Məhkəmə qərarları › İş №2-1(102)-1752/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1752/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1752/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1752/2019 Bakı şəhəri 19 iyun 2019-cu il 19.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXXnin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-1(103)394/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair onun adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə) təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı daxil olmaqla, müvafiq Sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin m ülkiyyətçisi olaraq həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədləri də əlavə etməklə 02 may 2018-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə 05 iyun 2018-ci il tarixli məktubu ilə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün texniki rəyin verilməsi məsələsinə yalnız müvafiq sənədlər təqdim olunduqdan sonra baxılacağını qeyd etməklə imtina etmişdir. Cavabdehin tələb etdiyi sənədlər onun ərizəsinə əlavə olunduğundan, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 10 yanvar 2011-ci il tarixli, 05 saylı sərəncamında dəyişikliklər edilməsi haqqında 29 mart 2011-ci il tarixli, 136 saylı sərənca mında şəxsi mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərlə məxsus olan binaların birinci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərdəki qeyriyaşayış sahələrinin pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi layihələrinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra rayon İcra Hakimiyyəti Başçısının sərəncamları əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı ona məxsus olan yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirərək ondan istifadə etməzdən əvvəl Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinə, sonuncudan müsbət cavab aldıqdan sonra isə cavabdehə müraciət etməli olduğu halda bunu etməmiş və mövcud tikinti və mənzil qanunvericiliyinin tələblərini pozmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2-1(82)3575/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətindən olan mənzil binanın 1-ci mərtəbəsində yerləşdiyindən, giriş qapısı pəncərə yerindən küçəyə açıldığından, habelə yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahədən istifadə edilmədiyindən, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi üçün hər-hansı məhdudiyyət, habelə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etdiyindən onun tələbinin təmin edilməsindən imtina edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin 05 sentyabr 2008-ci il tar ixli, H-272 saylı məktubu ilə pəncərə oyuğundan küçəyə qapı açaraq girişin təşkil olunmasına icazə verilmiş, bundan sonra həmin obyektin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə baxmayaraq, cavabdeh tərəfindən buna etiraz olunmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-1(103)-394/2019 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Etibar Nəbiyev və Kəmalə Abiyeva) apellyasiya şikayəti qeyri-mümkün hesab olunmuş və onun qəbulundan imtina edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şi kayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyası cavabdehin prosessual müddətin bərpasına dair ərizəsində apellyasiya şikayətinin gec verilməs səbəbi kimi qeyd etdiyi şikayətin texniki səbəblərdən gecikdirilməsinə dair dəlilini həmin texniki səbəblərin nədən ibarət olduğu açıqlanmadığından, qərardan 30 gün ərzində şikayətin verilməsi imkanını aradan qaldıran üzürlü səbəb kimi qəbul etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2, 85.1, 24.1, -24.6, 87.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərt ləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti prosessual müddətin sonuna 2 gün qalmış cavabdehin ümumi şöbəsinə təqdim olunmuş, lakin apellyasiya şikayəti kompüter sistemində olan fasilələr və digər texniki səbəblərə görə həmin tarixdən 5 gün sonra təqdim edilmişdir. Cavabdeh prosessual müddətin üzrlü səbəblərdən ötürüldüyünü qeyd etməklə apellyasiya məhkəməsinin qərardadının əsassız və qanunsuz olduğunu bildirmişdir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 24.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə birinci instansiya məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3575/2017 saylı iş üzrə qəbul etdiyi 02 oktyabr 2018-ci il tarixli qərarı cavabdeh tərəfindən 12 noyabr 2018-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda həmin qərardan apellyasiya şikayətinin verilməsinin son tarixi cavabdeh üçün 11 dekabr 2018-ci il tarixi olmuşdur. Cavabdehin apellyasiya şikayətini təqdim etdiyi poçt zərfinin üzərinə vurulmuş möhür-ştampdan görünür ki, cavabdeh mübahisələndirilən qərarı 17 dekabr 2018-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Göründüyü kimi cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirdiyi qərar ından apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya mə hkəməsi hesab etmişdir ki, cavabdehə məhkəmə qərarı rəsmi surətdə təqdim edilmiş, lakin müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasya şikayəti verilmiş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübutlar təqdim olunmamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, məhkəmə qərarı alındıqdan sonra apellyasiya şikayəti prosessual müddətin sonuna 2 gün qalmış cavabdehin ümumi şöbəsinə təqdim olunmuş, lakin apellyasiya şikayəti kompüter sistemində olan fasilələr və digər texniki səbəblərə görə həmin tarixdən 5 gün sonra təqdim edilmişdir. Bu əsas müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; -- 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. B u müddəaların mənasına görə, təqdim edilmiş gün də nəzərə alınmaqla məhkəmə qərarından şikayət 30 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən isə, cavabdehə qərar rəsmi qaydada təqdim edilmiş, həmin qərardan apellyasiya şikayəti isə 30 günlük müddət ötürülməklə verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl o lunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsind ən asılı olmamışdır. Cavabdeh tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlil buraxılmış müddətin bərpası üçün əsaslı hesab oluna bilməz və bu mənada apellyasiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, inzibati orqanın müxtəlif qurumları arasında müddətlərlə bağlı yaranan müxtəlif yanaşmalar məhkəmələr üçün önəmli deyildir. Məhkəmə yalnız cavabdeh kimi iştirak edən inzibati orqanın hərəkətlərinə qiymət verməlidir və göstərilən halda cavabdeh vahid bir inzibati orqan kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin məsələ ilə bağlı da istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildir diyi hüquqi mövqeyinin göstərilməsini zəruri hesab edir. Həmin qərarda bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qə bul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-1(103)-394/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar