Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1752/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasporta düzəliş edilməsi) 01.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “texniki pasportlara düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1( 107)104/2025 nömrəli qərarından üçüncü şəxs Mahmudov Rahim Fərahim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iki yerə bölünərək, sahəsi 30 kv.metr olan zal otaq, orta otağın bir qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3,75 metr olmaqla 15 kv.metr hissəsi və eyvanın eni 4 metr, uzunu 3,75 metr olmaqla 15 kv.m hissəsi iddiaçının anası X5 mülkiyyətinə verilmiş, digər tərəfdən sahəsi 26 kv.metr olan otaq, orta otağın qalan 11 kv.metr hissəsi, eyvanın qalan 27 kv.metr hissəsi isə iddiaçının atası X3 mülkiyyətində saxlanılmışdır. 2. xx.xx.1974-cü il tarixli evdəyişmə müqaviləsi ilə X1 evin özünə məxsus hissəsini iddiaçıya vermiş və həmin hissəyə dair iddiaçının adına xx.xx.2001-ci il tarixdə 10864 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
3. Sözügedən evin X7 məxsus hissəsinə dair xx.xx.2006-cı il tarixdə 11759 inventar nömrəli texniki pasport verilmiş, sonradan X2 evin özünə məxsus hissəsini nəvəsi X6 bağışlamış və həmin hissəyə dair sonuncunun adına xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
4. İddiaçı qeyd edilən texniki pasportların sözügedən evin orta otağı və eyvanına münasibətdə Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsinə uyğun tərtib edilmədiyini əsas gətirərək cavabdehə müraciət etmiş və həmin texniki pasportlara düzəliş olunmasını xahiş etmiş dir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını hüquq sahibinin etiraz etməsi, tərəflər arasında mübahisə olması, sözügedən evin iddiaçıya məxsus hissəsinin yüklü olması və düzəlişlərin məhkəmə qərarı əsasında aparılmalı olması ilə əsaslandırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli və Mahmudov Rahim Fərahim oğlunun adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasportlara Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəl iş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 ilə anası X9 1953cü ildə evlənmiş və 1972-ci ilədək birgə nikahda yaşamışlar. Nikah 1972-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikah zamanı əldə etdikləri ev, yəni hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsi ilə onların arasında bölünmüşdür. Həmin qətnaməyə əsasən, sözügedən evin zal otağı anası İsmayılova Rənaya, yan barı tərəfdə olan otağı atası Səlimov Abduləvvələ verilmiş, evin orta otağı və eyvan isə onların aralarında bölünmüşdür. xx.xx.1974-cü il tarixli, 2/642 nömrəli dəyişmə müqaviləsi ilə X1 evin ona məxsus h issəsini iddiaçıya vermişdir. Lakin sonradan X5 adına texniki pasport hazırlanarkən nədənsə orta otağın və eyvanın atasına, yəni ona düşən hissəsi X5 payı kimi göstərilmişdir. Halbuki, həmin texniki pasportun verilməsi əsası kimi Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsi göstərilmişdir. Həmçinin, eyni ilə iddiaçının adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportda Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsi ilə onun payına düşən sözügedən evin orta otağının və eyvanın müvafiq hissəsi qeyd edilməmişdir. Buradan da aydın şəkildə görünür ki, cavabdeh tərəfindən Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur. Sonradan iddiaçının anası X9 öz pay ına düşən hissəni nəvəsi X6 bağışlamış və ondan sonra da Mahmudov Rahim Fərahim oğlunun adına xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Əvvəlki texniki pasportda olduğu kimi yeni texniki pasportda da Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsi ilə onun payına düşən sözügedən evin orta otağının və eyvanın müvafiq hissəsi Mahmudov Rahim Fərahim oğluna məxsus olaraq göstərilmişdir. Göründüyü kimi, qeyd edilən texniki pasportlar Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinə uyğun tərtib edilməmişdir, ona görə də həmin texniki pasportlara Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməlidir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, xx.xx.1 972-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının atası X3 adına 9922/4488 nömrəli torpaq qeydi verilmiş, Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsi ilə həmin fərdi yaşayış evi iki yerə bölünmüşdür. xx.xx.1974-cü il tarixdə X4 və X5 adlarına ümumi birgə mülkiyyətdə olmaqla 9922/4488 nömrəli torpaq qeydi verilmişdir. xx.xx.1974-cü il tarixli evdəyişmə müqaviləsi ilə X4 öz payını iddiaçıya vermişdir. xx.xx.1974-cü il tarixdə 1/2 hissə iddiaçının və 1/2 hissə X5 adına olmaqla 9922/4488 nömrəli torpaq qeydi verilmişdir. xx.xx.2001-ci il tarixdə iddiaçının adına 10864 inventar nömrəli texniki pasport verilmişdir. Məhkəmə qətnaməsində göstərilən orta otağın qalan 11 kv.metr olan hissəsi və 27 kv.metr eyvan texniki pasportda göstəri lməmişdir. xx.xx.2006-cı il tarixdə X5 adına verilmiş 11759 inventar nömrəli texniki pasportda, həmçinin xx.xx.2007-ci il tarixdə Mahmudov Rahim Fərahim oğlunun adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq və qabaq eyvan bütünlüklə göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxıldığı iddia edilən texniki səhvin düzəlişinə Mahmudov Rahim Fərahim oğlu etiraz etdiyindən, həmçinin fərdi yaşayış evinin iddiaçıya aid hissəsi "xxxx" ASC-də yüklü olduğundan sözügedən texniki pasportlara düzəliş edilməsi tərəflərindən qanunamüvafiq hesab olunmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli imtina məktubu verilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Mahmu dov Rahim Fərahim oğlu zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2578/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təqdim edilmiş ekspert rəyi ilə həqiqətən də cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəricilərinin Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmaması müəyyən edilmişdir. Yəni qaldırılmış iddi a tələbi üzrə hüququn pozulması və hüquqi müdafiəyə ehtiyacın mövcud olması müəyyən edilir. Lakin sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportun və Mahmudov Rahim Fərahim oğlunun adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasporta Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi tələbi mahiyyəti üzrə əsassızdır. Belə ki, ekspert rəyindən də göründüyü kimi, fərdi yaşayış evinin faktiki vəziyyəti uyğun deyildir. Bu baxımdan da tərtib edilmiş texniki pasportu uyğunlaşdırmaq imkanı faktiki olaraq mümkün olmadığından, cavabdehin tələbin icrasından imtina etməsi əsaslıdır.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Tural Həsənov) 20 fevral 2025-ci il tarixli, 2-1(107)-104/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin üzərinə X5 (əslində iddiaçının) adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli və Mahmudov Rahim Fərahim oğlunun adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasportlara Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyi qoyulmuşdur.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş üzrə xx.xx.2023-cü il tarixli, 10/519 nömrəli ekspert rəyi ilə cavabdeh orqan tərəfindən tərtib edilmiş sözügedən texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmadığı müəyyən edilmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdehin mütəxəssisi izahatında bildirmişdir ki, hazırkı vəziyyətdə xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasport Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinə uyğun olaraq hazırlanmayıb. Belə ki, faktiki vəziyyətdə mübahisəli evin orta ortağı və qarşısındakı açıq eyvan ara divarı olmadığından bütövlükdə Rəna İsmayılovaya verilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
15. Üçüncü şəxs Mahmudov Rahim Fərahim oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxs Mahmudov Rahim Fərahim oğlunun kassasiya şikayətində qeyd edilmi şdir ki, hazırda Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən qaydada bölgü aparılsa, o zaman həm iddiaçının, həm də üçüncü şəxsin evinin əsas və ortaq divarı sökülməli olacaq və bu da, hər iki tərəfin mülkiyyət hüquqlarının aşkar və köklü şəkildə pozulmasına gətirib çıxaracaq. Məhz buna görə üçüncü şəxsin də baba-nənəsi olan iddiaçının valideynlərinin qarşılıqlı razılığı ilə bölgü faktiki vəziyyətdə olduğu kimi aparılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək üçüncü şəxs Mahmudov Rahim Fərahim oğlunun kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 19. “İnzibati icraat haqqında” Azərbay can Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmə si üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldır ılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi m arağı və məqsədi onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli və üçüncü şəxs Mahmudov Rahim Fərahim oğlunun adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasportlarda Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsinə nail olmaqdan ibarətdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Mahmudov Rahim Fərahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(107)-104/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.