Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1747/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cəbrayılov Əlövsət Tarverdi oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARI (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibd ə, İddiaçı Cəbrayılov Əlövsət Tarverdi oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə cavabdehin 14.04.2023-cü il tarixli 2309020061772100 nömrəli qərarının ləğv edilməsi, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 2-1(107)-127/2025 nömrəli qərarından cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı fərdi sahibkardır və əsas fəaliyyət sahəsi kimi “çöl süpürgəsi”nin toplanaraq satılması ilə məşğul olur.
2. İddiaçı tərəfindən 27.01.2022-01.02.2023-cü tarixlərdə 84991,0 manat dəyərində çöl süpürgəsi təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və ya idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli əməliyyat hesab edilmiş və buna görə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 14.04.2023-cü il tarixli 2309020061772100 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və onun adı riskli vergi ödəyicilərinin siyahısına salınmışdır.
3. Bundan sonra, cavabdeh vergi orqanının 03.07.2023 -cü il tarixli 2309020105768900 nömrəli qərarı ilə iddiaçıya 11154.15 manat 2022-ci il üzrə gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 14.04.2023-cü il tarixli 2309020061772100 nömrəli qərarının ləğv edilməsi, iddiaçının adını riskli vergi ödəyicil ərinin siyahısından çıxarılması və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri və yaxın qohumları ilə birlikdə çöl süpürgəsinin yığılaraq satılması ilə məşğul olur. O, 05 yanvar 2021-ci ildə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi ilə alqısatqı müqaviləsi bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən yığdığı çöl süpürgəsini Birliyə təhvil verir, Birlik də malın dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimə-fakturaları ilə müəyyənləşdirilir. Həmin müqavilə bağlanaraq imzalanandan sonra iddiaçı ailə üzvləri ilə yığdığı çöl süpürg əsini Gəncə şəhərinə aparaq Birliyə təhvil vermiş və hər dövr üçün elektron qaiməni cavabdeh inzibati orqana təqdim etmişdir. Hesabat ilinin sonunda üzləşdirmə zamanı tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyi, əldə olunan vəsait hesabına görə ödənilməli vergilərimin tamamilə ödənildiyi və borcunun olmaması müəyyən edilmişdir. Lakin 2022-ci ilin yekunu üzrə hesabat dövründən sonra məlum olmuşdur ki, təqdim etdiyi elektron qaimə-fakturalarda Birliyə satdığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərmiş və nəticədə vergidən yayınmışdır. Bu barədə cavabdeh inzibati orqana müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyy atların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən "təqdim etdiyi elektron qaimə-fakturalarda tərəfindən alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar 09.03.2023-cü ildə 2309020045910300 nömrəli məktub göndərilmişdir. Elektron qaimə-faktura məlumatlarına əsasən 2022-ci il ərzində təqdim etdiyi 74361 manat dəyərində "çöl süpürgəsi" əldə etdiyi elektron qaimə-faktura məlumatlarında və idxalda aşkar olunmadığından, 14.04.2023-cü il tarixli 2309020061772100 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Bildirir ki, fərdi sahibkar olmaqla fiziki şəxs kimi elektron qaimə-fakturalarında göstərdiyi çöl süpürgəsini ailəsi ilə birlikdə sahədən yığaraq müqaviləyə uyğun olaraq qeyd edib Birliyə təhvil vermişdir. Heç bir kənar şəxs çöl süpürgəsinin yığılmasına kömək etməmiş və ya həmin şəxslər yığdıqları süpürgəni satmamışdır. Yığılmış süpürgələr bağlanmış şəkildə Birliyə təhvil verilmişdir. Göründüyü kimi fiziki şəxs qismində vergi ödəyicisi kimi həmin fəaliyyətlə məşğul olan zaman heç bir qanun pozuntusuna yol verməmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh inzibati orqan heç bir tutarlı əsas olmadan iddiaçının il ərzində qeyd edilən məbləğ dəyərində çöl süpürgəsi yığaraq Birliyə satmağı mümkün olmasına şübhə ilə yanaşaraq barəsində qanunsuz və əsassız hesab edilən qərarını qəbul etməklə iddiaçının adını əsassız olaraq riskli vergi ödəyiciləri siyahısına salmışdır və adına əsassız borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1-ci bəndində riskli vergi ödəyicilərinin dairəsi dəqiq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə etdiyi elektron qaimə-fakturalarında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə aralarında bağlanmış Müqavilədə “çöl-süpürgəsi" göstərilmişdir. Elektron qaimə-fakturalarında həmin çöl süpürgəsindən başqa mal göstərilməmişdir. Cavabdeh inzibati orqana müraciət edərək adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə qəbul etdiyi qərarın ləğv edilməsini, adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını və əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının adının riskli vergi ödəyicilərinin si yahısına salınmasına dair 14.04.2023-cü il tarixli qərarını ləğv etməmiş, 19 sentyabr 2023-cü il tarixli məktubu ilə adının riskli vergi ödəyiciləri siyahısından çıxarılmasından imtina etmişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, 2-1(116)-738/2024 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdi ki, iddiaçı tərəfindən elektron qaimə fakturalarda göstərilən məbləğin əldə olunmasına dair çəkilən xərcə dair sübut təqdim edilməmiş, göstərilən dəyərdə (həmin dəyərin əldə edilməsi üçün əldə edilməli olan malların sayı nəzərə alınmaqla) məhsulun yığılması ağlabatan hesab edilməmiş, i ddiaçı tərəfindən müvafiq dəyərdə məhsulun ailə üzvlərinin iştirakı ilə yığılması, hazırlanması, daşınması (burada işçilik və nəqliyyat xərcləri nəzərə alınmaqla) normal əmək fəaliyyəti nəticəsində mümkün deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 21(107)-127/2025 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, T.Həsənov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilmiş, iddiaçı Cəbrayılov Əlövsət Tarverdi oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı il ə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 14.04.2023-cü il tarixli 2309020061772100 nömrəli qərarının ləğv edilməsi, iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və əsassız hesablanmış borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən aşağıdakıları qeyd etmişdir: – Ağdaş Rayon icra Hakimiyyəti Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 mart 2023-cü il və 30 yanvar 2025-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, C əbrayılov Əlövsət Tarverdi oğlu ailə üzvləri ilə birgə yaşadığı ərazidən ilin 5 (iyun, iyul, avqust, sentyabr, oktyabr) ayı ərzində yabanı halda bitən süpürgə tədarük etmişlər. Cəbrayılov Əlövsət Tarverdi oğlu ailə üzvləri ilə birgə tədarük etdiyi süpürgəni Gəncə şəhəri Kommunal Təsərrüfat İstehsalat Birliyinə təhvil verir. – İddiaçı apellyasiya şikayətində süpürgənin bir ədədinin qiymətini 0.35, 0.80, 1 manat göstərmişdir. Orta hesabla bir süpürgənin qiymətini (0.35+0.80+l)/3=0.71 manat nəzərə aldıqda 84991/0.71=119705 ədəd deməkdir. O da nəzərə alınmalıdır ki, çöl süpürgəsinin yetişməsi mövsümi xarakter daşıyır və ilin 6 ayı yığılır. “Əmlak Qiymətləndirmə” MMC-nin mütəxəssis rəyindən görünür ki, 1 şəxs bir gün ərzində 500800 ədəd çöl süpürgəsi yığa bilər. 1 şəxsin bir gün ərzində orta he sabla (500+800)/2=650 ədəd çöl süpürgəsi yığmasını nəzərə aldıqda 5 ay ərzində bir şəxs 97500 ədəd çöl süpürgəsi yığa bilər. – İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri"nin 2-ci maddəsində nəzərdə tutulan meyarların heç birinə cavab vermədiyi üçün riskli vergi ödəyicisi hesab edilə bilməz.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiy a şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: – Vergi ödəyici tərəfindən kommunal idarələrə təqdim olunan çöl süpürgələrin yığılıb xüsusi iplərlə bağlanması, onların böyük tonnajlı avtonəqliyyat vasitələrinə yığılması, ünvana çatdırılması və boşaldılması üçün işçi qüvvəsi və həmçinin nəqliyyat xərci tələb edir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına əsasən 2022-ci il ərzində vergi ödəyicisinin işçisinin olmadığı müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası bütün bu halları araşdırmamışdır. – Mütəxəssis rəyi vergi ödəyicisinin “Əmlak Qiymətləndirmə” MMC-nə müraciətinə əsasən (məhkəmə tərəfindən edilmiş sorğu əsasında yox) verilmiş mütəxəssis rəyi olmuşdur. 1 nəfərin bir süpürgənin yığılıb bağlanmasına 5 dəqiqə vaxt ayrılsa 1 saa t ərzində 12 ədəd süpürgə, 10 saat ərzində isə 120-200 ədəd süpürgə bağlanması mümkündür, fiziki cəhətdən gün ərzində 500-800 süpürgə bağlanması mümkün deyil. Buradan aydın olur ki, rəy sadəcə vergi ödəyicisinin ifadəsi (məhkəmə prosesi zamanı ödəyicinin və şahidlərin ifadə etdikləri 500-800 ədəd süpürgə) əsasında mütəxəssis tərəfindən heç bir araşdırma aparılmadan formal olaraq yazılmış bir rəy olmuşdur. Məhkəmə kollegiyası tərəfindən isə ümumiyyətlə bununla bağlı heç bir sorğu edilməmiş, iddiaçının təqdim etdiyi formal olaraq yazılmış bir rəy əsas götürmüşdür. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə
102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. (2024-cü il 1 yanvar tarixinədək olan redaksiyada) bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi... Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər b ir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü h issəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);...
3. Riskli əməliyyatların meyarları 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)....
4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicis i siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gö rə araşdırmağa borcludur. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqan ın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkə məsinin qərarı qismən “iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” hissəsində ləğv edilərək həmin hissədə iddia mümkün sayılmamalı, “əsassız hesablanmış borcun silinməsi” hissəsində qərar dəyişdirilməli, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
22. İşdən göründüyü kimi hazırkı iş üzrə iddiaçının tələbi 3 hissədən ibarətdir: 1. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə"14.04.2023-cü il tarixli 2309020061772100 nömrəli qərarının ləğv edilməsi
2. Iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılması
3. Əsassız hesablanmış borcun silinməsi Qərarının ləğv edilməsi ilə bağlı:
23. Məhkəmə kollegiyası iddianın birinci hissəsinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə r azılaşaraq aşağıdakıları qeyd edir:
24. Vergi ödəyicisinin riskli vergi ödəyici hesab edilməsi barədə 14.04.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə səbəb – iddiaçının 27.01.2022-01.02.2023-cü il tarixlərində 84991 manat dəyərində satdığı “çöl süpürgəsi" malının onun alışında və ya idxalında müəyyən edilməməsi, həmçinin iddiaçının vergi orqanında qeydiyyatda olan müvafiq təsərrüfat subyektinin olmamasıdır.
25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci bəndlərinə istinad etsə də, hansı halların mövcudluğuna görə həmin maddi hüquq normalarına istinad etməsi müəyyən deyildir.
26. Belə ki, hazırkı halda iddiaçı yabanı halda bitən “çöl süpürgələri”nin yığılması və sonradan müvafiq müqavilə əsasında Gəncə şəhər Mənzil Kommunal Təsərrülatı İstehsalat Birliyinə və elektron qaimə-faktura əsasında Ağdaş Kommunal Müəssisələr Kombinatına satmışdır.
27. İş materiallarında olan Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin arayışları və şahid ifadələri göstərir ki, iddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı ərazidə hər il iyun–oktyabr ayları ərzində yabanı halda bitən süpürgə bitkilərini toplayır. Bu baxımdan, yığılmış məhsulun həcmi və dəyəri, eləcə də bitkilərin toplanması, ilkin emalı və daşınması proseslərinin ailə ü zvlərinin iştirakı ilə həyata keçirilməsi, o cümlədən tələb olunan əmək və nəqliyyat xərclərinin nəzərə alınması normal əmək fəaliyyəti çərçivəsində mümkün və real olduğu iş materialları ilə təsdiqini tapır.
28. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 2-ci maddəsində nəzərdə tutulan meyarlara uyğun gəlmir. Bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi üçün hüquqi əsas mövcud deyil.Məhkəmə kollegiyası cavabdehin kassas iya şikayətində bu məsələ ilə bağlı mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin tələbinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
29. Qeyd etmək lazımdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi üçün vergi ödəyicisinin əmtəəsi z əməliyyat apardığı inzibati orqan tərəfindən sübut edilməlidir. Lakin inzibati orqan iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
30. Belə ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Bu cür hallarda subutetməyükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir, inzibati məhkəmə inz ibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır.
31. Cavabdeh kassasiya şikayətində iddiaçının apardığı əməliyyatlar barədə təqdim etdiyi izahları və sübutları mötəbər və ağlabatan hesab etməsə də, onları təkzib edən hər hansı sübut və digər mütəxəssis rəyini məhkəməyə təqdim etməmişdir. Siyahıdan çıxarılma ilə bağlı:
32. Məhkəmə kollegiyası iddianın bu hissəsi ilə bağlı qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.
33. Iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılması – iddianın birinci hissəsindən, yəni “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 14.04.2023-cü il tarixli 2309020061772100 nömrəli qərarının ləğv edilməsi tələbindən ayrılmaz şəkildə asılıdır.
34. Belə ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” inzibati aktın ləğv edilməsi həmin akt əsasında aparılmış bütün hüquqi nəticələrin, o cümlədən iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinin aradan qalxmasını zəruri edir. Bu baxımdan, siyahıdan çıxarılma inzibati aktın ləğv edilməsinin məntiqi və hüquqi nəticəsi olmaqla, icra xarakterli tədbir hesab olunur və ayrıca müstəqil iddia predmetini təşkil etmir.
35. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “Iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” hissəsində mümkün sayıla bilməz. Hesablanmış borcun silinməsi ilə bağlı: 36. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsin də inzibati aktın anlayışı verilmişdir. Belə ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
37. Məlum olduğu kimi, iddiaçı tərəfindən əsassız hesablanmış borcun silinməsi tələb olunsa da, lakin ilk əvvəl həmin borcun silinməsi üçün onun hesablanmasına səbəb olan hüquqi əsası – yəni müvafiq inzibati aktı müəyyən etmək zəruridir.
38. İş materiallarından müəyyən olunur ki, hazırkı halda, hüquqi nəticə, yəni borcun yaranmasına əsas cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.07.2023-c ü il tarixli 2309020105768900 nömrəli Qərarıdır.
39. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən əsassız hesablanmış borcun silinməsi tələb olunsa da, əslində onun iddia ərizəsində ifadə olunan hüquqi marağı borcun yaranmasına əsas olmuş cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 03.07.2023-cü il tarixli 2309020105768900 nömrəli Qərarının ləğv edilməsidir.
40. Belə ki, iddiaçı gəlir vergisi bəyanında Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi miqdarında güzəştdən istifadə etmişdir. Cavabdeh iddiaçının riskli vergi ödəyicisi olması halından çıxış edərək mikro sahibkar kimi gəlirlərinin 75 faizinin azad edilməsi hüququ olmadığına is tinadən, 2022-ci ilin gəlir vergisi üzrə əlavə vergi məbləği hesablamışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qərarın qəbul edilməsi zamanı qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin redaksiyasına əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmçinin həmin maddəyə əsasən vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
42. Lakin işin araşdırılmış halları ilə müəyyən olundu ki, cavabdeh inzibati orqan iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edə bilməmiş, bu səbəbdən də, iddiaçı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt hüququnu itirməmişdir.
43. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
44. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı iddianın “əsassız hesablanmış borcun silinməsi” hissəsində dəyişdirilməli və cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 03.07.2023-cü il tarixli 2309020105768900 nömrəli Qərarı ləğv edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.02.2025-ci il tarixli, 21(107)-127/2025 nömrəli qərarı iddianın ““Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə cavabdehin 14.04.2023-cü il tarixli 230902006 1772100 nömrəli qərarının ləğv edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.02.2025-ci il tarixli, 21(107)-127/2025 nömrəli qərarı iddianın “iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” hissəsində ləğv edilsin, həmin hissədə iddia mümkün sayılmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.02.2025-ci il tarixli, 21(107)-127/2025 nömrəli qərarı iddianın “əsassız hesablanmış borcun silinməsi” hissəsində dəyişdirilsin və cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 03.07.2023-cü il tarixli 2309020105768900 nömrəli Qərarı ləğv edilsin. Qərar qətidir.