Məhkəmə qərarları › İş №2-1(102)-1747/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1747/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1747/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi ” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1161/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1991-ci ilədək Məişət Xidmət Kombinatında qazelektrik əl ilə qaynaqçı peşəsində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək 2 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində əl ilə qaz qaynaqçısı, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək 3 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində əl ilə qaz qaynaqçısı peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil etməklə iddiaçıya xx.xx.2014-cü ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)1241/2017 nömrəli qərarına əsasən (hakim - İ.H.Bayramova) iddianın təmin edilməsi, cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1991ci ilədək Məişət Xidmət Kombinatında qazelektrik əl ilə qaynaqçı peşəsində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək 2 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində əl ilə qaz qaynaqçısı, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək 3 saylı Təmir-Tikinti Quraşdırma İ darəsində əl ilə qaz qaynaqçısı peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil etməklə iddiaçıya xx.xx.2014-cü ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının işlədiyi illərin qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbini əsas gətirsə də, qanunvericiliklə əmək stajını təsdiq edən əmək kitabçasının, həmçinin aydınlaşdırıcı arayışın təqdim edilməsini nəzərə almamış, onların mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim etməmiş, iddiaçının pensiya təminatı hüquqlarını pozmuşdur.

4. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icr aat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1161/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayətinin mümkün sayılmayaraq apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-1241/2017 nömrəli qərarı xx.xx.2017-ci il tarixində alındığından həmin qərardan apelyasiya şikayətinin verilməsinin son tarixi cavabdeh üçün xx.xx.2017-ci il tarixidir. Cavabdeh isə xx.xx.2020-ci il tarixində, yəni qərardan apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin tamam olmasından 2 il 9 ay 28 gün sonra apelyasiya şikayətini təq dim etmişdir.

7. Məhkəmə qərardadını cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi qaydada almışdır.

8. Cavabdeh həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c. Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinə görə inzibati orqan tərəfindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə həmin müddət bərpa edilməlidir. Belə ki, sonrakı araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edilmiş, buna görə də cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. d. Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

15. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

16. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir.

17. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiall ara əlavə olunur.

18. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.

19. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

20. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ü nvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş prosessual pozuntu lar səbəbindən hazırkı iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Apelyasiya instansiyası məhkəməsi İPM-in 12-ci maddəsinin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır.

25. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan məktuba vurulmuş ştampa istinad edərək cavabdehin birinci instansiya məhkəməsinin qərarını xx.xx.2017-ci il tarixində aldığını qeyd etmiş, apelyasiya şikayətinin isə xx.xx.2020-ci il tarixində verildiyini nəzərə alaraq müddətin ötürülməsi əsası ilə apelyasiya şikayətinin qəbulundan imtina etmişdir.

26. Bununla bağlı məhkəmə kolle giyası qeyd edir ki, hazırkı qərarın 15-20-ci bəndlərində məhkəmə sənədlərinin tərəflərə rəsmi formada verilməsi qaydaları göstərilmişdir. Həmin normaları hazırkı işin hallarına tətbiq etdikdə isə məlum olur ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi ştampın daxil olma nömrəsi yazılmadığından cavabdehin sözügedən qərarı həqiqətən xx.xx.2017-ci il tarixində almasına şübhə yaradır. Mötəbərliyi şübhə altında olan ştampa istinad edərək birinci instansiya məhkəməsinin qərarını cavabdehin nə vaxt rəsmi qaydada almasının müəyyən edilməsi isə yolverilməzdir.

27. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi İPM-in 12-ci maddəsinin tələbləri baxımından bu halı araşdırmalı idi. Bu məqsədlə qeydiyyat kitabına uyğun olaraq müvafiq qərarın cavabdeh inzibati orqana hansı tarixdə daxil olduğu müəyyən edilməli, bundan sonra şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi məsələsi qiymətləndirməli idi. Məhkəmə isə göstərilənləri araşdırmamış, bununla da İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur.

28. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1161/2020 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir.

29. İşə təkrar baxan məhkəmə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarının alındığı vaxtı dəqiq müəyyən etmək məqsədilə cavabdeh orqanın məktubların qeydiyyat kitabını tələb edərək onu nəzərdən keçirməli, bundan sonra şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətinin ötürülüb-öt ürülməməsi barədə hazırkı qərarın 14-19-cu bəndlərində göstərilən prosessual hüquq normalarının tələbləri baxımından ədalətli nəticəyə gəlməlidir.

30. Yuxarıda göstərilənlərə və İPM-in 96.5.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1161/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar