Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-175/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsinin Sosial Ödənişlərin X1rşı “əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 s entyabr 2022-ci il tarixli 2-1(105)-565/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 1.10.2018-ci tarixdən müddətsiz İİİ qrup əlillik təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək təhsil aldığı dövr, eyni zamanda, əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığ orta stajı 15 il 2 ay olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11961,01 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (13603,59 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən Şamaxı rayonu Şirvan bələdiyyəsi 2014-cü il tarixində Şamaxı rayonu Günəşli bələdiyyəsinə birləşdirilmiş və birləşmə zamanı Şirvan bələdiyyənin heç bir arxiv sənədi təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olmadığına görə əmək pensiyasının t əyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 29 oktyabr 2021-ci il tarixli ********* saylı imtinasının əsassız hesab olunması və ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 57 yaşı var. 3-cü qrup gözdən əlildir. Əlilliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 11 saylı Regional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəsini baxılması üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı X4 göndərmişdir. Filial 29 oktyabr 2021-ci il tarixli ********* saylı məktubu ilə onun 15 il 2 ay sığorta stajı və 11961,01 manat pensiya kapitalı olması, yəni, tələb olunan pensiya kapitalından (13603,59 manatdan) az olması səbəbindən ona əmək pensiyası təyin olunmasından imtina etmişdir. Belə hesab edir ki, DSMF-nin Sosial ödənişlərin X5 filialının ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. O, xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Krasnoselsk rayonu Gölkənd kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı 1989-cu ildə Azərbaycana köçmüşdürlər və Şamaxı rayonu Şirvan kəndində məskunlaşmışlar. Müxtəlif təşkilatlarda işləmişdir. Hamısı əmək kitabçası ilə və məhkəmə qərarı ilə tam təsdiq olunmuşdur. DSMF-nin Sosial ödənişlərin X5 filialı bu stajdan 15 il 2 ayını qəbul edir və buna görə hər ilinə 750 manat pensiya kapitalı hesablamaqla ümumi pensiya kapitalının 11961,01 manat olduğunu göstərir. Cavabdeh onun xx.xx.2000-ci ildən xx.xx.2004-cü il tarixədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi müddəti onun sığorta stajına daxil etmir. Səbəb də onu göstərir ki, Şirvan bələdiyyəsinin sənədləri arxivə təhvil verilmədiyindən əmək haqqı barədə sənədlər yoxdur. Amma o həmin işlədiyi dövrdə aldığı əmək haqqı barədə də arayış təqdim etmişdir. Həmin arayışın kserosurətini də ərizəsinə əlavə etmişdir. O dövrdə qüvvədə olan qüvvədə olmuş əmək pensiyaları haqqında qanunvericiliyə əsasən işçinin əmək stajı onun əmək kitabçasına əsasən müəyyən olunurdu. Həmin dövrlərdə onun Şirvan bələdiyyəsində işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Bələdiyyənin sənədlərinin arxivə təhvil verilməmə si onun günahı deyildir. Bu 4 il 11 ay da onun sığorta stajına hesablanacağı təqdirdə onun 15796,01 manat pensiya kapitalının olduğu müəyyən olunur. Yəni, bu tələb olunan pensiya kapitalından çoxdur. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, iş üzrə icraat materiallarından məlum olunduğu kimi iddiaçı R.İbrahimova xx.xx.2018-ci il tarixdə İİİ qrup əlillik təyin edilmişdir. 7. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ yə İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pe nsiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
8. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə.
9. İşin mübahisələndirilən halı bundan ibarətdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (11.961,01 manat) tələb olunan pensiya kapitalından (13.603,59 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.
10. Digər mübahisələndirilən hal isə iddiaçının 2000-2004-cü illərdə Şamaxı rayon Şirvan bələdiyyəsində işlədiyi dövrdür. Belə ki, həmin dövrə aid Şirvan bələdiyyəsinin heç bir arxiv sənədi təhvil verilmədiyi 30 iyun 2021-ci il tarixli 259 №-li Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X2 tərtib etdiyi arayışda öz əksini tapmışdır. 11. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pen siyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.
13. Sözügedən Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçı R.İbrahimova münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği aşağıdakı kimidir: 54 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; tələb olunan sığorta stajı 192-yə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 156/192= 0,8125; Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0, 8125x144=117; Pensiya sığorta kapitalı (PSK=11.961,01) alınmış rəqəmə bölünərək (11.961,01: 117 = 102,230855 (103) manat) pensiyanın məbləği 103 manat məbləğində müəyyən edilir.
14. Göründüyü kimi, iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 103 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğ indən (2018-ci il 1 yanvar tarixindən 116 manat məbləğindən) aşağıdır.
15. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uydun olmadığı üçün cavabdeh tərəfindən verilən imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)-735/2022 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçıya əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
17. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 25 sentyabr 2019-cu il tarixdən üçüncü qrup əlillik təyin edilmişdir. İİİ qrup əlil kimi pensiya təyin edilməsi üçün qanunun qeyd edilən mü ddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, ona İİİ dərəcə əlillik təyin olunmuşdur. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı 15 il 8 ay təşkil edir. Cavabdeh orqanın qeyd olunan dövrləri iddiaçının sosial sığorta stajı kimi nəzərə almasından imtinası əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keç irilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
18. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Buna görə də məhkəmə hesab edir ki, həmin dövrlər də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialının 13 may 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi dövrlər sosial sığorta stajında nəzərə alındığı halda vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 15437,06 manat təşkil edir. Beləliklə, qeyd olunan pensiya kapitalı iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin edilməli və ona əlilliyə görə əmək pensiyası təyin edilməl idir.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli 2-1(105)-565/2022 nömrəli qərarı ilə (hakimlər Z.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) birinci instansiya məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində qeyd edilir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iddiaçının sığorta stajı 15 il 2 ay olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 13.603,59 manat pensiya kapitalından azdır (11.961,01 manat) və əlilliyə görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.
22. İddiaçının 2000-2004-cü illərdə Şamaxı rayon Şirvan bələdiyyəsində işlədiyi dövrdür. Belə ki həmin dövrə aid Şirvan bələdiyyəsinin heç bir arxiv sənədi təhvil veril mədiyi 30 iyun 2021-ci il tarixli 259№ li Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X2 tərtib etdiyi arayışda öz əksini tapmışdır. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 103 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2018-ci il 1 yanvar tarixindən 116 manat məbləğindən) aşağıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyətli olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Ümumilikdə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün cavabdeh tərəfindən verilən imtina qanunauyğun olmuşdur. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun (iddiaçının əlilliyinin müəyyən edildiyi 1.10.2018-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbl əğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 25. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlu matlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qəra rdadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur.
31. İddiaçıya 1.10.2018-ci il tarixdən üçüncü dərəcəli əlillik təyin edildiyi və 15 il 2 ay sığorta stajı mübahisələndirilmir və bu müddət iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 13 il (54 il - 15 il = 39 il x 4 ay = 156 ay:12= 13 il) sığorta stajından artıqdır. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 2000-2004-cü illərdə Şamaxı rayon Şirvan bələdiyyəsində işlədiyi dövrlər mübahisələndirilir və həmin müddət nəzərə alınmadıqda iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan (13.603,59) pensiya kapitalı kifayət etmir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2004 cü il tarixinə kimi işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, habelə, iddiaçının bələdiyyədə işləməsi barədə iş materiallarına əlavə edilmiş Şamaxı rayonu Saqiyan bələdiyyəsinin xx.xx.2018-ci il tarixli arayışı ilə təsdiq olunur.
33. Beləliklə, iddiaçıya məxsus və notarial qaydada təsdiqlənmiş surəti iş materiallarında olan əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Şirvan bələdiyyəsində mühasib vəzifəsində işləməsi qeyd edildiyindən həmin dövrlər onun sığorta stajı kimi nəzərə alınmalıdır.
34. İddiaçının xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi dövrlər də sığorta stajı kimi nəzərə alındıqda onun pensiya kapitalının məbləği (15437,06 manat) cavabdehin imtinasında və eti razında göstərilən tələb olunan pensiya kapitalından (13.603,59 manatdan) artıq olduğundan apellyasiya instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir
35. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
36. Göründüyü kimi, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrlərini qəbul etməy ə bilərdi.
37. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-565/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.