Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1748/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X2 oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə QƏRARDAD (iş№ 2-1(102)-1748/2020) Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə, iddiaçı X1 ca vabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-867/2020 saylı xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4090/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim Z.M.Tağıyev) iddiaçı X1 iddia tələbi təmin edilərək, Bak ı şəhəri Sahil qəsəbəsi Salyan şosesinin 25-ci km-də yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-867/2020 saylı, xx xxx 2020ci il tarixli qərarı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayətinin qis mən təmin edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4090/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-867/2020 saylı, xx xxx 2020-ci il qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyinə görə, iddiaçıya hüquqi yardım göstərilməklə iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları: Tərəflər məhkəmə iclasına gəlməmişlər. Əsaslandırıcı hissə: Tərəflər məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına onların iclasa gəlmədikl əri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 96.2-ci madəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-nin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-nin 94-cü maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi və həmin normada müəyyən olunmuş tələblərə riayət olunması, İPM-nin 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olm ası başa düşülür. Həmçinin kassasiya şikayətinin forma və məzmununa aid Azərbaycan Respublikası MPM-nin 67.1 və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlərə cavab verməsi də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. Çünki İPM-nin 90.3-cü maddəsi göndərici norma olmaqla, göstərir ki, bu fəsildə başqa qayda müəyyən edilmədiyi hallarda, Azərbaycan Respublikası MPM-nin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsi müəyyən edir ki, kassasiya şikayətləri yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Yuxarıda göstərilən mümkünlük şərtləri baxımdan işin halları araşdırıldıqda görünür ki, kassasiya şikayəti müddət ötürülməklə verilmişdir. Yəni kassasiya şikayəti Azərbaycan Respublik ası İPM-nin 94.1-ci maddəsinə əsasən müəyyən olunmuş tələblərə əməl olunmadan verilmişdir. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apelyasiya məhkəməsi vasitəsi ilə verilir. Hazırki iş üzrə məhkəmənin qərarının surəti iddiaçıya xx xxxx 2020-ci ildə məhkəmədə təqdim edilmişdir və həmin gündən iddiaçının qərardan şikayət vermə nüddətinin axımı başlanmışdır. Belə ki, İPM-nin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bu müddəalara əsasən iddiaçının sozügedən qərardan şikayət vermə müddəti xx xxxx 2020ci il tarixdən başlanmış və bir ay davam etmişdir. Lakin bu qərardan kassasiya şikayəti müddət ötürülməklə, yəni xx xxxx 2020-ci il tarixdə verilmişdir. Kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi, kassasiya şikayətinin mümkün sayılmaması üçün əsaslardan biridir. İPM-nin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Həmin Məcəllənin 96.3-cü maddəsinin tələbinə görə kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPM-n in 96.3cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək üçün işi kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin etmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat vermiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13cü və 95-ci maddələrinin tələbinə əsasən ona xx xxxxxx 2020-ci il tarixli, 2-1(102)-1748/2020 saylı bildiriş göndərilməklə, yol verilmiş çatışmazlıqlar konkret qeyd edilərək işin vəziyyəti izah olunmuş, yol verilmiş çatışmazlığın aradan qaldırılması təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr bildirişdə aydın şəkildə izah olunmuşdur. İddiaçıya eyni zamanda izah olunmuşdur ki, İPM-nin 24.1-ci maddəsinə əsasən bu M əcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Ona görə də iddiaçıya buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermək hüququ izah olunmuşdur. Lakin iddiaçı verilmiş müddətdə qeyd olunan çatışmazlığı aradan qaldırmamış, buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə də yazmamışdır. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, iddiaçı kassasiya şikayətində “xüsusi qeyd” kimi göstərmişdir ki, qərarın surəti iddiaçı tərərəfindən iyun ayının 10-da alınmasına baxmayaraq, pandemiya ilə əlaqədar məhkəmələr xx xxxx 2020-ci il tarixədək bağlı olduğuna görə şikayəti daxil edə bilməmişdir. Məhkəmə kollegiyası bu dəlili kassasiyanın mümkün s ayılması üçün əsas kimi qəbul etmir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejiminin qaydaları iddiaçını vaxtında kassasiya şikayəti verməkdən məhrum edən qaydalar müəyyən etməmişdi. Xüsusi karantin rejimində vəkillərin xidməti məhdudlaşdırılmamışdı. Məhkəmələrdə işlərə baxılmasınin dayandırılması iddiaçının kassasiya şikayəti yazıb məhkəməyə göndərməsinə maneə deyildi. İPM-nin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Yəni iddiaçının kassasiya ş iayətinin qəbulundan imtina olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-867/2020 saylı xx xxx 2020-ci il tarixli qərarının qanuni qüvvəyə minməsi kimi hüquqi nəticə törədir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, 94 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətini qəbul etməkdən imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1748/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1748/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver