Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1751/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətdə mübahisə edilən məhkəmə qərardadı barədə məlumatların göstərilməməsi və şikayətin əsaslandırılmaması; şikayətin vəkil tərəfindən imzalanmaması;) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “**********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)120/2024 saylı qərardadından üçüncü şəxs X1 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsi ndə icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “torpaq sahəsi ilə əlaqədar yaranmış uyğunsuzluqlar nəzərə alınaraq, məhkəmə tərəfindən torpaq sahəsinə həmin ziddiyyətlərin aradan qaldırılması üçün baxış keçirilməsi və qanunauyğun olmayan Dövlət Aktına zidd olan digər mülkiyyətçinin və ya mülkiyyətçilərin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə onlara verilmiş dövlət aktı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında yaranmış uyğunsuzluğun, pozuntunun, koordinatların üst-üstə düşməsi halının aradan qaldırılması, müvafiq düzəliş edilməsi və nəticə etibarilə mülkiyyət hüququnun bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)- 1946/2023 nömrəli qərardadı ilə X1, Məmmədov Ziya, Məmmədova Patma və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi dəqiqləşdirərək “**********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Şəki İnzi bati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1946/2023 nömrəli qərarı ilə cavabdehin üzərinə **********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyəti ilə üstüstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktına əsasən 3.69 ha torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
5. Üçüncü şəxs Fazil Abdullayev həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-120/2024 saylı qərardadı ilə X2, X4, X5, X3 və X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
7. Üçüncü şəxs Fazil Abdullayev ərizə ilə məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(107)-120/2024 saylı iş üzrə işə baxılıb yekun məhkəmə aktı çıxarılana qədər Yevlax rayonu, Nemətabad və Yəldilli kəndi sərhədlərində yerləşən 3.69 ha torpaq sahəsindən hər hansı şəkildə, məqsədlə istifadə edilməsi və həmin sahədə hansısa fəaliyyət göstərilməsinin iddiaçıya qadağa qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsini inzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-120/2024 nömrəli qərardadı ilə ərizəçinin Yevlax rayonu Nemətabad və Yəldili kəndi sərhədlərində yerləşən 3.69 ha torpaq sahəsindən hər hansı şəki ldə, məqsədli istifadə edilməsi və həmin sahədə hansısa fəaliyyət göstərilməsinin iddiaçıya qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir.
9. Üçüncü şəxs Fazil Abdullayev kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 15(107)-2/2024 nömrəli qərardadının (əlavə qeydlə: 2-1(107)-120/2024 nömrəli qərardadının) ləğv edilməsi və “İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağl ı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkü n sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
11. Mülki Prosessual Məcəllə: Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
12. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. İPM-in 90.3-cü və MPM-in 407.3-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayəti yalnız onu verən şəxs və vəkil tərəfindən imzalandıqdan sonra icraata qəbul edilir.
14. Üçüncü şəxs Fazil Abdullayev tərəfindən verilmiş kassasiya şikayəti onun özü tərəfindən imzalansa da, vəkili tərəfindən imzalanmamışdır.
15. Bundan başqa, İPM-in 94.2-ci maddəsinin tələbinə görə, şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
16. Kassasiya şikayətinin məzmunundan görünür ki, şikayət Şəki Apellyasiya Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-120/2024 saylı qərardadına aid dey il. Belə ki, həmin şikayətin mətni “ərizəçi İddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə” üzrə 15(107)-2/2024 nömrəli işə aiddir. Bu səbəbdəndir ki, şikayətin nəticə hissəsində də “İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsi” xahiş olunur. Halbuki, hazırkı işdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üçüncü şəxs Fazil Abdullayev tərəfindən verilmişdir.
17. Belə olan halda, şikayət həm də İPM-in 94.2-ci maddəsinin tələbinə əsasən mümkünsüzdür.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə üçüncü şəxs X1 tərəfin dən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin icraata qəbulundan imtina edilir.