Məhkəmə qərarları › İş №2-1(102)-1753/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1753/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1753/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “X2” TASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: məcburi sosial sığorta haqları üzrə yaranmış borcun silinməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 və vəkili Bayramov Abil Nəzir oğlunun iştirakı ilə, iddiaçı «X2” X6 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı borcun silinməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X7 Departamenti tərəfindən iddiaçıya 2013-cü ilin 3-cü rübünün sonu üzrə 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsas borc hesablanmışdır. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X7 Departamentinə müraciət edərək ona 2013-cü ilədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsini xahiş etmiş, lakin müraciətə cavab verilməmişdir. İddiaçı 2018-ci il 15 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 2013-cü il 1 oktyabr tarixədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X7 Departamentinin üzərinə qoyulmasını xahiş etmişdir. İşin sorakı mərhələsində cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X7 Departamenti, əsl cavabdeh olan Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il keçdikdən sonra qüvvəsini itirir. Bəzi tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəllənin 554-cü maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Cavabdehin etiraz dəlil ləri: İddia tələbinə qarşı etirazda göstərilmişdir ki, iddia əsassız və qanunsuzdur. Çünki “X2” TASC-nin xx xxxxxxx 2013-cü il tarixə 618.067,71 manat (əsas borc 491364,48 manat, penya 126703,23 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə Bakı şəhəri üzrə X7 İdarəsinə borcu yaranmışdır. İddiaçı DSMF-nun Bakı şəhəri üzrə X7 Departamentinin cavabdeh “X2” TASC-nə qarşı xx xxxxxx 2009-cu il tarixə yaranmış 266.816,64 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx xxxxxx 2009-cü il tarixli 2-(82)-897/2009 saylı qətnaməsi, xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxxx 2009-cu il tarixədək yaranmış 40.068,98 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(82)-718/2010 saylı qətnaməs i, xx xxxxxxx 2009-cu il tarixdən xx xxxxx 2010-cu il tarixədək olan 63.135,56 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)- 333/2012 saylı qətnaməsi, xx xxxxx 2010-cu il tarixdən xx xxxxxx 2012-ci il tarixə 108.192,70 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)-1974/2012 saylı qətnaməsi, xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2012-ci il tarixə 67.799 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(82)-1690/2014 saylı qətnaməsi, xx xxxxxx 2013cü il tarixdən xx xxxx 2013-cü il tarixə 47.653,44 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin xx xxxxxx 2014-cü il tarixli 2(82)1308/14 saylı qətnaməsi və xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixə 13.817,73 manat borc üzrə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(82)-4559/2017 saylı qərarı ilə məcburi dövlət sosial sığorta haqları üzrə borcun əmlak hesabına tutulması qət edilmişdir. İddiaçı “X2” TASC-nin xx xxxxxxx 2013-cü il tarixə hesablanmış 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF Bakı HŞİD-nin üzərinə qoyulması barədə iddia tələbi Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsində və Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və qətnamə (qərar) qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı X2 TASC təkrar olaraq yenidən həmin dövrü məhkəmədə mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia tələbinin təmin edilməsi, iddiaçı «X2» TASC-yə xx.xx.2013-cü ilədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun «X2» TASC-nin şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF Bakı HŞİD-nə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məcburi dövlət sosial sığo rta haqlarının vaxtında hesablanıb ödənilməsi vəzifəsini yerinə yetirməyərək qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarı instansiya məhkəmələrində icraat: Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-939/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Məhk əmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrlər üzrə yaranmış məcburi dövlət sosial sığorta haqlarına görə yaranmış borcların tutulması ilə bağlı məhkəməyə müraciətlər olunmuş və bununla əlaqədar sözügedən borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələri qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsi ilə isə müəyyən edilmişdir ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair» xx xxxxx 2019-cu il tarixli Qərarında ifa də olunmuş hüquqi mövqeyə görə məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bakı Apelyasiya Məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2928/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının əsas dəlillərindən biri ondan ibarətdi r ki, cavabdeh tərəfindən müəyyən dövrləri əhatə edən borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunaraq, bununla bağlı məhkəmə qətnamələri olsa da, həmin borcların hazırkı iddia tələbinin predmeti olan 2013-cü il 1 oktyabr tarixədək hesablanmış borcu əhatə etmir. Cavabdeh bu qətnamələrin məhz iddiaçının silinməsini tələb etdiyi borc olmasını sübut edə bilməmişdir. Digər tərəfdən, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2015-ci il 31 iyul tarixli, 2(103)-286/2015 nömrəli qərardadından da görünür ki, cavabdeh “X2” TASC-nin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 9 iyul tarixli 2(82)-1690/2014 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı DSMF-nin Bakı şəhəri üzrə X7 Departamentinin cavabdeh “X2” TASC-nə qarşı məcburi d övlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Göründüyü kimi, DSMF-nin Bakı şəhəri üzrə X7 Departamenti tərəfindən verilmiş iddia tələbinə dair mahiyyəti üzrə araşdırma aparmamış, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin qeyd edilən halları apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, onlara qiymət verilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzi batiİqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrlər üzrə yaranmış məcburi dövlət sosial sığorta haqlarına görə yaranmış borcların tutulması ilə bağlı məhkəməyə müraciətlər olunmuş və bununla əlaqədar sözügedən borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələri qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bununla yanaşı, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci madd ələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. İddiaçının nümayəndəsi və vəkili həmin qərarın dəlilləri ilə də razılaşmamış, kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə işə təkrarən baxan apelyasiya instansiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2928/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında göstərilmiş məcburi göstərişlərə əməl edilməmişdir. "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" № 5-li, xx xxxxxx 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir k i, vergi ödəyicilərinin vergi borclarının məhkəmə qətnaməsi ilə tutulması faktı onun nə mahiyyətini nə də məzmununu dəyişmir, həmin borc borcluğunda qalır və digər borclar kimi söstərilən qanunların təsiri altına düsdüyünə görə bu borclar qətnamələr ləğv edilmədən vergi orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada silinməlidir ”. Göründüyü kimi, vergi borcunun tutulmasına dair məhkəmə qətnaməsinin qəbul ediməsi vergi borcunun silinməz borc olduğuna dəlalət etmir. Həmin qətnamələr ləğv olunmadan vergi orqanları tərəfindən vergi borcları silinməlidir. Bundan əlavə, savabdeh hazırda silinməsi tələb olunan məbləğin qətnamələrdə göstərilən borc olduğunun sübut edə bilməmişdir. Bundan əlavə, işdə olan, Bakı Apelyasiya Məhkəməsinin İıızibati-İqtisadi Kollegiyasının xx xxxx 2015- ci il tarixli, 2(103)-286/2015 saylı qərardadından görünür ki, cavabdeh “X2” TASC-nin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-1690/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı DSMF Bakı şəhəri HŞİD-nin cavabdeh “X2” TASC-nə qarşı məcburi dövət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Göründüyü kimi, DSMF Bakı şəhəri HŞİD tərəfindən verilmiş iddia tələbinə dair mahiyyəti üzrə araşdırma aparımamış, məcburi dövət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmçinin qanunvericilikdə vergi ödəyicisinin əmlakı hesabına ver ginin tutulması verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Başqa sözlə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət etmək onun hüququdur, lakin o, bu hüququndan VM-nin 85.4-cü maddəsində nəzərdə tutulan müddətlər çərçivəsində verginin tutulması üçün istifadə etməlidir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərarın mövcudluğu VM-nin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin istinsd etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Miilki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxmından şərh verilməsinə dair» xx xxxxx 2019-cu il tarixli Qərarı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətləri” əhatə edir. Yəni həmin qərar iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair məhkəmə mübahisələrinə münasibətdə tətbiq edilə bilərdi. Hazırda iddiaçının iddia tələbi isə iddiaçı “X2” TASC-nə xx.xx.2013-cü ilədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dairdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarı tətbiq edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 və vəkili Bayramov Abil Nəzir oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarından göründüyü kimi tərəflərin arasında yaranmış mübahisə, iddiaçıya 2013-cü ilin 3-cü rübünün sonu üzrə hesablanmış və ödənilməm iş qalan 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı məbləğinin silinməsi barədədir. Bu iddia tələbinin hüquqi əsasları kimi aşağıdakı hüquq normaları nəzərdən keçirilməlidir. “Sosial sığorta haqqında” Qanunun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam mə bləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikd ə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. İş materiallarından müəyyən olunur ki, 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2-(82)-897/2009 saylı qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə xx xxxxxx 2009-cu il tarixə yaranmış 266.816,64 manat borcu, 2 saylı Bakı Yerli İqtisadi Məhkə məsinin xx xxxxxx 2010-cu il tarixli 2(82)-718/2010 saylı qətnaməsi ilə xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxxx 2009-cu il tarixədək yaranmış 40.068,98 manat borcu, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)- 333/2012 saylı qətnaməsi ilə xx xxxxxxx 2009-cu il tarixdən xx xxxxx 2010cu il tarixədək olan 63.135,56 manat borcu, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)-1974/2012 saylı qətnaməsi ilə xx xxxxx 2010-cu il tarixdən xx xxxxxx 2012-ci il tarixə 108.192,70 manat borcu, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(82)-1690/2014 saylı qətnaməsi ilə xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2012-ci il tarixə 67.799 manat borcu, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2014- cü il tarixli 2(82)-1308/14 saylı qətnaməsi ilə xx xxxxxx 2013-cü il tarixdən xx xxxx 2013-cü il tarixə 47.653,44 manat borcu və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(82)-4559/2017 saylı qərarı ilə xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixə 13.817,73 manat borcunun əmlak hesabına tutulması qət edilmişdir. İlk növbədə qeyd olunur ki, iddia tələbinin həllinə iddia tələbində istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətləri ilə bağlı müddəalarının tətbiqinin mümkün olmadığı barədə apelyasiya instansiyasının mövqeyi düzgündür. Lakin apelyasiya məhkəməsi işə təkrar baxarkən kassasiya məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarında əksini tapmış hüquqi mövqeləri nəzərə almamışdır. Belə ki, kassasiya inst ansiyasının həmin qərarında ifadə olunmuş mövqeyinə görə, “VM-in 85.5-1-ci maddəsi 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə 2018-ci ilin noyabrında müraciət etmişdir. Digər tərəfdən, normaların məzmunundan göründüyü kimi, həmin normalarda müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqqına tətbiq edilməməsi istər vergi orqanına (VM-in 85.4-cü maddəsi), istərsə də vergi ödəyicisinə (VM-in 85.5-ci maddəsi) həmin normalarda müəyyən edilmiş müddətlərdən sonra və həmin normalarda nəzərdə tutulmuş məzmunlarda tələb irəli sürmək imkanı verir. Lakin vergi orqanının məcburi dövlət sığorta haqqını 85.4-cü maddədə nəzərdə tutulmuş müddətlərdən sonra da tələb etmək imkanının saxlanması iddiaçının hazırkı məzmunda tələb irəli sürmək imkanını (hüququnu) məhdudlaşdırmır. Eyni ilə, VM-in 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilməməsi VM-in 93.1-ci maddəsinin müddəalarının (93.1.1 və 93.1.2-ci maddələr) tətbiqi imkanına təsir etsə belə, bu, həmin Məcəllənin 93.2-ci maddəsinin tətbiqi üçün maneə deyil. Həmin normanın tələbinə görə, digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası oxşar mübahisələrə dair əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsasland ırmalarına, normativ aktlara istinadlarına, onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər.” Kassasiya instansiyasının bu hüquqi mövqeyi Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinin göstərişi baxımından onu ehtiva edir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi işin hallarını həm də VM-nin bəhs olunan normalarının dispozisiya şərtləri baxımından araşdırmalı idi. Lakin apelyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən bü cür araşdırma aparmamışdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərarında həm də göstərmişdir ki, iddiaçının əsas dəlil lərindən biri, bundan əvvəl ondan məhkəmə qətnamələri ilə tutulmalı olan borc məbləğinin hazırda silinməsini tələb etdiyi məbləğə aid olmaması, yəni iddiada göstərilən borcun 2013-cü il 1 oktyabr tarixədək hesablanmış borcu əhatə etmədiyi və cavabdehin bu qətnamələrlə tutulan məbləğin məhz iddiaçının silinməsini tələb etdiyi borc olduğunu sübut edə bilmədiyi barədədir. Lakin apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. Kassasiya instansiyasının bu hüquqi mövqeyi isə Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinin göstərişi baxımından onu ehtiva edir ki, işə takrar baxan apelyasiya instansiyası məhkəməsi, iddiaçının bu iddia ərizəsində silinməsini tələb etdiyi 491.364,48 manat pulun, yuxarıda göstərilən qətnamələrlə ondan tutulmalı olan məbləğlərə aid olubolmamasını araşdı rmalıdır. Bu cür araşdırmaya zərurət həm də ondan irəli gəlir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun, ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Lakin apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar araşdırma aparmamış, cavabdehdən bu barədə sübut tələb etməmişdir. İşə təkrar baxmış apelyasiya məhkəməsinin qərarının qanuniliyi həm də kassasiya məhkəməsinin həmin iş üzrə ifadə olunmuş hüquqi mövqelərə uyğun hərəkət edib etməməsindən asılıdır. Bu prosessual qaydanın əhəmiyyəti Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində də ifadə olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilm əsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apelyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apelyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının silinməsini tələb etdiyi məbləğə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcun olub olmaması müəyən olunmalıdır. Çünki “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. İş materiallarında (İcild, səh 85-89) olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsindən görünür ki, “X2” TASC-dan məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2009-cu ul tarixə 2.128.235,61 manat məbləğdə borcun tutulması qət edilmişdir. Tutulmalı olan məbləğin 895.590,67 manat hissəsi hesablanmış penyadır. İş materiallarında (İ cild, səh 99) olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, “X2” TASC-dan məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2010-cu il tarixə 63.135,56 manat məbləğdə borcun tutulması barədə iddia təmin olunmuşdur. Lakin tutulmalı olan 63.135,56 manat məbləğin nə qədərinin sosial sığorta haqları və nə qədərinin hesablanmış penya olduğu göstərilməmişdir. İddia tələbi və çıxarılmış qətnamə isə digər normalarla yanaşı həm də “Sosial sığorta haqqında” qanunun 21-ci maddəsi ilə əsaslandırılmışdır. Bu norma isə sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 f aizi məbləğində penya hesablanmasını müəyyən edir. 2015-ilin 1 yanvar tarixədək yaranmış borcların tutulması barədə digər məhkəmə aktlarında da sosial sığorta üzrə borc və hesablanmış penyalar göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanmış səhvlərlə müşayiət olunan araşdırması, İPM-nin 12-ci maddəsində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinə, habelə sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi qaydasına cavab vermir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə v ə prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar