Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1751/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X8 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1751/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X8 rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və pensiya məblə ğinin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-24/2019 saylı qərarından cavabdeh Dövlət Sosial X8 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X8 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1957-ci il tarixdə Ağsu rayonunun Quzey kəndində anadan olduğunu, 1977-ci ildən əmək fəaliyyətinə başladığını, 1977-ci ildən 1982-ci ilə kimi Sumqayıt şəhərində poliklinikada tibb bacısı vəzifəsində işlədiyini, 1982-ci ildən bu günə kimi Bakı şəhə rində poliklinikada tibb bacısı vəzifəsində işlədiyini və ümumilikdə 45 il iş stajı olduğunu, 1980-cı il tarixdə X6 ilə nikaha daxil olduğunu, birgə nikahlarından 3 uşaqları, xxxx 1981-ci il tarixdə X2, xxxx 1982-ci il tarixdə X7 və xxxx 1985-cı il tarixdə X1 anadan olduğunu, xxxx 2008-ci il tarixdə 51 yaşı tamam olduğunu, əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq xxxx 2006-cı il tarixədək olan 28 il 1 ay iş stajından və xxxx 2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı da nəzərə alınmaqla xxxx 2017-ci il tarixdən 189,09 manat, xxxx 2018-ci il tarixdən 199,86 manat məbləğdə yaşa görə əmək pensiyasının hesablandığına, həmin Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olduğuna istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyi, 5 ildən çox sığorta stajı olduğu və 51 yaşı tamam olduğu xxxx 2008-ci il tarixdən üç uşağa görə əmək pensiyası almaq hüququ yarandığı gündən, həmin dövrdə qüvvədə olan qanuna müvafiq qaydada ona əmək pensiyasının yenidən təyin olunması, hesablanması və xxxx 2008-ci il tarixdən bu günə kimi ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsindən cavabdehin imtinasının qanuna zidd və əsassız hesab edilməsi, əmək pensiyası almaq hüququ yarandığı 17.02.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanuna müvafiq qaydada əmək pensiyasının yenidən təyin olunması, hesablanması və xxxx 2008-ci il tarixdən bu günə kimi ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3542/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-24/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) cavabdeh Dövlət Sosial X8 rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin ed ilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində «hal-hazıradək» sözləri «xxxx 2014-cü il tarixdən» sözləri ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial X8 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il xxxx yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır, İddiaçı müraciəti cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmiş, lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi qeyd olunan hallara hüquqi qiymət verməmiş, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Dövlət Sosial X8 rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X8 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-24/2019 saylı qərarı cavabdehə münasibətdə dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş İddiaçı xxxx 2008-ci il tarixdə 51 yaşı tamam olmuş, iddiaçı, 1977-ci il tarixdə əmək fəaliyyətinə başlamış, iddiaçının 3 uşağı olmuş və onları 8 yaşınadək tərbiyə etmiş, uşaqlarından xxxx 1981-ci il təvəllüdlü X2 11 yaşında xxxx 1992-ci il tarixdə vəfat etmiş, iddiaçıya xxxx 2017-ci il tarixdən, yəni 60 yaşında yaşa görə əmək pensiyası təyin edilmiş, o, pensiya hüququnun 60 yaşından deyil, 3 uşağa görə 51 yaşından, yəni xxxx 2008-ci il tarixdən təyin edilməli olduğu əsası ilə yenidən hesablanması və xxxx 2008-ci il tarixdən bu günə kimi ödənilməyən pensiya fərqinin ödənilməsi barədə cavabdehə müraciət etmiş, Binəqədi RİH tərəfindən v erilmiş 1140 saylı, xxxx 2016-cı il tarixli arayışa görə iddiaçı 8 yaşa qədər uşaqları - qızı X3, oğlu X4 (1981-ci il təvəllüdlü, xxxx 1992-ci il tarixdən 11 yaşında vəfat etmişdir) və oğlu X5 tərbiyə etmiş, sonuncu, 22.06.2018-ci il tarixli məktubla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10- cu maddəsinə uyğun olaraq xxxx 2006-cı il tarixədək olan 28 il 1 ay iş stajından və xxxx 2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı da nəzərə alınmaqla xxxx 2017-ci il tarixdən 189,09 manat, xxxx 2018-ci il tarixdən 199,86 manat məbləğdə yaşa görə əmək pensiyasının hesablandığına, həmin Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7- ci maddəsinə uyğun yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının 51 yaşının tamam olduğu xxxx 2008-ci ildən pensiya hüququ yaranmış, xxxx 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinin yeni redaksiyada verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə əsasən iddiaçının vəziyyətini ağırlaşdırdığından, ona münasibətdə tətbiq edilə bilməz və iddiaçıya xxxx 2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək pensiyası təyin edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Şəxsin pensiya hüququ, onun hüquqi sferası ilə sıx bağlı olmaqla, bu hüququn əldə olunması üçün qanunlarla müəyyən edilən şərtlərin (yaş, sığorta stajı, əlillik, güzəştli peşə və s.) məhz həmin şəxs tərəfindən yerinə yetirilən anda yaranır. Bundan fərqli olaraq, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin (Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ h üquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.) tələbləri ilə də ziddiyyət təşkil etmir. Ona görə ki, bu maddənin tətbiq olunması üçün şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən norma ilk əvvəl qüvvədə olmalıdır ki, geriyə də şamil edilə bilsin. Odur ki, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən əmək pensiyası hüququnu yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Apellyasiya instansiyası iş materiallarına istinad etməklə məhkəmə qərarının dəyişdirilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kass asiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 51 yaşı tamam olduğu xxxx 2008-ci il tarixindən pensiya hüququnun yarandığını, xxxx 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin yeni redaksiyada verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən iddiaçının vəziyyətini ağırlaşdırdığından, ona münasibətdə tətbiq edilə bilmədiyini və iddiaçıya xxxx 2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək pensiyasının təyin edilməli olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. A pellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarı, iddiaçı tərəfindən kassasiya şikayəti verilməklə mübahisələndirilmədiyi üçün işə kassasiya qaydasına baxan məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunmayan hissəsinin qanuni olubolmaması məsələsinə münasibət bildirilməsinə zərurət görmür. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-24/2019 saylı qərarı cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi h issə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-24/2019 saylı qərarı cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1751/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1751/2019
19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver