Məhkəmə qərarları › İş №2-1(102)-1747/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1747/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1747/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə sosial müavinətin tutulması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin So sial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(105)215/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filalı tərəfindən ona xx.xx.2020-ci il tarixdən müddətsiz yaşa görə social müavinət təyin edilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun X1 əsassız ödənilmiş sosial müavinətin geri qaytarılması haqqında 14 fevral 2022-ci il tarixli 60 saylı qərarı ilə İddiaçı 09.04. 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödə nilmiş cəmi 2565.34 manat məbləğində sosial müavinət tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun X1 hesabına ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun üçün qanunsuz əlverişsiz inzibati aktı qanunvericiliyin tələblərinin və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul etmişdir.

5. Cavabdeh məhkəməyə yazılı etirazında bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti olduğu müəyyən edilmiş, ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi dayand ırılmışdır. Cavabdeh qeyd edir ki, iddiaçının adına “Aktiv” statuslu VÖEN olduğundan isə ona artıq ödənilmiş sosial müavinətin məbləği geri qaytarılmalıdır. Etirazda bildirilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2027-ci il tarixədək dayandırıldığına görə sosial müavinətin ödənilməsi vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığı tarixdən bərpa edilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(118)1539/2022 nömrəli qərarı ilə (hakim İ. Quliyev) iddia təmin edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın qərarı əsasız olmuş, “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Belə ki, cavabdeh inzibati orqan iddiaçının vergi ödəyicisi kimi uçota alınmasına baxmayaraq onun hər hansı bir sahibkarlıq f əaliyyətinin olub-olmamasını araşdırmadan iddiaçının hüquqlarını pozan qərar qəbul etmişdir. Halbuki iddiaçı onun adına aktiv VÖEN olmasından məlumatsız olmuşdur.

8. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(105)-215/2023 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Babayeva və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1539/2022 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinc i instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlamış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş tam araşdırılmamış və düzgün əsaslandırma aparılmamışdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zər uri və yararlı olmuşdur. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Sosial müavinətlər haqqında” Qanun: Preambula - Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Maddə 1.0.1 sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 1.0.2 - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 7.0.2 yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Maddə 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Maddə 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 15. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzi bati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya y önəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi h əmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Mə hkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 17.Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 19.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

20. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filalı tərəfindən ona xx.xx.2020-ci il tarixdən müddətsiz yaşa görə müavinət təyin edilmişdir. Vergi orqanının birinci instansiya məhkəməsinə təqdim etdiyi məktubda iddiaçının 6 yanvar 2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və 26 aprel 2022-ci il tarixdə ləğv edildiyi qeyd edilmişdir. Həmçinin iddiaçı vergi ödəyicisi kimi fəaliyyətini 5 il müddə tinə, yəni 16 mart 2022-ci il tarixdən 31 mart 2027-ci il tarixə qədər dayandırmışdır.

21. İddiaçının aktiv vergi ödəyicisi olması barədə məlumatı əldə edən cavabdeh əsassız ödənilmiş sosial müavinətin geri qaytarılması haqqında 14 fevral 2022-ci il tarixli 60 saylı qərarı ilə iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaranmış artıq ödəmə 2.565,34 manat məbləğində artıq ödənilmiş cəmi 2.565,34 manat məbləğində sosial müavinət tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun X1 hesabına ödənilməsi qərara alınmışdır.

22. İddiaçı cavabdehin 14 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

23. İddiaçıya sosial müavinət təyin edilməsi barədə cavabdehin məhkəməyə təqdim etdiyi işdən görünür ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olduğuna görə cavabdeh ona artıq ödənilmiş 2.565,34 manatın geri qaytarılması barədə 17 yanvar 2022-ci il tarixdə iddiaçıya bildiriş göndərmiş, cavabdeh 14 fevral 2002-ci il tarixli qərarla 2.565,34 manatın iddiaçı tərəfindən cavabdehin hesabına ödənilməsini qərara almışdır.

24. Həmçinin həmin işdən görünür ki, iddiaçı 16 mart 2022-ci il tarixdə cavabdehə ərizə izahat verərək xahiş etmişdir ki, yaşa görə sosial müavinətdə yaranan artıq ödəməni aylıq 15% olmaqla tutulsun.

25. İddiaçı ərizə izahatı 16 mart 2022-ci il tarixdə imzalamış, mobil telefon nömrəsini qeyd etmiş və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir.

26. Həmin hallar təsdiq edir ki, iddiaçı ləğvini xahiş etdiyi cavabdehin 14 fevral 2022-ci il tarixli qərarından 16 mart 2022-ci il tarixdə məlumatlı olmuş, qərarl a razılaşmış və artıq ödənilən sosial müavinətin sonrakı dövrlərdə hər ay 15% tutulmasına razı olmuşdur. 27. “Sosial müavinətlər haqqında” Qanunun mübahisəyə baxılan zaman qüvvədə olmuş 12.2-ci maddəsinin redaksiyasına görə müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

28. Normanın tələbinə görə şəxs artıq ödənilmiş müavinəti qaytarmalıdır, həmin məbləği qaytarmaqdan imtina edərsə, mübahisə məhkəmə qaydasında həll edilməlidir.

29. Müavinətin təyin edilməsi barədə işdəki sənədlərdən görünür ki, cav abdeh iddiaçıya artıq ödənilmiş 2565,34 manatın geri qaytarılması barədə bildiriş göndərmiş, iddiaçı 16 mart 2022-ci il tarixdə cavabdehə ərizə izahat verərək xahiş etmişdir ki, yaşa görə sosial müavinətdə yaranan artıq ödəməni aylıq 15% olmaqla tutulsun.

30. Göründüyü kimi, iddiaçı artıq ödənilmiş məbləğin qaytarıılmasından imtina etməmiş, yazılı razılığını bildirmişdir. Bu səbəbdən mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət qalmamışdır.

31. Bəhs olunanlara əsasən, apelyasiya məhkəməsinin mövqeyi, yəni qanunvericinin artıq ödənilmiş müavinətin qayatılmasından imtina edildikdə inzibati orqanın məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit etməsi, cavabdehin artıq ödənilmiş məbləğin qaytarılması barədə məhkəməyə müraciət etməli olması barədə gəldiyi nəticə əsaslı olmam ışdır.

32. Odur ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-215/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 14 fevral 2022-ci il tarixli, 60 nömrəli qərarının ləğv olunması barədə iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar