Məhkəmə qərarları › İş №2-1(102)-1751/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1751/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1751/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı4, İddiaçı1 və digərlərinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı1, iddiaçıların vəkili Vəkil1, üçüncü şəxsin vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidmətinə (keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxs X3) iş üzrə “özəlləşdirmənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-1724/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “xxx” (xx) Pioner düşərgəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən üçüncü şəxs X2 adına özəlləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin 29.06.2020-ci il tarixli, 2-1(112)-1850/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. İddiaçı4 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.02.2021-ci il tarixli, 21(103)-448/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə İddiaçı4 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 29.06.2020-ci il tarixli, 2-1(112)-1850/20 nömrəli qərardadının dəyişdirilmədə n qüvvədə saxlanılması qərara alınmışdır.

5. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

6. İddiaçılar İddiaçı4 və İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(102)835/2021 saylı qərarına əsasən (sədrlik edən Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) İddiaçı4 münasibətdə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.02.2021-ci il tarixli, 2-1(104)448/2021 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, İddiaçı1 münasibətdə kassasiya şikayəti isə mümkün sayılmamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(10 3)-1724/2021 saylı qərardadına əsasən (sədrlik edən Mirzə Tağızadə, hakimlər İlham Kərimli və Xəyalə Cəmilova) İddiaçı4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29.06.2020-ci il tarixli, 2-1(112)-1850/2020 saylı qərardadı İddiaçı4 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı4 iddiası mümkün sayılmamışdır.

9. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-1724/2021 saylı qərardadının ləğv edilməsinə, iddianın mümkün sayılmamasına və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsinin birinci instansiya məhkəməsinə tapşırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏF LƏRİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı İddiaçı1 da maraqlarına toxunur. Belə ki, birinci instansiya məhkəməsi qərardad çıxarmışdır ki, iş mülki hüquqi xarakterlidir. Belə olan halda, İddiaçı1 mülki mühakimə icraatı qaydasında iddia verə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi həmin qərardadı ləğv edərək hesab etdi ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

11. Lakin subyektiv hüququn olmaması əsası ilə İddiaçı4 iddiasını mümkün saymamaqla dolayısı ilə İddiaçı1 da eyni tələbi subyektiv hüququn olmaması əsası ilə mümkün sayılmamış hesab olunur. Əgər apellyasiya instansiyası məhkəməsi yalnız İddiaçı4 münasibətdə subyektiv hüquq əsası ilə iddianı mümkün s ayırsa, onda İddiaçı1 və digər iddiaçılara bu qərarın təsiri izah edilməli idi. İddiaçı1 iddiasının mülki hüquqi xarakterli olması əsası ilə mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadı ləğv edildiyi halda İddiaçı1 həmin iddianı davam etdirmək imkanı ilə bağlı məsələ öz həllini tapmamışdır.

12. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı İddiaçı1 mübahisəni mülki mühakimə qaydasında davam etdirməyə imkan verdiyi halda, apellyasiya instansiyası məhkəməsinin qərardadı bu hüquqi imkanı da mümkünsüz etmişdir. Bu baxımdan son qərardad İddiaçı1 maraqlarına toxunur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllənin 75.4-cü maddəsinə əsasən bu Məcəllənin 85.1ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya prose s iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

17. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

18. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

19. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan i mtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Hazırkı qərardadın 16-17-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, şikayətin verilmədiyi hallarda məhkəmə qərardadı onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

21. İşin hallarından isə məlumdur ki, İddiaçı1 birinci instansiya məhkəməsinin qərardadını mübahisələndirməmişdir. Odur ki, qərardad ona münasibətdə artıq qüvvəyə minmişdir.

22. Qanunvericiliyə əsasən isə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qərardadından şikayət verilmə imkanı nəzərə tutulmamışdır. Odur ki, İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti vermədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-1724/2021 saylı qərardadından kassasiya şikayəti vermək hüququ yoxdur.

23. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 kassasiya şikayəti mümkün sayıla bilməz.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(103)-1724/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçı1 kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar