnstitutunda stasionar müalicədə olduqdan sonra iddiaçı barəsində Sumqayıt Vərəm Əleyhinə Dispanser tərəfindən xx.xx.2022-ci il tarixli 0524003AABUG nömrəli göndəriş tərtib edilmiş və əlilliyin təyini məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir.
42. Göstərilənlərdən görünür ki, cavabdeh əlilliyin təyin edilməsindən bir neçə dəfə imtina etmiş və həmin imtinaların qanuniliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 43. xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyəti növbəti dəfə qiymətləndirilərkən iddiaçıya “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş a ğciyərlərin vərəmindən sonrakı böyük qalıq əlaməti fibroz və bərc ocaqlar şəklində VMB (-) mənfi Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
44. Göründüyü kimi, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 11 aydan çox müddət keçmişdir. Göstərilən halda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-1 maddəsinin tələbləri baxımından, ona xx.xx.2021-ci ildən fasiləsiz olaraq əlilliyə görə pensiyanın təyin olunması yolverilməzdir.
45. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir.
46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(105)-249/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2ci qrup əlil kimi pensiy anın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.