Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1751/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş pensiya məbləği ilə müddətdən artıq xidmət hərbi qulluqçularına təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi; pensiya məbləğinin inzibati orqana müraciətdən əvvəlki üç illik müddət üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Dövlət Sosial Müdafi ə Fondunun X1rşı “əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1104/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya x xxxx 2019-cu il tarixdən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş və keçmiş üç illik (xx.xx.2016 – xx.xx.2019) müddət üçün yenidən hesablanaraq ödənilir.
2. İddiaçı xx xxx 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının əvvəlki illər üzrə yenidən hesablanmasını və ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh xx xxx 2019-cu il tarixli məktubla m üraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının müraciəti əsasında İdarənin sorğusuna əsasən DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubunda iddiaçının əmək pensiyasının xx.xx.2019-cu il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixində təminat xərcliyinin 80 faizi - 375,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5837,76 manat məbləğində fərq cari ilin mart ayından etibarən hi ssə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 27 iyun tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, əlil olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş qaydada “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikasının müdafiə si zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək pensiyanın yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin avqust ayından xx xxxxxxx 1992-ci ilə kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsinin Ağdam rayonu ərazisində erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. xx xxxxxxx 1992-ci ildə döyüş zamanı yaralanmaqla, xx xxxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci ilə kimi “sağ budun yuxarı 1/3-nin, sağ baldırın 1/3-nin və sol ayağının İİ ayaq darağı sümüyünün qəlpəli sınığı ilə, odlu silah kor qəlpə yaralanmaları. Sağ budun yuxarı 1/3-nin və sol ayağın yad cisimləri metal qəlpələri. Yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Aldığı xəsarətlərdən hərbi xidmətdən azad olunmuşdur. 2000-ci ildə 13 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq rəyinə əsasən ona hərbiçi kimi deyil, mülki şəxs kimi ümumi əsaslarla İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. X3 1198 nömrəli xx.xx.2012-ci il tarixli SER TSE-02 № 280050 saylı rəylə müddətsiz və əmək qabiliyyətsiz kimi İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2019-cu ilin aprelin 1-nədək 148 manat, həmin vaxtdan sonra isə 230 manat pensiya alır. Əmək qabiliyyəti olmadığından heç yerdə işləyə bilmir.
7. Cavabd eh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İdarə tərəfindən İddiaçıya pensiya ödənişi qanunvericiliyin müvafiq bəndinə uyğun olaraq təyin edilmiş və ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş x x.xx.2019-cu il tarixli MN-11690 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmiş və keçmiş üç il (xx.xx.2016 – xx.xx.2019) müddət üçün yenidən hesablanaraq İdarə tərəfindən ödənilməkdədir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)1285/2020 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-1025/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx xxxxxx 2006-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə mindiyindən iddiaçıya əlilliyə görə pensiya həmin tarixdən tətbiq edilməklə yenidən hesablanmalıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1104/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. İddiaçıya pensiya ödənilməsi həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilmişdir. Məhkəmə isə göstərilən halı nəzərə almadan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsi).
17. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyad a): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 19. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bö lünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (Əvvəlki redaksiyada deyilirdi: “Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.”).
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gün dən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5....Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə süb utların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Maddə 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxa rkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, x xxxx 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.
26. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci i l tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunverici nin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
28. İşdən göründüyü kimi iddiaçı ona müddətdən artıq xidmət hərbi qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün cavabdehə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmiş, onun təminat xərcliyi barədə xx xxxxxx 2019-cu il tarixli “Məlumat vərəqəsi” nəzərə alınmaqla x xxxx 2019-cu il tarixdən yeni məzmunda əmək pensiyası təyin edilmişdir və əvvəlki üç illik müddət üçün ödənilməmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə uyğun olaraq ödənilir.
29. Cava bdehin şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
30. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi üçün İPM-in 96.5ci maddəsində göstərilən hallar hazırkı iş üzrə aşkar olunmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1104/2020 nömrəli qərarı ləğv edilir. İddiaçının “xx xxxxxx 2006-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyi n edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov