Məhkəmə qərarları › İş №2-1(102)-1750/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1750/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1750/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(105)-13/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonun Masazır bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 42 nömrəli qərarı ilə iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsi, həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli rəy nəzərə alınmaqla satılmışdır.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin iştirakı ilə (2007-ci ildə - ay və gün qeyd edilməmişdir) qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmiş, torpaq sahəsinin dəyəri olan 350 manat p ul 03 dekabr 2007-ci ildə 33 saylı qəbz əsasında iddiaçı tərəfindən Masazır bələdiyyəsinin hesabına köçürülmüşdür.

3. Qeyd edilən torpaq sahəsinə dair iddiaçı ilə Abşeron rayonun Masazır bələdiyyəsi arasında “torpaqların alqı-satqısına dair akt” xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir.

4. İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən sözügedən 0,03 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2020-ci il tarixli bildirişlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bildirişdə imtinanın səbəbi kimi torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququnu n daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılması, yəni torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsi, torpaq sahəsinin hərrac və ya müsabiqə vasitəsilə satılmaması, Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilməməsi, müayinə baxışı zamanı sözügedən 0.03 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 01 iyun 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona fərdi ev tikmək üçün Abşeron rayonu Masazır bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 42 saylı qərarına əsasən Masazır bələ diyyəsinin perspektiv inkişaf fondundan satılmış 0,03 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı ərizəsində hazırkı qərarın 1-5-ci bəndlərində qeyd olunan məlumatlara istinad edərək, cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyini qeyd etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

9. Torpağın kateqoriyası ilə bağlı məhkəmənin sorğusu cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə torpaq sahəsinə dair koordinatları özündə əks etdirən məlumatların təqdim edilməməsi əsası ilə cavablandırılmamış, eyni əsasla mütəxəssis rəyi verilməsindən imtina edilmişdir. Daha sonra, məhkəmənin təkrar sorğuları nəticəsində xx.xx.2021-ci il tarixli məktub ilə cavabdeh tərəfindən kameral şəraitdə araşdırma aparılaraq torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunun müəyyən edildiyini bildirmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)-112/2022 nömrəli qərarı (Hakim: C.B.Məmmədov) ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu Masazır bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 42 nömrəli qərarı ilə Masazır qəsəbəsi ərazisində iddiaçıya ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: 11.1. Cavabdehin imtina dəlilləri əsassızdır. Belə ki, torpaq sahəsi Masazır bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə DTXK-nin Abşeron rayon şöbəsinin və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müvafiq rəyi alınmaqla ayrılmışdır. Cavabdehin özünün də istinad etdiyi 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq ərazi üzrə 5 ildən artıq yaşayan şəxslərə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından torpaq sahəsinin yerləşdiyi ərazidə 5 ildən artıq yaşayan şəxslər açıq hərrac keçirilmədən də torpaq sahəsini əldə edə bilərlər. 11.2. Bundan əlavə, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər ha nsı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş fotogörüntüsüdür. Göründüyü kimi, cavabdeh həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. 11.3. Əlavə olaraq, sözügedən 0.03 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminin öyənilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş və həmin orqanın məhkəməyə ünvanladığı **********91 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, həmin torpaq sahəsinin məkan göstəricilərini özün də əks etdirən sənədlər təqdim olunmadığına görə müraciətin cavablandırılması mümkün olmamışdır. Halbuki, məhkəmə tərəfindən zəruri olan bütün sənədlər kadastra təqdim olunmuşdur. Bu halın araşdırılması məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş və həmin orqan **********12 nömrəli, xx.xx.2021-ci il tarixli arayışla müvafiq rəyin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən həmin torpaq sahəsinin kənd təsərrüfatı kateqoriyaya aid edilməsi ilə bağlı əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. 11.4. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yaşayan X3, X1 və X2 mülkiyyətinə olan daşınmaz əmlaklar dövlət reyestrində qeydə alınmışl ar. Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışına əsasən iddiaçının və torpaq sahələrinə dair mülkiyyət hüququ qeydə alınmış qonşularının torpaq sahələri xəritədə eyni ərazidə yerləşir. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən kənd təsərrüfatı kateqoriyaya aid olmasının cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxsl ər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Hazırkı iddia tələbi üzrə məhkəməninin göstərdiyi mövqe X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 13. “Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 57 olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(105)-13/2023 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və F.Ə.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)- 112/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsaslanaraq, hesab etmişdir ki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarını vətəndaşların mülkiyyətinə ayırmaq səlahiyyəti olmamışdır. Beləliklə, Masazır bələdiyyəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarının ayırma səlahiyyəti olmadığından mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasına dair əsaslar mövcud olmamışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki: - Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliklə müəyyən edilmiş orqanların rəyi alınmışdır; - Həmçinin qeyd olunan torpaq sahəsi kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyil, bələdiyyənin perspektiv inkişaf founduna aid olan torpaq sahəsidir. Belə olduğu təqdirdə isə Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən həmin torpaq sahəsinin özəlləşdirilməsi mümkündür. - Eyni zamanda qonşuluğunda yerləşən torpaq sahələri digər vətəndaşların fərdi mülkiyyətinə verilmişdir. Bu baxımdan cavabdeh orqan “İnzibati icraa t haqqında” Qanunun 18-ci maddəsinə uyğun olaraq “çoxun azı ehtiva etməsi” prinsipini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə m übahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarı nın ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlə rinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya ayrılmış torpaq sahəsinə dair mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

26. Belə ki, iş materiallarından göründüyü kimi, hazırkı mübahisədə iddiaçının hüquqi marağı Abşeron rayonu Masazır bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 42 nömrəli qərarı ilə ona ayrılmış 0,03 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın ması və müvafiq çıxarışın verilməsinə yönəlmişdir.

27. İddiaçı eyni məzmunlu tələb ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılması, yəni torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsi, torpaq sahəsinin hərrac və ya müsabiqə vasitəsilə satılmaması, Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilməməsi, müayinə baxışı zamanı sözügedən 0.03 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi əsası ilə müraciətin icrasından imtina etmişdir.

28. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya instansiyası məhkəməsinin iddia t ələbinin rədd edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşmır.

29. İşin hallarından müəyyən edilir ki, cavabdeh imtinasında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin həqiqətən də kənd təsərrüfatlı təyinatlı torpaqlara aid olduğunu müəyyən etmək üçün sorğu vermişdir. İnzibati orqan imtinasında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu qəti şəkildə bildirdiyi halda, məhkəmənin sorğularına cavab verərkən inzibati orqan aydın olmayan səbəblərdən dəfələrlə torpaq sahəsinin koordinatlarının olmaması, yerquruluşu planından çıxarışın qaydalara uyğun tərtib edilməməsini əsas göstərib rəy verməkdən və ya sorğunu cavablandırmaqdan imtina etmişdir. (bax İ cild iş v. 44, 61)

30. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli məktubunda (bax İ cild: iş v. 81) torpaq sahəsinə baxış keçirildiyi, döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyi, kameral qaydada yoxlama aparıldığını və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu qeyd etmişdir. Lakin torpaq sahəsinə baxış keçirilməsi, döngə nöqtələrinin müəyyən edilməsi barədə iş materiallarında sübut yoxdur.

31. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş müvafiq olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mütəxəssis rəylərində (bax İ cild: iş v. 194 və 235) sözügedən torpağın kənd təsərrüfatı təyinatlı olduğu qeyd edilərək, kənd təsərrüfatına yararlılığının hansı səviyyədə olmasının müəyyən edilməsinin onun səlahiyyəti çərçivəsində olmadığı bildirilmişdir. Lakin sonradan, məhkəmənin təkrar sorğusuna əsasən v erilən cavabda "xxxx" MMC xx.xx.2023-cü il tarixdə məlumat vermişdir ki, (bax İİ cild: iş v. 20) torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və bonitet balı - 57 olmaqla örüş sahəsidir (həmçinin koordinatlar barədə məlumatı cavabdehdən aldığı qeyd edilmişdir).

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd olunan təzad təşkil edən və hüquqi müstəvidə uyğunluq yaratmayan halları araşdırılmadan, yalnız "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktuba əsaslanmaqla iddianın rədd edilməsi mübahisənin ədalətli həllinə dəlalət etmir.

33. Belə ki, cavabdehin dəfələrlə sözügedən torpaq sahəsinin kordinatlarını müəyyən edə bilməməsi barədə verdiyi məlumat və sonradan həmin torpaq sahəsinin kənd təsərrüfat təyinatlı, hətta örüş torpağı olmaqla bonitet balının 57 olmasını bildir məsi, bu məlumatlar verilərkən hansı mənbələrə istinad olunduğu qeyd olunmadığına görə əlavə suallar doğurur, mötəbər və əsaslı məlumat kimi qəbul olunması üçün əlavə araşdırma tələb edir.

34. Həmçinin, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli məktubda sözügedən torpaq sahəsinin kateqoriyası barədə məlumatların qeyd edilməsinə baxmayaraq, torpaq sahəsinin sxemi, yerləşmə koordinatları kimi məlumatlar sübut olaraq məktuba əlavə edilməmişdir.

35. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmamış, müvafiq sənədlər tələb olunmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq edilməmiş, beləliklə də İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya verilmiş torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə **********30 və **********5 nömrəli çıxarışlar verilməklə müxtəlif şəxslərin mülkiyyət hüququ qeydiyyata alınmışdır və həmin torpaq sahələrinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü isə “Həyətyanı” kimi qeyd olunmuşdur.

37. İşin bu vəziyyətində cavabdehin hərəkətlərinin “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində müəyyən olunmuş bərabərlik prinsipindən irəli gələn davranış tələbləri baxımından qiymətləndirilməsinə zərurət yaranır. Belə ki, bərabərlik prinsipi, inzibati orqanın eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir.

38. Məhkəmə kollegiyas ı hesab edir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmalı, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmalıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 21(105)-13/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar