Məhkəmə qərarları › İş №2-1(102)-1752/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1752/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1752/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən iş stajının sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Xidmət nümayəndəliynə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1206/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1974-cü ildə anadan olmuşdur.

2. Tibbi Sosial Ekspert Komissiyasının 02.06.2016-cı il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik veri lmişdir.

3. NZ seriyalı, ******* nömrəli, 14.07.1992-ci il tarixli hərbi biletə əsasən iddiaçı 14.07.1992-ci il tarixdən 05.10.1996-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur.

4. İddiaçının 1996-2001-ci illərdə Goranboy rayon 12 saylı Təmir Tikinti İdarəsində işləməsi faktı Goranboy Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, 2(045)2899/2016 saylı qətnaməsi ilə təsdiq edilmişdir.

5. O, əliliyə görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 21.02.2020-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətini təmin etməmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, tələb olunan əmək stajı və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququ yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü il təvəllüdlüdür. 02.06. 2016-cı ildə ona İİ dərəcəli əlillik təyin edilmişdir. 11.02.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin imtina cavabı verilmişdir. Hesab edir ki, ona pensiya təyin olunmasından imtina qanuna ziddir. Belə ki, Goranboy Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(045)2899/2016 saylı qətnaməsi ilə onun 1996-2001-ci illərdə Goranboy rayon 12 saylı Təmir Tikinti İdarəsində işləməsinə dair hüquqi fakt müəyyən edilmişdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən həmin müddəti əsassız olaraq onun sığorta stajına daxil etmir.

8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı iddiaçının əliliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşkar edilmədiyindən onun əlliliyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 27 yanvar 2021-ci il tarixli, 21(112)-1646/2021 sayl ı qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı tarixə o, 09 il 4 ay 22 gün sosial sığorta stajına malik olmasına baxmayaraq inzibati orqan bu müddəti əmək stajı kimi qeydə almamaqla onun hüquqlarını pozmuşdur.

11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1206/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: H.Ü.Həmidov və C,A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112) -1646/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əsasən iddiaçının xx.xx.1974cü il təvəllüdlü olması və ona 02.06.2016-cı il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, iddiaçının əlilliyə görə əmə k pensiyası hüququnun yaranması üçün 9 il sığorta stajı ((2016-1974-15)x4/12=9) və fərdi hesabın sığorta hissəsində 16200 manat pensiya kapitalı (((2016-1974- 15)x4/192)x144=81 x200=16200) tələb olunur. Araşdırma zamanı iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşkar edilməmişdir. Ona görə də, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının lə ğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itir diyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də h üquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21. “Vətəndaşl arın pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərə cəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 42.3 On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası h esab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. İş materiallarından görünür ki, iddiaçı İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Bundan sonra, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyini qanuni hesab edərək iddianı təmin etmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir.

29. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək bildirir ki, iş materiallarına əsasən, iddiaçının xx.xx.1974-cü il təvəllüdlü olması və ona 02.06.2016-cı il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 9 il sığorta stajı ((2016-197415)x4/12=9) və fərdi hesabın sığorta hissəsində 16200 manat pensiya kapitalı (((20161974- 15)x4/192)x144=81 x200=16200) tələb olunur. Araşdırma zamanı iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşkar edilməmişdir. Ona görə də, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir.

30. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarı lmalıdır.

31. İddiaçıya 2016-cı ildə əlillik təyin edildiyindən hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin həmin vaxt qüvvədə olan (01.07.2017ci il tarixdə dəyişiklik edilmişdir) redaksiyasına əsasən baxılmalıdır. 32. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, hazırki iddianın təmin olunması üçün iki şərt: 1. iddiaçının əlil olması; 2. ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir.

33. Apelyasiya instansiyası məhkəməsi işin hallarını bu normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya 02.06.2016-cı il tarixdə İİ dərəcəli əlillik təyin olunmuşdur və bu, işin müba hisəsiz halıdır. Yəni, Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci dispozisiya şərti ödənilir.

34. İkinci şərtlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1974-cü ildə doğulmuş, 02.06.2016-ci il tarixdə 42 yaşı olmuşdur. Həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 9 il sosial sığorta stajı tələb olunurdu (42-15 = 27 x 4=108/ 12 = 9 il). İddiaçının 01.07.2017-ci il tarixədək 9 il staja malik olması hərbi bileti və məhkəmə qətnaməsi ilə təsdiq olunur. Belə ki, iddiaçı 14.07.1992-ci il tarixdən 05.10.1996-cı il tarixədək, yəni 4 (dörd) il 2 (iki) ay 21 (iyirmi bir) gün hərbi xidmətdə olmuşdur. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının 19962001-ci illərdə işləməsi faktı müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbay can Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2.2-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir.

35. Göründüyü kimi, iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı tarixə o, 09 il 4 ay 22 gün sosial sığorta stajına malik olmuşdur ki, inzibati orqan bu illəri əmək stajı kimi qeydə almalı idi.

36. Cavabdeh iddiaçıya İİ qrup əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi istinad etdiyi fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə gəlincə, bu hissədə də cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun əlilliyə görə pensiya təyin olunması şərtlərini müəyyən edən 12.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında əlillərə pensiya təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu.

37. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1206/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar