Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1749/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi, torpaq sahələrinin üst üstə düşməsi, üçüncü şəxslərin cəlb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, cavabdehin vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi»tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(103)-730/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə 0.05 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, P irşağı bağ massivi ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
2. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və 2019-cu il 21 may tarixli məktubla cavab verərək bildirmişdir ki, bağ sahəsi bağların bölgüsünə dair sxemaik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə, 204D/t nömrəsi sxematik xəritədə olmadığına, göstərilən sahə digər sahə ilə eyni hasar daxilində olduğuna və digər şəxsə torpaq sahəsinin mülkiyyət hüququna dair verilmiş şəhadətnamə ilə üst-üstə düşdüyünə görə həmin torpaq sahəsi üzərində hüquqların qeydə alınması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 21 iyun tarixdə 2 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanda yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hü quqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 204D/t saylı bağ sahəsi onun istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsi üzərində hüquqları qeydə almaqdan formal mülahizələrə istinad edərək, əsassız olaraq imtina etmişdir. Bundan əlavə, əgər hüquqmüəyyənedici sənədər təqdim edilmədiyi halda belə, cavabdeh idarə hansı sənədlərin təqdim edilməsini öz imtinasında göstərməmiş, sad əcə olaraq əsassız süründürməçiliyə yol vermişdir. İnzibati orqan kimi cavabdeh, yardım etmə vəzifəsi olduğu halda qanunvericiliyin bu tələbini pozmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci və 15-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasın, bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqları onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarış və planölçü sənədinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)2595/2 019 saylı qərarı (Z. Tağıyev) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanda yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 204D/t saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0.12 ha torpaq sahəsi olan 204D/t nömrəli bağ sahəsinin sahibliyi İddiaçı məxsus olması iş materiallarında olan bağ sahəsinin daimi istifadəyə verilmə sinə dair xx.xx.2004-cü il tarixli 33396 saylı müqavilə ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-730/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Аğayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2595/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, bildirmişdir ki, Ba kı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0.12 ha torpaq sahəsi olan 204D/t nömrəli bağ sahəsinin sahibliyi İddiaçı məxsus olması iş materiallarında olan bağ sahəsinin daimi istifadəyə verilməsinə dair xx.xx.2004-cü il tarixli 33396 saylı müqavilə ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı tərəfindən ilkin göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “204D/t” nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin göstərilən sahə digər bağ sahəsi ilə eyni hasar daxilindədir və bağların bölgüsünə dair notarial qaydada təqdim edilmiş bölgü sxemi təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən idarəyə xx.xx.2019-cu il tarixli müraciəti zamanı göstərilən torpaq sahəsi digər fiziki şəxsə (X3) torpaq sahəsinin mülkiyyət hüququna dair verilmiş şəhadətnamədə (JN 30405) göstərilən torpaq sahəsi ilə üst üstə düşür. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunmüvafiq imtina məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən təkrar texniki baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçı ilkin müraciət zamanı başqa bir sahəni göstərmişdir. Faktiki göstərilən s ahə isə digər fiziki şəxsin (X4) iddia etdiyi ünvan ünvanda yerləşən bağ sahəsi ilə üst-üstə düşür. Həmçinin iddiaçının iddia etdiyi ümumi ərazi ilə bağlı “xxxx” MMC tərəfindən idarəyə müraciət edilmişdir və müvafiq ərazinin qonşuluğunda yerləşən bağın nömrəsi 204/t-dir. Yuxarıda qeyd olunan hallar nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməsi və məhkəmə qərarı ilə hüquq və vəzifələrinə toxunan şəxslərin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətləri əsassız olaraq təmin edilməmiş, iddiaçıya məxsus torpaq sahəsinin həqiqi yerinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilmədən və mütəxəssis rəyi olmadan digər şəxslərin istifadəsində olan və iddiaçıya aid olmayan torpaq sahəsinə dair iddiaçının adına çı xarış verilməsi barədə qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, qəbul edilmiş qərarlar qanunamüvafiq qaydada düzgün əsaslandırılmamış, qərarlar qəbul edilərkən qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmişdir. b. kassasiya şikayətinə qarşı etiraz
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Q anun. Maddə
1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları verir:... 1.0.2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı... 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeyd iyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlər in, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Cavabdeh sözügedən qanunun 9-cu maddəsinə əsasən iddiaçının müraciəti əsasında araşdırma aparmış və iddiaçının tələb etdiyi torpağın başqasının mülkiyyətində olması əsası ilə iddiaçıların tələbinə uyğun qeydiyyatdan imtina etmişdir.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” 3.0.23. 3.0.29. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanun i istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədə r və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsin in qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. İddiaçının istifadəsində olan torpaq sahəsi üzərində hüquqları qeydiyyata almaqdan imtina etmənin səbəblərini cavabdeh ona göndərdiyi xx.xx.2019-cu il tarixli bildirişdə belə izah etmişdir ki, iddiaçının müqaviləsində göstərilən “204D/t” nömrəli torpaq sahəsi sxematik planda yoxdur və göstərilən sahə digər bağ sahəsi ilə eyni hasar daxilində yerləşməklə başqa şəxsə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir.
22. Bu halda işə baxmış məhkəmə cavabdehin etiraz dəlillərini araşdırıb hüquqi qiymət verilməsi üçün ərazinin bölgü sxemini tələb edib, müqayisə etməklə işə əlavə etməli, iddiaçının tələb etdiyi torpaq sahəsinin məhz kimin mülkiyyətinə verildiyini müəyyən edib həmin şəxsi üçüncü şəxs qismində işə cəlb etməli idi.
23. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməlidirlər. İnzibati məhkəmə icraatında məhkəmələr inzibati orqanlara bu norma üzrə vəzifələrini xüsusi olaraq izah etməli, etiraz dəlillərinə dair sübutlar təqdim etməyi tələb etməlidirlər. Lakin birinci instansiya məhkəməsi 7 dəfə məhkəmə baxışı təyin etməsinə baxmayaraq cavabdehdən etiraz dəlillərinin əsaslandırılması üçün ətraflı izahat almamış, yazılı izahat verməklə torpaq sahəsinin kimin adına qeydiyyata alındığını müəyyən etməmiş, DƏDRXdə saxlanan ərazi nin bölgü sxemini tələb etməmişdir.
24. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də bu cür araşdırma aparmamışdır. Apelyasiya məhkəməsi xx.xx.2020-ci il tarixli məktub göndərərək torpağın bölgü sxeminin və torpağın X2 adına qeydiyyata alınması üçün əsas olmuş bütün sənədlərin təqdim olunmasını tələb etsə də, bu sənədlərin nəyə görə təqdim olunmadığını araşdırmamış, məhkəmədə iştirak etmiş cavabdehin nümayəndəsindən bunun səbəbini soruşmamışdır.
25. Həmin sənədlər cavabdehin xx.xx.2020-ci il tarixli müşayiət məktubu ilə xx.xx.2020-ci ildə məhkəməyə daxil olmuşdur və bu sənədlərdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar məsələləri üzrə komissiyasının xx.xx.1986-cı il tarixli qərarı əsasında Pirşağı bağ massivində yerləşən yerləşən 207/T saylı bağ sahəsi üzərində X2 və Zəmin ə Əlibalayevanın mülkiyyətunə verilməsi haqqında xx.xx.2006-cı ildə JN 30405D saylı şəhadətnamə tərtib olunmuşdur. Həmin torpaq sahəsi və orada yerləşən yaşayış evi xx.xx.2006-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi ilə X1. Eyni zamanda bu sənədlərə əlavə olunmuş sxemdə qeyd olunur ki, iddiaçının hüququ qeydə alınmasını tələb etdiyi torpaq sahəsi JN 30405D saylı şəhadətnamədə göstərilən torpaq sahəsi və X6 məxsus torpaq sahələri ilə üst üstə düşür.
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin bu araşdırması yarımçıqdır və Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının araşdırılması prinsipi ilə tam uzlaşmır. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
27. İşə takrar baxan məhkəmə bu qərarın 23-24-cü bəndlərində göstərilən çatışmazlıqları aradan qaldırmalı, işin müəyyən olunmuş hallarına uyğun əsaslandırılmış qarar çıxarmalıdır.
28. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyinə, təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli olduğuna görə kassasiya şikayəti iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(103)-730/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.