Məhkəmə qərarları › İş №2-1(102)-1748/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1748/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1748/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xü susi Şərtlərlə X1rşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1220/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər Azərbaycan SSR-nin “Azərticarətgeyim”-də mühasib və baş mühasib (03 il 09 ay 04 gün), xx.xx.1980-cı ildən xx.xx.1985-ci ilə qədər Azərbaycan SSR-nin Ticarət Nazirliyi Maliyyə şöbəsində iqtisadçı (04 il 08 ay 27 gün), xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan SSR-nin “Azərticarətgeyim”-də baş mühasib vəzifəsini icra edən və baş mühasib (10 il 02 ay 18 gün), xx.xx.1995-ci ildən xx.xx.1996-ci ilə qədər Yasamal Ticarət və İctimai İaşə İdarəsində baş direktorun birinci müavini (01 il 05 ay 14 gün), xx.xx.1996- cı ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində Nəzarət-Təftiş İdarəsinin mütəxəssis (05 ay 22 gün), xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə qədər CP “Gentleman” şirkətinə baş mühasib və maliyyə direktoru (07 il 03 ay 08 gün) vəzifələrində işləmişdir.

2. İddiaçı 6 fevral 2020-ci il tarixdə cavabdehə müraciət edərək, dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh inzibati orqan 27 aprel 2020-ci il tarixdə imtina edərək bildirmişdir ki, dövlət qulluğunda iş stajı 15 ildən az ( 5 il 2 ay 24 gün) olduğundan dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququnun yarandığı gündən fəaliyyətdə olan dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə və təyin edilmiş pensiyanın məbləğinin xx.xx.2008-ci il tarixdən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 15%-i məbləğində aylıq əlavə pul təminatı, qulluq stajına görə 30%-i və ixtisas dərəcəsinə görə əlavə məbləğində təyin edilən və ödənilən əlavə haqq, habelə xx.xx.2006-cı il tarixdən dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla hesablan ması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona qanunvericiliyə əsasən xx.xx.2013-cü il tarixdən, yəni 58 yaş 6 ay nəzərə almaqla, pensiya hüququnun yarandığı gündən fəaliyyətdə olan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və təyin edilmiş pensiyanın məbləği nəzərə alınmaqla, son 3 ilin hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

6. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya 6 0 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin cavabdeh inzibati orqana müraciət edildiyi dövrdən əvvəlki 3 ildən, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı il tarixdən müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1976-cı il tarixdə Azərbaycan SSR-nin «Azərticarətgeyim» bazasına mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixdə CP «Gentleman» şirkətinə Maliyyə direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə CP «Gentleman» şirkəti ləğv edildiyinə görə t utduğu vəzifədən azad edilmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu əsas götürərək ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə görə xx.xx.2020-ci il tarixdə filiala rəsmi ərizə ilə müraciət etmişdi. Lakin 8 ay müddətində cavab ala bilməmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci ilə qədər, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixə qədər və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə qədər dövlət qulluğu kimi hesab edilməlidir.

8. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının Mərkəz Filiala təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində dövlət qulluğunda iş stajının 15 ildən az ( 5 il 2 ay 24 gün) olduğu müəyyən edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsi tərəfindən X3 sorğu verilərək, iddiaçının işlədiyi vəzifələrin hal-hazırkı dövlət qulluğu vəzifələrinə uyğun olub-olmaması, əgər uyğundursa, hansı vəzifələrə uyğun olması, həmçinin dövlət qulluqçusu kimi əmək stajının nə qədər təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.

10. Həmin sorğuya 15 fevral 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. İddiaçı 19801985-ci illərdə Azərbaycan SSR Ticarət Nazirliyinin Maliyyə şöbəsində işlədiyi müdd ətlə bağlı bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 06 mart 1980-ci il tarixli 114 nömrəli Qərarına 2 nömrəli Əlavədə - “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturu”nda həmin şöbə nəzərdə tutulmuşdur. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş iqtisadçı vəzifəsi “İnzibati və yardımçı və göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığı üçün iddiaçının 1980-1985-ci illərdə işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. İddiaçının 1976-1980-ci və 1985-1995-ci illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, “База Азерторгодежда” yuxarıda göstərilən Azərbaycan SSR Nazirlər Soveti nin 06 mart 1980-ci il tarixli 114 nömrəli Qərarında, habelə “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturu və dövlət ticarət idarələrinin ümumi sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 16 dekabr 1988ci il tarixli 446 nömrəli Qərarına 2 nömrəli Əlavədə - “Nazirliyin mərkəzi aparatının strukturu”nda nəzərdə tutulmamışdır. Adı çəkilən qurum “Azərbaycan SSR-də ticarət idarələrinin ümumi sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 21 may 1981-ci il tarixli 235 nömrəli Qərarına Əlavədə - “Azərbaycan SSR-də topdansatış ticarətin əsas (ilkin) əlaqələndiricisi olan təşkilatlar və müəssisələrin siyahısında nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçının əmək kitabçasının 6-7-ci və 8-9-cu səhifələrində aparılmış qeydlərdən, habelə 8-9-cu səhifədəki möhürdən də müəyyən edilir ki, onun çalışdığı yuxarıda adı çəkilən qurum birlik kimi (Respublika topdan pərakəndə satış birliyi) fəaliyyət göstərmişdir. “База Азерторгодежда” “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı və müəssisə (birlik, təşkilat) statusuna malik olduğu üçün iddiaçının 1976-1980-ci və 1985- 1995-ci illərdə işlədiyi dövr dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. İddiaçının 1995-1996-cı illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26 yanvar 1995-ci il tarixli 121 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Baş İdarənin Əsasnaməsinin 1-ci hissəsinə əsasən onun tərkibinə ticarət və ictimai iaşə birlikləri, müstəqil müəssisələr, kommersiya strukturları, qeyri-dövlət profilli təşkilat və müəssisələr daxild ir. Həmin Əsasnamənin 3-cü hissəsində qeyd edilmişdir ki, Baş İdarə tam təsərrüfat hesablı olub, özünümaliyyələşmə, özünüödəmə prinsipləri əsasında fəaliyyət göstərmişdir. Ticarət və İctimai İaşə Baş İdarəsi hüquqi statusuna görə tam təsərrüfat hesablı olduğu, özünümaliyyələşmə, özünüödəmə prinsipləri əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının 1995-1996-cı illərdə Yasamal rayon ticarət və ictimai iaşə idarəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. İddiaçının 1996-1997-ci illərdə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, yuxarıda adı çəkilən Siyahının 2.9-cu bəndində 18 oktyabr 1991-ci il tarixdən 31 avqust 2003-cü il tarixədək Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olmuş mütəxəssis vəzifəsi “İnzibati və yardım çı vəzifələrin Təsnifatı Toplusu”nda Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün iddiaçının 1996-1997-ci illərdə işlədiyi müddət dövlət işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24522021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ş.A.Həsənova) iddianın təmin edilməsi, iddiaçıya 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, hal-hazırda qüvvədən düşən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Qeyd edilən maddədən göründüyü kimi dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Belə olan halda iddiaçının pensiya yaşına çatanda, yəni 60 yaşı tamam olan zaman qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ mövcud olmuşdu r.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1220/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında (3 may 2017-ci ilə qədər qüvvədə olan redaksiya); (-). 20. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir (əvvəlki redaksiya).

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şika yətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcm də, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi, yaranmış pensiya məbləği fərqinin cavabdeh inzibati orqana müraciət edildiyi dövrdən əvvəlki 3 ildən hesablanaraq ödənilməsi ilə bağlıdır.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əmək kitabçasında işlədiyi xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilə qədər Azərbaycan SSR-nin Ticarə t Nazirliyi Maliyyə şöbəsində iqtisadçı, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində Nəzarət Təftiş İdarəsinin mütəxəssis vəzifələri dövlət qulluğu vəzifələri hesab edilməklə həmin vəzifələr üzrə onun dövlət qulluğu stajı 5 il 2 ay 19 gün təşkil edir.

30. Cavabdeh iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən az ( 5 il 2 ay 24 gün) olduğunu bildirib iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. 31. “Dövlət qulluğu haqqında” Qanunun iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2015-ci ildə qüvvədə olan 23.2-ci maddəsinin redaksiyasına əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 il dir.

32. İddiaçının 60 yaşının tamam olduğu vaxt dövlət qulluğu stajının 5 ildən artıq olması işin mübahisə olunmayan halıdır.

33. Həmçinin "Əmək pensiyaları haqqında" Qanunun iddiaçının pensiya yaşı tamam olan vaxt qüvvədə olmuş 20.11.1-ci maddəsinin redaksiyasına görə dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsin pensiya məbləğinə əlavə hesablanır.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pensiya yaşına çatdığı 60 yaşda, yəni 26 iyul 2016-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququna malik olmuşdur.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pensiya yaşına çatanda, yəni 60 yaşı tamam olan zaman qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ mövcud olmuşdur.

36. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

38. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməm əli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1220/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar