Məhkəmə qərarları › İş №2-1(102)-1749/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1749/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1749/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İİİ dərəcə əlillik təyin edilməsi ilə bağlı protokolun qanunsuz hesab edilərək ləğv edilməsi; İİ dərəcə əlilliyinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİİ dərəcə əlillik təyin etməsi ilə bağlı protokolun qanunsuz hesab edilərək ləğv edilməsi və İİ dərəcə əlilliyinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-864/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının 4 aprel 2007-ci il tarixdə keçirilmiş müayinəsinin qiymətləndirmə nəticələrinə əsasən əlillik vəziyyəti belədir: əmək qabiliyyətsizdir; X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K55-K63 – bağırsağın digər xəstəlikləri => K63 – bağır sağın digər xəstəlikləri => K63.3 – bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsağının xora xəstəliyi, tez-tez kəskinləşmələrlə, qanaxmalarla, iki tərəfli nefroptoz, somatogen mənşəli astemik vəziyyət, xroniki dəmir defisitli anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => digər: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. Bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin xx.xx.2008-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir.

2. İddiaçının 20 may 2014-cü il tarixdə keçirilmiş müayinəsinin qiymətləndirmə nəticələrinə əsasən əlillik vəziyyəti belədir: xüsusi yaradılmış şəraitdə işləyə bilər; X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K55-K63 – bağırsağın digər xəstəlikləri => K63 – bağırsağın digər xəstəli kləri => K63.3 – bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə, qanaxmalarla, iki tərəfli nefroptoz, somatogen mənşəli astemik vəziyyət, xroniki dəmir defisitli anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => digər: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. Bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin xx.xx.2015-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir.

3. İddiaçının 26 may 2015-ci il tarixdə keçirilmiş müayinəsinin qiymətləndirmə nəticələrinə əsasən əlillik vəziyyəti belədir: yüngül oturaq sahələrdə işləyə bilər; X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K55-K63 – bağırsağın digər xəstəlikləri => K63 – bağırsağın digər xəstəlikləri => K63.3 – bağırs aq xorası; Diaqnozun mətni: 12 b/b xorası, qanaxma ilə, yüngül anemiya, xroniki xolesistit, NSD hipertonik tip; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. Bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin xx.xx.2016-cı il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir.

4. Cavabdehin 26 may 2016-cı il tarixli, xxxxxxx0004 nömrəli qiymətləndirilmə aktına əsasən, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olaraq, ona “12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla; ikitərəfli nefropotoz; somatogen mənşəli astemik vəziyyət, xroniki dəmir defisitli anemiya” diaqnozu qoyulmuş, ona 5 il müddətinə ikinci dərəcəli ə lillik təyin edilmiş və növbəti müayinə tarixinin xx.xx.2021-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirmə barədə 13 mart 2020-ci il tarixli Protokoluna əsasən iddiaçıya 13 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlillik təyin edilməsi, müayinənin nəticəsinin alt sistemə daxil edilməsi qərara alınmışdır.

6. Cavabdehin 13 mart 2020-ci il tarixli, xxxxxxx0005 nömrəli qiymətləndirmə aktına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə müayinə olunaraq, ona “12 barmaq bağırsağın xora xəstəliyi, qastroduodenit, tez-tez kəskinləşmələrlə qanaxmalarla, ikitərəfli nefroptoz, somatogen mənşəli astemik vəz iyyət” diaqnozu qoyulmuş,yüngül oturaq işlərdə işləyə bilər əmək zəmanəti və ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ikinci qrup əlilliyinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq 20 ilə yaxındır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Laboratoriyasının baş məsləhətçisi vəzifəsində qulluq keçir. Qulluq keçdiyi dövrdə hər zaman qanunun aliliyini əsas tutaraq vəzifə funksiyalarını vicdanla yerinə yetirmişdir. Fəaliyyətinə xidməti qa ydada və tabeçilik qaydasında nəzarət edən rəhbərlərinin göstəriş, əmr və tapşırıqlarını ikinci qrup əlil olduğuna baxmayaraq yerinə yetirmişdir. Çalışdığı sahə ağır və zərərli iş yerlərində müvafiq ölçmələr apararaq iş yerlərində əmək şəraitinin qiymətləndirilməsindən ibarətdir. Qulluq funksiyasını həyata keçirərkən onun səhhətinə də hər hansı zərərli amillərin təsiri qaçılmazdır. O, ikinci qrup əlildir. 13 mart 2020-ci il tarixdə əlilliyi ləğv edilərək onu təkrar müayinədən keçmək üçün müvafiq tibb müəssisəsinə göndərmişlər. Tibbi rəyə əsasən, əlilliyinin təsdiqi rəsmi olaraq qiymətləndirilmişdir. Lakin uzun illər qulluq keçdiyi Nazirliyin əməkdaşları ona ömürlük olaraq üçüncü qrup əlillik dərəcəsi vermişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il tarixli 413 saylı Qərarının 4.2-ci bəndində göstərilmişdir: İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Onun əlilliyin müəyyən olunması vaxtı 2021-ci ildə keçirilməli olduğu halda, 2020-ci ildə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması” həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 128 saylı qərarında “Yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin Azərbaycan Respublikasının ərazisind ə xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması konkret olaraq göstərilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının 4 aprel 2007-ci il tarixdə ilkin qiymətləndirilməsi keçirilərək ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə də qiymətləndirmə aparılaraq ikinci dərəcə əlillik təyin edilmişdir. 26 may 2015-ci il tarixdə də təkrar qiymətləndirilmə keçirilərək ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi bir il müddətinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin keçid müdd əalarının qeyd olunduğu 6.1-ci bəndində göstərilir ki, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Yəni iddiaçının əlilliyinin 10 ili tamam olmamış, xx.xx.2016-cı ildə sistem tərəfindən 5 il müddətinə, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bəzi işçilərin vəzifələrindən sui-istifadə edərək saxta əlillik alma halları aşkar olunduğundan, Nazirliyin tapşırığına əsasən əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, habelə əlillik təyinatlarının düzgünlüyünün araşdırılması istiqamətində aparılan işlərin davamı olaraq, sosial islahatlar çərçivəsində şəffaflığının artırılması, yol verilmiş hüquqpozma hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya alan əməkdaşları vaxtından əvvəl əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Agentlik) dəvət edilmişlər. O cümlədən, iddiaçı qeyd olunan tədbirlər çərçivəsində dəvət edilən digər əməkdaşlar kimi 13 mart 2020-ci il tarixdə əyani müayinəyə dəvət edilmiş, təkrar qiymətləndirmə aparılmışdır. Əyani müayinə zamanı iddiaçının ümumi vəziyyəti kafi, dəri və görünən selikli qişaları normal olmuş, ağ ciyərlərdə bir qədər sərt tənəffüs eşidilmiş, ürək tonları ritmik (AT-120/80 mm.c.s.) qarnı yumşaq, palpariya zamanı epiqastral nahiyyə bir qədər ağrılı olmuşdur. Qaraciyər və dalaq əllənməmiş, stul və diurez normada olmuşdur. İddiaçının təqdim etdiyi tibbi sənədlərdə qeyd edilmiş (12 b/b xorası, qanaxma ilə yüngül anemiya. Xroniki xlesistit NSD hipertonik tip.) mövcud sağlamlıq vəziyyəti ilə (12 b/b xora xəstəliyi. Qastroduodenit) eynilik təşkil etmədiyindən, ümumi vəziyyətinə əsasən ona həmin tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 128 nömrəli Qərarında qeyd olunur ki, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin re jimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılsın. Qeyd olunan 128 nömrəli Qərar 7 aprel 2020-ci il tarixdə verilmişdir və 2020-ci il martın 1dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxsləri ehtiva edir. Cavabdehdə yaradılmış Komissiyanın təkrar qiymətləndirilməsinə dair tərtib edilmiş **********0 nömrəli 13 mart 2020-ci il tarixli protokoldunan görünür ki, iddiaçının əyani müayinəyə dəvət edilməsi müddətin bitməsi ilə əlaqədar deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxlaması əsasında həyata keçirilmişdir. Digər tərəfdən, 128 nömrəli Qərar iddiaçının əyani müayinəyə dəvət edildiyi 13 mart 20 20-ci il tarixdən 24 gün sonra qəbul edilmişdir. Eləcə də nəzərə alınmalıdır ki, əlilliyin müddətli və ya müddətsiz olması şəxsin əyani müayinəyə dəvət edilməməsi, əlilliyinin dərəcəsinin dəyişdirilməməsinə əsas vermir. İddiaçının ekspert-cərrah İlkin Yusifovun onun müayinəsində iştirak etmədiyini bildirməsi həqiqətə uyğun deyil. Çünki əlilliyin təkrar qiymətləndirilməsinə dair tərtib edilmiş **********0 nömrəli 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, İlkin Yusifov komissiyada həm iştirak, həm də çıxış etmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinin dərəcəsinin dəyişdirilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır.

10. Mə hkəmə araşdırması zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 70/2021 nömrəli (ekspertizanın başlanma tarixi 03 mart 2021-ci il, başa çatma tarixi 15 aprel 2021-ci il) rəydən görünür ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən, xx.xx.2020-ci il tarixdə ona qoyulmuş “12 barmaq bağırsağının xorası, qastroduodenit” diaqnozu Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq ümumi qidalanmanın kəskin nəzərə çarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) aşkar edilmədiyinə görə hissəvi r eabilitasiya olunmuş və üçüncü dərəcə əlillik barədə verilmiş qərarı düzgün hesab etmək olar. Müəyyən edilmiş diaqnoz laborator, instrumental və kliniki müayinələrin nəticələri ilə təsdiq olunmuşdur. İddiaçının hal-hazırda əziyyət çəkdiyi “12 barmaq bağırsağın xorası, qastroduodenit” əsas xəstəlikləri tərtib olunmuş müayinə aktlarında (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx00004) göstərilən xəstəliklərdən patoloji fərqlənməsələr də, onun ağırlaşmalarında fərqlilik olduğu, yəni ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) müəyyən edilməmişdir.

11. İddiaçının vəsatətinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1014/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbay can Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 393 nömrəli (ekspertizanın başlanma tarixi xx.xx.2021-ci il, başa çatma tarixi xx.xx.2021-ci il) rəydən görünür ki, iddiaçının mütəxəssis müayinələrinə əsasən, onda onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (qanayan) residivləşən, asteno-nevrotik sindrom, posttravmatik diensefal krizləri müəyyən edilmiş, lakin ümumi qidalanmada kəskin anemiya və çəki defisiti (boy 165 sm; çəki 50 kq) aşkar edilməmişdir. Qeyd edilən diaqnozlar Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq komissiyanın üçüncü dərəcəli əlillik ba rədə verilmiş qərarını düzgün hesab etmək olar. Müəyyən edilmiş diaqnoz laborator, instrumental və kliniki müayinələrin nəticələri ilə təsdiq edilmişdir. İddiaçının müayinəsi zamanı ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) kimi qiymətləndirilən patoloji ağırlaşma müəyyən edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2-1(112)-1014/2021 nömrəli qərarı (hakim A.P.Oruczadə) ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, ikinci dərəcə əlilliyinin bərpası ilə yanaşı cavabdehin ona üçüncü dərəcə əlillik təyin etməsi ilə bağlı 13 mart 2020-ci il tarixli protokol qərarının qanunsuz hesab edilərək ləğv olunmasını da xahiş etmişdir.

16. Ərizə onunla əsaslandırılmışdır ki, həmin protokolda adları çəkilən şəxslər orada iştirak etməmiş, ümumiyyətlə, həmin protokol heç bir qanuna və qaydaya riayət edilmədən tərtib olunmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-864/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2-1(112)-1014/2021 nömrəli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin iddiaçıya üçüncü dərəcə əlillik təyin edilməsi ilə bağlı 13 mart 2020-ci il tarixli protokol qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, iddiaçıya 26 may 2016-cı il tarixdə 5 illik müddətə verilmiş ikinci dərəcə əlilliyin bər pa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təyin edilmiş ikinci dərəcəli əlillik ləğv edilmədən, icraatın təzələnmə səbəbləri də kifayət qədər əsaslandırılmadan ona xx.xx.2020-ci il tarixdə - 5 il müddət bitmədən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hazırki işdə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı qərarın mövcud olması müəyyən edilmir. Həmçinin, bununla bağlı cavabdeh inzibati orqana müvafiq sorğu göndərilsə də, eləcə də məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinə belə qərarın təqdim edilməsi təklif olunsa da, cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsi ilə bağlı hər hansı qərar məhkəməyə təqdim edilməmişdir. İddiaçıya sonuncu dəfə 5 il müddətinə xx.xx.2016-cı il tarixdə verilmiş ikinci dərəcəli əlillik cavabdeh inzibati orqan tərəfindən ləğv edilmədən onun əlilliyinin dəyişdirilərək xx.xx.2020-ci il tarixdə üçüncü dərəcə əlillik verilərkən “İnzibati icraat haqqında” Qanunun müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət olunmamışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşki l etmişdir. Cavabdeh əlavə olaraq qeyd edir ki, ekspert rəyləri də Agentlik tərəfindən üçüncü dərəcə əlilliyin təyin edilməsində yanlışlığın olmamasını bir daha sübut edir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edi lməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır....

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

2. Əlilliyin müəyyən olunması meyarları... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərək ətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın....

18. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiya ları tərəfindən qərar qəbul edilməsini təmin etmək;...

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər....

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əl illiyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edil diyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan ma raqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya cavabdeh tərəfindən təyin edilmiş ikinci dərəcəli əlillik ləğv edilmədən onun üçüncü dərəcə əlilliklə dəyişdirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsi nin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Mübahisəyə dair iş üzrə materiallardan iddiaçının əlilliyinin qiymətləndirilməsi və ona beş il müddətinə ikinci əlillik dərəcəsinin təyin edilməsi barədə Tibbi Sosial Ekspert Komissiyasının 26 may 2016-cı il tarixli qərarının “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edildiyi görünmür. Cavabdeh tərəfindən də məhkəməyə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın ləğvinə (hüquqi qüvvəsini itirməsinə) dair icraat materialları təqdim edilməmişdir. Başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya ikinci dərəc ə əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Belə ki, həmin maddəyə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

35. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.

36. Qeyd olunmalıdır ki, iddiaçıya ikinci dərəcə əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğv olunması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və bu qərarın 22-24-cü bəndlərində istinad olunan digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət e dilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

37. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar ləğv edilmədən və ya dəyişdirilmədən onun əlilliyinin dəyişdirilərək xx.xx.2020-ci il tarixdə üçüncü dərəcə əlillik verməkdə cavabdeh haqlı sayıla bilməz.

38. Qeyd olunmalıdır ki, təyin olunmuş əlilliyin lə ğvini və ya dəyişdirilməsini şərtləndirən bu qərarın 24-cü bəndində istinad edilən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 36-cı bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin yenidən qiymətləndirilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntus unu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

39. Bununla yanaşı həm də nəzərə almaq lazımdır ki, hazırkı qərarın 24-cü bəndində istinad olunan normalarda da əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi hallarda yalnız yuxarıda qeyd olunmuş qaydada həmin qərarın ləğvi barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Digər tərəfdən, həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə qərar şəxsin müayinəsinin nəticələrinə istinadən qəbul edilə bilər.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ikinci dərəcə əlilliyinin bərpası ilə yanaşı cavabdehin ona üçüncü dər əcə əlillik təyin etməsi ilə bağlı 13 mart 2020-ci il tarixli protokol qərarının qanunsuz hesab edilərək ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır.

41. Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-864/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar