Məhkəmə qərarları › İş №2-1(102)-1748/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1748/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1748/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayonu Alpan kəndində yerləşən internat binasının bir otağına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-295/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsus MT-İ №1510188 saylı əmək kitabçasının surətindən görünür ki, o, 22 noyabr 198 4-cü ildən 17 yanvar 1987-ci ilə qədər, xx.xx.1987-ci ildən 25 mart 1989-cu ilədək, xx.xx.1990-cı ildən 21 oktyabr 1997-ci ilədək, 01 noyabr 1997-ci ildən 20 may 2000-ci il tarixə qədər Quba rayonu Sabir adına sovxozda işləmişdir.

2. Quba rayonu Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışında qeyd olunmuşdur ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Quba rayonu, Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otağı hal-hazıra kimi vətəndaşın istifadəsindədir.

3. Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə Sabir adına Sovxoz AİK-nın balansında olan əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi, İddiaçı 2604 min manat əmək haqqı əvəzinə ona İnternat binasından 1 ədəd otağın verilməsi qərara alınmış, göstərilən əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi barədə siyahıda, onun adı 20-ci sırada qeyd edilmişdir.

4. İddiaçı Quba rayonu, Alpan kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh 13 oktyabr 2020-ci il tarixli, **********09 nömrəli və 15 fevral 2022-ci il tarixli, **********48 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş Sabir adına X1 Komissiyasının xx.xx.2000-ci il tarixli, 13 saylı protokolu əsasında mü lkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, keçmiş Quba rayon Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının 08 may 2000-ci il tarixli İ3 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayon Alpan kəndi ərazisində yerləşən İnternat binasının bir otağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protok olu əsasında qəbul edilmiş qərara əsasən Quba rayonu Alpan kəndində yerləşən internat binasının bir otağına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət keçmiş Quba rayonu Sabir adına Sovxozda fəhlə işləmiş və 1996-2001-ci illərdə islahat aparılarkən Quba rayonu Sabir adına X1 Komissiyasının 08 may 2000-ci il tarixli iclas protokolunun qərarı ilə ona 2604 manat əmək haqqı əvəzinə Quba rayonu Alpan kəndində yerləşən internat binasından bir otaq verilmiş və həmin otaq hal-hazırda onun mülkiyyətinə verilərək istifadə edir. Uzun müddətdir ki, ona verilmiş əmlak payından istifadə etməsinə baxmayaraq mülkiyyətini təsdiq edən çıxarış al maq üçün yalnız 2022-ci ildə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və qeyd olunan təşkilat özünün xx.xx.2022- ci il tarixli məktubu ilə bildirmişdir ki, Quba rayon Sabir adına X1 Komissiyasının xx.xx.2000-ci il tarixli 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilmədiyindən ərizəsinin təmin olunması mümkün sayılmır, ona görə də o hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Sabir adına X1 Komissiyasının 08 may 2000-ci il tarixli 13 N-li protokolun əslindən və Dövlət X2 xx.xx.2017-ci il tarixli 434 nömrəli arxiv arayışından aşkar olur ki, qeyd olunan sənədlərə əsasən ona Quba rayo n Sabir adına Sovxoz Alpan kəndində yerləşən internat binasından 2604 manat əmək haqqının əvəzinə 1 ədəd otaq verilmişdir. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışından aşkar olur ki, Quba Rayon Sabir adına Sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otaq hal-hazıra kimi onun istifadəsindədir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qeyri-yaşayış sahəsinin əmlak payı kimi ona verilməsi barədə aktın mövcud olmaması ona çıxarışın verilməməsi üçün əsas ola bilməz, belə ki, həmin təhvil-təslim aktının tərtib olunmaması onun təqsiri üzündən əmələ gəlməmişdir. O, qeyd etdiklərinə əsasən hesab edir ki, DƏDR X-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubu heç bir hüquqa əsaslanmır, yalnız hüquq sahibinin süründürmək məqsədi daşıyır.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, iddiaçının ərizəsinə əlavə edilmiş Sabir adına X1 Komissiyasının xx.xx.2000-ci İl tarixli, 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilməmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixli **********09 və xx.xx.2021-ci il tarixdə **********94 nömrəli məktublarla münasibət bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən m ümkün olmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1354/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim: L.E.Mirzəyev) iddia tələbi təmin edilmiş, Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu ilə iddiaçıya verilmiş internat binasının otağı üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin edilməsindən imtinası əsa ssız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat:

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-295/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Z.T.Məmmədov, hakimlər: H.Ç.Babayeva və G.İ. Cabbarova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1354/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçıya ayrılmış əmlak payı - 1 ədəd otaq ona yuxarıda istinad edilən "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu və "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qaydalarına uyğun şəkildə, müvafiq X3 Komissiyasının qərarı əsasında verilmişdir və həmin qərar iddiaçının qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. İstər aqrar islahatlarla bağlı, istərsə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı hüquq münasibətlərini tənzimləyən hər-hansı normativ-hüquqi aktda X3 Komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə qəbul etdikləri qərarların mütləq Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməli olması, habelə əmlakın verilməsi barədə qərar olduğu halda əlavə olaraq da akt təqdim edilməli olmasına dair müddəa nəzərdə tutulmamış, cavabdeh də imtinasında belə bir normaya istinad etməmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın lə ğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.1, 9.1-ci maddələrinə, eləcə də İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.

16. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Sabir adına X1 Komissiyasının xx.xx.2000-ci il tarixli, 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə ak t təqdim edilməmişdir. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişd irilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublik ası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsini n dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizə ni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 20. "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun sovxozların, kolxozların, təsərrüfatlararası və digər-kənd təsərrüfatı istehsalı müəssisələrinin (bundan sonra sovxoz və kolxozların) istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfində n təsərrüfatın (müəssisənin) hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verir. Maddə

3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan, Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Maddə

4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərb aycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X3 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Maddə

8. X3 komissiyası X3 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. 21. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qayd aları (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir.)

1. Bu qaydalar "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış, sovxoz və digər kənd təsərrüfatı müəssisələrində əmlakın qiymətləndirilməsi, əmlakdan pay almaq hüququ olan şəxslərin və əmlak payının həcminin müəyyənləşdirilməsi, əmlakın təsərrüfatın üzvləri arasında bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi məsələlərini tənzimləyir.

2. Əmlakın ümumi dəyərinə əsas və dövriyyə fondları, əmtəə-material qiymətliləri, pul vəsaiti və digər maliyyə aktivləri daxildir.

3. Əsas istehsal fondlarının tərkibinə binalar, tikililər, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, məhsuldar mal-qara, iş he yvanları, çoxillik əkmələr və digər əsas istehsal fondları daxildir.

14. Təsərrüfatın əmlakı onun işçiləri arasında bir qayda olaraq natura şəklində bölünür. Təsərrüfatın üzvlərinə əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri işçilərə pul ifadəsində ödənilir.

17. Qanunvericiliyə uyğun olaraq əmlak fondundan pay alan şəxslər malik olduqları əmlakın tam sahibidirlər və mövcud qanunvericiliyə uyğun olaraq ondan istifadə istiqamətlərini sərbəst seçirlər. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orq anların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Madd ə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kol legiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərlidir və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırk ı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırki işdə iddiaçının hüquqi marağı Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayonu Alpan kəndində yerləşən internat binasının bir otağına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsidir.

32. İddiaçının tələbini əsaslı hesab edən birinci və apelyasiya instansiyası məhkəmələri iddianı təmin etsələr də, cavabdeh məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

33. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.

34. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət X2 03 aprel 2007-ci il tarixli, 434 saylı və xx.xx.2020-ci il tarixli, 1457 saylı arxiv çıxarışlarından görünür ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə Sabir adına Sovxoz AİK-nın balansında olan əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi, İddiaçı 2604 min manat əmək haqqı əvəzinə ona İnternat binasından 1 ədəd otağın verilməsi qərara alınmış, göstərilən əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi barədə siyahıda onun adı 20-ci sırada qeyd edilmişdir.

35. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Quba rayonu Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışında qeyd olunmuşdur ki, Sabir adına sovxoz AİKnın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Quba rayonu, Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otağı hal-hazıra kimi vətəndaşın istifadəsindədir. 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. H əmin Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.

37. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya ayrılmış əmlak payı - 1 ədəd otaq ona yuxarıda istinad edilən "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu və "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktl arın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qaydalarına uyğun şəkildə, müvafiq X3 Komissiyasının qərarı əsasında verilmişdir və həmin qərar iddiaçının qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. İstər aqrar islahatlarla bağlı, istərsə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı hüquq münasibətlərini tənzimləyən hər-hansı normativ-hüquqi aktda X3 Komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə qəbul etdikləri qərarların mütləq Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməli olması, habelə əmlakın verilməsi barədə qərar olduğu halda əlavə olaraq da akt təqdim edilməli olmasına dair müddəa nəzərdə tutulmamış, cavabdeh də imtinasında belə bir normaya istinad etməmişdir.

38. Əksinə, "Sovxoz və kolxozların islahatı haqqında” Qanunla islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, habelə rayon və X3 komissiyalarının yaradılacağını və onların islahatların aparılması ilə əlaqədar yalnız səlahiyyətləri hüdudlarında cavabdehlik daşıdıqlarını müəyyənləşdirmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 ma rt 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və X3 komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir.

39. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

40. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.

41. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Formalaşmış məhkəmə praktikasında sözügedən maddə (sübutetmə yükü ilə bağlı) öhdəliyin icrasına dair iddialara münasibətdə də tətbiq olunur.

42. Hazırkı işdə iddiaçı ona sovxozdan pay kimi ayrılmış müvafiq əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi Sabir adına sovxoz AiK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə qəbul edilmiş qərara istinad etmiş, cavabdeh isə həmin qərarın hüquqmüəyyənedici sənəd olmaması ilə bağlı imtinasını, beləliklə də iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərk ibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-295/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar