Məhkəmə qərarları › İş №2-1(102)-1752/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1752/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1752/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın təyin olunması, məcburi dövlət sosial sığorta haqları ödənilməyən fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilməsi.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-591/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş, 1972-1974-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xxxxdə olmuş, 1975-ci ildən əmək fəaliyyətinə başlamışdır.

2. İddiaçı 1975-ci ildən 2001-ci ilədək qısa fasilələrlə müxtəlif yerlərdə müxtəlif peşələrdə çalışmış, 2018-ci ildə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, xx/xx-1320 saylı məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.

3. İmtina onunla əsaslandırılmışdır ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Bundan əlavə, onun pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İmtinanı qanunsuz hesab edən iddiaçı cavabdeh inziba ti orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər “xxxx” şirkətində 4-cü dərəcəli radiomexanik peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.

6. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 1977-ci ildən 1980-ci ilədək Bakı Rabitə Elektro texnikumunda orta ixtisas təhsil aldığı müddətin, 1972-ci ildən 1974-cü ilə qədər hərbi xxxxdə olduğu müddətin, xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “xxxx” şirkətində işlədiyi iş illərinin ümumi sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)1967/2018 saylı qərarı ilə (hakim - X.X.İmanov) iddianın təmin edilməsi, İddiaçı 1977-ci ildən 1980-ci ilədək Bakı Rabitə Elektro texnikumunda orta ixtisas təhsil aldığı, 1972-ci ildən 1974-cü ilə qədər hərbi xxxxdə olduğu müddətin, xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “xxxx” şirkətində işlədiyi iş illərinin ümumi sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərin ə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək “xxxx” şirkətində (“xxxx” şirkəti) işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə, 63,5 yaşına çatması isə ASAN-1 xxxxi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur ki, cavabdeh tələb olunan sığorta stajının olmaması əsası ilə iddiaçıya yaşa görə pensiya təmin etməməkdə haqlı olmamış, bununla da iddiaçının pensiya hüquqlarını məhdudlaşdırmışdır.

9. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1967/2018 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2240/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və M.A.Məmmədov) ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1967/2017 saylı qərarının ləğv olunaraq iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “xxxx” şirkətində (indiki adı “xxxx” şirkəti) işləmişdir. Lakin həmin illərdə iddiaçının sığorta stajının qarşılıqlı yoxlanılması, işəgötürən tərəfindən həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsi müəyyən edilə bil məmiş, həmçinin sözegedən şirkətin arxiv sənədləri aşkar edilməmişdir.

12. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-2240/2018 nömrəli qərarının ləğb edilməsi, iddiaçının tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-770/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-2240/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm işdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi İPMin 12.1-ci və 12.2-ci maddələrinin tələblərini pozaraq iddiaçının xx.xx.1992-xx.xx.1997-ci illər ərzində əmək kitabçasında qeyd olunmuş “xxxx” şirkəti, “xxxx” Kommersiya müəssisəsində işləyib-işləmədiyini, müvafiq əmək haqqı alıb-almadığını, “xxxx” şirkətinin, “xxxx” Kommersiya müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçmədiyini müvafiq sorğular verməklə dəqiq müəyyən etməmişdir. Bu məsələlər dəqiq müəyyən edilmədən isə hazırkı mübahisənin obyektiv və qanuni həlli mümkün olmasa da cavabdehin həmin dəlili ilə razılaşan apelyasiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamış, məhkəmə iclasında bilavasitə tədqiq edilməmiş, konkret və mötəbər sübutlara istinad etmədən, iddiaçının 25 il sığ orta stajının olmadığı barədə iş materialları ilə təsdiq edilməyən, faktiki olaraq əsaslandırılmamış məhkəmə aktı qəbul etmişdir. ç. Apelyasiya instansiya məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1245/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1967/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmaqla iddiaçının tələbinin təmin olunmaması qərara alınmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişinə əsasən məhkəmə tərəfindən “xxxx” şirkəti və ya “xxxx Kommersiya” müəssisəsinin hüq uqi şəxs kimi qeydiyyatdan keçib keçməməsi barədə AR Vergilər Nazirliyi yanında X2 Qeydiyyatı İdarəsinə müraciət edilmiş, AR Vergilər Nazirliyi yanında X2 Qeydiyyatı İdarəsi tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********087200 saylı məktubda qeyd edilmişdir ki, “xxxx” şirkəti və ya “xxxx Kommersiya” müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. Belə olan halda iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək “xxxx” şirkəti və ya “xxxx Kommersiya” müəssisəsində işləməsi öz təsdiqini tapmadığından həmin dövr onun sığorta stajına aid edilə bilməz.

17. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1245/2019 nömrəli qərarının ləğv edilməsi və iş ü zrə yeni qərar qəbul edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3375/2019 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – X.S.Məmmədov, hakimlər – Z.İddiaçı və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1245/2019 nömrəli qərarı ləğv edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı məlumatlardan görünür ki, onun işlədiyi müəssisənin adı əvvəllər “xxxx” Azərbaycan Respublikası Şirkəti olmuş, daha sonra isə özəlləşmə nəticəsində “ xxxx” X1 çevrilmişdir. Göründüyü kimi apelyasiya məhkəməsi iddiaçı ilə bağlı məlumatları dəqiqləşdirmək məqsədilə sorğu versə də, onun işlədiyi müəssisələrin adlarını düzgün göstərməmişdir. Halbuki, bu hal olduqca vacib olmuşdur. Bundan başqa, iddiaçının əmək kitabçasındakı məlumatlardan görünür ki, iddiaçı “xxxx” Azərbaycan RRespublikası Şirkətində xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işləmişdir. Lakin cavabdeh həmin dövrün yalnız bir hissəsini - 1992-1997-ci illəri staj kimi nəzərə almaqdan imtina etmişdir. Bu mövqenin öz daxilində ziddiyətli olması məsələsinə də məhkəmə münasibət bildirməmişdir. Belə ki, cavabdeh müəssisənin mövcudluğunu və iddiaçının orada 19972001-ci illərdə işlədiyini qəbul etmişdir. Bu halda, 1997-ci ilədək olan dövrün nəyə görə qəbul edilmədiyi anlaşılmaz olaraq qalır. Təkrar baxışda məhkəmə bu məsələləri cavabdehlə müzakirə etməklə aydınlıq gətirməli və qiymətləndirməlidir. e. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

20. İşə növbəti dəfə baxan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-591/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1967/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli məsələ 1992-1997-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabça sında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Bundan əlavə, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməməlidir.

22. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ d. Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi iki halla şərtləndirilmişdir:

1. Ya şəxsin fərdi sığorta hesabında əmək pensiyasının minimum məbləğindən az olamyan pensiya kapitalı toplanmalıdır. Bu zaman şəxsin sığorta stajı nəzərə alınmır.

2. Ya da şəxs minimum 25 il sığorta stajına malik olmalıdır. İş materiallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki əsasdan heç biri mövcud deyildir.

25. Bundan başqa, cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xxxxinə göndərilmiş sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda Dövlət Vergi xxxxinin Milli Gəlirl ər Baş İdarəsinin Hüquqi şəxslərin qeydiyyatı idarəsinin reyestrində “xxxx istehsalat Kommersiya” kiçik müəssisəsi və ya “xxxx” şirkəti adlı kommersiya qurumunun aşkar olunmaması bildirilmişdir. Belə olan halda, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək “xxxx” şirkəti və ya “xxxx Kommersiya” müəssisində işləməsi öz təsdiqini tapmadığından həmin dövr onun sığorta stajına aid edilə bilməz. e. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. f. Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. İddiaçı məhkəmə iclasında vəkilsiz iştir ak etdiyinə görə onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1 -dək hər il 6 ay artırılır.

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqavilə sinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır.

32. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. 33. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 34. “İnzibat i icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret h alda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

36. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək sosial sığorta stajının yoxlanılması mümkün olmamışdır

41. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının əmək kitabçasında olan qeydlərin qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən ed ilmiş, onların mötəbərliyini şübhə altına alan heç bir hal aşkarlanmamışdır. 42 İşin apelyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, “xxxx” Konserni Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 383 nömrəli Sərəncamı ilə ləğv edilmiş, “xxxx” İstehsalat Kommersiya firması xx.xx.1997-ci il tarixində hərrac yolu ilə özəlləşdirilmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsniin göstərişləri əsasında araşdırma aparmış və “xxxx” Şirkətinin mövcudluğu apelyasiya instansiyası məhkəməsində öz təsdiqini tapmışdır

43. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur, həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən əmək kitabçasındakı qeydlər, eləc ə də iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək “xxxx” şirkətində işləməsi barədə qeydlər mötəbər hesab olunmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, işin göstərilənləri nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajı toplaması təsdiq olunduğundan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

45. Eyni zamanda, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-591/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar