Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1753/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1753/19 Bakı şəhəri 07 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-10 8/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 noyabr 2017-ci ildən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, güzəştli şərtlərlə pensiyanın təyinn edilməsini xahiş etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasını o əsasla qanunsuz hesab edir ki, xx xxxxxx 1960-cı ildə anadan o lmuş, 01 dekabr 1978-ci ildən işləməklə, zərərli əmək şəraiti üzrə iş stajı 26 il 8 ay 23 gün təşkil edir. 01 iyul 2017-ci ilədək (Qanunda dəyişilik edilənədək) isə bu stajı 26 il 23 gün təşkil etmişdir. Onun 57 yaşı 13 noyabr 2017-ci il tarixdə tamam olsa da, lakin 01 iyul 2017-ci ilədək onun zərərli əmək şəraiti üzrə iş stajı 26 il 23 gün təşkil etdiyindən, yəni 01 iyul 2017-ci ilədək onun artıq pensiya almaq hüququ yarandığından, ona güzəştli şərtlərlə pensiya 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, yəni 57 yaşına çatdıqda, təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2523/2018 saylı, 13 sentyabr 201 8-ci il tarixli qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 57 yaşı tamam olan 13 noyabr 2017ci il tarixində qanuna edilmiş dəyişikliyə görə artıq güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün kişilərin 60 yaşın olması zəruri olduğundan, cavabdehin imtinası qanunamüvafiqdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-108/2019 saylı qərarı ilə (sədrlik edən hakim Elmira Nağıyeva, hakimlər Vüsalə Baxışova və Həmid Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm ışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasına görə 25 il sığorta stajı və bu müddətin azı 12 il 6 ayının əmək şər aitinin xüsusilə zərərli və ağır olan işlərdə çalışması, yaşının neçə olmasından asılı olmayaraq ona artıq güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu yaratmışdır. Onun bu hüququnun yarandıqdan sonra isə yaş həddinin dəyişməsi onu gözləntidə olduğu an pensiya hüququndan məhrum edə bilməz. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, “Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddənin Vİİ bəndinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İT-İ nömrəli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində n görünür ki, İddiaçı 28.11.1977-ci ildən 13.08.2015-ci ilə qədər müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 14.08.2015-ci il tarixdən etibarən hal hazırda SOCAR-ın XXX trestinin 6 saylı Tikinti Quraşdırma bölməsinin 03 saylı TQS-nə ƏÖD-4 (dörd) olmaqla əl ilə qaynaqda elektrik qaynaqçı peşəsində işləyir. SOCAR-ın XXX tresti tərəfindən verilmiş 28 fevral 2018-ci il tarixli, **********80020123X00045 nömrəli “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” arayışda qeyd olunmuşdur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 01.12.1978-ci il tarixində (əmr № 56-k, 30.11.1978-ci il) “Xəzərdəniztəmirtikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib. 01.10.1979-cu il tarixində (əmr № 78-k, 27.09.1979-cu il) işdən az ad edilib. Əmək stajı 10 ay (on ay) təşkil edir. 01.12.1981-ci il tarixində (əmr № 110-k, 01.12.1981-ci il) “Xəzərdəniztəmirtikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib. 30.09.1983-cü il tarixində (əmr № 112-k, 28.09.1983-cü il) işdən azad edilib. Əmək stajı 1 il 10 ay (bir il on ay) təşkil edir. 01.02.1994-cü il tarixində (əmr № 19-k, 01.02.1994-cü il) XXXtrestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib. 01.05.2001-ci il tarixində (əmr № 15-k, 01.05.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 7 il 3 ay (yeddi il üç ay) təşkil edir. 02.05.2001-ci il tarixində (əmr № 01-k, 24.05.2001-ci il) XXXtrestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma v ə Təmir Filialına elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib. 01.05.2007-ci il tarixində (əmr № 13-k, 01.05.2007-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il (altı il) təşkil edir. ‘Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 58.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın XXX trestinin tərkibinə verilib. SOCAR-ın 14.03.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən XXXtrestinin 2 saylı ixtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialının adı dəyişdirilərək XXX trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. 02.05.2007-ci il tarixində (əmr № 11-k, 08.05.2007-ci il) XXX trestinin 8 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib. 03.11.2014 -cü il tarixində (əmr № 218-k, 03.11.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 7 il 6 ay 1 gün (yeddi il altı ay bir gün) təşkil edir. 07.11.2014-cü il tarixində (əmr № 449-k, 07.11.2014-cü il) XXX trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib. 13.08.2015-ci il tarixində (əmr № 176-k 13.08.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 7 gün (doqquz ay yeddi gün) təşkil edir. 14.08.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/03-10-000250, 14.08.2015 ci il) XXX trestinin 6 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı il ə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsinə (Ümumi peşələr) əsasən zərərli şəraitdə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. İddiaçı zərərli əmək şəraiti üzrə iş stajı 26 il 8 ay 23 gün (iyirmi altı il səkkiz ay iyirmi üç gün ) təşkil edir. 09 mart 2018-ci il tarixli, SOCAR**********30420308X00032 nömrəli arayışdan görünür ki, XXX trestinin 6 saylı Tikinti Quraşdırma bölmünün 3 saylı tikinti quraşdırma sahəsinin ƏÖD-4 olan əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı Ziyadxanoviçə 2016 və 2017-ci illər üzrə 29790,39 (iyirmi doqquz min yeddi yüz doxsan manat, 39 qəpik) manat məbləğində əmək haqqı hesablanmışdır. İddi açı cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan 26 aprel 2018-ci il tarixli, 18/04-2982 nömrəli məktubla ərizənin təmin edilməsindən imtina etmiş və məktubda qeyd olunmuşdur ki, ““Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci madd əsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 57 yaşı tamam o lan 13 noyabr 2017-ci il tarixində qanuna edilmiş dəyişikliyə görə artıq güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün kişilərin 60 yaşın olması zəruri olduğundan, cavabdehin imtinası qanunamüvafiqdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirilmişdir ki, qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasına görə 25 il sığorta stajı və bu müddətin azı 12 il 6 ayının əmək şəraitinin xüsusilə zərərli və ağır olan işlərdə çalışması, yaşının neçə olmasından asılı olmayaraq ona artıq güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu yaratmışdır. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 01 iyul 2017-ci ilədək olan redaksiyasına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş ye rindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azər baycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Lakin “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil məsi barədə Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli Qanunu ilə 9.1-ci maddədə göstərilmiş yaş həddi “57” yaşdan «60» yaşa kimi artırılmışdır. Bu Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minməsi müəyyən edilmişdir. Qanunveriliyin tələbləri belə izah olunur ki, 01 iyul 2017-ci il tarixinə qədər şəxsin güzəştli şərtlərlə pensiya hüquqununun yaranması üçün zəruri edən şərtlər onun 57 yaşın olması və 25 il sosial sığorta stajına malik olması, bu stajın 12 il 6 ayının xüsusilə zərərli və ağır olan işlərdə çalışması təşkil edir. Yəni qanunverilikdə hər üç şərtin birlikdə mövcud olması şəxsin pensiya hüququnun yaranmasının hüquqi əsası kimi müəyyən edilmişdir. 01 iyul 2017-ci il tarixindən sonra isə qanunverililiyə edilmiş dəyişikliyə əsasən bu şərtlər dəyişmiş və artıq şəxsin 60 yaşı n olması, stajla bağlı göstəricilərin eyni qalması nəzərdə tutulmuşdur. Qeyd edilən halda iddiaçının dəlili o əsasla qanunamüvafiq deyildir ki, Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququnun yaranmasının əsasını üç hüquqi faktın birkidə baş verdiyi müəyyən edilmişdir. İşin hallarına görə isə, iddiaçının stajla bağlı şərti ödənildiyi halda, yaşla bağlı şərt onun iddia edilən müddətə, yəni 13 noyabr 2017-ci il tarixinə ödənilmədiyindən qeyd edilmiş hüquqi əsas üzrə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 13 noyabr 2017-ci ildən, yəni 57 yaşından digər hüquqi əsaslara görə yaranması məsələsinə apellyasiya məhkəməsi düzgün olmayaraq qiymət verməmişdir. Aşağı instans iya məhkəmələri yalnız iddiaçının ərizəsində bildirdiyi hüquqi əsaslarla bağlı olmuş, iddianın tələbinə münasibətdə isə zəruri hüquqi normaları təhlil və tətbiq etməmişdirlər. Belə ki, məhkəmə yalnız istinad edilən Qanunun 9.1-ci maddəsinin tələblərinə münasibətdə qiymətləndirmə aparmış, həmin Qanunun 9.1 və 9.8-ci maddəsi ilə əlaqəli təhlilini aparmamışdır. İistinad edilən tarixə Qanununun müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; Maddələrə görə, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa və fərdi hesabın sığorta h issəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında ” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. Onun 01 avqust 1997-ci il tarixinə qədər olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər — 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsinə görə iddiaçıya münasibətdə 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır ola n işlərdə çalışması müəyyən edilməlidir. Bi şərtlər müəyyən edildiyi halda, iddiaçı 57 yaşı tamam olan vaxtdan, yəni 13 noyabr 2017-ci il tarixindən güzəştli şərtlərlə pensiya hüququnu qazanmış olur. İşin hallarından göründüyü kimi, iddiaçı 01 dekabr 1978-ci il tarixindən 01 oktyabr 1979-cu il tarixinə kimi “Xəzərdəniztəmirtikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinə elektrik qaynaqçısı peşəsində 10 ay; 01 dekabr 1981-ci il tarixindən 30 sentyabr 1983-cü il tarixinə kimi “Xəzərdəniztəmirtikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə elektrik qaynaqçısı peşəsində 1 il 10 ay; 01 fevral 1994-cü il tarixindən 01 may 2001-ci il tarixinə kimi XXXtrestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinə elektrik qaynaqçısı peşəsində 7 il 3 ay; 02 may 2001-ci il tarixindən 01 yanvar 2006-cı il tarixinə kimi XXXtrestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına elektrik qaynaqçısı peşəsində 4 il 7 ay işləmişdir. Cəmi olaraq iddiaçı göstərilmiş peşədə 12 il 6 aydan çox işləmişdir. “Elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının” “XXXİİİ.Ümumi peşələr” bölməsinin 23200000—19906 kodla “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi kimi müəyyən edilmişdir. İddiaçının 01 yanvar 2006-cı il tarixə qədər 25 il sosial sığorta stajın a malik olması isə iş üzrə müəyyən edilməmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmədiyindən, onlara münasibətdə işin müvafiq hallarını araşdırmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hü quqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-108/2019 saylı qərarıləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1753/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1753/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver