Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1749/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istismara icazənin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (üçüncü şəxslər: "xxxx" MMC, X5, "X6'' ASC, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Nəsimi Rayon İcra Hakimiyyəti) qarşı “istismara icazənin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-346/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs "X6'' ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 59 nömrəli mənzil X2 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
2. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14cü (sonuncu) mərtəbədə yerləşir.
3. Bakı şəhəri, Nəsimi r ayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14cü (sonuncu) mərtəbədə yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə sözü gedən yaşayış binasının istismarına verilmiş “İcazənin” 8-ci bəndində, “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59-a dair qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların ərizəsi əsasında iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazənin” 8-ci bəndində “tikinti obyektinin əsas texni ki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə oluna 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” kimi dəyişdirilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iştirakına xitam verilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 14 mərtəbəli yaşayış binasında, mülkiyyətlərində olan mənzillərdə yaşamaqla, həm də qonşudurlar. Mənzilləri binanın 14-cü mərtəbəsində yerləşir. Mənzillərdən yuxarıda isə binanın dam hissəsi yerləşir. 2018-ci ilin yayında bütün qonşular kimi onlar da yaranan səs küydən, fəhlələr tərəfindən tikinti materiallarının (kərpic, qum, sement və sair) daşınmasından şübhəyə düşərək öyrəniblər ki, onları məlumatlandırmadan "xxxx" MMC-nin rəhbərliyi binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasıya xətlərinin yerləşdiyi texniki sahənin əsas layihə sənədlərinə zidd olaraq, mənzil kimi istifadə etmək üçün təmir işləri aparılır. İddiaçılar İddiaçı2 və İddiaçı1 “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair” iddia ərizəsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı Nəsimi rayon məhkəməsinə müraciət ediblər. Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılması dayandırılmış, cavabdehin iddiaçıların mənzil hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətini təmin etməmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi dəyişdiri lmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6368/2019 saylı qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Qanuni qüvvə almış məhkəmə qətnaməsi olduğu halda "xxxx" MMC-nin müdiriyyəti binanın damında yerləşən qeyri-yaşayış sahəsini 59 saylı mənzil kimi X1 və hətta ona həmin sahəyə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci İİ tarixdə çıxarış verilmişdir. Binanın layihə sənədlərindən kənara çıxılması, binanın damına qeyri-qanuni olaraq soyuq və isti su çəkilərək sayğaclaşdırılmas ı, həmin binanın layihə-yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərin və digər kommunikasiya xətlərinə kənar müdaxiləyə şərait yaradılmasına, mənzillərin təhlükəsizliyinə və su basmalarına səbəb ola biləcəyi onların narahatlığına gətirib çıxarmışdır. Qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilərək mənzil sahəsi hesab edilməsi cavabdehlər Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi, eləcə də ƏMDK, DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən kobud qanun pozuntularına yol verməklə edilmişdir. Mübahisə predmeti olan sahə layihədə məhz qeyri-yaşayış sahəsi kimi əks olunmuş, oraya hətta lift vasitəsilə xidmət göstərilməsi də nəzərdə tutulmayıb. Nəsimi Rayon İ cra Hakimiyyətindən xx.xx.2021-ci il tarixli 6/1139 saylı məktubla bildirmişlər ki, (məktubun surəti əlavə edilir) həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsi hesab edilməsinə dair layihə sənədlərində heç bir dəyişiklik edilməmiş və bu məqsədlə heç bir sərəncam verilməmişdir. Bundan başqa onlara məlum olmuşdur ki, yaşayış binasının istismarına xx.xx.2019-cu ul tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “İcazənin” 8-ci bəndində, layihədə qeyriyaşayış sahəsi kimi nəzərdə tutulsa da “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi (“yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydi edilməklə) bölməsində, binanın mansardında yerləşən qeyri-yaşayış sahəsinin mənzil kimi istismar edilməsinə göz yumulmuşdur. Halbu ki, nə həmin “İcazə” verilənədək, nə də bu günə kimi sözü gedən qeyri-yaşayış sahəsi mənzil kimi istifadə edilməyib. Həmin sahə təyinatına, yerləşməsinə və ölçülərinə, bir sözlə şəhərsalma və tikinti normalarına görə də mənzil kimi istifadə edilə bilməz. 29 iyun 2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 59.4-cü maddəsi müəyyən edir ki, “Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır”. İmperativ xarakterli həmin qanun normasının tələblərini pozmuş ƏMDK, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin təqdim etdiyi, iddiaya əlavə etdikləri sənədlərdən isə görünür ki, həmin qurum tərəfindən yaşayış sahəsi qismində X2 mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış həmin qeyri-yaşayış sahəsinin döş əməsindən tavanına kimi olan hündürlüyü 2 metr 55 sm təşkil edir. Qeyd etdikləri qanun pozuntusunun aradan qaldırılması, məqsədilə cavabdeh dövlət orqanlarına müraciət edilsə də, 35 gündən artıq vaxt keçməsinə baxmayaraq cavab almayıblar.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilərək, "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazə” dəyişdirilərək 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə oluna 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Məhkəmə hesab etmişdir ki, tikintiyə icazə üçüncü şəxs X4 məxsus 34 nömrəli evin mansarda mərtəbəsinə icazə qanuni hesab edilə bilməz. Belə ki, həmin icazə inzibati aktın qəbulu üçün nəzərdə tutulmuş məqsədə uyğun olmamaqla inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olmayaraq, yəni səlahiyyətlərinin yanlış tətbiqi nəticəsində qəbul edilmişdir. Qeyd edilənlər mübahisələndirilən inzibati aktın mübahisələndirilən hissədə qanunsuz olduğu və dəyişdirilməli olduğu qənaətinə gəlmək üçün yetərlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3301/2023 nömr əli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" KB ASC hazırkı iş üzrə zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs qismində tanınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-346/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, R.Səmədov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Üçüncü şəxs "X6'' ASC həmin qərardan kassasiya şikayəti verərək qərarın tam ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanıxx.xx.2019-cu il tarixində qəbul edilmişdir ki, apellyasiya instansiyasında işin baxılma mərhələsində həmin yeni qəbul edilmiş Fərmanın tələbləri nəzərə alınmalı olunduğu halda nəzərə alınmamışdır.
16. Belə ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentininxx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanı, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında sakinlərin hüquq və maraqları nəzərə alınmadan, tikinti işlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq tikilmiş çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsinə xidmət edir.
17. Belə ki, həmin Fərmanın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda, çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir.
18. Eyni zamanda, həmin Fərmanın 1.2-ci bəndinə uyğun olaraq Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fər manın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
19. Göründüyü kimi, yuxarıda qeyd edilən Fərman ilə 2019-cu il yanvarın 1-də tikinti-quraşdırma işləri başa çatmış, faktiki vəziyyətini nəzərə alınmaqla yaşayış binalarının istismarına icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Yerində müayinəni isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir və faktiki vəziyyətinə uyğun rəy t ərtib edilir.
20. Bu səbəbdən də sözügedən Fərmanın 1.2-ci bəndində qeyd olunduğu kimi, aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verilməsi və bu barədə Tikintilərin Dövlət Reyestrinə məlumat verilməsi öhdəliyini icra edərək, sözügedən mübahisəli ünvanda inşa edilən yaşayış binası 14 (+2 səviyyəli mansarda) kimi istismara qəbul edilmişdir.
21. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Üçüncü şəxs "X6'' ASC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağı instansiya məhkəmələrinin ən birinci vəzifəsi iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmadığını yoxlamaq idi. Məlum olduğu kimi istismara icazə inzibati akt olmaqla tikintinin sifarişçisinə, yəni "xxxx" MMC-yə verilmişdir. Bu o deməkdir ki, digər şəxslər, eləcə də iddiaçılar üçüncü şəxslərdir və mübahisələndirmə haqqında iddia irəli sürüblər. İnzibati Prosessual Məcəllənin 35.1ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirilməsində haqqında mümkün sayılır. Bu o deməkdir ki. “adi" inzibati aktın mübahisələndirilməsində olduğu kimi, ikili təsirə malik olan inzibati akt da üçüncü şəxs tərəfind ən ümumi publik hüquqi əsaslarla deyil, yalnız məhz ona məxsus olan hüquqların pozulduğu halda mübahisələndirilə bilər və bu, inzibati hüquq nəzəriyyəsində qəbul olunmuş vahid yanaşmadır.
23. Xüsusilə qeyd edilməlidir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Göründüyü kimi, mansarda mərtəbəsi özlüyündə həmişə qeyri-yaşayış sahəsi hesab edilmir. Bu da o deməkdir ki. hazırda mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə olunması özlüyündə istismara icazə ilə bağlı iddiaçıların hüquqlarım qoruyan tikinti hüquq normalarının pozulması hesab edilmir. Məhkəmələr həmçinin nəzərə almamışlar ki, mansarda mərtəbəsinin ümumi giriş qapısı mövcuddur və h əmin qapı mansarda mərtəbəsinin koridoruna açılır. Binanın liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sistemi məhz koridorda yerləşir və bu sahə 58 və 59 saylı mənzillərin sahəsinə aid deyil. Ona görə də 58 və 59 saylı mənzillərin istismarı qonşu kimi iddiaçıların hüquqlarını heç bir şəkildə pozmur və bina sakinlərinin həmin sahədən istifadəsinə maneə yaratmır. Koridora açılan qapı isə kənar şəxslərin həmin sahəyə girişinin qarşısını almaq üçün "xxxx" MMC tərəfindən qoyulmuşdur və 58 və 59 saylı mənzillərin qapısı deyil.
24. Məlum olduğu kimi, mübahisələndirilən icazə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentininxx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən verilmişdir. Həmin Fərman 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydalarını tənzimləyir. Məlum olduğu kimi, istismarına icazə verilmiş binanın inşası yan divarları və damörtüyü daxil olmaqla 2019-cu ilin yanvarın 1-dək başa çatmışdı və istismar olunan mənzilləri var idi. Xüsusilə qeyd edilməlidir ki, Fərmanda bütün mənzillərin deyil, bəzi mənzillərin istismar olunmasının kifayət etdiyi göstərilmişdir. İş materiallarından aydındır ki, ən azı 2018- ci ildən ən azı 14-cü mərtəbədə yaşayan hazırkı iddiaçılar mənzilləri istismar edirdilər. Beləliklə, mübahisələndirilən istismara icazə qeyd o lunan Fərmana əsasən verilmişdir. Həmin Fərmanda isə qeyd edilir ki, “ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir”.
25. Beləliklə, iddiaçıların iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur və iddia mümkün deyil.
26. Hətta iddia mümkün olsa belə, təmin edilə bilməz. 27. “X6” ASC bu mübahisədən yalnız Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq məhkəmə sərəncamı olduğuna görə həmin mənzilləri n “X6” ASC-nin adına qeydiyyata alınmasından imtina edilməsindən sonra xəbər tutmuş və üçüncü şəxs qismində hazırkı məhkəmə işinə cəlb edilməsi haqda ərizə ilə müraciət etmiş, bu işə apellyasiya məhkəməsinin icraatında olarkən cəlb olunmuşdur. Bu o deməkdir ki, hətta icazə qanunsuz hesab olunsaydı belə, “X6” ASC-nə reyestrin, nə də icazənin qanunsuz olduğunu bilmirdi, əvvəlki məhkəmə işlərindən xəbərdar olmamışdır. Beləliklə, istənilən halda onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, bununla həm də icazəyə etimadı Mülki Məcəllənin 271.1 və 140-cı maddələrinə əsasən qorunmalıdır.
28. Bundan başqa binanın liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sistemi məhz koridorda yerləşir və bu sahə 58 və 59 saylı mənzillərin sahəsinə aid deyil. Ona görə də 58 və 59 saylı mənzil lərin istismarı qonşu kimi iddiaçıların hüquqlarını heç bir şəkildə pozmur və bina sakinlərinin həmin sahədən istifadəsinə maneə yaratmır.
29. Yuxarıda qeyd edildiyi kimi, məhkəmələr nəzərə almamışlar ki, mansarda mərtəbəsinin ümumi giriş qapısı mövcuddur və həmin qapı mansarda mərtəbəsinin koridoruna açılır. Binanın liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sistemi məhz koridorda yerləşir və bu sahə 58 və 59 saylı mənzillərin sahəsinə aid deyil. Ona görə də 58 və 59 saylı mənzillərin istismarı qonşu kimi iddiaçıların hüquqlarını heç bir şəkildə pozmur və bina sakinlərinin həmin sahədən istifadəsinə maneə yaratmır. Koridora açılan qapı isə kənar şəxslərin həmin sahəyə girişinin qarşısını almaq üçün "xxxx" MMC tərəfindən qoyulmuşdur və 58 və 59 saylı mənzillərin qapısı deyil. M əhkəmələrisə hesab ediblər ki, həmin qapı 59 saylı mənzilin qapısıdır. Bunu elə iddia tələbindən və məhkəmənin qərarda istinad etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görmək mümkündür – məhkəmə bütün mansarda mərtəbəsinin 59 saylı mənzil olduğu və icazənin ancaq 59 saylı mənzilə münasibətdə verildiyini güman edib.
30. Bununla bağlı “X6” ASC tərəfindən məhkəmə tikinti-texniki ekspertiza təyin olunması barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən heç bir hüquqi əsas olmadan vəsatət təmin edilməmiş və buna münasibət bildirilməmişdir. 31. “İnzibati icraat haqqında” qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ic timai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
32. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kassasiya şikayətində, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının tam ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını, iddianın rədd edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçıların nümayəndəsi kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, şikayətlərin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. İnzibati Prose ssual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəm ədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni tam və hərtərəfli araşdırmamış, işin baxılmasına formal və səthi yanaşmış, işin ziddiyyətli məqamlarını tədqiq etməmiş, əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunduğu halda bunu etməmiş, nəticə etibarı ilə iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir.
38. Belə ki, apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında göstərmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarına dair tikintiyə icazə sənədinin, eləcə də həmin yaş ayış binalarının layihələrinə dəyişiklik edildiyi təqdirdə qeyd edilən halı təsdiq edən sübutların məhkəməyə verilməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 3284 və 3281 nömrəli tikintiyə icazə sənədinin təsdiq edilmiş surəti və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən “İşıq İnşaat" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bildirilmiş dir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən elektron surəti təqdim edilən layihə və Komitə tərəfindən verilən istismara icazə 3 gün müddətində “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanının 4-cü hissəsinə uyğun olaraq Komitə tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara göndərilməsi təmin edilmişdir.”
39. İşin İ cildinin 61-80-ci səhifələrində olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə sözügedən binaya dair verilmiş 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tik inti quraşdırma işləri başa çatmış, istismar edilən mənzillərin olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara icazə adlanan sənəddə qeyd edilmişdir ki, “mənzillərin sayı 309, mərtəbələrin sayı 14 (+2 səviyyəli mansarda), girişlərin sayı 6 ədəd xx.xx.2019-cu il tarixindən yaşayış binalarının istismarına icazə verilsin.”
40. Həmçinin həmin “istismara icazə” adlı sənəddə göstərilmişdir ki, “mənzillərin ümumi sahəsi (yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə) 53562,83 kv.m.”.
41. Beləliklə bu sahədə səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi özünün xx.xx.2019-cu il tarixli, 183 saylı sö zügedən binanın istismarına icazə verilməsi barədə icazə ilə, xx.xx.2019-cu il tarixindən binalarda yerləşən mənzillərin, o cümlədən yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə istismarına icazə vermişdir.
42. Həmçinin apellyasiya məhkəməsi qərarına yazmışdır ki, “Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 59 nömrəli mənzil X2 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14-cü (sonuncu) mərtəbədə yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14-cü (sonuncu) mərtəbədə yerləşir.”
43. Burada məhkəmə kollegiyası apellyasiya məhkəməsinin işi həll edərkən, diqqətsizliyi və işə səthi baxılmasının təzahürü olan mühüm məsələləri qeyd etməyi zəruri hesab edir.
44. Belə ki, əvvəla işin İİ cildinin 81 və 88-ci səhifələrində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarından görünür ki, L.A.Cəbiyevanın xüsusi mülkiyyətində 2 (iki) mənzil vardır, yəni həmin bina yerləşən 59 saylı qeydiyyat tarixi xx.xx.2020-ci il və 58 saylı qeydiyyat tarixi xx.xx.2020-ci il mənzillər.
45. Digər tər əfdən apellyasiya məhkəməsi qərarında, yuxarıda artıq göstərildiyi kimi, İddiaçı2 adına sözügedən ünvanda 57 nömrəli mənzilin xx.xx.2019-cu il tarixdə qeydiyyata alındığını və buna dair onun adına çıxarış verildiyini yazmışdır, lakin işin İ cildinin 37-ci səhifəsindən göründüyü kimi, İddiaçı2 mənzilin nömrəsi 46A-dır.
46. Apellyasiya məhkəməsinin işə baxılmasına açıq-aydın səthi yanaşmasının daha bir təzahürü, işin İİ cildinin 69-cu səhifəsində olan apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasının protokolundan bəlli olur.
47. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatında yazılmışdır ki, “Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirəm.”
