Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-175/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 21(103)-440/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdak ı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 759 nömrəli sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində, Bakı-Salyan şossesinin kənarında 24 kv.m torpaq sahəsi mağaza tikintisi üçün iddiaçıya verilmişdir.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının yenidən qurulması ilə əlaqədar ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus 24 kv.m və onun anası X1 məxsus 400 kv.m torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədilə 45000 manat məbləğində vəsaitin ayrılması barədə xx.xx.2019-cu il tarixli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasına dair, habelə həmin sahələrin yuxarıda adları çəkilən vətəndaşların xüsusi mülkiyyətində olmasını təsdiq edən sənədlər, daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlar, xəstəxana tikintisinin həmin sahəyə düşməsini təsdiq edən sənəd, fotoşəkillər və digər təsdiqedici sənədlər məktuba əlavə edilmədiyi üçün qaldırılan məsələyə münasibət bildirilməsi imkan xaricindədir.
3. İddiaçı sözügedən torpaq sahəsində ona məxsus qeyri-yaşayış sahəsinin onun razılığı olmadan söküldüyünə görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin məsələnin mübahisəli olduğunu qeyd edərək ona məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun razılığı olmadan cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi zərərin əvəzi olaraq 45000 manat məbləğində kompensasiyanın onun xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 759 nömrəli sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində, BakıSalyan şossesinin kənarında 24 kv.m torpaq sahəsi mağaza tikintisi üçün iddiaçıya verilmişdir. Qeyd olunan sərəncam əsasında iddiaçı tərəfindən həmin torpaq sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış sahəsi tikilmiş, müqavilə əsasında qaz sayğacı ilə təchiz edilmişdir. Qeyd olunan qey ri-yaşayış sahəsi 2017-ci ilin oktyabr ayında cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmış, lakin kompensasiyası ödənilməmişdir. Bununla bağlı, cavabdehə yazılı formada müraciət edilmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, toxunduğu məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Qeyri-yaşayış sahəsinin onun razılığı olmadan sökülməsi nəticəsində onun həm mülkiyyət hüququ pozulmuş, həm də ona 45000 manat məbləğində ziyan dəymişdir.
6. İddiaçı tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyd edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə torpaq sahəsinin 1 kv.m-nin xx.xx.2021-ci i l tarixinə dəyəri 1900 manat təşkil edir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən tikiliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlı iddiaçı bildirmişdir ki, həmin tikiliyə dair hər hansı sənəd təqdim edilməsi imkan xaricindədir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmadığından, dövlət ehtiyacları üçün alınmasına dair qərar və daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabat olmadığından, məhkəməyə təqdim edilməsi mümkün deyil. Belə ki, 2010-cu ildə Bakı-ƏlətQazax magistral avtomobil yolu genişləndirilərkən həmin tikili yolun mühafizə zolağında olmuşdur, cavabdeh tərəfindən heç bir tikinti sökülməmiş və kim tərəfindən sökülməsi də məlum deyildir. “Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 18 nömrəli qərarından görünür ki, Respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı 60 metr, yerli əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı 25 metrdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla mühəndis qurğuları istisna olmaqla, avtomobil yollarının mühafizə zolağında aparılan bütün tikinti işləri dərhal dayandırılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddia olunan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması barədə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) təqdim olunmamışdır. İşin materialları ilə tikilinin ilkin olaraq kim tər əfindən aparılması və qanuni əsaslarla inşa edilib-edilməməsi müəyyən edilmir. Real zərər yalnız iddiaçının fərziyyəsi əsasında qanunsuz olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
9. İş üzrə birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, qeyd edilən ərazidə torpaq dövlət ehtiyacları üçün geri alınmamışdır. Bakı-Ələt-Qazax magistral avtomobil yolu genişləndirilərkən həmin tikili yolun mühafizə zolağında olmuş, yolun ümumi görünüşünə xələl gətirdiyi üçün cavabdeh tərəfindən sökülmüşdür. Lakin bununla bağlı iddiaçıya hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. İddiaçıya köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət ünvanlanmış, lakin bununla bağlı vəsait a yrılmamışdır. İddiaçının 45000 manat kompensasiya tələbi hər hansı şəkildə əsaslandırılmamışdır, həmin məbləğ ağlabatan deyil, iddiaçı ona zərər vurulmasını əsaslandırmamışdır. Bu səbəbdən iddianın təmin olmaması xahiş edilir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, obyektin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m sahəsi olan qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixinə bazar dəyəri 34000 manat, 1 kv.m-nin bazar dəyəri 1 414 manat təşkil edir. Sözügedən tikilinin inşasına çəkilən xərcləri müəyyən etmək məqsədilə iş materiallarında olan və təhlil edilmiş fotoşəkillərə əsasən tikilinin bünövrə, kommunikasiya xətləri və eləcə də digər konstruktiv elementlərinin texniki vəziyyəti təsbit edilmədiyindən əmlakın inşasına çəkilən xərcləri hesablamaq mümkün olmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 19 iyul 2022-ci il tarixli, 2-1(112)-1577/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manatın tutulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarındakı qeyd edi lən torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” olmamışdır. Tikiliyə münasibətdə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin bununla belə, iddiaçıya aid olan həmin tikili özbaşına tikili olmamış, Cavabdeh başçısının sərəncamı əsasında inşa edilmişdir, odur ki, məhkəmə iddiaçının həmin tikiliyə, eləcə də inşaat materiallarına olan maddi marağını onun mülkiyyəti kimi qiymətləndirir. Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarındakı 24 kv.m tikilinin cavabdeh tərəfindən sökülmüş olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaya yazılı etirazda tikilinin kim tərəfindən sökülmüş olduğu qeyd edilməsə də, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında verilən izahatı, eləcə də cavabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə “kompensasiyanın ödənilməsi barədə” xx.xx.2019-cu il tarixli müraciəti tikilinin məhz cavabdeh tərəfindən sökülməsi halını təsdiq edir. Lakin tikilinin nə vaxt sökülməsi tərəflər arasında mübahisəlidir. İddiaçı həmin tikilinin 2017-ci ildə, icra hakimiyyəti isə etirazında 2010-cu ildə söküldüyünü bildirir. Həmin tikilinin dövlət ehtiyacları üçün alınması iş materialları ilə müəyyən edilmir, əksinə tərəflərin izahatları ilə qeyd edilən hal təkzib edilir. Odur ki, həmin tikilinin sökülməsi iddiaçının mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir.
13. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olun maması məhkəmə tərəfindən qiymətləndirilməlidir. Müdaxilənin qanuniliyini əsaslandıran hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qurum həmin tikilinin sökülməsini əsaslandıran qanuni müddəaya istinad etməmişdir. Odur ki, məhkəmə, cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçıya kompensasiya ödəməli olduğu qənaətindədir. Kompensasiyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından, eləcə də üzərindəki qeyri-yaşayış sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, kompensasiya məbləğinin tikilinin bazar qiymətinə uyğun olaraq hesablanması hüququ yoxdur. Lakin qeyd edildiyi kimi, həmin tikili özbaşına olmadı ğından, tikilidən istifadəyə münasibətdə mümkün maddi marağı olduğundan müəyyən məbləğdə kompensasiya ödənməlidir. İstər iddiaçı tərəfindən, istərsə də məhkəmənin qərardadı əsasında təqdim edilmiş mütəxəssis rəyi sadəcə bir sıra təqribi məbləğləri əks etdirir və istifadə olunan metodlara və ya digər etibarlı məlumatlara istinad etmir və məhkəmənin yuxarıda qeyd edilən qənaətinə (tikilidən istifadəyə münasibətdə mümkün maddi marağı) uyğun gələn maddi zərəri ifadə etmir. İşin hallarına əsasən iddiaçıya vurulmuş maddi zərərin konkret məbləğini müəyyən etmək mümkün deyil. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək. İddiaçı tərəfindən buna dair hər hansı sübutlar təqdim edilmə diyindən, məhkəmə iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat kompensasiya təyin olunmasını ədalətli hesab edir. Qeyd edilən kompensasiyanı cavabdehin büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ödəməsi mümkündür.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Elşən Kazımov və Vüsalə Baxışova) 13 iyul 2023-cü il tarixli, 21(103)-440/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə – iddia tələbinin rə dd edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində yoxlanılır. İşin hallarına əsasən iddiaçıya vurulmuş maddi zərərin konkret məbləğini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən dəymiş zərərə dair hər hansı sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat kompensasiya təyin olunması barədə gəldiyi nəticə ədalətli olmuşdur.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAY ƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzini n ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidi r. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi (maddə 560.3.1.); şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətin də müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və ka ssasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov A zərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı kassasiya baxışının predmetini təşkil edən cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manatdan artıq vəsaitin tutulması üçün əsasların mövcudluğu ilə ba ğlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Bu qərarın 20- 21-ci bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
33. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
34. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
35. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, bu qərarın 21-ci bəndində istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi m ülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Bu qərarın 22-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
37. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati or qanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
38. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və bu qərarın 37-ci bəndində qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçının qeyd etdiyi ünvanda yerləşən tikiliyə ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.
39. Qanunvericinin bu qərarın 22-ci bəndində istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.
40. Məhkəmə kollegiyası eyni zamanda hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini ədalətli hesab edir. Cavabdeh tərəfindən sözügedən tikilinin ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sökülməsi belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.
41. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri k imi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
42. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 21(103)-440/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.