Məhkəmə qərarları › İş №2-1(102)-175/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-175/2019

08.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-175/2019 08.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iş üzrə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə və məhkəmə qərar ının icrasının dayandırılması barədə vəsatətə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2565/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2444/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbi təmin edilərək İddiaçı ünvan 1 ünvanında yerləşən kooperativ binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən 275 kv.m, antresol mərtəbəsində yerləşən 275 kv.m, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 913 kv.m ölçüdə qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın və həmin əmlaklara dair texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2607/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və M.A.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2444/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-735/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.K.Hüseynov, hakimlər – N.İ.Rəsulbəyova və Z.M.Quliyev) ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2607/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra isə cavabdeh həmin məhkəməyə məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təqdim edərək2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2444/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarının icrasının dayandırılmasını, qərarın ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsini və işə yenidən baxılaraq iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2444/2017 saylı, 24 iyul 2018ci il tarixli iki ayrı qərardadı (hakim - R.L.Kərimli) ilə ərizə və vəsatət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2565/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – A.Q.Hüseynov və S.S.Seyidova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2565/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadını ləğv edərək ərizənin və vəsatətin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, müvafiq qeyri-yaşayış sahələri yerləşən binanın Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.09.2008-ci il tarixli, 512 nömrəli sərəncamı ilə təsbit edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi kimi “xxxxRESOURCES” firması göstərilsə də, lakin təqdim edilmiş hüquq müəyyənedici sənədlər “xxxx” MTK tərəfindən təsdiq edilmişdir. “xxxx-RESOURCES” firması ilə “xxxx” MTK arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Bundan başqa, müvafiq ünvanda İdarənin mütəxəssislər tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki,1-ci mərtəbə və antresolda yüngül konstruksiyadan arakəsmələr quraşdırılmışdır. Bundan əlavə, müvafiq daşınmaz əmlakın 2-ci mərtəbədə yerləşən hissəsinin ümumi sahəsi sənəd üzrə 913,-0 kv.m, faktiki olaraq isə 874,1 kv.m-dən ibarətdir. Lakin sonradan aparılmış əlavə və dəyişikliklərə dair hər hansı hüquq müəyyənedici sənədlər təqdim olunmamışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhk əmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləni n 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 106-cı maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kollegiya ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəti cə ilə razılaşaraq qeyd edir ki, cavabdeh ərizəsini əvvəlcədən ona məlum olmayan və icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutların aşkar edilməsi ilə əsaslandırır ki, qeyd etdiklərindən də aşkar olduğu kimi bu hallar işə baxılarkən sonuncuya məlum idi yaxud məlum olmalı idi, cavabdeh mübahisəyə mahiyyəti üzrə baxılarkən həmin dəlillərə istinad etmişdir. Ona görə də, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. İPM-in 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Qeyd edilən maddəyə istinadla kollegiya hesab ed ir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilmədiyi üçün cavabdeh tərəfindən verilmiş məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməməsi də düzgün olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2565/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar