Məhkəmə qərarları › İş №2-1(102)-1750/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1750/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1750/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar Safiya X13 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçılar Safiya X13 və İddiaçı2 (bundan sonra iddiaçı)cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qərarların qanunsuz hesab edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-483/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarından iddiaçıların verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Pakistan İslam Respublikasının vətəndaşı, 1977-ci il təvəllüdlü S.X13 ailə üzvləri (Banqladeş Xalq Respublikasının vətəndaşları, həyat yoldaşı, 1974-cü il təvəllüdlü İddiaçı2, qızı 2002-ci il təvəllüdlü Varda İddiaçı2, oğlu 2016-cı il təvəllüdlü Saif İddiaçı2) 22.06.2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişlər. Vəsatət araşdırılması üçün qeydiyyata alınmış, ***-**** saylı şəxsi iş açılmış, təqdim edilən sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və həyat yoldaşı ilə müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı S.X13 X2 Dubay şəhərində anadan olduğunu, 1986-1996-cı illərdə onlayn orta təhsil aldığını, 2002-ci ildə Banqladeş Xalq Respublikasının vətəndaşı ilə ailə həyatı qurduğunu, sonradan Dubay şəhərində “X6 Dubai” şirkətində 2011-2018-ci ilədək sürücü qismində işlədiyini qeyd etmişdir. O, adətən yaşadığı ölkəni tərk etməsinin əsas səbəbini həyat yoldaşının iş yerində münaqişə baş verməsi və bundan sonra BƏƏ-dən deportasiya edilmələrindən ehtiyat etməsi ilə əlaqələndirmişdir. Belə ki, S.X13 2018-ci ilin yanvar ayında ərinin şəriki ilə problemi yarandığını və həmin şəxsi döydüyünü, onu polisə şikayət etdiyini, bu hadisədən sonra Pakistana və ya B anqladeşə məcburi qaydada çıxarılmalarından ehtiyat etdiklərini, həmçinin, Banqladeşə viza ala bilmədiklərini və vaxtilə 16 il bundan əvvəl qardaşlarının razılığı olmadan evləndikləri səbəbindən Pakistana gedə bilmədiklərini qeyd edərək, 14.04.2018-ci il tarixdə viza əsasında ailəsi ilə bir yerdə Azərbaycana gəldiklərini qeyd etmişdir Ərizə-anketin qeydiyyatı və müsahibə zamanı söylənən məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və məlumatların bir qismi sübuta yetirilmiş sayılsa da, bir qismi həqiqətə uyğun hesab edilməmişdir. Belə ki, iddiaçı adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək, etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Lakin sürücülük vəsiqəsini və işlədiyi şirkət barədə heç bir sənəd təqdim etməmişdir. İnandırıcılığın qiymətl əndirilməsi zamanı ərizə-anketdə və müsahibəsində qeyd etdiyi ailəsinin Pakistana qayıda bilməməsi ilə bağlı əsas dəlil, qardaşının onu qaynına ərə vermək istəməsi faktı və bunun nəticəsində öz ölkəsində həyatı üçün təhlükə yaranması ilə əlaqədar söylədiyi faktlar ağlabatan qəbul edilməmişdir. Onun dediklərindən ərinin BƏƏ-də inzibati xəta törətdiyi və bu səbəbdən də adətən yaşadıqları ölkədən deportasiya olunma təhlükəsinin mövcudluğu aydın olmuşdur. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra S.X11 şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslə rin) statusu haqqında” Qanunun tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin 16.07.2018-ci il tarixli Vİ-29/4 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçılara və azyaşlı ailə üzvlərinə qaçqın statusun un verilməsindən imtina edilmişdir. İddiaçı S.X13 cavabdehə qarşı 3 sentyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.07.2018-ci il tarixli Vl-29/4 nömrəli qərarının ləğv edilməsini, qaçqın statusunun verilməsi haqqında vəsatətinin təmin edilərək, ona və ailə üzvlərinə qaçqın vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. V.Abdul məhkəməyə ərizə təqdim edərək, həmin iş üzrə iddiaçı qismində cəlb olunmasını və ərizəsinə əlavə etdiyi eyniməzmunlu iddiaya bir icraatda baxılmasını xahiş etmişdir. İddianın maddi hüquqi əsası “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1, 13, 15-ci, “Qaçqın və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1ci maddəsinə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2018-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, V.Abdul iddiaçı S.X13 ilə birgə iddiaçı qismində tanınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-3998/2018 saylı iş) 26 noyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçılar vətəndaşı olduqları ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidələrinə, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar.İddiaçıların hər hansı şəxslərin (qohumlarının) təqibindən ehtiyat etmələri ilə bağlı bildirdikləri isə onlara qaçqın statusunu n verilməsinə əsas kimi qəbul oluna bilməz, belə ki, iddiaçılar tərəfindən belə təqib qorxusunun əsaslılığı sübuta yetirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X5 və X7, 2-1(103)-483/2019 saylı iş) 12 fevral 2019-cu il tarixli qərarla iddiaçıların apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçılar 4 aprel 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıların və onların ailə üzvlərinin təhlükəsizliyinə vətəndaşı olduqları ölkədə təminat inamsızd ır və bunu əsaslandıran dəlillərini həm cavabdeh orqana, həm də məhkəməyə təqdim etmişlər. Həm cavabdeh orqan, həm də aşağı instansiya məhkəmələri onların vəsatətlərinin dəlillərini görməməzlikdən gəlməklə həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul ediblər. Şikayətin maddi hüquqi əsası “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1, 13, 15-ci, “Qaçqın və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1ci maddəsinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçılar ərizə göndərərək övladlarının səhhətində problem yarandığını bildirmiş, iş üzrə baxışın bir neçə gün sonraya təxirə salınmasını xahiş etmişlər. əsaslandırma hissəsi: İddiaçılar məhkəmə kollegiyasına ərizə göndərərək övladlarının səhhətində problem yaranması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, bu barədə ərizələrinə hər hansı sübut əlavə etməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınması üçün hər hansı əsas görmür. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçini n tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçılar cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçılar inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəx slərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın stat usu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə v ə həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İddiaçılar bildirmişlər ki, S.X14 X2 Dubay şəhərində anadan olmuşdur. 1986-1996-cı illərdə onlayn orta təhsil almış, 2002-ci ildə Banqladeş Xalq Respublikasının vətəndaşı ilə ailə qurmuş, sonradan Dubay şəhərində yerləşən şirkətdə 2011-2018-ci illərdə sürücü işləmişdir. Həyat yoldaşının iş yerində münaqişə baş vermiş, münaqişə zamanı onu döymüş, iş polisə düşmüşdür. Bundan sonra X1 Pakistana, yaxud Banqladeşə deportasiya edilmələrindən ehtiyat edib viza əsasında Azərbaycana gəlmişlər. İddiaçılar hesab edirlər ki, onların həyatı təhlükəsizliyinin təminatı inamlı deyildir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçıların qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin ) qeydiyyatı və müsahibəsi zamanı ziddiyyətli izahatlar verilmişdir. İddiaçıların müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçilər vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk nö vbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində gö stərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüq uq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-483/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar