Məhkəmə qərarları › İş №2-1(102)-1752/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1752/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1752/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi; hər ay pensiyadan tutulan məbləğin tutulmasının qadağan edilməsi və tutulmuş məbləğin hesablanaraq qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddia çı cavabdeh A Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, hər ay pensiyasından tutulan məbləğin tutulmasının qadağan edilməsi və tutulmuş məbləğin hesablanaraq qaytarılması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-59/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1996-cı il tarixdə ölmüşdür.

2. Cavabdeh xx.xx.1996-cı il tarixl i 8/219 nömrəli qərarından görünür ki, Xəlilova Mənsurə Məcid qızına xx.xx.1996-cı il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. 3. 192112 nömrəli xx.xx.2018-cı il tarixli vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup əlildir.

4. Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2013-cü il tarixli, 794 nömrəli arayışından görünür ki, X2 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, təhsil müddəti iyun 2016-cı ilə kimi nəzərdə tutulmuşdur.

5. Cavabdeh xx.xx.2018-ci il tarixli 219 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən 152,61 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

6. Cavabdeh sərəncamına görə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı artıq ödənilmiş məbləğ 2369,21 manat m üəyyən edilmiş və xx.xx.2017-ci il tarixdən pensiyanın aylıq məbləği 152,61 manat müəyyən edilməklə həmin məbləğdən ayda 52 manat tutulma aparılması qərara alınmışdır.

7. Cavabdeh arayışına əsasən, İddiaçı uşaqlıqdan əlilliklə bağlı artıq ödənilmiş 6896,95 manat müavinətin vətəndaşın ailə başçısını itirməyə görə əmək pensiyasından tutulması xahiş olunmuşdur.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının məktubundan və 15 fevral 2021-ci il tarixli, 2(104)-1175/2021 nömrəli qərardadından görünür ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Xəlilova Mənsurə Məcid qızına qarşı artıq hesablanmış pensiya məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilmiş, qərardaddan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, hər ay pensiyasından özbaşına olaraq tutulan məbləğin tutulmasının qadağan edilməsi, tutulmuş məbləğin hesablanaraq qaytarılması, pensiyasından qanunsuz olaraq aparılan tutulmalara son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 10. 7 aprel 2022-ci il tarixli qərardad ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Öd ənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə, bacısı Gülnarə Xəlilova xx.xx.1986-cı ildə və qardaşı Xəlilov Polad xx.xx.1995-ci ildə doğulmuşdur. İddiaçı uşaqlıqdan əlil olduğu üçün ona əlilliyə görə sosial pensiya (müavinət) təyin olunmuşdur. Mərhum atası X1 xx.xx.1996-cı il tarixdə iş yerində ildırım vurması nəticəsində vəfat etmişdir. Ailə başçısı vəfat etdiyindən anası Xəlilova Mənsurə Məcid qızına xx.xx.1996-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının kiçik qardaşı Xəlilov Polad 2016-cı il tarixdə təhsilini bitirdiyindən onlara verilmiş ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmışdır. İddiaçı anadangəlmə 2-ci qrup əlil olduğuna görə həmin vaxtdan onun pensiyası dəyişdirilməli və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməli idi. Lakin cavabdeh orqan həmin pensiyanı ona verməkdən imtina etmiş, sonradan həmin pensiyanı ona hesablamış və onun əvvəllər aldığı pensiyanı həmin məbləğdən çıxmağa başlamışdır. İddiaçı həmin pensiyanı almaq hüququ yarandığı vaxtdan hesablanaraq ona verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş, eyni zamanda hər ay qanunsuz tutulan pulun hələ 2369,21 manat ondan tutulacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz olmuşdur.

12. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya təyin edilmişdir. İddiaçının atası X1 x x.xx.1996-cı il tarixdə vəfat etdiyindən xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı sosial pensiya alması barədə məlumat verməmişdir. Belə olduğu təqdirdə İddiaçı həm sosial pensiya həm də ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İddiaçı sosial pensiya xx.xx.2017-ci il tarixədək ödənilmişdir. Nəticədə 2369,21 manat artıq ödəmə yaranmışdır. İddiaçının ailə başçısını itirməyə görə ödənilməli olan lakin ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində tələbinə cavab olaraq bildirilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə Fondun Tərtər Rayon şöbəsinə müraciətinə uyğun qaydada xx.xx.2018-ci il tarixdən ai lə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. Hazırda qurum iddiaçıdan geri pensiya tələb etmir, belə bir niyyəti yoxdur. xx.xx.2017-ci il tarixdə iddiaçıya ödənilmiş müavinət dayandırılmışdır, hazırda məhkəmə qərar verəcəyi təqdirdə ona müəyyən məbləğ hesablanaraq ödənilə bilər.

13. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli, qərarı ilə (sədrlik edən hakim F.Hüseynov) iddia tələbi təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hüququ yarandığı tarixdən- 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi, pensiyasından tutulmalara son qoyulması və tutulmuş məbləğin hesablanaraq iddiaçıya qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərarı alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14,17, 32-1-ci maddələri ilə əsaslandırmış və hesab etmişdir ki, əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qardaşı Polad Xəlilov 2016-cı ilin iyun ayında təhsilini bitirdiyindən onlara verilmiş ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdə dayandırılmışdır. Deməli iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən həmin pensiyanı almaq hüququ həmin tarixdən (2016-cı ilin iyun ayından) yaranmışdır Həmçinin iddiaçı sözügedən pensiyanın təyin edilm əsi ilə bağlı cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etməsi onun həmin pensiya hüququnun yarandığı tarixdən ödənilməsini tələb etmək hüququnu istisna etmir. Çünki yuxarıda istinad olunan normanın tələblərindən də aydın olur ki, mövcud qanunvericiliklə şəxsə pensiya məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə də əsaslı hesab edir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv olunaraq yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-59/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər A.V.İsgəndərova sədrlik edən və məruzəçi, F.Ə.Mehdiyev və R.Z.Mame dov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı qismən - İddiaçı ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hüququ yarandığı tarixdən- 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmiş, birinci instansiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunur ki, Fondun Maliyyə və Mühas ibatlılıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli xidməti məktubuna əsasən Xəlilova Mənsurə Məcid qızına sağlamlıq imkanları məhdud övladı İddiaçı görə xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək ümumilikdə 3599 manat məbləğində sosial müavinət ödənilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı qəyyumu Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə ödənilən əmək pensiyasının məbləği ilə bağlı 150761 nömrəli pensiyaçının uçot vərəqənin surəti təqdim edilir. Xəlilova Mənsurə Məcid qızına ödənilən əmək pensiyasının İddiaçı aid hissədə məbləği pensiyaçının uçot vərəqinin «cəmi ödəniləcək məbləğ» bölməsində qeyd edilən məbləğin 50%-ni təşkil edir.

18. Fondun Maliyyə və Mühasibatlılıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Xəlil ova Mənsurə Məcid qızına sağlamlıq imkanları məhdud övladı İddiaçı görə 2012-ci il yanvar ayında 48 manat, xx.xx.2012-ci il tarixdən xx.xx.2013cü il tarixədək hər ay 44 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 50 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 55 manat məbləğində sosial müavinət ödənilmişdir. Pensiya baza məlumatlarına əsasən İddiaçı qəyyumu Xəlilova Mənsurə Məcid qızının ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək davam etdirilmişdir. Hal-hazırda İddiaçı pensiya ödənişi davam etdirilir. Əlavə olaraq bildirilir ki, Xəlilova Mənsurə Məcid qızının ailə başçısını itirməyə görə aldığı pensiyasından 2018-ci ilin mart və aprel aylarında hər ay 52,61 manat, İddiaçı pensiyasından isə 2018-ci ilin oktyabr və noyabr aylarında hər ay 52 manat tutulma aparılmışdır. Göründüyü kimi iddiaçının anasına ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının ödənilməsi xx.xx.2018-ci il tarixədək davam etdirilmiş, xx.xx.2018-ci il tarixdən iddiaçını adına dəyişdirilmişdir.

19. Belə olan halda ödənilən məbləğin yenidən ödənilməsi istisna edildiyindən iddia qeyd olunan hissədə təmin oluna bilməz. Təyin edilmiş pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulmasının son qoyulması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından məlum olur ki, Xəlilova Mənsurə Məcid qızının ailə başçısını itirməyə görə aldığı pensiyasından 2018-ci ilin mart və aprel aylarında hər ay 52,61 manat, İddiaçı pensiyasından 2018-ci ilin oktyabr və noyabr aylarında hər ay 52 man at tutulma aparılmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun Tərtər Rayon şöbəsinə müraciət edərək 18 yaşına çatdığından ailə başçısını itirməyə görə əmək pensiyasının öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Nəticədə İddiaçı xx.xx.2018-ci il tarixdən 219 nömrəli qərarla 152,61 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda pensiyanın məbləği indeksasiya olunaraq 268 manata çatdırılmışdır.

22. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, id diaçının anası Xəlilova Mənsurə Məcid qızına uşaqlıqdan əlil övladına qulluq etdiyinə görə yaş həddi azaldılmaqla 11,07.2019-cu il tarixdən 268 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

23. İddiaçı xx.xx.1991 -ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya təyin edilmişdir. İddiaçının atası X1 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən 15.11,1996-cı il tarixdə 219 nömrəli qərarla Xəlilova Mənsurə Məcid qızına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı sosial pensiya alması barədə məlumat verməmişdir. Belə olduğu təqdirdə İddiaçı həm sosial pensiya həm də ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İddiaçı sosial pensiya xx.xx.2017-ci i l tarixədək ödənilmişdir. Nəticədə 2369,21 manat artıq ödəmə yaranmışdır.

24. İddiaçı ailə başçısını itirməyə görə ödənilməli olan lakin ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində tələbinə cavab olaraq bildirmək istərdik ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə Fondun Tərtər Rayon şöbəsinə müraciətinə uyğun qaydada xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır.

25. İş üzrə icraat materiallarında olan Fondun Maliyyə və mühasibatlılıq üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubundan da müəyyən olunur ki, iddiaçının anasına ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının ödənilməsi xx.xx.2018-ci il tarixədək davam etdirilmiş, xx.xx.2018-ci il tarixdən iddiaçının adına dəyişdirilmişdir.

26. İddiaçının ai lə başçısını itirməyə görə əmək pensiyasının 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi, pensiyadan tutulmanın dayandırılması, tutulmuş məbləğin geri ödənilməsi əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya ş ikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

31. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin he sablanaraq ödənilməsi, hər ay pensiyasından özbaşına olaraq tutulan məbləğin tutulmasının qadağan edilməsi, tutulmuş məbləğin hesablanaraq qaytarılması, pensiyasından qanunsuz olaraq aparılan tutulmalara son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 32. 7 aprel 2022-ci il tarixli qərardad ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

33. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə ödənilmə li olan, lakin ödənilməmiş pensiya məbləğinin hüququ yarandığı tarixdən- 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi, pensiyasından tutulmalara son qoyulması və tutulmuş məbləğin hesablanaraq iddiaçıya qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərarı alınmışdır.

34. Cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq yeni qərar çıxarılmasını xahiş etmişdir.

35. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-59/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli qə rarı qismən - İddiaçı ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hüququ yarandığı tarixdən- 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmiş, birinci instansiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya məhkəməsi yuxarıda göstərilmiş nəticəyə gələrkən qərarında göstərmişdir ki, “iddiaçının tələbi dörd hissədən – 1. ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, 2. hər ay pensiyasından özbaşına olaraq tutulan məbləğin tutulmasının qadağan edilməsi, 3. tutulmuş məbləğin hesablanaraq qaytarılması, 4. pensiyasından qanunsuz olaraq apar ılan tutulmalara son qoyulmasından ibarət olmuşdur.” Daha sonra qərarda qeyd edilmişdir ki, “Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(104)-1175/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 0(061)-694/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Xəlilova Mənsurə Məcid qızına qarşı artıq hesablanmış pensiya məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də əlilliyə görə müavinət üzrə ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının pensiyasından hər ay tutulmanın aparılmasına son qoyulması və tutulmuş məbləğin ona geri qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.”

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərarında Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(104)-1175/2021 nömrəli qər ardadına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsinin qərarında yuxarıda göstərilmiş “tutulmuş məbləğin ona qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır” qənaəti aşağıda qeyd edilən səbəblərdən yanlışdır.

38. Belə ki, iddiaçı ona qaytarılmalı olan məbləği ümumiyyətlə göstərməmiş və ona dair hesab açıqlaması verməmişdir, eyni zamanda ondan sözügedən məbləğin tutulmasını təsdiq edən sübutları təqdim etməmişdir, halbuki cavabdeh 52 manat məbləğinin tutulması (mart və aprel 2018-ci il tarixlərində -ailə başçısının itirilməsinə görə, oktyabr və noyabr 2018-ci il tarixlərində iddiaçının özünə görə) özü də bildirmişdir.

39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının həmin hissəsi rədd edilməlidir.

40. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı adıçəkilən məbləği dəqiqləşdirəndən, ayları konkret şəkildə müəyyən edib göstərəndən və buna dair sübutları toplayandan sonra, cavabdehə yazılı surətdə müraciət etməli, cavabdehdən imtina cavabını aldığı halda, məhkəməyə sözügedən məsələyə dair yenidən iddia vermək hüququna malikdir.

41. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə görə, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadı qda məhkəmə qaydasında tutulur.

42. Beləliklə pensiyadan, artıq ödənilmiş məbləğin tutulması yalnız pensiyaçının razılığı ilə mümkündür, razılıq olmayanda DSMF iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir, lakin hazırkı işdə cavabdeh bu qaydaya riayət etməmişdir.

43. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası iddiaçının qalan tələbləri üzrə “Sosial müavinət haqqında” qanunun 3.1, 7.0.3-cü maddələrini, “Əmək pensiyaları haqqında” qanunun 14.4-cü maddəsini, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 90-cı maddəsini düzgün tətbiq etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir.

44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apel lyasiya məhkəməsinin 9 mart 2023-cü il tarixli qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarının tutulmuş məbləğin iddiaçıya geri qaytarılması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddiaçının iddiasının həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməli, apellyasiya məhkəməsinin 9 mart 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə rədd edilməlidir.

45. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-59/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı qismən, yəni, bi rinci instansiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarının tutulmuş məbləğin iddiaçıya geri qaytarılması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İddiaçının iddiasının həmin hissədə rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar