Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1750/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliy i publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 05 fevral tarixli, 2-1(107)-136/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2014-cü il tarixdən “Şəkərli diabet orta ağır forma İİ tip, insulin tələbli. Aşağı ətrafların diabetik ngiopatiyası. Diabetik retinopatiya, neyropatiya. Diffuz ur İİ d.ü.i.x-yi gərginlik stenokardiyası. Xr. Xolesistopankreatit. Piylənmə İİ d. Hipertoniya xəstəliyi İİ mərhələ. Uşağlığın fibromioması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. 2. “Şəkərli diabet, ins ulindən asılı vəziyyət, orta ağır forma İİ tip. Periferik angiopatiya. Diabetik retinopatiya. Diffuz ur İİ d, tireotoksikoz. Uşağlığın fibromioması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur.
3. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən iddiaçıya əlillik təyinatından imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, iddia çı “Hər iki aşağı ətrafda ümumi və dərin bud venası, səthi bud venası, dizaltı vena və krural venaların kranial seqmentlərində damar mənfəzi açıqdır, vena safeno maqna safenofemoral qovşaqda 5,4 mm, vena safero parva 2,4 mm, hər iki baldır nahiyəsində genişlənmiş retikulyar venaların izlənməsi və kəskin diabet” diaqnozu ilə illər boyudur ki, əziyyət çəkir. Bununla belə cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: E10.5 İnsulindən asılı şəkərli diabet. Periferik qan dövranının pozğunluğu ilə, Şəkərli diabet İİ tip. periferik ağır ged işli tutmalarla insulin tələbli. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensialı tükənməyib. Müayinə və müalicəni davam etdirməli.” səbəbi ilə imtina verilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2024-cü il 15 noyabr tarixli, 2-1(116)-997/2024 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının İİİ dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya qoyulmuş “Şəkərli diabet, periferik qan dövranının pozulması” ( E10.5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 11.2.2.4-cü yarımbəndinə və “digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya” (İ79.2) 2.11.11 11.2.5-ci yarımbəndində öz əksini tapmışdır. Həmçinin vətəndaş barəsində tərtib edilən 88 nömrəli formada qeyd edilmiş digər xəstəlik diaqnozları “Piylənmə” (E66), “Preretinopiya” (G63.2), “Diabetik retinopatiya” (H36.0), “Digər paralitik sindromlar” (G83), “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya” (M51.1), “onurğanın osteoxondrozu” (M42), “digər daimi ağrı” (R52.2) “Əlilliyin müəyyən olunması Meyarları”nda qeyd edilməmişdir. İddiaçı, “İnsulindən asılı şəkərli diabet, peri ferik qan dövranının pozğunluğu ilə” diaqnozu üzrə “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində qeydiyyatdadır. Dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunur və sağalmayan xəstəliklər sırasında gedir. Odur ki, tam reabilitasiya mümkün deyil. Müəyyən edilir ki, istinad olunan Meyarların 11.2.2.4-cü bəndində “diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması” diaqnozu nəzərdə tutulmuşdur və orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 100% müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı barəsində tibbi göndərişi tərtib etmiş səhiy yə müəssisəsi xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozun sağalmayan xəstəliklər sırasına aid olmasını və tam reabilitasiyanın mümkünsüzlüyünü qeyd etmişdir. Yəni, hazırkı mərhələdə iddiaçının əlavə ixtisaslaşmış müalicə alacağı halda tam reabilitasiya olması ehtimalı mövcud deyil. Belə olan halda, aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicənin davam etdirilməsi ilə bağlı cavabdehin mövqeyi tamamilə əsassız olmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 05 fevral tarixli, 2-1(107)-136/2025 nömrəli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən v ə məruzəçi/, V.İ.Məlikov və T.H.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2024-cü il 15 noyabr tarixli, 2-1(116)-997/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, aparılan əyani müayinə zamanı iddiaçının hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (“İnsulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Şəkərli diabet İİ tip, periferik ağır tutmalarla., OU-P reretinopatiya. OU-proliferativ diabetik retinopatiya. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen radikulopatiya, çoxsaylı protuziyaları. L4-L5 fəqərəarası diskin yırtığı, sağ tərəfli kəskin kökcük ağrı sindromu.”) diaqnoz ilə əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir.... məhkəmə işə baxarkən heç bir araşdırma aparmamış, yəni məhkəmə-tibbi ekspertizası keçirmədən, sırf iddiaçının təqdim etdiyi sənədlərə və əvvəlki dövrlərdə iddiaçının əlilliyinin olmasına istinad edərək iddianı təmin etmişdir. Hazırkı mübahisədə hər iki instansiya məhkəməsi vətəndaşın əyani müayinədə olması və keçirilən instrumental müayinələr nəticəsində barəsində qəbul edilən “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərarı və sonuncu elektron qiymətləndirmə zamanı “əlav ə müalicəyə ehtiyacın olması” qərarını nəzərə almadan, məhkəmə-tibbi ekspertizası təyin etmədən əsassız qərar qəbul etmişdirlər. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntuların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi v asitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallard a, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblə rinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına əsasən, iddiaçıya “Şəkərli diabet orta ağır forma İİ tip, insulin tələbli. Aşağı ətrafların diabetik ngiopatiyası. Diabetik retinopatiya, neyropatiya. Diffuz ur İİ d.ü.i.x-yi gərginlik stenokardiyası. Xr. Xolesistopankreatit. Piylən mə İİ d. Hipertoniya xəstəliyi İİ mərhələ. Uşağlığın fibromioması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, “Şəkərli diabet, insulindən asılı vəziyyət, orta ağır forma İİ tip. Periferik angiopatiya. Diabetik retinopatiya. Diffuz ur İİ d, tireotoksikoz. Uşağlığın fibromioması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2015ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuş, sonuncu xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina verilmişdir. Sonuncu xx.xx.2023-cü il tarixli qiymətləndirilmənin verilməsinə əsas olmuş xx.xx.2023-cü il tarixli göndərişdəki diaqnozlar isə belə müəyyən edilmişdir: əsas diaqnoz E10.5 İnsulindən asılı şəkərli diabet. Periferik qan dövranının pozğunluğu ilə. Şəkərli diabet İİ tip. Periferik ağır gedişli tutmalarla insulin tələbli; ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Hər iki aşağı ətrafların angipatiyası; ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14) Diabetik nefropatiya; ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik polinevropatiya; yanaşı xəstəliklər G83 Digər paralitik sindromlar. Sağ pəncənin parezi; M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Sağ L4 HPL sağ tərəfli L4-L5 diskektomiya, foraminotomiya əməliyyatından sonrakı vəziyyət; M42 Onurğanın osteoxondrozu, Onurğanın bel fəqərələrinə yayılmış ost eoxondrozu, daimi kiçik ağrıları ilə; G47.0 Yuxuya getmənin və davam etməsinin pozğunluğu (yuxusuzluq); G47.1 Yuxunun pozulması.
21. Aşağı instansiya məhkəmələri isə iddia tələbini təmin edərkən, tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli məktubu əsas götürərək qeyd etmişdir ki, həmin məktubda iddiaçıya qoyulmuş diaqnozun sağalmayan xəstəliklər sırasına aid olması və tam reabilitasiyanın mümkünsüzlüyü göstərilmişdir. Yəni hazırkı mərhələdə iddiaçının əlavə ixtisaslaşmış müalicə alacağı halda tam reabilitasiya olması ehtimalı mövcud deyil. Belə olan halda, aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicənin davam etdirilməsi ilə bağlı cavabdehin mövqeyi tamamilə əsassız olmuşdur.
22. Həmin məhkəməl ər iddiaçının xəstəliyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 11.2.2.4-cü bəndində göstərilən “diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması” diaqnoza uyğunlaşdıraraq orqanizmin funksiyalarının pozulma faizi 100% olmaqla müddətsiz əlilliyin təyin edilməli olması qənaətinə gəlmişdirlər.
23. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli araşdırmanın aparılmadığını hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyə n etmək məqsədilə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmişdi, iddiaçının ekspertizanın aparılması məqsədilə Birliyə getməməsi səbəbindən ekspertizanı başa çatdırmaq mümkün olmadığına görə sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Buna baxmayaraq, məhkəmələr iş üzrə qərarın çıxarılmasını mümkün hesab etmişlər. Kollegiya göstərilən mövqe ilə razılaşmayaraq qeyd edir ki, əgər məhkəmə tibbi ekspertiza təyin etməklə şəxsin canlı müayinəsinin aparılmasını zəruri hesab etmişsə, bu halda həmin imkan tükətilməlidir. Canlı müayinənin aparılması diaqnozun və ağırlaşmanın müəyyənləşdirilməsi və müvafiq olaraq iddia tələbinin əsaslılığına qiymət verilməsi baxımından həlledicidir. Bununla yanaşı, iddiaçının ekspertizada iştirak etməməsi müxtəlif obyektiv səbəblərə görə də baş vermiş ola bilərdi. Odur ki, iş üzrə canlı müayinənin baş tutmaması səbəbləri aydınlaşdırılmalı, onun həyata keçirilməsi təmin olunmalıdır. Yalnız göndərişi verən səhiyyə müəssisəsinin məktubunu əsas götürməklə yekun nəticəyə gəlinməsi hazırkı işin halları baxımından yetərli hesab edilmir. Nəzərə alsaq ki, iddiaçıya daha əvvəl sonuncu göndərişdə qeyd edilən diaqnozlar əsasında əlillik təyinatları aparılmışdı, bununla əlaqədar müəyyən edilir ki, analoji mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam, şəxsin əvvəlki əlilliyinin təyin edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi faktının mövcudluğu və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud o lmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması Meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə təkrar baxılarkən göndərişdə qeyd edilən xəstəliklər iddiaçıda aşkar edildiyi halda, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması Meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi araşdırılmalı, bunun nəticəsində asılı olaraq iddiaçının etimadın qorunması hüququna malik olub-olmadığına qiymət verilməlidir.
25. Eyni zamanda, yenidən araşdırma zamanı apellyasiya məhkəməsi tərəfindən əlillik təyin edilməsi üçün qiymətlə ndirmənin aparıldığı göndərişdə qeyd edilən xəstəliklərin, həmin göndərişin rəsmiləşdirildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda göstərilən hansı bəndə və altbəndə uyğun gəlməsi, bunun hansı sübutlarla təsdiq olunması, eləcə də orqanizmin funksiyalarının pozulması faizi və əlilliyin müddəti dəqiq müəyyən edilməlidir. Çünki məlumdur ki, həmin diaqnozun yalnız XBT kodunun Meyarlarda mövcudluğu kifayət deyildir, bu zaman həm də onun ağırlaşmalarının müvafiq altbəndlərə (qiymətləndirmə meyarlarına) uyğunluğu öz təsdiqini tapmalıdır.
26. Məhkəmə kollegiyası bir məqamı da qeyd edir ki, cavabdeh kassasiya şikayətində iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Y evlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxıldığını və “göndərişin natamam doldurulması” səbəbindən geri qaytarıldığını bildirmişdir. Lakin iş materialları üzrə iddiaçıya sonuncu imtinanın xx.xx.2023-cü il tarixli bildiriş əsasında xx.xx.2023-cü il tarixdə verildiyi müəyyən olunur. Odur ki, göstərilən ziddiyyətli nüansların da aydınlaşdırılmasına zərurət vardır.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq nor maları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
28. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti qismən tə min edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 05 fevral tarixli, 2-1(107)-136/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.