Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-175/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" firmasının cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin geri alınması və qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" firmasının cavabdeh Cavabdeh3nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 iyul tarixli, 2-1(103)987/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2016-cı il 31 mart tarixdə məhkəməyə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona ünvan 1 ünvanda olan 667,5 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 2013-cü il 1 sentyabr tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və mülkiyyətində qeyri-yaşayış sahəsi ol muşdur. Həmin sahə dənizkənarı bulvarın sahəsinin Zığ istiqamətində genişləndirilməsinin icrası ilə əlaqədar sökülmüşdür. Söküntü işləri iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilmədən, 2013-cü ilin iyul-sentyabr aylarında aparılmışdır. İddiaçı tərəfindən dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət edilsə də, ona heç bir kompensasiya ödənilməmişdir. Cavabdehin etirazları:
3. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
4. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 18 oktyabr tarixli, 21(82 )-1601/2016 saylı qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin hallarından göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı mülkiyyət hüququ müəyyən edilməmişdir. Belə ki, bununla bağlı məhkəmə iddia edilən qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasını müəyyənləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərmiş, sorğuya verilmiş cavab məktubundan görünür ki, mübahisəli torpaq sahəsi "xxxx" firmasının mülkiyyətində olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə dair mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sübut təqdim etməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 avqust tarixli, 2-1(103)-477/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 18 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 dekabr tarixli, 2-1(102)-2291/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnz ibati kollegiyasının 2020-ci 4 avqust tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi sübutlarla bağlı araşdırma aparmamış, iddiaçının istifadəsində həqiqətən qeyriyaşayış sahəsinin olması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, cavabdehə sorğular verməmiş, 2013-cü ildə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi hesabatını aparan və anbar binasının eskiz layihəsini tərtib edən şəxslərin məhkəmə iclasında dindirilməsinin zəruriliyini müzakirə etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 iyul tarixli, 2-1(103)-987/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016cı il 18 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1996-cı il 22 aprel tarixli, 495 nömrəli Sərəncamının birinci bəndində qeyd edilmişdir ki, "xxxx" firmasının 1996-cı il 10 fevral tarixli, 1 nömrəli məktubu nəzərə alınaraq, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə, Dənizkənarı parkın tikintisi başlanana qədər müvəqqəti olaraq, ona anbar layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın. İşin halları nda göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı mülkiyyət hüququ müəyyən edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş sorğuya verilmiş cavab məktubundan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi "xxxx" firmasının mülkiyyətində olmamışdır. Bundan başqa iddiaçı tərəfindən də qeyd olunan qeyriyaşayış sahəsinə dair mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Bununla da iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarında apellyasiya instansiyasında işin araşdırılmasına dair göstəriş verilmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərişlərin heç birini yerinə yetirmədən təkrar iddianın təmin edilməməsinə dair qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə qərarında da göstərildiyi kimi “Bison-S" Firmasına məxsus qeyriyaşayış sahəsinin yerləşdiyi 0,133 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1996-cı il 22 aprel tarixli, 495 saylı Sərəncamına əsasən "xxxx" Firmasına ayrılmışdır. “Bison-S" Firması da məhz həmin Sərəncam və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 6/156 nömrəli iş, 99 06 nömrəli İnşaat Pasportu əsasında qeyd edilən qeyri-yaşayış sahəsini inşa atmişdir. Nəticədə iddiaçı 17 ildən çox müddətdə hər hansı dövlət orqanının etirazı olmadan ona ayrılmış torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi qeyriyaşayış sahəsindən istifadə etmiş və ona sahiblik etmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi istifadə və sahiblik hüququnu mülkiyyət hüququnun ayrılmaz komponenti kimi tanıdığını nəzərə alaraq hesab edilməlidir ki, qanuni əsaslarla “Bison-S" Firmasına məxsus olan qeyri-yaşayış sahəsinin dövlət ehtiyacı üçün alınması və sökülməsi zamanı hər bir halda "xxxx" Firmasına qeyriyaşayış sahəsinin bazar dəyəri və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 689 nömrəli Fərmanına əsasən ona 20% əlavə kompensasiya ödə nilməli idi.
17. Kompensasiyanın ödənilməsi ilə bağlı “Bison-S" Firmasının rəhbərliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə etdiyi müraciətlərə Komitədən verilmiş 2018-ci il 17 aprel tarixli, **********66 saylı, 2018-ci il 18 may tarixli, **********29 saylı və 2019-cu il 25 noyabr tarixli, **********99 saylı məktublarla cavab verilmişdir ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013cü illər üçün əlavə tədbirlər Planının və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası olaraq 2013-cü ilin ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Xəzər dənizi arasında Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək olan ərazidə yeni “Ağ şəhər bulvarı” və avtomobil yolu l ayihəsinin altına düşən müəssisə və obyektlər köçürüldüyündən özəl müəssisə və obyektlərin mülkiyyətçilərinə, "xxxx" firması da daxil olmaqla mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi üçün obyektlərin siyahısı, ərazinin kadastr xəritəsi və digər zəruri sənədlər aidiyyəti üzrə Maliyyə Nazirliyinə və Xətai Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Məktubdan da göründüyü kimi, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının kompensasiya almaq hüququnun olmasını qəbul etmişdir. Hətta kompensasiya məbləğinin ödənilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmişdir. Ümumiyyətlə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dövlət ehtiyacı üçün əldə edilən əmlaka görə kompensasiyanın ödənilməsi zamanı əmlakın mülkiyyətdə olması tələbi təsbit edilməmişdir.
18. İş materiallarının 23-26-cı səhifələrində olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X1 Rayon İcra Hakimiyyətinə ünvanladığı 2014-cü il 17 dekabr tarixli, **********38 nömrəli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli, 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən, nəticədə sökülən müəssisə və obyektlərin siyahısı və onlara ödənilməli olan kompensasiya məbləğləri müəyyən edilmişdir. Həmin siyahıda iddiaçı da göstərilmiş və ona 667.500 (altı yüz altmış yeddi min beş yüz) manat kompensasiya ödənilməli olması müəyyən edilmişdir. Bu və bununla eyni məzmunlu məktublarla iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi etiraf etmişdir ki, iddiaçıya qeyd edilən məbləğdə kompensasiya ödənilməlidir. Həmçinin İş materiallarının 22, 32 və başqa səhifələrində olan, iş üzrə cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifova ünvanladığı məktublarda məhz Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X1 Rayon İcra Hakimiyyətinə ünvanladığı 2014-cü il 17 dekabr tarixli, **********38 saylı məktub una istinad edilərək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin həmin məktubda qeyd etdiyi (içində iddiaçının da adının olduğu) sahibkarlıq subyektlərinə kompensasiyaların ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edildiyi bildirilmişdir. İş üzrə üçüncü şəxs bununla faktiki olaraq iddiaçıya kompensasiya ödənilməli olması faktını tanımış və ona hesablanmış kompensasiya məbləği ilə razılaşmışdır. Lakin işə baxan məhkəmələr buna heç bir əhəmiyyət verməmişlər. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. İşin məhkəmələr tərəfindən müə yyən edilmiş hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il 22 aprel tarixli, 495 №-li sərəncamının birinci bəndində "xxxx" firmasının 1996-cı il 10 fevral tarixli, 1 №-li məktubu nəzərə alınaraq, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə, Dənizkənarı parkın tikintisi başlanana qədər müvəqqəti olaraq, ona anbar layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması göstərilmişdir.
25. Həmin Sərəncamın 1.1-ci bəndinə görə, Dənizkənarı parkın tikintisinə başlanarkən "xxxx" firması çəkilmiş xərclər ödənilmədən sahəni qurğulardan təmizləməlidir.
26. Torpaq Məcəlləsinin 58-ci maddəsinin müddəalarına görə, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəs i haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır (1). Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir (2).
27. Göründüyü kimi, torpaq sahəsinin iddiaçının müvəqqəti istifadəsinə verildiyi, onun geri alınmasının şərtləri yerli icra hakimiyyəti orqanın sərəncamında (inzibati aktında) təsbit olunmuş, tərəflər arasında münasibətlər (hüquq və öhdəliklər) hə min sərəncamla müəyyən edilmişdir. Həmin sərəncam ləğv olunmamış, onda göstərilən şərt baş verənədək qüvvədə olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanlandığı 02.07.2021-ci il tarixli, **********69 saylı məktubunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən "xxxx" firmasının adına qeydiyyata alınmış daşınmaz əmlakın və tərtib edilmiş inşaat pasportunun aşkar edilmədiyi bildirilmişdir.
29. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il 22 aprel tarixli, 495 №-li sərəncamında təsbit olunmuş şərtlər nəzərə alındıqda, iddiaçı öz hesabına (çəkilmiş xərclər ödənilmədən) sökməli olduğu tikili və ya qurğulara görə təzmi nat tələb etməkdə haqlı olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 iyul tarixli, 21(103)-987/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.