48. Halbuki birinci instansiya məhkəməsi iddiaçıların iddiasını təmin etmişdir.
49. Eyni zamanda apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, “İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən, 34 saylı evin 59 nömrəli mənzilinə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, binada liftdən istifadə üçün nəzərdə tutulmuş sonuncu mərtəbə 14-dür. Mansarda mərtəbəsində yerləşən X3 məxsus olduğu bildirilən mənzildə binanın lift şaxtasının havalandırma sistemi mövcud olmaqla binaya dair mühəndis-kommunikasiya xətləri keçir. Mənzildə tikinti-quraşdırma işlərinin aparılması üçün materiallar (kərpic, qum və s.) mövcuddur.” Beləliklə, iş materiallarını və tərəflərin izahatlarını qarşılıqlı şəkildə təhlil edən Kollegiya belə qənaətə g əlir ki, tikintiyə icazə üçüncü şəxs X4 məxsus 34 nömrəli evin mansarda mərtəbəsinə icazə qanuni hesab edilə bilməz.
50. Beləliklə apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş sözügedən binanın 59 nömrəli mənzilinə aparılmış müayinə sadəcə iddiaçıların və 3-cü şəxs L.A.Cəbiyevanın nümayəndələrinin iştirakı ilə aparılmış, nə mütəxəssis, nə ekspert işə cəlb edilərək, müayinəyə dəvət edilməmişdir.
51. Halbuki 3-cü şəxs “X6” ASC tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması barədə ərizə və əmlaka baxış keçirilməsi barədə vəsatət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi həm ərizəni, həm də vəsatəti təmin etməmişdir.
52. Yəni, bu hərəkətlərin edilməsi zəruridir, belə ki, L.A.Cəbiyevanın xüsusi mülkiyyətində olan mansardı n yaşayış sahəsi kimi istifadə etməsinin iddiaçıların nə kimi hüquqlarının pozulması tam və hərtərəfli araşdırılmamışdır.
53. Bununla yanaşı qeyd edilməlidir ki, iş apellyasiya məhkəməsində olduğu zaman “X6” ASC işə 3-cü şəxs kimi cəlb edilərək, L.A.Cəbiyevadan rəsmi olaraq hərrac vasitəsilə sözügedən binanın 58 və 59 mənzillərinin (ipoteka saxlayan olaraq) əldə etdiyini bildirmiş və buna dair mötəbər sənədlər təqdim etmişdir.
54. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamışdır.
55. Halbuki bank bu məsələdə vicdanlı əldə edəndir və onun hüquqları qanun tərəfindən qorunur.
56. Habelə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin "xxxx" MMC-nin əlverişli inzibati akt olan adıçəkilən binanın istismarına icazə verilməsi barədə sənədə (icazəyə) etimadının q anunla qorunması hüququnun olmadığı barədə gəldiyi nəticə ilə razılaşmış, lakin maraqlı şəxs olan L.A.Cəbiyevanın və “X6” ASCnin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.5-ci maddəsinə uyğun olaraq həmin icazəyə etimadının qanunla qorunması istiqamətində, ümumiyyətlə, araşdırma aparmamışdır.
57. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçıların belə bir iddia irəli sürməsinin subyektiv hüququnun olub-olmaması tam və hərtərəfli araşdırılmamışdır.
58. Belə ki, məhkəmə təcrübəsinin vahidliyi baxımından “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında qeyd olunmuş aşağıdakı hüquqi mövqelərin aşağı instansiya məhkəmələri tərəfindən pozulduğu da nəzərə alınmalıdır. “1.1. Mə hkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını,... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini,... yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasla ndırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.”
59. Xüsusi olaraq qeyd edilməlidir ki, adıçəkilən binanın istismara icazə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 183 saylı sənəd (icazə) "xxxx" MMC-yə verilmişdir, yəni iddiaçılara deyil, təbii ki, bundan sonra iddiaçılar mənzilə dair müvafiq çıxarışı məhz bu inzibati akt əsasında almışlar. Yəni, ən azı həmin dövrdə bu inzibati aktdan xəbərləri olmalı idi.
60. Başqa sözlə, iddiaçılara yönəlməyən və onlara aid olmayan əlverişli inzibati aktın (icazənin) iddiaçılar tərəfindən mübahisələndirilməsinə subyektiv hüquqlarının olub-olmaması məsələsi də diqqət mərkəzində olmaqla, tam və hərtərəfli araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinməlidir.
61. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2- 1(103)-34 6/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir