Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-175/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli (imtiyazlı) mənzil növbəsinin ilk sıralarına götürülmə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “imtiyazlı mənzil növbəsinin ilk sıralarına götürülmə öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyas ının 2-1(103)-2289/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin iddiaçıya ünvanlandığı 13.06.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, “ünvan 1aitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 24-cü bəndinin 2-ci hissəsinə əsasən ailə üzvlərindən hər hansı biri imtiyaz hüququnu həmin ailənin uçotda olduğu dövrdə qazanmışdırsa, belə ailə həmin hüququ təsdiq edən sənəd əsasında bu hüququn verildiyi vaxtdan etibarən güzəşt siyahısına daxil edilir. Nəzərinizə çatdırırıq ki, arvadınız Maral Fərziyeva 29.01.1993-cü il tarixdən ümumi əsa slarla mənzil növbəsinə qəbul edilmişdir. X11 müharibəsi iştirakçısı kimi imtiyaz hüququ qazandınız və Nizami RİH başçısının 02.01.2003-cü il tarixli 20 nömrəli sərəncamına əsasən qeyd olunan hüququ qazandığınız 31.01.1996-cı il tarixdən ailəniz ümumi siyahıdan imtiyazlı siyahıya keçirilmişdir. Daha sonra isə 10.05.2016-cı il tarixdən Sizə İİİ qrup Qarabağ müharibəsi əlilliyi təyin edilmişdir. Bununla bağlı təqdim etdiyiniz sənədlərə əsasən imtiyazlı növbəlik siyahısında kateqoriyanızla bağlı müvafiq düzəliş aparılmış və ailəniz mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin siyahısına Qarabağ müharibəsi əlili kimi imtiyaz hüququ qazandığınız tarixdən (10.05.2016-cı il) keçirilmişdir. Hal-hazırda həmin siyahı üzrə növbədə 145-cisiniz. Bir daha bildiririk ki, Qar abağ müharibəsi əlilləri və şəhid ailələrinin siyahısına 1994-cü ildən daxil olunmağınızla bağlı xahişinizin yerinə yetirilməsi qanunvericiliyə zidd olduğundan mümkünsüzdür”. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Qarabağ əlili kimi 1994-cü ildən güzəştli mənzil növbəsinin ilk sıralarına götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı, həyat yoldaşı, iki oğlu və bir qızı 1992-ci ildən Bakı şəhəri Cavabdehndə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil növbəsində dayanmışdır. 1993-cü ildə respublikada ağır vəziyyət olanda Nizami rayonunda yığılmış könüllü döyüşçülərə tabor komandiri təyin olunmuş və döyüş bölgəsinə yollanmışdır. Mənzil növbəsi yazılan zaman ona q arşı haqsızlıq olunmuşdur. 1993-cü ildən dəfələrlə müraciət etməyinə baxmayaraq döyüşlərdə iştirak vaxtı hərbi komissarlığın verdiyi arayış və məktublar nəzərə alınmamış, veteran vəsiqəsi aldıqdan sonra mənzil növbəsində dəyişiklik aparılaraq ailəsi güzəştli mənzil növbəsinə keçirilmişdir. 1994-cü ildə yaralandıqdan sonra illərlə dövlət büdcəsi hesabına müalicə olunmuşdur. Müalicəsinin nəticəsi olmadığı üçün 2016-cı ilin may ayının 10-dan Qarabağ müharibəsi əlilidir. 25 ildir ki, mənzil növbəsində dayanmağı nəzərə alınmamış, Qarabağ əlilləri və şəhid ailələri siyahısında mənzil növbəsi sonuncu, yəni 145-ci növbəyə əlavə edilmişdir. Mənzil növbəsi siyahısına dəyişiklik olduğu zaman mənzil növbəsinə durduğu tarix, döyüş bölgəsinə getdiyi vaxt, döyüşdə yaralandığı nəzərə alınmamışdır. Nizami RİH başçısının 07.06.1995ci il tarixli 1923 saylı sərəncamı ilə onun ailəsinə mənzil növbəsi çatana kimi qanunvericiliklə müvəqqəti yaşamaq üçün 5 nəfər ailə üzvü ilə yoldaşına verilmiş birotaqlı sahəsi 16,22 kv.m. olan Ə.Kürçaylı küçəsi ev 6 mənzil 46 ünvanına pasport qeydiyyatına alınmaqla köçürülmüşdür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 10.05.2016-cı il tarixli arayışa əsasən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup əlillik dərəcəsi verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli qərarı ilə (hakim X2, 2-1(82)-2524/2019 saylı) iddia təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X7, 2-1(103)-2289/2019 saylı iş) 12 sentyabr 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Bakı şəhərində 5 il qeydiyyatda olmayan, heç bir döyüş görməyən, müxtəlif hadisə və cinayətlərdə yaralanmış insanların müxtəlif yollarla Qarabağ əlillik dərəcəsi alması və mənzillə təmin olunması” barədə iddiaçıda dəqiq məlumatlar varsa, o bu barədə müvafiq səlahiyyətli dövlət orqanlarına rəsmi qaydada müraciət etməklə haqlıdır. Bundan əlavə, iddiaçının Vətən qarşısında xidmətləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup əlillik dərəcəsi cavabdeh tərəfindən nəzərə alınaraq, onun mənzil növbəsi imtiyazlı siyahıya keçirilmiş, 1995-ci ildə isə onun ailəsi pasport qeydiyyatına alınmaqla mənzil növbəsi çatana kimi müvəqqəti yaşamaq üçün birotaqlı mənzilə köçürülmüşdür. Eləcə də, nə iddia ərizəsində, nə apellyasiya şikayətində, nə də ki, məhkəmə kollegiyasının iclasında iddiaçı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən ibarət bu şəxslərin mənzil növbəsində 145-dən əvvəl gələn məhz hansı sıraya keçirilməli olduğunu konkret olaraq əsaslandırmamışdır. İddiaçı 01.11.2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. tərəflə rin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan mənzil növbəsinin ilk sıralarına götürülməsi barədə sərəncam verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə mənzil növbəsinin ilk sıralarına götürülməsi üçün sərəncam verilməsinə dair öhdəlik qoyulması barədə iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-i n 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı 1996-cı ildən Qarabağ müharibəsinin veteranıdır. 2016-cı ildən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlilliyi müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 13.06.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının arvadı (iddiaçı və uşaqları da daxil olmaqla) 29.01.1993-cü il tarixdən ümumi əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. İddiaçı Qarabağ müharibəsi iştirakçısı kimi imtiyaz hüququ qazandığından və 31.01.1996-cı il tarixdən ail ə ümumi siyahıdan imtiyazlı siyahıya keçirilmişdir. Daha sonra isə 10.05.2016-cı il tarixdən iddiaçı İİİ qrup Qarabağ müharibəsi əlilli olduğuna görə imtiyazlı növbəlik siyahısında müvafiq düzəliş aparılmış və ailə mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin siyahısına Qarabağ müharibəsi əlili kimi imtiyaz hüququ qazandığı tarixdən (10.05.2016-cı il) keçirilmişdir. İddiaçı 1994-cü ildən güzəştli mənzil növbəsinin ilk sıralarına götürülməsini arzu edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veri lir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2-ci maddə). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alı nması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3-cü maddə). “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanı lır. Cavabdehin məktubundan görünür ki, iddiaçının ailəsi 1993-cü ildən ümumi əsaslarla mənzil növbəsinə götürülmüş, iddiaçı müharibə veteranı vəsiqəsi aldığı 1996-cı ildən ümumi siyahıdan çıxarılıb imtiyazlı siyahıya, 2016-cı ildə isə müharibə əlilliyi müəyyən edilən vaxtdan müharibə əlillərinin mənzil növbəsinə keçirilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının sosial vəziyyətini nəzərə alaraq onun statusuna uyğun həmin statusu əldə etdiyi vaxtdan imtiyazlı şəxslər üçün nəzərdə tutulan mənzil növbəsinə keçirilmişdir. İddiaçının əlilliyi 2016-cı ildə müəyyən edildiyindən və iddiaçı bununla bağlı mübahisə açmadığından, 2016-cı ildən əvvəl, o cümlədən 1994-cü ildə əlilliyi ilə bağlı sübut təqdim etmədiyindən iddiaçının Qarabağ əlili kimi 1994-cü ildən güzəştli mənzil növbəsinə salınması ist isna olunur. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçı şikayətində Bakı şəhərində 5 il qeydiyyatda olmayan, heç bir döyüş görməyən, müxtəlif hadisə və cinayətlərdə yaralanmış insanların müxtəlif yollarla Qarabağ müharibəsinin əlili dərəcəsini alaraq mənzillə təmin olunduğunu bildirmişdir. İddiaçı eyni dəlilləri apellyasiya şikayətində də qeyd etmiş, həmin dəlillərə a pellyasiya məhkəməsi münasibətini bildirmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araş dırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2289/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-175/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-175/2020
14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver