Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1747/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1961, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət S osial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1721/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı 27 iyun 1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmişdir, 03 mart 2014-cü il tarixdən hal-hazıra kimi "xxxx" Birgə Müəssisəsində boru işləri üzrə nəzarətçi peşəsində işləyir.
2. SOCAR-ın 11 yanvar 2021-ci il tarixli güzəştli arayışında göstərilmişdir ki, İddiaçı “Şelflayihətikinti” L STB Tikinti Quraşdırma İdarəsində xx.xx.1988-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək quraşdırıcı peşəsində (iş stajı - 7 il 5 ay 12 gün), “Şelflayihətikinti” İB 2 saylı Tikinti Quraşdırma İdarəsində 22.10 1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək quraşdırıcı peşəsində (iş stajı - 4 il 9 17 ay gün) işləmişdir. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cü il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” bəndində göstərilən polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə gö rə təqaüd hüququ verən iş stajı12 il 2 ay 17 gün təşkil edir. 3. "xxxx" Birgə Müəssisəsinin 27 yanvar 2021-ci il tarixli güzəştli arayışında göstərilmişdir ki, X1 "xxxx" Birgə Müəssisəsinin layihələrində mexaniki işlər ustası, boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi vəzifələrində çalışmışdır. Onun "xxxx" Birgə Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə "xxxx" X3-058 layihəsində mexaniki işlər ustası vəzifələrində 01 il 03 ay 25 gün, xx.xx.2010 – xx.xx.2013-cü il tarixlərdə "xxxx" X3-081 layihəsində boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi vəzifəsində 03 il 02 ay 16 gün, xx.xx.2014-cü il tarixdən halhazırkı dövrədək "xxxx" X3-086/100 layihələrində boru işləri üzrə nəzarətçi vəzifəsində 06 il 10 ay 25 gün çalış mışdır (cəmi: 11 il 05 ay 06 gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instans iya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan yaşa görə pensiyanın 01 yanvar 2018-ci il tarixdən hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiа onunla əsaslandırılmışdır ki, 03 mart 2021-ci il tarixində iddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Müraciətinə cavabdeh təşkilat tərəfindən həmin tarixdə - 03 mart 2021-ci il tarixdə **********5 saylı məktubla imtina cavabı verilmişdir. Cavabdeh tərəf iddiaçının xx.xx.1997xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti" İdarəsində çiling ər quraşdırıcı vəzifəsində işlədiyini qəbul etmiş, lakin 01 may 1988-ci il tarixindən 13 oktyabr 1995-ci il tarixinədək bu müəssisədə işlədiyi günləri nəzərə almamaqla qanunun tələblərini pozmuşdur. Belə ki, SOCAR-dan ona verilən 11 yanvar 2021-ci il tarixli arayışa şübhə edərək iddiaçının 7 il 5 ay 12 gün iş stajını, 13 oktyabr 1995-ci il tarixdən 15 oktyabr 1997ci il tarixədək işlədiyi 2 il 7 gün iş stajını, cəmi 9 il 5 ay 19 iş stajını görməməzlikdən gələrək, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun həyata keçirilməsinə bilərəkdən mane olmuşdur. “Şelflayihətikinti" İdarəsində çilingər quraşdırıcı vəzifəsində iş stajı 12 il 2 ay 17 gün təşkil edir. “Azfen" BM-də mexaniki işlər ustası kimi 01 il 03 ay 25 gün hesabı ilə iş stajını götürdükdə, “Azfen" BM və “Şelflayihətikinti" İd arəsində iş stajı 13 il 06 ay 12 gün təşkil edir ki, bu da ona pensiya hüququndan istifadə imkanı yaradır. Göründüyü kimi, iddiaçının 12 il 6 ay xüsusi iş stajı sənədlərlə öz təsdiqini tapmışdır.
7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölmə sində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, tikinti və quraşdırma işləri üzrə ustalar peşələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən 27 may 1984-cü il tarixli əmək kitabçasında "xxxx" BM-nin iddiaçıya dair 27 yanvar 2021-ci il tarixli AZF-2021/05-K nömrəli arayışında xx.xx.1997- 01.1.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İdarəsində çilingər- quraşdırıcı, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" BM-də mexaniki işlər ustası, xx.xx.2010xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixindən bu günədək boru işləri üzrə nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işləmiş olduğu çilingər-quraşdırıcı, mexaniki işlər ustası, boru işləri üzrə usta və nəzarətçi vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 2 gün) təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-903/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia tələbi təmin edilərək iddiaçıya 01 yanvar 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 21 iyul 2016-cı il tarixədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınm aqla, 25 ildən artıq (35 il 07 ay 22 gün) ümumi iş stajı, həmçinin 12 il 6 aydan artıq (18 il 02 ay 20 gün) güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1721/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-903/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə ustalar nəzərdə tutulmuşdur.
15. Mərkəzi Filiala təqdim edilən 27 may 1984-cü il tarixli əmək kitabçasında və "xxxx" BM-nin 27 yanvar 2021-ci il tarixli AZF-2021/05-K nömrəli arayışında xx.xx.1997xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti" İdarəsində çilingərquraşdırıcı, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" BM-də mexaniki işlər ustası, xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixindən bugünədək boru işləri üzrə nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi çilingər quraşdırıcı, mexaniki işlər ustası, boru işləri üzrə usta və nəzarətçi vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyal arının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə usta vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 2 gün) təşkil edir.
16. Məhkəmə qərarında qeyd edilən peşələri əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilən güzəştli peşələrlə eyniləşdirmişdir.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası çoxsaylı qərarlarında apellyasiya instansiya məhkəməsinin qərarlarında iddiaçının işlədiyi vəzifələr ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilm iş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilən vəzifələr ilə eyni olmasa da, bu halı araşdırmadan və nəzərə almadan iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının əsassız olaraq dəyişdirilmədən saxlanılmasını qeyd etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz işin faktiki hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya)....
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifa hi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 25 il ümu mi stajı, o cümlədən 12 il 6 ay güzəştli stajı olduğundan “Əmək pensiyaları haqında” Qanunun 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 1 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 12 il 6 ay güzəştli iş stajı yaranmamışdır. 12 il 6 ay güzəştli iş stajını iddiaçı 01 yanvar 2006-cı il tarixdən sonra tamamlamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi özü də müəyyən etmişdir ki, iddiaçı 2017-ci il iyulun 1-dək 25 il sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işləmişdir.
28. Belə ki, "xxxx" BM-in məh kəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, “İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) hazırda Azfen BM-in X4 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində lifli polimer (FRP) boru işləri üzrə baş nəzarətçi vəzifəsində çalışır. Onun xx.xx.2007—xx.xx.2009, xx.xx.2010— xx.xx.2013-cü illər dövrlərində və xx.xx.2014-cü il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təm iri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.”
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” (kod 2290000a—14612), “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod 2290000b—23419) nəzərdə tutulmuşdur.
30. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur.
31. İddiaçının 57 yaşının tamam olduğu 01 yanvar 2018-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ 60 yaşına çatdıqda yaranır. 3
2. İddiaçının 60 yaşının tamam olduğu 01 yanvar 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan aşağıdakı elementlər mövcud olmalıdır: müəyyən yaş həddinə çatma (60 yaş), 25 il ümumi və 12 il 6 ay xüsusi staj, lazımı miqdarda pensiya kapitalı.
33. Cavabdeh imtina, etiraz və şikayətlərində iddiaçının ümumi stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı mübahisə açmamışdır.
34. İddiaçının 57 yaşı 1 iyul 2017-ci ildən sonra tamam olduğundan, apellyasiya instansiyası məhkəməsi mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir.
35. İddiaçı 6 0 yaşının tamam olduğu 1 yanvar 2021-ci il tarixdə 25 il ümumi staja, 12 il 6 ay güzəştli staja, o cümlədən fərdi hesabın sığorta hissəsində lazımi həddə qeydə alınmış pensiya kapitalına malik olmuşdur.
36. Odur ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ildə qüvvəyə minmiş redaksiyasına əsasən iddiaçının 60 yaşı tamam olan 1 yanvar 2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, kasasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1721/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 60 yaşdan, yəni hüq uqunun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərar qətidir.