Məhkəmə qərarları › İş №2-1(102)-1750/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1750/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1750/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraatın dayandırılması zamanı işin hallarının və digər məhkəmə işinin uğurluluğunun nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamların iddiaçıya ai d hissədə etibarsız hesab olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2014-cü il tarixli 4950 nömrəli “Fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli ********** saylı Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışa əsasən X9 adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllə ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1600 k v.m. torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X2.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X11 xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmiş, həmin çıxarışda torpaq sahəsinin xüsusi mülkiyyətdə olmaqla, sahəsinin 0.16 ha olduğu göstərilmişdir. 3. xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X13 mülkiyyətində olan torpaq sahəsini X3, bundan sonra sonuncuya xx.xx.2014-cü il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. 4. xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanılması” müqaviləsinə əsasən, X1 torpaq sahəsini iddiaçıya bağışlamış, sonuncuya xx.xx.2019-cu il tarixdə Çıxarış verilmişdir.

5. Digər tərəfdən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-ci il tarixli 426 saylı Sərəncamı ilə Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsi icarə əsasında avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmişdir.

6. Həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 666 saylı Sərəncamı ilə "xxxx" MMC-nin, xx.xx.2019-cu il tarixli 249 saylı Sərəncamla isə "xxxx" MMC-nin adına keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-ci il tarixli 426 saylı, xx.xx.2017-ci il tarixli 666 saylı və xx.xx.2019-cu il tarixli 249 saylı sərəncamlarının ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsini xahiş etmişdir.

8. İddianın əsaslarına görə, mübahisələndirilən sərəncamlar iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını pozur. Belə ki, sözügedən sərəncamlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq digər hüquqi şəxslərin istifadəsinə verilmişdir.

9. Daha sonra, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə cavabdehlər X7, X8 və X11 qarşı "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxslər olmaqla, Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X9 adına verilən əsası göstərilməyən hüquqların qabaqcadan qeydiyyatı barədə xx.xx.2013-cü il tarixli arayışın və onunla ƏMDK Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan xx.xx.2014-cü il tarixli torpağın alqı-satqı müqaviləsinin və ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X13 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X8 ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin və ona əsasən verilən xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və qanuni əsaslarla i ddiaçıya məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.

11. İş üzrə üçüncü şəxs "xxxx" MMC məhkəməyə vəsatətlə müraciət edərək icraatın dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

12. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı icraatda olan iddia ərizəsinə baxılması Nizami rayon Məhkəməsində baxılan “alqı- satqı, bağışlanma müqavilələrinin və çıxarışların ləğv edilməsi” ilə əlaqədar iddia ərizəsinin nəticəsindən asılıdır. Çünki, həmin sənədlərin qanuni olub-olmaması həll edilməyincə "sərəncamların ləğvinə” dair işin obyektiv baxılması mümkün deyil.

13. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-236/2022 saylı, 1 fevral 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, iddiaçı "xxxx" MMC-nin cavabdeh X13, X8, İddiaçı, “X14 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Nizami rayon Məhkəməsinin 2(007)-3408/2021 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

14. Məhkəmə hesab etmişdir ki, hazırkı inzibati mübahisənin həlli Nizami rayon Məhkəməsinin icraatında olan işin nəticəsindən asılıdır. Belə ki, sözügedən iş üzrə yekun məhkəmə aktı tərəflər arasında olan hazırkı mübahisənin həllinə təsir göstərə bilər.

15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğ v olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1819/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin (2-1(112)-236/2022 saylı, 1 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə sözügedən xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına, daha sonra isə xx.xx.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçının adına reyestrdə rəsmiləşdirilən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin bir (şərq) hissəsinə, Bakı şəhər İcra Hakimiyyətinin başçısının “avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin ünvanda 0.18 ha torpaq sahəsinin "xxxx"MMC-nin ıstifadəsinə verilməsi barədə 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli Sərəncamı ilə müdaxilə olunduğu mübahisələndirilərək həmin sərəncamın iddiaçıya aid hissədə ləğv olunması tələb edilir. Belə olan halda, Nizami rayon Məhkəməsində baxılan mülki iş üzrə iddia təmin ediləcəyi və sözügedən alqı-satqı və bağışlama müqavilələri və onlara əsasən verilmiş çıxarışlar ləğv olunacağı təqdirdə, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsi id diaçının mülkiyyətindən çıxmış olur və onun həmin 0.16 ha torpaq sahəsinin şərq hissəsinə cavabdeh orqanın sərəncamları ilə müdaxilə olunması əsası ilə hazırkı mübahisələndirmə haqqında iddianı qaldırmaqda subyektiv hüququ aradan qalxmış olur ki, bu hal iddianın mümkünlüyünü tamamilə uğursuz edir. Göründüyü kimi, hazırkı inzibati mübahisənin taleyi birmənalı olaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan – “iddiaçı "xxxx" MMC-nin cavabdeh X13, X8, İddiaçı, “X14 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı alqı-satqı müqavilələrin və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki işin nəticəsindən asılıdır.

18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qəra rdadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. İddiaçı şikayətində qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilən zaman dövlət mülkiyyətində deyildi, xüsusi mülkiyyətdə idi. Bundan əlavə, məhkəmənin istinad etdiyi digər məhkəmə işi üzrə tələblər (çıxarışın ləğvi) inzibati orqana (DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı yönəldiyindən inzibati məhkəmə icraatında baxılmalı olan iddiadır və həmin mübahisəyə Nizami rayon Məhkəməsində deyil, inzibati məhkəmədə baxıla bilər. İşə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyət inə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarınındakı müddəaları rəhbər tutmaqla hər iki iddianın inzibati məhkəmə icraatında baxılmalı olmasını nəzərə almamış, düzgün olmayan tələb və məhkəmə aidiyyəti pozulmaqla verilmiş iddia üzrə işə istinad etməklə, icraatın dayandırılması barədə mübahisələndirilən qərardadı qüvvədə saxlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında ye nidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu... hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hazırkı şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.

25. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhər İcra Hakimiyyəti başçı sının üçüncü şəxslərin ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) icarəsinə torpaq sahəsi verilməsi ilə bağlı sərəncamlarının onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsidir.

26. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi xx.xx.2014-cü il tarixli 4950 nömrəli “Fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsi ilə xx.xx.2013-cü il tarixli ********** saylı Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışa əsasən X4 (müvafiq Çıxarış almışdır), sonuncu xx.xx.2014-cü il tarixl i “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən mülkiyyətində olan torpaq sahəsini X3 (xx.xx.2014-cü il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir) və nəhayət, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanılması müqaviləsi”nə əsasən X1 torpaq sahəsini iddiaçıya bağışlamış, iddiaçıya xx.xx.2019-cu il tarixdə Çıxarış verilmişdir.

27. İşə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə üçüncü şəxs "xxxx" MMC tərəfindən yuxarıda qeyd edilən sənədlərin ləğv edilməsi tələbi ilə (iddia tələbi:Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X9 adına verilən əsası göstərilməyən hüquqların qabaqcadan qeydiyyatı barədə xx.xx.2013-cü il tarixli arayışın və onunla ƏMDK Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan xx.xx.2014-cü il tarixli torpağın alqı-satqı müqaviləsinin və ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X13 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X8 ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin və ona əsasən verilən xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və qanuni əsaslarla iddiaçıya məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi) Nizami rayon Məhkəməsinə müraciət etməsinə və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsinə, o cümlədən hazırkı inzibati mübahisənin taleyinin bir mənalı olaraq mülki işin nəticəsindən asılı olmasına istinad etməklə, iş üzrə icraatın dayandırılmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya icraatı zamanı iddiaçı və üçüncü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş prosessual sənədlərdə qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)6184/2022 saylı qərardadı ilə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nizami rayon Məhkəməsinə qaytarılmışdır (məhkəmə aktlarının özü ərizələrə əlavə edilməmişdir).

29. Göründüyü kimi, apelly asiya instansiya məhkəməsinin qərardadında istinad etdiyi hal (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi) ilə tərəflərdən daxil olan məlumatlar arasında uyğunsuzluq var. Odur ki, işin təkrar apellyasiya baxışı zamanı Nizami rayon Məhkəməsinin icraatında olan mülki işin hazırkı vəziyyəti aydınlaşdırılmalı və ona uyğun qiymətləndirmə aparılmalıdır.

30. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin sahibi olan X13 həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixli ********** saylı Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışına və xx.xx.2014-cü il tarixli 4950 nömrəli “Fiziki və qeyri-dövlət hüquqi şəxslərin və saiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı” Müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsindən alqı-satqı yolu ilə əldə etmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinə mülkiyyət hüququnun əsasını inzibati orqanının torpağın satılması ilə bağlı publik hüquq münasibətlərindən irəli gələn hərəkətləri təşkil edir. 31. "xxxx" MMC də Nizami rayon Məhkəməsində qaldırdığı iddiada digər tələblərlə yanaşı, həm də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X9 (torpağın ilkin mülkiyyətçisi) adına verilən hüquqların qabaqcadan qeydiyyatı barədə xx.xx.2013-cü il tarixli arayışın və X13 ilə ƏMDK Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan xx.xx.2014-cü il tarixli torpağın alqı-satqı m üqaviləsinin ləğv olunmasını xahiş etmişdir..

32. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə icraatın dayandırılması nəticəsinə gələrkən hesab etmişdir ki, hazırkı inzibati mübahisənin taleyi birmənalı olaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan mülki işin nəticəsindən asılıdır.

33. Halbuki, Nizami rayon Məhkəməsinin icraatında olan mülki iddianın məhkəmə aidiyyəti, eləcə də iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququnun olubolmaması baxımından, uğurlu olacağı əsaslı şübhə doğurur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar